Məhkəmə qərarları › İş №2(102)-3174/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3174/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3174/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı; birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə; birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın etibarsız sayılması, paylı əmlakın naturada bölünməsi, əmlakdan istifadəyə törədilən maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki ko llegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-700/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkillər Vəkil3 və Vəkil4 tərəfindən ayrıayrılıqda tərtib edilmiş), Cavabdeh1 (Vəkil5 tərəfindən tərtib edilmiş) və Cavabdeh5 (Vəkil5 tərəfindən tərtib edilmiş) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli qeyri-yaşayış sahəsi ticarət binasıdır, Lənkəran rayonun Küvənil kəndində 0,1834 ha torpaq sahəsində yerləşir, ümumi sahəsi 2152,1 kv.m-dən ibarətdir.

2. Həmin qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 mülk iyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

3. Cavabdeh1 ilə X6 arasında nikah xx.xx.1974-cü il tarixdə rəsmiləşdirilmişdir.

4. Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinin ½ hissəsini 11 yanvar 2013-cü il tarixdə bağlanmış AN-l ******* saylı alğı-satqı müqaviləsi ilə Cavabdeh2 50000 manata satmış, qalan ½ hissəsini isə eyni gündə - 11 yanvar 2013-cü il tarixdə bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır.

5. Həmin müqavilələr əsasında Lənkəran rayonu Küvənil kəndində yerləşən ticarət mərkəzinin 1/2 hissəsi üzərində Cavabdeh5 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli ********** nömrəli qeydiyyatla, digər 1/2 hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ ********** nömrəli qeydiyyatla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Lənkəran rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.2002-ci il tarixli iclas protokolunda qeyd olunmuşdur ki, Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən univermağın işçisi Cavabdeh1 satılması barədə qərar verilmişdir. 7. xx.xx.2022-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən, Şərifova X9 rayonun Küvənil kəndində yaşayır və qediyyatdadır. Lənkəran rayonu Küvənil kəndi Aşağı Nüvədi qəsəbə icra nümayədəliyinin tərkibindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması barədə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 ƏlətAstara- İran İslam Respublikası avtomobil yolunun 206-cı km-nin sol tərəfində yolun oxundan 20 m məsafədə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyyətində torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini birgə nikah dövründə əldə etmişdir. Bundan sonra Lənkəran rayon İcra hakimiyyəti Başçısının 17 oktyabr 2008-ci il tarixli 420 saylı sərəncamı ilə birgə nikah dövründə əldə edilmiş həmin torpaq sahəsində ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsi tikmək üçün icazə almışdır. Daha sonra onun tərəfindən həmin ticarət obyektinin tikintisinə başlanılmış və həmin ticarət obyektinin tikintisi başa çatdırılmışdır. Ticarət obyektinin tikintisi başa çatdıqdan sonra həmin obyektin istismarına icazə verilmiş və ticarət obyekti həyat yoldaşı Cavabdeh 1 adına dövlət qeydiyyatına alınmış və bu barədə onun adına 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Həmin ticarət obyekti tam hazır olandan sonra oranı oğlu Cavabdeh5 köməkliyi ilə işlətməyə başlamışlar. Lakin bu yaxınlarda bilmişdir ki, həyat yoldaşı Cavabdeh1 həmin ticarət obyektinin qalan 1/2 hissəsini Cavabdeh2 adına keçirtmiş və bu barədə onların arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Guya o da bu alğı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. X14 belə razılıq verməmiş, ancaq həmin ticarət obyektinin oğluna bağışlanmasına razılıq vermişdir. İddiaçı bu barədə bildikdən sonra notariusa müraciət edərək həmin müqaviləni əldə etmiş və görmüşdür ki, müqavilədə ticarət obyektinin bir hissəsinin qiyməti 50000 manat qeyd edilmişdir. Halbuki, həmin tica rət obyektinin tikintisinə (bir milyon) manatdan artıq xərc çəkilmişdir. O vaxt və hazırda da həmin ticarət obyekt qiyməti ******* (bir milyon) manatdan çox edir. Lakin iddiaçının bunlardan xəbəri olmadan yaxınlarda Cavabdeh2 oğlu Cavabdeh5 qarşı həmin obyektinin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət edəndən sonra və məhkəmədən evə bildiriş gələndən sonra bu barədə bilmişdir. Yəni, 2022-ci ilin oktyabr ayında Lənkəran rayon Məhkəməsindən Cavabdeh5 Bəhram oğlunun məhkəmə iclasında iştirakı barədə bildiriş gələndən sonra və həmin bildirişdə Cavabdeh2 həmin əmlakın bölünməsi qeydini biləndən sonra iddiaçı əri Şərifov Bəhram Əkbər oğluna qəti şəkildə etirazını bildirmiş, ərizə ilə Lənkəran rayon 1 saylı notariat konturuna müraciət edərək onun razılıq ərizəsini, müqaviləsini və həmin müqavilənin ləğv edilməsini tələb etmişdir. Lənkəran rayon 1 saylı kontoru ona 28 noyabr 2022-ci il tarixli məktubla cavab verərək həmin müqavilənin məhkəmə orqanında ləğvinin mümükünlüyünü bildirmişdir. İddiaçı razılıq ərizəsində əri Şərifov Bəhram Əkbər oğluna Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində olan əmlakının satılmasına razılıq vermiş, ailənin Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində əmlakların olduğunu bilmiş, ona razılıq ərizəsində Lənkəran rayonu Küvənil kəndi ərazisində olan əmlakın satılmasına heç bir razılıq verməmişdir. ünvan 1 ünvanlardır. Ona görə hesab edir ki, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda, notariusda onun guya həmin ticarət obyektinin satılmasına razılıq verməsi barədə ərizəsinin mövcud olmasını bildirmişlər. Lakin həmin ticarət obyektinin satılmasına razılıq verməmiş və həmin ərizədə də qeyd edilmişdir ki, iddiaçı ərinə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən əmlakın satılmasına razılıq vermişdir. Hazırkı ticarət obyekti Lənkəran rayonu, Küvənil qəsəbəsində yerləşir və çıxarışda və alğı-satqı müqaviləsində belə qeyd edilmişdir.

10. İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X5 arasında bağlanmış və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 1 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Ələt-Astara- İran İslam Respublikası avtomobil yolunun 206-cı km-nin sol tərəfində yolun oxundan 20 m məsafə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyyətində torpaq sahəsi olmuşdur. Lənkəran rayon İcra hakimiyyəti Başçısı 17 oktyabr 2008-ci il tarixli 420 saylı sərəncamı ilə həmin torpaq sahəsində ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və inşa şəbəkəsi tikmək üçün icazə vermişdir. Bundan sonra Cavabdeh1 tərəfindən həmin ticarət obyektinin tikintisinə başlanılmış və ti kintisi başa çatdırılmışdır. Həmin ticarət obyektinin tikintisi başa çatdıqdan sonra obyektin istismarına icazə verilmiş və ticarət obyekti onun adına dövlət qeydiyyatına alınaraq adına çıxarış verilmişdir. Ticarət obyekti tam hazır olandan sonra Cavabdeh1 oranı oğlu Cavabdeh5 köməkliyi ilə işlətməyə başlamış, 2013-cü ilin əvvəllərində Cavabdeh5 iş üzrə cavabdeh X3 həyat yoldaşını özünə şərik etmişdir. Baxmayaraq ki, X3 həyat yoldaşı şərik olmaq üçün 1 manat olsun belə ortaya pul qoymamışdır. Cavabdeh5 cavabdehin həyat yoldaşı ilə dost olduğu üçün bu addımı atmışdır. Bundan sonra Cavabdeh1 ticarət obyektinin 1/2 hissəsini oğlu Cavabdeh5 bağışlamış və bu barədə bağışlama müqaviləsi bağlanmışdır. Mübahisəli ticarət obyektinin qalan 1/2 hissəsini isə X3 adına keçirtmiş və bu barədə alğı- sa tqı müqaviləsi bağlanmışdır. Mübahisəli ticarət obyektinin qalan 1/2 hissəsinin iddiaçı X1 barədə alğı-satqı müqaviləsi bağlansa da, buna görə X5 və onun həyat yoldaşı tərəfindən 1 manat olsun pul ödənilməmişdir. Çünki Cavabdeh5 cavabdehin həyat yoldaşı ilə yaxın dost olduğu üçün həmin ticarət obyektini birlikdə işlətmək üçün həmin addımı atmışdır ki, heç kimin ürəyində şübhə qalmasın. X2 həmin mübahisəli ticarət obyektinin naturada bölünməsini tələb edir. Razılığa əsasən onlar həmin ticarət obyektini bir yerdə işlətməli idi. Ona görə Cavabdeh1 da X2 ilə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Bununla əlaqədar onunla söhbət aparsa da, nəticəsi olmamışdır.

12. İddiaçı Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Cavabdeh5 qarşı "əmlakın naturada bölünərək verilməsi və ə şyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mütaciət edərək, mülkiyyət hüququna dair ******* saylı xx.xx.2013-cü il qeydiyyat tarixli X16 rayonu, Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin damının, 0.06238 ha. həyətyanı torpaq sahəsinin və obyektdə olan 36 ədəd "Samsung” markalı kondisionerin ona çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılaraq ona verilməsi və 1 ədəd Ukrayna istehsalı olan işıq transfarmatoru,1 ədəd artezian quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 1 ədəd isitmə sistemini tənzimləyən Fondetal - İtalya istehsalı olan qazla işləyən Aparat (Katel), elektirik və qaz sayğacları, y anğın təhlükəzliyi üçün 100 tonluq yeraltı su ambarı, 1 ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə olması, həmin əşyalardan istifadə etməyinə cavabdeh tərəfindən mane törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 Cavabdeh5 birlikdə 2009-2011-ci illərdə Lənkəran rayonun Küvənil kəndində 2 mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış binası tikərək ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışla hər biri həmin əmlakın 1\2 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Əmlak üzərində paylı mülkiyyət hüququna dair çıxarışa və texniki pasporta əsasən qeyri-yaşayış binası olan tikilini ümumi torpaq sahəsi 0.1855 kv. metr, tikili altında olan torp aq sahəsi isə 011878 kv metrdir. Qeyri-yaşayış sahəsi tikintisi başa çatdıqdan sonra təxminən 5 il ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Lakin sonradan Cavabdeh5 təqsiri ucbatından obyektdən istifadə etmək mümkün olmamışdır. Hal-hazırda qeyri-yaşayış sahəsinin Cavabdeh2 çatan pay hissəsini icarəyə vermək istəsə də, mümkün deyildir. Çünki həmin əmlakdan Cavabdeh2 çatan pay hissəsi naturada ayrılmamışdır. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada onların arasında naturada bölünə bilər. Lakin hazırda həmin razılıq yoxdur və nəticədə onun mülkiyyət hüququ pozulur.

14. Daha sonra iddiaçı Cavabdeh2 iddia tələbini dəqiqləşdirərək göstərmişdir ki, onun paylı mülkiyyət h üququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X16 rayonun Küvənil kəndində inşa olunmuş 2 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyriyaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin, damının, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə məhkəmə tikinti-texniki ekspertizası rəyində müəyyən edildiyi kimi bölünməsi, məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kv.m torpaq sahəsinin qalan 2-ci hissəsinin Cavabdeh5 13.200 manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 verilməsi; Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı xx.xx.2013cü il qeydiyyat tarixli X16 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisione rin, həmçinin 10 (on) ədəd "Sony” markalı televizorun iddiaçı Cavabdeh2 çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılmaqla ona yerilməsi; 01 (bir) ədəd Ukrayna istehsalı olan işıq transfarmatorunun 01 (bir) ədəd artizian su quyusunun, 1 ədəd 15 tonluq nikel su çəninin, 1 ədəd işıq təmizləyicinin (stablizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan “Fondetal”ın, qazla işləyən aparatın (Katelni), elektrik və qaz sayğaclarının, yanğın təhlükəsizliyi üçün 100 tonluq yeraltı su anbarının, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə oluması və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahi ş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon Notaritat Ofisinin notariusu X7 iddia müddətin tətbiq eilməklə iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, Cavabdeh1 tərəfindən həmin müqavilə bağlanarkən, onun həyat yoldaşı İddiaçı tərəfindən həmin əmlakın hissəsinin satılmasına razılıq verilməmişdir. Bu razılığın olmaması Lənkəran rayon 1 saylı notariat ofisində İddiaçı tərəfindən verilmiş həmin əmlakın 1/2 hissəsindəki satılması barədə ərizədəki texniki səhvlə əlaqələndirilir. Belə ki, həmin ərizədə sözügedən qeyri-yaşayış binasının ünvanı, guya Küvənil kəndi deyil, Gərmətük qəsəbəsi göstərildiyindən, bu razılıq sözügedən müqavilədə nəzərdə tutulan alğı-satqı predmeti olan əmlaka aid deyildir. Bu göstərilənlərlə qəti razı deyil və bununla bağlı aşağıdakıları bildi rməyi zəruri hesab etmişdir. Alğı-satqı müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilədə Lənkəran rayonu, Küvənil kəndində yerləşən, 0,1834 ha torpaq sahəsində olan ümumi sahəsi 2152,1 kv.m olan yaşayış sahəsinin həvat yoldaşı İddiaçı tərəfindən verilmiş qeyri-yaşayış binasının satılmasına razılıq ərizəsinin mətnində də ərinə məxsus olan qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması açıq şəkildə ifadə olunmuşdur. İddiaçı qeyri-yaşayış binasının 1/2 hissəsinin satılmasına razılıq faktı, müqavilədəki qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması faktını tamamlayır. Bu razılıq həmin müqavilənin bağlanmasından 2 gün qabaq təsdiq edildiyindən, həmin razılığın digər hər hansı bir əmlakın satışına razılıq kimi tövsif oluna bilməz. Bundan əlavə, mülkiyyətçiyə məxsus hər hansı bir əmlakın 1/2 hissəsinin satılması faktı mövcud deyildir. Əlavə məlumat üçün bildirir ki, 11 yanvar 2013-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində 2 müqavilə rəsmiləşdirilmişdir. 2-ci müqavilə də elə həmin gün mübahisələndirilən əmlakın digər 1/2 hissəsi mülkiyyətçinin oğlu Cavabdeh5 adına bağışlanması barədə olmuşdur. Həmin razılıq ərizəsi də eyni gündə, yəni, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən verilmiş, əmlakın 1/2 hissəsinin oğlu Cavabdeh5 bağışlanması barədə olmuşdur. Hər iki ərizənin eyni gündə verilməsi, hər iki müqavilənin eyni gündə bağlanması, ərizənin mətnində 1/2 hissənin satılması və 1/2 hissənin bağışlanması barədə düzünə göstərişlərin olması, razılıq ərizələrinin mübahisə predmeti olan əmlakla bağlı olmasını sübut edir. Ərizənin mətnində “Gərmətük qəsəbəsi” sözü texniki səhvdir və Gərmətük qəsəbəsində mülkiyyətçiyə məxsus hər hansı bir əmlak olmamışdır. Bu barədə DƏDRX-nin və «Elektron notariat informasiya sistemində» məlumat aşkar edilməmişdir. Buna aydınlıq gətirmək üçün xidməti qaydada DƏDRX-nin Lənkəran rayon 10 saylı ərazi idarəsinə sorğu xx.xx.2023-cü il tarixdə 517 saylı məktubla verilmiş və 30 mart 2023-cü il tarixdə 3-21-3-43/2-807/2023 saylı cavab məktubunda vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmadığı bildirilmişdir. Gərmətük qəsəbəsi ilə Küvənil kəndi coğrafi cəhətdən bir-birinə bitişik ərazidir, onları bir-birindən yalnız nəqliyyat vasitələri üçün yol ayırır. 2013-cü ildə, yəni 10 il əvvəl hazırkı mübahisə predmeti olan əmlakın yerləşdiyi yer Gərmətük qəsəbəsi ərazisi kimi tanınırdı. İşgüzar münasibətlərdə həmişə həmin ərazi Gərmətük qəsəbəsi kimi adlandırılmışdır. Çünki 10 il əvvəl həmin yol boyu ərazilərdə inkişaf nöqteyi-nəzərindən Küvənil kəndi hissəsində digər tikililər olmamışdır. Bütün tikililər yolun Gərmətk qəsəbəsi ərazisində olmuşdur. Ərizə verən vətəndaş özü də həmin ərazinin daxili inamına uyğun olaraq Gərmətük qəsəbəsinin ərazisi olduğunu bilmişdir. Mülki Məcəlləyə və notariat haqqında qanunvericiliyə uyğun olaraq, müqavilə bağlanan zaman, habelə, birtərəfli əqdlər rəsmiləşdirilərkən tərəflərin həqiqi niyyəti müəyyən olunur. İddiaçı həqiqi niyyəti ərinə məxsus olan mübahisə predmeti olan əmlakın satlımasına razılıqla bağlı olmuşdur. Bu dəqiq müəyyən edilmişdir. İddia ərizəsində iddiaçı müqa vilənin ucuz qiymətə rəsmiləşdirildiyini və reallığa uyğun olmadığını bildirir. Mülki Məcəllənin mühüm prinsiplərindən biri müqavilənin azadlığı prinsipidir. İki tərəfli müqavilələrdə, tərəflər müqavilənin əsas şərtləri barədə birgə razılığa gəlirlər. Müqavilədə göstərilən 50.000 manat məbləğ mübahisə predmeti olan əmlakın 1/2 hissəsinə aiddir və 10 il bundan əvvəlki dövrləri müqayisə etsək, kifayət qədər böyük bir məbləğdir. Nə Mülki Məcəllədə, nə də “Notariat haqqında” Qanunda tərəflər arasında müqavilə bağlanması zamanı, notarius tərəfindən qiymətlə bağlı hər hansı bir zəruri tədbirlərin görülməsi, qiymətləndirilmə aparılması, arayışların alınması və s. nəzərdə tutulmuşdur. Bu ağlabatan mühakimə, bazar qiyməti və tərəflərin iradəsi əsasında müəyyənləşdirilir. İddiaçı ilə cavabdeh aras ındakı münasibətləri, o cümlədən, onların ər-arvad olması onu deməyə əsas verir ki, iddiaçının bu müqavilənin bağlanmasından xəbərinin olmaması fikri, tamamilə əsassızdır. Alğı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin və həmin əmlakın satılmasına İddiaçı razılıq ərizəsindəki həqiqi niyyətləri düzgün müəyyən edilmiş və bu əqdlərin bağlanması zamanı qanunvericiliyin tələbləri gözlənilmişdir.

16. Məhkəmə Eksperitza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 10/5182 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********26-06301 reyestr nömrəli texniki pasportun məlumatlarına və baxış zamanı əl də olunmuş məlumatlara əsasən, Lənkəran rayonu Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının daxilində və xaricində yerləşən pilləkənlərin, qapıların pəncərələrin, sanitar qovşağlarının və.s bir-birinə simmetrik şəkildə inşa edilməsini nəzərə alınaraq, həmin qeyri-yaşayış binasının zirzəmi mərtəbəsinin, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə ½ hissəyə ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, qeyriyaşayış binasının yerləşdiyi 0,1855 ha torpaq sahəsinin iki tərəfdən yol ilə qonşuluq təşkil etməsini, konfiqurasiyasını və digər texniki göstəricilərini nəzərə alaraq həmin torpaq sahəsinin iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin torpaq sahəsinin üzrərində yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsi paylara uyğun olaraq bərabər şəkildə iki hissəyə bölündükdə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bölünmüş vəziyyətdə) 1-ci hissədə 817,5 kv.m, 2-ci hissədə 1037,5 kv.m təşkil edir. ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə ½ hissəyə ayrılması üçün zirzəmi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin hər birində müvafiq olaraq sağ və sol tərəflərdən 19,8 metr məsafədən sonra ortadan sərhəd divarı inşa edilməlidir.

17. Lənkəran Rayon Məhkəməsinin 8 dekabr 2023-cü i l tarixli, 2(049)-486/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh5 qarşı "əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 paylı mülkiyyə t hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X16 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisi, birinci və ikinci mərtəbəsi, damı, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə məhkəmə tikinti-texniki ekspertizası rəyində müəyyən edildiyi kimi bölünməsi, məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kv.m torpaq sahəsinin qalan 2-ci hissəsinin Cavabdeh5 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 verilməsi, qeyri-yaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisioner, həmçinin 10 (on) ədəd "Sony” markalı televizorun iddiaçı Cavabdeh2 çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılaraq ona verilməsi, 01 (bir) ədəd Ukranya isteh salı olan işıq transfarmatoru, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stabilizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtaliya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektrik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yüz) tonluq yeraltı su anbarı, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə olması və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması, iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə Cavabdeh2 oğlu tərəfindən ödənilmiş 100 man at dövlət rüsumunun Cavabdeh5 tutularaq iddiaçı Cavabdeh2 oğluna ödənilməsi, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

18. Məhkəmə İddiaçı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə bağlı qeyd etmişdir ki, həmin iddia üzrə İddiaçı ilə Cavabdeh1 ər-arvaddır və sonuncunun adına Lənkəran rayonu, Küvənil kəndində bir çox daşınmaz əmlak obyekti olmuşdur və hazırda da vardır. İddiaçı Lənkəran rayonu, Küvənil kəndində yerləşən və hazırkı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılmasından bu qədər uzun müddət ərzində həmin obyektin oğlu və ya əri tərəfindən şərik olaraq işlədilməsindən xəbərsiz olmasına dair iddiası məhkəm ə tərəfindən inandırıcı, ağlabatan hesab edilmir. Məhkəmə bu qənaətə gələrkən DƏDRX-nin Lənkəran rayon 10 saylı ərazi idarəsininin 30 mart 2023-cü il tarixdə 3-21-3- 43/2-807/2023 saylı məktubunda qeyd edilmiş vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmamasına dair rəyini də əsas götürmüşdür.

19. Cavabdeh1 adına Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində kooperativ tərəfindən verilmiş qeyri-yaşayış obyekti ilə bağlı məhkəmə bildirmişdir ki, İddiaçı hazırda mübahisə mövzusu olan Lənkəran rayonu, Küvənil qəsəbəsi ərazisindəki qeyri-yaşayış obyektinin məhz Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində korparativ tərəffindən verilmiş qeyri-yaşayış obyekti ilə səhv salınmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyn i zamanda, məhkəmə nəzərə almışdır ki, Cavabdeh1 hazırda mübahiusə predmeti olan alq-satqı müqvailəsinin ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməsinə baxmayaraq, eyni müqavilənin etibarsızlığı ilə bağlı Bəhrəm Əkbərovun arvadı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmiş və göstərilmişdir ki, müqavilənin mövcudluğundan Cavabdeh2 məhkəməyə xx.xx.2022-ci ildə müraciətindən sonra bilmişdir. Bu hal da özlüyündə məhkəmə tərəfindən İddiaçı iddiasında göstərdiklərinin inandırıcı olmamasını bir daha sübuta yetirmiş olur.

20. Məhkəmə Cavabdeh1 “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasına münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllədə müqavilənin etibarsızlığının konkret halları göstərilmişdir. Hazırda irəli sürülən iki iddia tələbi üzrə də yəni, nə iddiaçı kimi Cavabdeh1, nə də İddiaçı iddialarında etibarızlığın əsası kimi qanunda göstərilmiş heç bir hal qoyulmamışdır. Hər iki iddia üzrə iddia tələbindən aydın olan hal, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ½ hissədə Cavabdeh2 məxsus olması, sonuncu tərəfindən işlədilməsi və aralarında yaranmış narazılığın ifadəsi kimi Cavabdeh2 tərəfindən məhkəməyə müraciət edildikdən sonra hər iki şəxs (ər və arvad) tərəfindən əks addım kimi müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilməsidir.

21. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi nə dair və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilməlidir.

22. Məhkəmə Cavabdeh2 “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı qeyd etmişdir ki, yuxarıda şərh olunan sənədlərdən görünür ki, ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X16 rayonu, Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsi ½ hissədə Cavabdeh2 paylı mülkiyyətindədir. Mülkiyyətçi kimi Cavabdeh2 mülkiyyətində olan əmlaka dair sərbəst sərəncam vermək, ondan istifafə etmə və sahiblik etmək hüquqlarının sərbəst həyata keçi rmək üçün əmlakın naturada bölünməsini xahiş etmiş və bu hal məhkəmə ekspertizası rəyi ilə tam təsdiq edilmişdir. Buna görə də, məhkəmə əmlakın naturada bölünməsini məhkəmə ekspertiza rəyində göstərildiyi kimi həyata keçirilməsini qanuni və əsaslı saymışdır.

23. Eyni zamanda, 1037,5 kv.m torpaq sahəsinin qalan 2-ci hissənin Cavabdeh5 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 verilməsi ilə bağlı sonuncunun iddia ərizəsində göstərdiyi də məhkəmə tərəfindən ağlabatan hesab olunmamışdır. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli arayışına əsasən mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin 01 (bir) sotu ortalama hesabla 6000 (altı min) manat dəyərindədir. Buna görə də Cavabdeh2 iddiası həmin hissədə də təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Cavabdeh2 ilə bağlanmış xx.xx.2013-cü il tarixli əqdin etibarsız olması nəzərə alınaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, iddiaçı Cavabdeh2 əri X8 ilə Rusiyada biznes ortağı olmuşdur. Həmin biznesin yaradıcısı o, olsa da, yenidən biznes qurarkən yaradılmış şirkət Seyranın adına olmuşdur. Bununla belə, şirkətə məxsus və Rusiya Federasiyasında yerləşən bir sıra əmlaklar onun və qohumlarının adına olduğu üçün Seyran Abdullayev həmin əmlaklar və onların biznes ortaqlığını qarantiyaya almaq üçün ondan Azərbaycanda ona məxsus daşınmaz əmlakı onun arvadının adına keçirilməsini istəmişdir. Yaranmış biznes münasibətini qorumaq və mehribanlığa nail olmaq məqsədilə atası Cavabdeh1 ona məxsus əmlakın ½ hissəsini Seyran Abdullayevin yoldaşı Cavabdeh2 adına keçirməsini xahiş etmişdir. Bundan sonra atası ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanılmışdır. Lakin həmin müqavilə formal bağlanmış, görünüş üçün olmuşdur. Anası İddiaçı belə bir müqavilənin bağlanmasından xəbəri olmamışdır. O, Küvənil kəndində yerləşən 2152.1 kv.m. sahəsi olan qeyri-yaşayış obyektinin ½ hissəsinin ona bağışlanmasına razılıq vermiş, yerdə qalan ½ hissəni isə bacılarının adın a keçirməyi planlaşdırmışdır. Atası Cavabdeh1la Cavabdeh2 arasında bağlanılmış müqavilə formaldır, nə Cavabdeh2, nə də onun yoldaşı Seyran Abdullayev heç bir zaman Küvənil kəndində yerləşən obyektə mülkiyyətçi qismində yanaşmamış, oranın idarəçiliyi ilə maraqlanmamış, idarəçilikdə iştirak etməmiş, bu sahədə hər hansı göstəriş verməmişlər. Bu halı eyni zamanda Cavabdeh2 onun adına verdiyi baş etibarnamə də təsdiq edir. Həmin etibarnamədə idarəçiliklə və ümumən obyektlə bağlı bütün hüquqlar onda olmuşdur. Abdullyeva Yeganə iddiasında göstərir ki, obyekti onunla birgə vəsait hesabına inşa etmişdir. Bu tamamilə yalandır. Həmin obyekt atası Cavabdeh1 tərəfindən inşa edilmişdir, o, isə bəzi hissələrində yardımçı olmuşdur. Bundan başqa, obyektə quraşdırılmış avadanlıqlar onun vəsaiti hesabına alı nmışdır. Bunu təsdiq edən sübutların bir qismini birinci instansiya məhkəməsində versə də, məhkəmə həmin sübutu əsassız olaraq nəzərə almamışdır. Bir qismini isə hazırda təqdim edir, belə ki, həmin əşyalar illər öncə alınmışdır, onların sənədlərini tapmaq ilk öncə mümkünsüz olsa da, sonradan davamlı axtarışlar nəticəsində həmin əşyaları aldığı şirkətlərin əlaqə vasitələrini taparaq, onlara müraciət etmiş və bir qisim sənədlər məhkəmə bitdikdən sonra əldə edilmişdir. Lakin prosessual məcəllənin tələbinə əsasən həmin sübutları apellyasiya instansiyasında da vermək hüququndan istifadə edərək təqdim edir və məhkəmən xahiş edir ki, sübutları qəbul edərək, onlara qiymət versin.

26. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 “müq avilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etimişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti oğlu Cavabdeh5 apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

28. İddiaçı nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməsi və Cavabdeh2 iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hər bir halını aydınlaşdırmamış, iş materialla rında olan bir sıra sübutlara hüquqi qiymət verməmiş, bununla da iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparmamışdır. Hazırkı işin hallarından görünür ki, məhkəmə İddiaçı müqavilə bağlanan zamanı danışıqlarda iştirak etməməsini, sonuncunun həqiqi iradə ifadəsinin Lənkəran rayonu, Küvənil kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı olmadığını, əksinə xx.xx.2013-cü il tarixdə İddiaçı notarial ərizə verərkən Lənkəran rayonu, Gərmərük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı olduğunu, bununla da birgə mülkiyyət hesab edilən daşınmaz əmlakın satılmasına razılıq vermədiyini, hüququnun pozulmasını bildiyi anın 2022-ci ilin oktyabr ayında olmasını nəzərə almamış, bununla da müqavilənin etibarlılıq anlayışına düzgün hüquqi qiymət verməmiş, formal mülahizələrdən irəli gələn mövqe sərgiləmiş, maddi hüquq normasını düzgün şərh etməmiş, Konstitusiya Məhkəməsinin bu yöndə qəbul etmiş olduğu qərarlarından formalaşdırdığı hüquqi mövqeyi nəzərə almamışdır. İddiaçı Lənkəran rayon, Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının satılmasına razılığına dair iradə ifadəsini əks etdirən ərizədə texniki xətaya yol verilməsinə dair cavabdeh 1 saylı Lənkəran rayon notariat ofisinin mövqeyinə münasibətdə göstərilməlidir ki, İddiaçı eyni gündə və zamanda, ardıcıl olaraq, iki ərizə vermişdir. Bunlardan birincisi məhz Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı olmuş, ikincisi isə Küvənil kəndində yerləşən əmlakın bağışlanılmasına aid olmuşdur. Belə olan halda əgər həqiqətən texniki xəta baş vermiş olsaydı, hər iki ərizədə Gərmətük qəsəbəsi qeydi qalmış olardı. Lakin göründüyü kimi İddiaçı iradə ifadəsini dəqiq göstərmişdir. İddiaçı həqiqi iradə ifadəsinin məzmununa dəlalət edən digər məsələ notarial ərizələrin özgəninkiləşdirilməsi formasındadır. Digər məsələ inzibati ərazilərin statuslarının da fərqli olmasındadır. Belə ki, inzibati ərazi statusu baxımından Gərmətük qəsəbə Küvənil isə kənd statusludur. Texniki xəta zamanı həm inzibati ərazilərin fərqli ifadəsi, həm inzibati statusların fərqli (yəni düzgün olaraq, hərəsini özünə aid) formada ifadəsi, həm də özgəninkiləşdirmə formalarının aydın şəkildə (alğı-satqı və bağışlama) ifadəsi mümkünsüzdür.

30. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)- 486/2023 saylı, xx.xx.2 023-cü il-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin rədd edilməsini, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı“müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı Bəhram Şərifovla ümumi mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması ilə bağlı heç bir razılığı olmamış və iş materiallrında olan xx.xx.2013- cü il tarixli İddiaçı tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmiş “ərim Şərifov Bəhram Əkbər oğluna məxsus olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1\2 hissəsinin satılmasına razıyam” məzmunlu ərizə Lənkəran rayonu, Küvənil kəndi ərazisində yerləşən ticarət mərkəzi və iaşə şəbəkəsinin ½ payının Cavabdeh2 satılması barədə iradəsini ehtiva etmir. Yuxarıda qeyd etdiyi ərizənin məzmunundan da görünür ki, İddiaçı yalnız Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması barədə ərizə vermiş və həmin əmlakın mövcudluğu barədə də iş materiallarına sənədlər əlavə edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nüma yəndəliyinin verdiyi arayışdan görünür ki, Şərifova X9 rayonun Küvənil kəndində yaşayır və qediyyatdadır. Lənkəran rayonu Küvənil kəndi Aşağı Nüvədi qəsəbə icra nümayədəliyinin tərkibindədir və həmin kəndin Lənkəran rayonu Gərmətük kəndinə heç bir aidyyəti yoxdur. Bundan başqa, iş materiallarında olan xx.xx.2002-ci il tarixli Lənkəran rayon kooperativ cəmiyyəti idarə heyətinin iclas protokolundan görünür ki, Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən univermaq işçisi Cavabdeh1 satılması barədə qərar verilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsinin satılmasına razılıq ərizəsiz verərkən birmənalı şəkildə xx.xx.2002-ci il tarixli Lənkəran rayon kooperativ cəmiyyəti idarə heyətinin qərarı ilə Cavabdeh1 satılmış Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən univermağın ½ hissəsinin satılması barədə iradə ifadəsini bildirsədə məhkəmə həmin faktları nəzərə almamışdır.

32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-700/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, ******* saylı, xx.xx.2013-cü il tarixli X16 Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152.1 kv.m olan qeyri- yaşayış binasının yerləşdiyi 0,1855 ha torpaq sahəsinin iki tərəfdən yol ilə qonşuluq təşkil etməsi, konfiqurasiyası və digər texniki göstəriciləri nəzərə alınaraq, həmin torp aq sahəsinin iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin torpaq sahəsinin üzrərində yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsi paylara uyğun olaraq bərabər şəkildə iki hissəyə bölündükdə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bölünmüş vəziyyətdə) 1-ci hissədə 817,5 kv.m, 2-ci hissədə 1037,5 kv.m təşkil edir. ******* saylı, xx.xx.2013-cü il tarixli X16 Küvənil kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 1/2 hissəyə ayrılması üçün zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin hər birində müvafiq olaraq sağ və sol tərəflərdən 19,8 metr m əsafədən sonra ortadan sərhəd divarı inşa edilməlidir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

35. Apellyasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, Şərayət qeyd edilən alğısatqı müqaviləsinin bağlanmasından xəbərsiz olmuş və Yeganəyə Küvənil kəndindəki obyektin deyil, Gərmətük qəsəbəsindəki obyektin satılmasına razılıq vermişdir. Qeyd edilir ki, Cavabdeh1 tərəfindən həmin müqavilə bağlanarkən, onun həyat yoldaşı İddiaçı tərəfindən həmin əmlakın hissəsinin satılmasına razılıq verilməmişdir. Bu razılığın olmaması Lənkəran rayon 1 saylı notariat ofisində İddiaçı tərəfin dən verilmiş həmin əmlakın ½ hissəsinin satılması barədə ərizədəki texniki səhvlə əlaqələndirilir. Belə ki, həmin ərizədə sözü gedən qeyri-yaşayış binasının ünvanı, guya Küvənil kəndi deyil, Gərmətük qəsəbəsi göstərildiyindən, bu razılıq sözü gedən müqavilədə nəzərdə tutulan alğı-satqı predmeti olan əmlaka aid deyildir. Kollegiya bununla bağlı bildirmişdir ki, alğısatqı müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və notariat ofisində təsdiq edlmişdir. Həmin müqavilədə Lənkəran rayonu, Küvənil kəndində yerləşən, 0,1834 ha torpaq sahəsində olan ümumi sahəsi 2152,1 kv.m olan yaşayış sahəsinin həyat yoldaşı İddiaçı tərəfindən verilmiş qeyri-yaşayış binasının satılmasına razılıq ərizəsinin mətnində də ərinə məxsus olan qeyri-yaşayış binasının ½ hissəsinin satılması açıq şəkildə ifadə olunmuşd ur. İddiaçı qeyri-yaşayış binasının ½ hissəsinin satılmasına razılıq faktı, müqavilədəki qeyriyaşayış binasının 1/2 hissəsinin satılması faktını tamamlayır. Bundan başqa, Şərayət tərəfindən verilən bu razılıq həmin müqavilənin bağlanmasından 2 gün qabaq təsdiq edildiyindən, həmin razılığın digər hər hansı bir əmlakın satışına razlıq kimi qiymətləndirilə bilməz. Bundan əlavə, 11 yanvar 2013-cü il tarixdə Bəhrəmə məxsus hər hansı bir əmlakın ½ hissəsinin satılmasına dair notariusda hər hansı notariat hərəkətləri aparılmamışdır. Belə ki, 11 yanvar 2013-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində 2 müqavilə rəsmiləşdirilmişdir. Biri Yeganə ilə bağlanan alğı-satqı müqaviləsidir. İkinci müqavilə də elə həmin gün mübahisələndirilən əmlakın digər ½ hissəsi mülkiyyətçinin oğlu Cavabdeh 5 adına bağışlanması barədə olmuşdur. Həmin razılıq ərizəsi də eyni gündə, yəni, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən verilmiş, həmin əmlakın ½ hissəsinin oğlu Cavabdeh5 bağışlanması barədə olmuşdur. Hər iki ərizənin eyni gündə verilməsi, hər iki müqavilənin eyni gündə bağlanması, ərizənin mətnində ½ hissənin satılması və ½ hissənin bağışlanması barədə düzünə göstərişlərin olması, razılıq ərizələrinin mübahisə predmeti olan əmlakla bağlı olmasını sübut edir. Şərayət tərəfindən verilən ərizənin mətnində “Gərmətük qəsəbəsi” sözü texniki səhvdir. Gərmətük qəsəbəsində mülkiyyətçiyə məxsus hər hansı bir əmlak olmamışdır. Bu barədə “Elektron notariat informasiya sistemində” məlumat aşkar edilməmişdir. Bununla bağlı notarius tərəfindən Lənkəran rayon 10 saylı Ərazi İdarəsinə sorğu verilmiş və 30 mart 2023-cü il tarixdə 3-21-3-43/2807/2023 saylı cavab məktubunda, vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmadığı bildirilmişdir.

36. Həmçinin Şərayət kollegiyanın iclasında özü də bir daha bildirmişdir ki, hal-hazırda Küvənil kəndində və Gərmətük qəsəbəsində başqa qeyri-yaşayış (obyektlər) sahələri yoxdur. Bildirmişdir ki, Gərmətük qəsəbəsində bir unvermaq (mağaza) binaları olub ki, onu da hazırkı mübahisəli obyekti satmamışdan əvvəl satmışlar. Hazırkı mübahisəli obyekti satan zaman Gərmətük qəsəbəsində heç bir mağazaları olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə və notariat haqqında Qanunvericiliyə uyğun olaraq, müqavilə bağlanan zaman habelə, birtərəfli əqdlər rəsmiləşdirilərkən tərəflərin həqiqi niyyət i müəyyən olunur. İddiaçı həqiqi niyyəti ərinə məxsus olan mübahisə predmeti olan əmlakın satlımasına razılıqla bağlı olmuşdur. Bu dəqiq müəyyən edilmişdir.

37. Kollegiya qeyd etmişdir ki, Bəhrəm şikayətində müqavilənin ucuz qiymətə rəsmiləşdirildiyini və reallığa uyğun olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mühüm prinsiplərindən biri müqavilənin azadlığı prinsipidir. Tərəflər qanunvericiliyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər. İki tərəfli müqavilələrdə, tərəflər müqavilənin əsas şərtləri barədə birgə razılığa gəlirlər. Bu tərəflərin subyektiv hüququdur. Müqavilədə göstərilən 50.000 manat məbləğ mübahisə predmeti olan əmlakın ½ hissəsinə aiddir və 11 il bundan əvvəlki dövrləri müqayisə etsək, kifayət qədər böyük bir məbləğdir. Nə Mülki Məcəllədə, nə də “Notariat haqqında” qanunda tərəflər arasında müqavilə bağlanması zamanı notarius tərəfindən qiymətlə bağlı hər hansı bir zəruri tədbirlərin görülməsi, qiymətləndirilmə aparılması, arayışların alınması və s. nəzərdə tutlmamışdır.

38. İddiaçı ilə cavabdeh arasındakı münasibətlərin, o cümlədən, onların ər-arvad olması onu deməyə əsas verir ki, iddiaçının bu müqavilənin bağlanmasından xəbərinin olmaması fikri, tamamilə əsassızdır. Alğı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin və həmin əmlakın satılmasına İddiaçı razılıq ərizəsindəki həqiqi niyyətləri düzgün müəyyən edilmiş və bu əqdlərin bağlanması zamanı qanunvericiliyin tələbləri gözlənilmişdir. Kollegiyanın iclası zamanı Şərayət bildirmişdir ki, mübahisəli obyektin ½ hissəsini Qəşəmə bağışlamış və bundan xəbəri olmuşdur. Lakin obyektin digər ½ hissəsinin Yeganəyə satılmasından xəbəri olmamışdır. Evə məhkəmədən bildirişi gəldikdən sonra Bəhrəmin obyektin ½ hissəsinin Yeganəyə satılmasından xəbəri olmuşdur. O, ərizə vermək üçün notariusa getməmişdir. Notarius özü evə gəlmişdir. Ərizələr də hazır olaraq yazılıb gətirilmişdir. Evdə ərizələri oxuyub imzalamışdır. Lakin nəyə imza etməsini bilməmişdir. Evdə ərizələri imzalayan zaman Bəhrəmlə Qəşəm onun yanında olmamışdır. Həmin vaxt ərizələrə qol çəkməyinə heç kəs onu məcbur etməmişdir.

39. Məhkəmə kollegiyası bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” m üddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7, 152, 157.4, 213.1, 213.2, 213.3, 213.5, 337, 404.1 və 404.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 337-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-700/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilib, Cavabdeh2 iddia tələbinin rədd edilməsi, iddiaçı Şərifova Şərayət Paşa qızının cavabdehlər Şərifov Bəhrəm Əkbər oğlu, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı ninəlivaqüm“ və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin olunması barədə yeni qərar çıxarılmas ını xahiş etmişdir.

42. Vəkil3 tərəfindən tərtib edilmiş kassasiya şikayəti apellyasiya icraatında tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi MPM-in 76 və 88-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir.

43. Vəkil4 tərəfindən tərtib edilmiş kassasiya şikayəti də apellyasiya icraatında tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

44. Şərifov Bəhram Əkbər oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-700/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edliib, Cavabdeh2 iddia tələb inin rədd olunması, iddiaçı Şərifov Bəhrəm Əkbər oğlunun ninəlivaqüm“ və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

45. Şərifov Bəhram Əkbər oğlunun kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı həqiqi niyyətinin ərinə məxsus olan mübahisə predmeti olan əmlakın satlımasına razılıqla bağlı olması barədə məhkəmənin mövqeyi tamamilə səhvdir. Məhkəmə qətnamə qəbul edrəkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, sübutları tam hərtərəfli qiymətləndirməmişdir. İşin hallarından görünür ki, İddiaçı qeyri-yaşayış binasının ½ hissəsini Cavabdeh2 satılmasından məlumatı olmamışdır. Alğı-satqı müqaviləsi bağ lanarkən Şərifov Bəhram Əkbər oğlu ona Lənkəran rayonu Gərmətük qəsəbəsindəki əmlakın satılacağını bildirmiş və xx.xx.2013-cü il tarixli ərizə də onun istəyi əsasında verilmişdir. Əgər İddiaçı Küvənil kəndində yerləşən əmlakın digər şəxsin adına özgəninkiləşdirilməsini bilsəydi, buna heç vaxt razılıq verməzdi.

46. Cavabdeh5 kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Cavabdeh2 ilə bağlanmışxx.xx.2013cü il tarixli əqdin etibarsız olması nəzərə alınaraq, iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

47. Cavabdeh5 kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 məhkəmə prosesində həm qeyri-yaşayış sahəsini alğı-sa tqı müqaviləsi əsasında aldığını iddia edir, həm də iddia ərizəsində həmin qeyri-yaşayış sahəsini Cavabdeh5la birlikdə inşa etdiyini göstərir. Bu hal özlüyündə müstəqil şəkildə müqavilənin formal olmasına işarədir, amma apelyasiya şikayətində göstərilməsinə baxmayaraq, bu hala da məhkəmə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıl dığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir.

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

51. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

52. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

53. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər bi rinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

54. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

55. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

56. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

57. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakç ılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

58. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

59. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. M üqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edililir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) o nun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 62. 213.3. maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qət namə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə kassasiya şikayətləri əsasında tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə g örə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin əsaslandırmasının əsasını təşkil edirdi və apellyasiya məhkəməs i həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

74. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

75. İddiaçı iddia tələbi, mübahisəli əmlakın ½ hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 50000 manata satılması haqqında bağlanmış 11 yanvar 2013-cü il tarixli müqavilənin etibarsız sayılması barədədir.

76. Həmin tələb onunla əsaslandırlır ki, əmlak satılarkən İddiaçı razılığı alınmamışdır.

77. Bu iddia tələbinin hüquqi əsasını Müılki Məcəllənin 225.6-cı və 337-ci maddələri təşkil edir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan həmin əmlaka dair bağlanmış müqavilə et ibarsız hesab edilir.

78. İddiaçı iddia tələbini rədd edən birinci instansiya məhkəməsin qənaəti ondan ibarət olub ki, İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılmasından, həmin obyektin oğlu və ya əri tərəfindən şərik olaraq işlədilməsindən bu qədər uzun müddət ərzində xəbərsiz olması inandırıcı, ağlabatan hesab edilmir.

79. Apelyasiya instansiyası məhkəməsi isə İddiaçı xx.xx.2013-cü ildə notariat qaydada təsdiqlənmiş, “Ərim Cavabdeh1 məxsus olan Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının ½ hissəsinin satılmasına razıyam” məzmunlu ərizəsinin mübahisəli əmlaka aidliyini təhlil edərək bu nəticəyə gəlmişdir ki, həmin razılıq məhz mübahisəli əmlakın ½ hissəsinin satılması barədə razılığı ifadə edir. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsasl andırıb ki, həmin ərizədə ərizədə sözü gedən qeyri-yaşayış binasının ünvanının Küvənil kəndi deyil, Gərmətük qəsəbəsi göstərilməsi texniki səhvdir. Alqı-satqı müqviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və notariat ofisində təsdiq edlmişdir. Həmin müqavilədə qeyri-yaşayış binasının ½ hissəsinin satılmasına razılıq açıq şəkildə ifadə olunmuşdur. İddiaçı qeyri-yaşayış binasının ½ hissəsinin satılmasına razılıq faktı, müqavilədəki qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması faktını tamamlayır. Bundan əlavə, 11 yanvar 2013-cü il tarixdə Bəhrəmə məxsus başqa hər hansı bir əmlakın ½ hissəsinin satılmasına dair notariusda hər hansı notariat hərəkətləri aparılmamışdır. Razılıq ərizələri eyni gündə, yəni, xx.xx.2013-cü il tarixdə verilmiş, həmin əmlakın ½ hissəsinin oğlu Cavabdeh5 bağışlanmas ı barədə olmuşdur. Hər iki ərizənin eyni gündə verilməsi, hər iki müqavilənin eyni gündə bağlanması, ərizənin mətnində ½ hissənin satılması və ½ hissənin bağışlanması barədə düzünə göstərişlərin olması, razııq ərizələrinin mübahisə predmeti olan əmlakla bağlı olmasını sübut edir. Bundan əlavə, DƏDRX-nin və «Elektron notariat informasiya sistemində» məlumatlardan və 10 saylı Ərazi İdarəsinin 30 mart 2023-cü il tarixli 3-21-3-43/2-807/2023 saylı məktubu ilə Cavabdeh1 adında Lənkəran rayonun Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmadığı aşkar edilmişdir.

80. Məhkəmə kollegiyası eyni zamanda 2013-cü ildən mübahisəli qeyri-yaşayış sahəsinin bir hissəsinə hüququn Cavabdeh2 keçməsi və şərikli işlədildiyi halda İddiaçı buna etiraz etməməsini (konkludent hərəkətlərini) həlled ici hal kimi nəzərə almışdır.

81. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

82. Cavabdeh5 ümumi istifadəyə verilmiş əmlakların Cavabdeh2 tərəfindən deyil, özləri tərəfindən alınması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir. Belə ki, məhkəmə bu əmlakların obyektin təyinatı üzrə istifadə olunması üçün zəruri olmasından, uzun müddət birgə istifadə olunmasından çıxış etməklə, bundan sonra da ümumi istifadədə saxlanması qət edilmiş, bu əmlaklara dair mülkiyyət hüququ araşdırma predmeti olmamışdır.

83. Notariat kontorunun nümayəndəsinin səlahiyyəti olmadığı halda aşağı instansiya məhkəməsində nümayəndənin qanunsuz olaraq prosesə buraxılması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvi üçü n əsas deyil. Çünki MPMin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

84. Notariat kontorunun nümayəndəsinin səlahiyyətsiz olması da iş üzrə gəlinən nəticəyə təsir etmir. İddia tələbinə qarşı yazılı etiraz notarius tərəfindən verilmişdir və məhkəmə tərəfindən müəyyən olunan hallara, habelə gəlinin nəticəyə notariat orqanının etirazı yoxdur.

85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

86. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normalar ı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-700/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar