Məhkəmə qərarları › İş №2(102)-3176/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3176/2022

05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3176/2022 05.05.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aktın etibarsız hesab edilməsi, borcun (4104 manat) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünv an 1 ünvanında yeləşən ümumi sahəsi 62,10 kv.m olan qeyriyaşayış binasına-avtoyuma sexinə aid 152162 abonent koduna hesablanmış 4104 manat borcun silinməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun Cavabdeh ASCdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(105)-3086/2021 nömrəli qətnaməsi ilə (hakimlər S.Qafari, Ş.Abasov, T.Məmmədov) Cavabdeh ASC -nin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdi r. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, hazırki işdə İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsı z hesab edilərək, həmin akt əsasında qeyri-qanuni hesablanmış 4104 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Proosessual Məcəlləsinin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddənin məzmununa görə kassasiya şikayəti verən şəxsin tələblərinin apelyasiya instansiyasında təmin olunmamasını nəzərdə tutur. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirmədiyindən, apellyasiya məhkəməsi haqlı olaraq qətnaməni yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyini və əsaslığını yoxlamışdır. MPM-ni n 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci maddənin tələblərinə cavab vermirsə apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2,, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3086/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar