Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3178/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 1* saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 1* saylı Notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-2825/2*23 saylı, 5 may 2*23-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 6/8 saylı evin 2/7 hissəsi X3 mülkiyyətində olmuşdur.
2. X1* 24 yanvar 1996-cı il tarixli vəsiyyətnamə verməklə özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 6/8 saylı evin özünə məxsus olan hissəsini övladları İddiaçı və X11 vəsiyyət etmişdir.
3. X1* 14.*1.2*15-ci ildə, X16 isə *6.*9.2*16-cı ildə vəfat etmişdir.
4. Nurəddin Fətəliyevin vərəsəsi X6 cavabdehlər İddiaçı, X7, X12, X13, X14, X17 və Bakı şəhəri 1* saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasından qalmış mirasın qəb ul edilməsi üçün buraxılmış müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa olunması, miras qalmış Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 6/8 saylı evə münasibətdə vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı, X15, X18 cavabdeh X4 və Bakı şəhəri 1* saylı Notariat kontoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasından qalmış mirasın qəbul edilməsi üçün buraxılmış müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa olunması, miras qalmış Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 6/8 saylı evə münasibətdə vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2*18-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaçıların iddia tələbləri qismən təmin olunaraq X2 miras qalmış d aşınmaz əmlaka paylar vərəsələr arasında aşağıdakı qaydada bölüşdürülməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X5 1/35 hissədə, X8 1/35 hissədə və X1 1/35 hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş; Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə İddiaçı 1/1* hissədə, X9 1/1* hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş; vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri, 1* saylı notariat kontoruna həvalə edilmiş, ilk və qarşılıqlı iddialar qalan hissədə rədd edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *6 dekabr 2*18-cı il tarixli qətnaməsi ilə cavabdehlər X2*, X21 və X23 tərəfindən verilm iş apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2*18-ci il tarixli qətnaməsi qismən, yəni ilkin və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilmiş, ilk iddia üzrə iddiaçı X1, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X5 və X8 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir.
7. Bakı şəhəri 1* saylı Notariat Ofisinin (bundan sonra mətndə cavabdeh) *2 iyul, *9 iyul, 16 avqust 2*22-ci il tarixli məktublarında göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş *6.12.2*18-cı il tarixli qətnaməsi ilə İddiaçı miras əmlaka nə qanu n, nə də vəsiyyət üzrə vərəsə kimi tanınmamışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 25.*7.2*22-ci il tarixli qətnaməsi ilə İddiaçı Nurəddın qızının iddiası təmin edilməmişdir. Ona görə də miras əmlaka onun adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(*1*)-1167/2*22 nömrəli, 25 aprel 2*22-ci il tarixli qətnaməsi ilə İddiaçı X13 qarşı “Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 6/8 saylı evdən istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Bakı şəhəri 1* saylı Notariat ofisinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 24 yanvar 1996-cı il tarixdə ona və X11 vəsiyyət etdiyi vəsiyyətnamənin ona aid olan hissəsi üzrə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi belə əsaslandırılıb ki, o, həmin ünvanda yaşamış və daim valideynlərinin qulluğunda durmuşdur. Atası ona və qardaşına vəfat etdikdən sonra evsiz qalmamsı üçün vəsiyyətnamə vermişdi. Bacıları ailə qurmuşdu, o isə ailə qursa da, həmin evdə qalmış və atası 1996-cı ildə evi ona vəsiyyət edib. 2*13-cü ildə anası, 2*15-ci ildə atası, sonra isə vəsiyyətnamə verilmiş qardaşı vəfat etmişdir. Atası vəfat etdikdən sonra nə o, nə də bacı-qardaşı qanunları bilmədikləri üçün mirasla bağlı notariusa müraciət etməmişlər. Sonradan bacısı mürac iət edərək payını tələb etmiş və 1-ci instansiya məhkəməsində qanun üzrə bölgü aparılmış, 1/35 hissə 3 bacısına verilmişdir. Atasının vəsiyyətnaməsi isə qardaşıgildə qalmış və onlar da aradakı divarı sökərək mənzilə daxil olmuşlar. Vəsiyyətnaməni də qardaşının yoldaşı götürmüşdür. 1-ci instansiya məhkəməsi gecikmə olsa da bölgü aparılması barədə qərar qəbul etmişdir. Qardaşının yoldaşı, 2-ci dərəcəli varis bu bölgüdən narazı olaraq tam pay istəyərək qətnamədən şikayət vermiş, apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. O, notariusa müraciət edib vəsiyyətnamə almaq istədiyini bildirmiş, vərəsəlik düşməsə də, vəsiyyətnamə üzrə vərəsə olduğunu bildirmişdir. Lakin notarius apellyasiya məhkəməsinin qətnaməsini əsas götürərək, ona payın düşmədiyini bildirmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli, 2(*1*)413/2*23 saylı qətnaməsi ilə (hakim T.Mahmudova) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hesab edib ki, hazırkı mübahisənin tərəfləri əvvəlki məhkəmə çəkişməsi üzrə tərəflərlə eyni olsa da, əvvəlkindən fərqli olaraq hazırkı icraatda mirasın qanun üzrə deyil, vəsiyyətnamə üzrə qəbulundan və bu halda ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı mübahisəyə baxılır. Məhkəmə hesab edib ki, qanunvericilik mirasın qəbulu əsaslarını fərqləndirsə də (qanun və vəsiyyət üzrə qəbul), mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlə bağlı bu iki əsas arasında fərq qoymur, hər ikisi üzrə eyni müddət müəyyən edir. Eyni zamanda, hər iki əsas üzrə mirasın həm rəsmi qaydada müraciətin, həm də onun faktiki qaydada qəbulunun mirasın qəbul edilməsi faktı kimi tanınması müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-11839/2*18 nömərli, *6 dekabr 2*18-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh digər şəxslərlə birlikdə məhkəmə işi üzrə qarşı tərəflər qismində iştirak ediblər. Həmin məhkəmə məhz hazırkı mübahisə üzrə miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələblərinə baxmış və bu qənaətə gəlmişdir ki, İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərə görə ötürməsini sübut edə bilməmiş və bu səbəbdən iddia tələbini təmin etməmişdir. Preyudisiya prinsipinə görə məhkəmə həmin halları yenidən araşdırmaq və onlara qiymət vermək səlahiyyətinə malik deyil.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1133.1, 1134.1, 1151, 1151.1, 1159, 1159.1, 1159.1.1, 1146, 1246, 1243.,1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1, 82.3.-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın təmin edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*3)-2825/2*23 saylı, *5 may 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər – N. Cəfərov (sədrlik edən və məruzəçi),İ. Şirinov və E. Kazımov) apelyasiya şikayəti təmin edil məmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, başqa işdə qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunub ki, iddiaçı mirasın qəbulu üçün qanunda müəyyən edilmiş müddəti ötürüb. Hazırkı işdə iddiaçı ona əsaslanıb ki, əvvəlki işdə qanun üzrə vərəsə kimi vərəsəlik hüququnun müdafiəsini tələb etmişdi, hazırkı işdə isə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müdafiəsini tələb edir, ona görə də əvvəlki işdə qəbul olunmuş qətnamənin hazırkı işdə əhəmiyyəti yoxdur. Lakin həmin qətnamə ilə müəyyən edilmiş fakt (mirasın qəbul edilməməsi və mirasın qəbulu müddətinin üzrlü səbəb olmadan ötürülməsi) hazırkı iş üzrə məhkəmə prosesində mübahisələndirilə bilməz və yenidən sübut e dilməli deyil. Çünki mirasın qəbulu müddəti və qaydası qanun üzrə vərəsə və vəsiyyət üzrə vərəsə üçün eynidir. Yəni şəxsin qanun üzrə və ya vəsiyyət üzrə vərəsə olmasından asılı olmayaraq o, mirası müəyyən edilmiş qaydada qəbul etməlidir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş müddətdə və qaydada mirası qəbul etmədiyinə görə cavabdeh vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən düzgün olaraq imtina edib.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1243,1246 və 1321-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili X25) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.*5.2*23-cü il tarixli, 2(1*3 )2825/2*23 saylı qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi hazırkı məhkəmə mübahisəsindən də əvvəl qeyd edilən miras əmlaka dair məhkəmə mübahisəsi olmuşdur. Lakin həmin məhkəmə mübahisələrində İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 8 saylı fərdi yaşayış evinə dair atası X1* tərəfindən verilmiş vəziyyətnaməni məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, başqa işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı tərəfindən mirasın qəbulu üçün qanunda müəyyən edilmiş müddətin buraxılması müəyyən edilir. Lakin məhkəmə Mülki Məcəlləsinin 1246-ci maddəsini tə tbiq edərkən əsaslandırmamış və səhvə yol vermişdir. Həmin maddədə nəzərdə tutulan mirasın qəbulu müddəti vəsiyyət üzrə vərəsəliyə aid deyildir. Vəsiyyətnamə ilə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən şəxs öz iradəsini sərbəst şəkildə ifadə edir və qabaqcadan müəyyən edir ki, onun əmlakı kimə çatacaqdır. 1167-ci maddəyə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1246cı maddəsində nəzərdə tutulan mirasın qəbulu müddəti vəsiyyət üzrə vərəsəliyə aid edildiyi halda, miras əmlak ölən şəxsin iradəsinin əksinə olaraq digər şəxslərə çata bilər. Ona görə də Bakı şəhəri 1* saylı notariat ofisi iddiaçıya vəsiyyətnamə ilə ona aid hissəyə şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmamışdır.
20. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.1, 1166, 1167, 1243, 1246, 1248.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Az ərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
25. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
27. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün m irasın açıldığı vaxt sayılır.
28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
30. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
32. Maddə 1243.2. Vərəsə mirasın açıldığ ı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
34. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
35. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtar dıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
36. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz faktik halları bu qərarın 1-8-ci paraqrafları nda əksini tapmışdır.
43. İddiaçı hazırki məhkəmə mübahisəsində atasından miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və bu məqsədlə aşağıdakı tələbi irəli sürür: mərhum atasının ona və X11 vəsiyyət etdiyi vəsiyyətnamənin ona aid olan hissəsi üzrə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinin üzərinə qoyulması.
44. Nəzərə alınmalıdır ki, mirasın bölünməsi barədə iddiaların həlli zamanı birinci addım olaraq vərəsənin mirası qəbul edib etməməsi araşdırılmalıdır.
45. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” 18 iyul 2*14-cü il tarixli qərarında göstərmişdir ki, «Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
46. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.
47. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üz rlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).
48. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
49. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir».
50. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın həllinə iddiaçının mirası qəbul etməsinin araşdırılması ndan başlamış və işin həqiqi halları əsasında o qənaətə gəlmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmişdir. Belə ki, iddiaçının eyni miras əmlakın bölünməsi ilə bağlı iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *6 dekabr 2*18-cı il tarixli qətnaməsi ilə rədd olunmuş və həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı atasından qalan mirası qəbul etməmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
52. İşin məhkəmə tərəfindən müəyyən olunmuş bu halı (iddiaçı tərəfindən mirasın qəbul ediməməsi), sonrakı araşdırma aparılmadan iddia nın bütövlükdə rədd olunması üçün kifayətdir. Yəni, məhkəmə vərəsənin mirası qəbul etmədiyinə görə mirasdan pay almaq üçün iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəldikdə, onun mirasdan pay almaq üçün hansı iddianı – qanun üzrə vərəsə kimi mirasdan bərabər payın müəyyən edilməsi və ya məcburi payın verilməsi barədə iddia verməsində asılı olmayaraq, həmin iddianı rədd etməlidir. Baxılan iş üzrə məhkəmlərin gəldiyi nəticə də buna uyğundur.
53. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmişdir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hü quqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-2825/2*23 saylı, 5 may 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.