Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3179/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1111/2023 saylı mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Buraxılış ili 2021-ci il olan “Toyota RAV4” markalı avtomobilin ilk mülkiyyətçisi X3 olub, 04 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu həmin avtomobili İddiaçı satıb. Həmin avtomobil ** ET *** dövlət qeydiyyat nişanı ilə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 aprel 2022-ci il tarixli qərarın surətinə əsasən, Həsənov Vüqar Səfər oğlu İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərar icra olunması üçün Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Həsənov Vüqar Səfər oğlu xx.xx.2022-ci il tarixdə özünə məxsus “Opel Astra” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtom aşını ilə Azadlıq prospektində üçüncü zolaqla üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan zaman svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək İddiaçı məxsus olan “Toyota RAV4” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. 3. **********7 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən, sığortalı qismində "xxxx" MMC, faydalanan şəxs qismində isə X3 göstərilmişdir.
4. İcbari sığorta müqaviləsinə dair məlumat vərəqəsinə əsasən, “Toyota RAV4” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-cil tarixli müqavilə ilə sığortalanmışdır. Faydalanan şəxs kimi isə X3 göst ərilmişdir. 5. "xxxx" MMC tərəfindən tərtib olunmuş Qiymətləndirmə aktına əsasən, “Toyota RAV4” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün ümumilikdə 35,628 manat pul vəsaiti tələb olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49,828 manat sığorta ödənişinin və 240 manat dövlət rüsumu əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən yol-nəqliyyat hadisəsi barədə dərhal sığorta şirkətinə məlumat verməsinə və müvafiq sənədləri təqdim etməsinə baxmayaraq, sığorta şirkəti tərəfindən sığorta öhdəliklərinin icra edilməsindən imtina edilmişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş ziyan 35,628 manat məbləğində hesablanmışdır. Avtomobil 2021-ci il istehsalı idi və hadisə zamanı dəymiş ziyana görə avtomobil əmtəə dəyərindən düşmüşdür. Qeyd olunan olunan avtomobil 71.000 manat qiymətə əldə edildiyinə görə həmin dəyərin 20% həcmində avtomobil əmtəə dəyərindən düşmüşdür və bununla da, iddiaçıya əlavə olaraq 14,200 manat məbləğində ziyan dəymişdir.
8. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, “Toyota RAV4” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. Sığorta şəhadətnaməs i üzrə sığortalı qismində "xxxx" MMC, faydalanan şəxs qismində isə X3 göstərilmişdir. “Toyota RAV4” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı ** ET *** ilə əvəz edilməsinə baxmayaraq, bu barədə məlumat sığortaçıya təqdim edilməmişdir. Avtomobilin özgəninkiləşdirilməsi barədə sığortaçı məlumatlı olmamış, sığorta müqaviləsi üzrə avtomobilin yeni mülkiyyətçisinə təminatın ötürülməsinə razılıq verilməmişdir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1988/2022 saylı, 04 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Toyota RAV4” markalı avtomobil xx.xx.2022-ci il tarixdə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığo rta edilərkən başqa şəxsin, yəni Tabir Hüseynovun mülkiyyətində olmuşdur. Daha sonra, iddiaçı avtomobili alqı-satqı müqaviləsi ilə əldə etməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə riayət etməmiş və sığortalanan- Tabir Hüseynov avtomobilin alqı-satqısı barədə sığortaçını, yəni cavabdehi lazımi qaydada məlumatlandırmamışdır. Belə olan halda sığortaçı- cavabdeh, sığortalı- Tabir Hüseynovun hüquq və vəzifələrinin avtomobilin yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə iradə ifadəsini bildirməkdən məhrum olmuşdur.
11. Həmçinin qanunun tələbinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Mülki iş materiallarından görünür ki, sözügedən avtomobil barəsində bağlanmış sığorta müqaviləsinə əsas ən faydalanan şəxs İddiaçı deyil, X2r. Belə olan halda hazırki mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyil.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.6, 912.1, 911.2, 919.1.4-cü maddələrinə, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 44.1-ci maddəsinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4 və 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, əmlak sığortalanıb, həmin əmlaka yolnəqliyyat hadisəsi zamanı zərər dəyib və əmlakın mülkiyyətçisi tərəfindən də müvafiq iddia qaldırılıb. Bundan başqa, avtomobilin alqı-satqısı barədə məlumat İddiaçı deyil, sığortalı "xxxx" MMC tərəfindən verilməli idi. Sığortalı şəxsin isə həmin alqı-satqı barədə ümumiyyətlə məlumatı olmamışdır. Lakin, sığortaçı Cavabdeh Sığorta Şirkətinin isə həmin alqı-satqı barədə məlumatı olmuşdur. Belə ki, kasko sığorta ilə sığortalanmış avtomobil eyni zamanda icbari sığorta ilə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır və alqı-satqı olan zaman bu barədə Sığorta Şirkətinə məlumat verilmiş və nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi həmin icbari sığorta şəhadətnaməsində dəyişilmişdir. Məlumatlandırılma belə olmamışdırsa, İddiaçı günahından baş verməmişdir. Bundan başqa, 25 mart 2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş verən zaman, C avabdeh Sığorta Şirkətinə hadisə barədə dərhal məlumat verilmiş, daha sonra dəymiş ziyanın qiymətləndirilməsi üçün sığorta şirkəti tərəfindən müvafiq qiymətləndirilməaparılmışdır. Həmin vaxt Cavabdeh Sığorta Şirkətinin nəqliyyat vasitəsinin mülkiyyətçisi barədə məlumatı olmuş, lakin müqavilənin xitamı üçün hər hansı tədbir görməmişdir. Bununla da, Sığorta Şirkəti müqavilə üzrə sığorta hadisəsini qəbul etmişdir. Məhkəmə araşdırması zamanı onların tərəfindən müqavilə barədə məlumat verilən zaman, Sığorta Şirkəti tərəfindən dərhal arxa tarixlə bildiriş göndərilmiş və məhkəmə iclasının keçirildiyi gün isə müqavilə üzrə ödənilmiş vəsaitin "xxxx" MMCnin hesabına qaytarılmasını həyata keçirmişlər. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan ist ənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Qeyd olunan mübahisədə əmlak sığortalanıb və həmin əmlaka sığorta hadisəsi nəticəsində zərər dəyib. Zərər dəyən zaman əmlakın mülkiyyətçisi İddiaçı olmuşdur. Bununla da, iddiaçının iddia qaldırılmasında tam subyektiv hüququ mövcud olmuşdur. Sığortalı Mülki Məcəllənin 911.2ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Qeyd olunan maddədən görünür ki, sığorta müqaviləsi üzrə baş vermiş dəyişikliklər barədə məlumat vermə sığortalı tərəfindən həyata keçirilməlidir, yəni "xxxx" MMC tərəfindən, lakin həmin sığortalının əmlakın mülkiyyətçisinin dəyişməsi barədə məlumatı olmadığından həmin dəyişikliklər barədə sığortaçıya məlumat verə bilməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir. Faydalanan şəxs tərəfindən əmlakın mülkiyyətçisinin dəyişməsi barədə məlumat verilmiş və həmin məqam əmlakın icbarı sığortası eyni Ş irkət tərəfindən sığortalanmasında öz əksini tapır. Belə ki, alqı-satqı zamanı icbari sığorta şəhadətnaməsində nəqliyyat vasitənin yeni dövlət qeydiyyat nişanı barədə məlumatı dəyişilmiş, lakin faydalanan şəxsi isə özlərinin səhvi olaraq dəyişməmişlər.
15. Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2023-cü il tarixli, 9/947 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 aprel 2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav4”markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 34754,0 manat müəyyən edilmişdir. Qeyd edilən avtomobil normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol -nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 60.000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasıyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramış avtomobilin əmtəə dəyərindən 20%, yəni 12.000 manat (60.000 manat-20%) aşağı olması istisna edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1111/2023 saylı mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Səbail rayon məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırılması ilə razı laşaraq apellyasiya şikayətinin dəlillərini əsassız və formal hesab etmişdir.
18. Belə ki, hazırkı iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayılmırdı.
20. Belə ki, mülki işin hallarından göründüyü kimi, 2021-ci il buraxılışı olan “Toyota RAV4” markalı avtomobilin ilk mülkiyyətçisi apellyasiya baxışı zamanı üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş X3 olub, 04 mart 2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən həmin avtomobil İddiaçı satılıb. Avtomobil yeni ** ET *** dövlət qeydiyyat nişanı ilə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
21. Eyni zamanda, qeyd olunan avtomobilə dair apellyasiya baxışı zamanı cavabdeh tərəfindən üçüncü şəxs kimi işdə işti rak etməyə cəlb edilmiş "xxxx" MMC ilə cavabdeh arasında 06 fevral 2022-ci il tarixdə bağlanmış (**********7 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin verilməsi yolu ilə) könüllü (kasko) sığorta müqaviləsinə əsasən “Toyota RAV4” markalı avtomobil 67.413 manat sığorta məbləğində xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə sığortalanmışdır. **********7 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsində sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC, sığortalı "xxxx" MMC, faydalanan şəxs isə X1 olduğu qeyd olunmuşdur.
22. Lakin, 25 mart 2022-ci il tarixdə saat 15:50-də “Opel Astra” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota RAV4” markalı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verərkən sonuncu avtomobil nə sığortalını n, nədə faydalanan şəxsin istifadəsində, sahibliyində və mülkiyyətində olmamışdır. Demək ki, iddiaçının sığorta ödənişi ödənilməsi barədə tələbi onun qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı sığorta predmeti olan avtomobilin mülkiyyətçisi olsa da hadisə baş verərkən könüllü(kasko) sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan yaxud faydalanan şəxs olmamışdır. Başqa sözlə, müqavilədə sığorta hadisəsi baş verəcəyi təqdirdə faydalanan şəxsin konkret Tabir Hüseynov, yəni sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsin yalnız o, olacağı nəzərdə tutulmuşdur. Hansı ki, Mülki Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı "xxxx" MMC sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta had isəsi baş verənədək onu dəyişdirmək hüququna malik idi, ancaq bu hüququndan istifadə etməyib. Ona görə də iddiaçının qeyd olunan sığorta şəhadətnaməsinə əsasən sığorta ödənişi tələb etmək hüququ mövcud olmamışdır.
23. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun avtomobili əldə edəcək yeni mülkiyyətçiyə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır.
24. İddiaçı apellyasiya şikayətində Mülki Məcəllənin 884.61-ci maddəsinin tələblərinin pozulduğunu göstərsə də həmin maddədə əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayıldığı təsbit olunub. Deməli, sığorta marağının mövcudluğu ya qanun la, yada mülki hüquqi müqavilə, konkret halda sığorta müqaviləsi ilə tanınmalıdır ki, iddiaçının da sığorta marağının mövcudluğu hansısa sığorta müqaviləsi və ya ona əlavə ilə tanınmamışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobil iddiaçıya satıldığından sığorta müqaviləsinin tərəflərinin, o cümlədən faydalan şəxs kimi göstərilən Tabir Hüseynovun sığorta marağı itdiyindən sığorta müqaviləsinə də xitam verilmişdir. Başqa sözlə əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığortalının və faydalanan şəxsin sığorta marağı mövcud olmadığından həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və buna görə də sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilməlidir. Bu baxımdan iddiaçı, sığorta predmetinin sonr adan mülkiyyətçisi olsa belə onun sığorta marağının mövcudluğu ya qanunla yaxud da müqavilə ilə tanınmalıdır ki, belə bir əsaslar da olmamışdır. Ona görə də, qeyd olunan hallar da iddiaçıya hazırki iddia ilə məhkəməyə müraciət etməyə mane olurdu.
25. Mülki Məcəllənin 919.1.4-cü maddəsinin məzmunundan bəlli olur ki, sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçının sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququ olmuşdur. Bu cür etirazın olduğu təqdirdə sığorta müqaviləsinə xitam verilir. Demək ki, əmlakın yeni mülkiyyətçisi olan iddiaçı baş verə biləcək sığorta hadisəsi üzrə sığorta ödənişinin almaq üçün faydalanan şəxs yaxud sığorta olunan olmaq istə yirdisə sığorta müqaviləsinin dəyişdirilməsi barədə sığortalıya və sığortaçıya məlumat verməli idi. Çünki, bunu ilk növbdə onun marağı tələb edirdi. Burada, yəni müqavilənin dəyişdirilməsi üçün sığortalının və sığortaçının hansısa öhdəliyi də yarana bilməzdi, üstəlik avtomobilin iddiaçıya satılması ilə artıq sığorta marağının mövcud olmadığı cavabdeh sığorta şirkətinin mənafeyinə uyğun idi.
26. Apellyasiya baxışı zamanı sığortalının nümayəndəsi və vəkili də cavabdeh olan sığortaçının mövqeyini və mənafeyini israrla müdafiə etdi, yəni avtomobil ilk dəfə satılarkən kasko üzrə sığortalansa da, sonradan, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə yeni şəxslərə satılması zamanı müqavilənin dəyişdirilməsinin onların da marağında olmadığı bəlli oldu.
27. Məhkəmə kollegiyası öz hüquqi mö vqeyini Mülki Məcəllənin 883.1, 884.1, 884.3, 884.4, 884.6, 889.2, 889.7, 899.1, 909.1, 911.2, 912.1, 919.1.4, 919.1.8 və 920-ci maddələrinə, Mülki Prosessul Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə, “İcbari Sığorta haqqında” Qanunun 3.1.2, 15.3.1, 16.2, 18.1, 18.2, 20.2, 20.5, 24.1.6, 50.1, 52.1 və 56.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassator, kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, sığorta müqaviləsi üzrə baş vermiş dəyişikliklər barədə məlumat vermə Sığortalı tərəfindən həyata keçirilməlidir, yəni "xxxx" MMC tərəfindən. Laki n sığortalı əmlakın mülkiyyətçisinin dəyişməsibarədə məlumatı sığortaçıya bildirməmişdir. Bundan başqa, üçüncü şəxs X3 öz izahatında "xxxx" MMC-nin avtomobilin alğı-satqısı barədə məlumatı olduğunu təsdiq etmişdir. “İcbari sığortalar haqqında” Qanunda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrəsığortalı dəyişdirilir. Faydalanan şəxs tərəfindən əmlakın mülkiyyətçisinin dəyişməsi barədə məlumat verilmiş və həmin məqam əmlakın icbarı sığortası eyni Şirkət tərəfindən sığortalanmasında öz əksini tapır. Belə ki, alqı-satqı zamanı icbari sığorta şəhadətnaməsində nəqliyyat vasitənin yeni dövlət qeydiyyat nişanı barədə məlumatı dəyişilmiş, lakin faydalanan şəxsi isə özlərinin səhvi olaraq dəyişməmişlər. Kassator bildirmişdir ki, tərəfindən kifayət qədər sübut təqdim edilmişdir. Sığorta hadisəsini sübuta yetirən Səbail rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, əmlakın mülkiyyətçisi olmasını təsdiq edən şəhadətnamənin surəti, əmlakın sığortalanmasının təsdiq edilməsinə dair şəhadətnamə, dəymiş ziyanı əksetdirən qüsur aktı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, Cavabdeh Sığorta Şirkətinin eyni əmlakla bağlı icbari sığort a şəhadətnaməsi təqdim edilmiş və həmin şəhadətnamə ilə dolayısı ilə mülkiyyətçinin dəyişməsi barədə sığortaçının məlumatlı olması sübuta yetirilmişdir. Daha sonra, qarşı tərəfin məhkəmə araşdırılması zamanı sığorta müqaviləsinə xitam verilməsi barədə bildirişin göndərilməsi və məhkəmə iclasında sığorta ödənişinin geri qaytarılması, sığortaçı tərəfindən 2022-ci ilin mart-aprel aylarında mülkiyyətçinin dəyişməsi barədə məlumatlarının olmasını və həmin sığorta hadisəsinə görə dəymiş maddiziyanın ödənilməsindən yayınmaqları məqsədilə bu addımları atmağına birbaşa dəlalət edir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçının verdiyi kassasiya şikayətinə "xxxx" MMC və Cavabdeh Sığorta Şirkəti tərəfindən etirazlar daxil olmuşdur. Hər iki etirazda iddiaçınin tələbinin təmin edilməd ən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
32. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
33. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
34. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.
35. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta o lunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.
36. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
37. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır.
38. Maddə 886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
39. Ma ddə 886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
40. Maddə 889.1. Sığorta marağı sığorta hadisəsi baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
41. Maddə 889.2. Sığorta marağının mvcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir.
42. Maddə 889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir.
43. Maddə 889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı möv cud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
44. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
45. Maddə 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir.
46. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
47. Maddə 912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir.
48. Maddə 919.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 919.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq v ə vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir; 919.1.8. sığorta marağı artıq mövcud olmadıqda;
49. Maddə 920.1. Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda (sığorta marağının mövcud olmaması da daxil olmaqla) sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
50. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasınavə yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 57. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 44.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin və yaxud ondan istifadə hüquqlarının digər şəxsə verilməsi halında, sığortaçının razılığ ı olmasa, sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya Avtonəqliyyat vasitəsinə hüquqları alan hər hansı digər şəxsə aid edilmir. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasi ya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
62. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2021-ci il buraxılışlı “Toyota RAV4” markalı avtomobilin ilk mülkiyyətçisi apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Tabir Hüseynov olub və 04 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu həmin avtomobili iddiaçıya satıb. Avtomobilə yeni ** ET *** dövlət qeydiyyat nişanı verilib və mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.
63. Daha sonra, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən avtomobilə dair apellyasiya baxışı zamanı cavabdeh tərəfindən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" MMC ilə cavabdeh arasında 06 fevral 2022-ci il tarixdə bağlanmış (**********7 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin verilməsi yolu ilə) könüllü (kasko) sığorta müqaviləsinə əsasən, “Toyota RAV4” markalı avtomobil 67.413 manat sığorta məbləğində xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə sığortalanmışdır. **********7 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsində sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC, sığortalı "xxxx" MMC, faydalanan şəxs isə X1 olduğu qeyd olunmuşdur. 64. 25 mart 2022-ci il tarixdə saat 15:50-də “Opel Astra” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota RAV4” markalı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verərkən, avtomobil nə sığortalının, nədə faydalanan şəxsin istifadəsində, sahibliyində və mülkiyyətində olmamışdır.
65. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının sığorta ödənişi ödənilməsi barədə hazırkı tələbi onun qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyil. Belə ki, iddiaçı sığorta predmeti olan avtomobilin mülkiyyətçisi olsa da, yol-nəqliyyat hadisəsi baş verərkən könüllü (kasko) sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan, yaxud faydalanan şəxs olmamışdır. Başqa sözlə, müqavilədə sığorta hadisəsi baş verəcəyi təqdirdə faydalanan şəxsin konkret Tabir Hüseynov, yəni sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsin yalnız o, olacağı nəzərdə tutulmuşdur. Hansı ki, Mülki Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı "xxxx" MMC sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malik idi, ancaq bu hüququndan istifadə etməmişdir. Ona görə də iddiaçının qeyd olunan sığorta şəhadətnaməsinə əsasən sığorta ödənişi tələb etmək hüququ mövcud olmamışdır.
66. Sığortalı, yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun avtomobili əldə edəcək yeni mülkiyyətçiyə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır.
67. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində Mülki Məcəllənin 884.61-ci maddəsinin tələblərinin pozulduğunu göstərsə də həmin maddədə əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətç isi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayıldığı təsbit olunub. Deməli, sığorta marağının mövcudluğu ya qanunla, yada mülki hüquqi müqavilə, konkret halda sığorta müqaviləsi ilə tanınmalıdır ki, iddiaçının da sığorta marağının mövcudluğu hansısa sığorta müqaviləsi və ya ona əlavə ilə tanınmamışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobil iddiaçıya satıldığından sığorta müqaviləsinin tərəflərinin, o cümlədən faydalan şəxs kimi göstərilən Tabir Hüseynovun sığorta marağı itdiyindən sığorta müqaviləsinə də xitam verilmişdir. Başqa sözlə əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığortalının və faydalanan şəxsin sığorta marağı mövcud olmadığından həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və buna görə də sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilməlidir. Bu baxımdan iddiaçı, sığorta predmetinin sonradan mülkiyyətçisi olsa belə onun sığorta marağının mövcudluğu ya qanunla yaxud da müqavilə ilə tanınmalıdır ki, belə bir əsaslar da olmamışdır. Ona görə də, qeyd olunan hallar da iddiaçıya hazırki iddia ilə məhkəməyə müraciət etməyə mane olurdu.
68. Mülki Məcəllənin 919.1.4-cü maddəsinin məzmunundan bəlli olur ki, sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçının sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququ olmuşdur. Bu cür etirazın olduğu təqdirdə sığorta müqaviləsinə xitam verilir. Demək ki, əmlakın yeni mülkiyyətçisi olan iddia çı baş verə biləcək sığorta hadisəsi üzrə sığorta ödənişinin almaq üçün faydalanan şəxs yaxud sığorta olunan olmaq istəyirdisə sığorta müqaviləsinin dəyişdirilməsi barədə sığortalıya və sığortaçıya məlumat verməli idi. Çünki, bunu ilk növbdə onun marağı tələb edirdi. Burada, yəni müqavilənin dəyişdirilməsi üçün sığortalının və sığortaçının hansısa öhdəliyi də yarana bilməzdi, üstəlik avtomobilin iddiaçıya satılması ilə artıq sığorta marağının mövcud olmadığı cavabdeh sığorta şirkətinin mənafeyinə uyğun idi.
69. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
70. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2023-cü il tarixli, 2(103)-1111/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.