Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3181/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası ilə bağlı mülki işlərə dair QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqınd a şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-986/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh2 və X16 mərhum X2 oğlanları, İddiaçı isə nəvəsidir.
2. X5 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı atası X16 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası Kamçatka vilayətinin Petropavlovsk-Kamçatka şəhərində vəfat etmişdir. 4. “Hüquqların Dövlt qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,23 ha ölçüdə torpaq sahəsi və üzərində olan ümumi sahəsi 305,8 kv.m. olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
5. Lənkəran rayon 1 saylı dövlət kontorunun dövlət notariusu tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən,Lənkəran rayonu, Boladi kəndində 0,23 ha torpaq sahəsində yerləşən 305,8 kv.m., ümumi sahəsi 183,2 kv.m. yaşayış sahəsi, 122,6 kv.m. yardımçı sahəsi olan 6 otaqdan ibarət yaşayış evindən ibarət miras mülkdən Cavabdeh2 tam hissədə irs almalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə):
6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və Lə nkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə (bundan sonra birinci cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizə ilə Lənkəıran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı X10 nəvəsidir, yəni xx.xx.2008-ci ildə vəfat etmiş oğlu X7 qızıdır. X10 mülkiyyətində Lənkəran rayonu, Boladi kəndində 0,23 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində 305.8 kv.m. fərdi yaşayış evi olmuşdur. Lənkəran şəhər 1 saylı notariat kontorunda xx.xx.20213-cü il tarixli vərəsəlik işində Lənkəran RİH Başçısının Boladi kən d inzibati ərazi dairəsində nümayəndə tərəfindən verilən arayışda X10 vərəsələri kimi mərhum X14, mərhum X11 və Cavabdeh2 göstərilmişdir. xx.xx.1938-ci il təvəllüdlü Arif Talışxanov vərəsələr sırasında göstərilməmişdir. İddiaçının Arif Talışxanov xx.xx.2008-ci ildə Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatka şəhərində vəfat etmişdir. xx.xx.2013-cü il tarixli vərəsəlik işində xx.xx.2013-cü il tarixdə mərhum X14 və xx.xx.2013-cü il tarixdə X1 rayon Notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları Sumani Talışxanovadan qalan miras əmlaka dair heç bir tələbləri olmadığını və gələcəkdə də olmayacağını yazaraq mirasdan imtina etmişlər. Digər vərəsə X25 vərəsəlik işi açılan zaman yəni xx.xx.2013-cü il tarixdə notariat işində vərəsə kimi göstərilmədiyindən iddiaçı atasına düşən payı Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə qəbul etməli olduğu halda miras payını ala bilməmişdir. Yeganə vərəsə kimi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almışdır. Qanun üzrə vərəsə kimi ona düşən payın vəfat etdiyi üçün onun vərəsəsi iddiaçı irsi transmissiya yolu ilə mirası qəbul etməkdən məhrum edilmişdir. Bu kimi halların olmaması üçün Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərindən biridir. Arif Talışxanovun vərəsə olması haqqında ona heç bir məlumat verilməyib, buna görə də qanun üzr ə vərəsə kimi ona düşən payın vəfat etdiyi üçün onun vərəsəsi iddiaçı irsi transmissiya yolu ilə mirası qəbul etməkdən məhrum edilmişdir.
8. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, atası X24 Federasiyasının vətəndaşı olmaqla, Kamçatka vilayətinin Petropavlovsk-Kamçatka şəhərində yaşamış və orada da vəfat etmişdir. Atası Arif arabir olaraq doğulduğu Lənkəran şəhərinə gəlmişdir. Lənkəran rayonu, Boladi kəndində yerləşən hazırkı iddia tələbində mübahisələndirilən miras mülk nənəsi Sumani Talışxanovanın adına olmuş və onun vəfatından sonra 2013-cü ildə vərəsəlik hüququ üzrə əmisi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. X27 nənəsi Sumani vəfat edərkən onun dəfn və yas mərasimlərinə gəlməmişdir. Lakin 2001-ci ildə onun toyu ərəfəsində Lənkəran rayonu, Boladi kəndinə gəlmiş və onun toy mərasimlərində iştirak etmişdir. Atası mübahisəli miras mülkün anası Sumaninin mülkiyyətində olduğunu bilmiş, lakin həmin miras mülkə dair qanun üzrə vərəsəliyi qəbul etməsi ilə əlaqədar notariusa müraciət etməmişdir. Atasından vəfatından sonra 2015-ci ildə ona məlum olmuşdur ki, əmisi Bahadir həmin miras mülkü öz adına rəsmiləşdirib. Həmin vərəsəlik işi aparılarkən atası vəfat etdiyindən atasının vərəsəsi olaraq ona bu barədə heç bir məlumat verilməmiş və notariat ofisində mərhum atasının da nənəsinin vərəsəsi olması bildirilməmişdir. Bu səbəbdən də vərəsəlik işi aparılarkən məlumatlar saxtalaşdırılmışdır və o, atasının vərəsəsi olmasına baxmayaraq mirasdan pay almaq hüququndan məhrum edilmişdir. O, özü d ə vərəsəliyin qəbulu ilə əlaqədar heç vaxt notariusa müraciət etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia tələbində qeyd edilmiş Lənkəran rayonu, Boladi kəndində yerləşən sözügedən miras mülk onun anası Sumani Talışxanovaya məxsus olmaqla onun mülkiyyətində olmuşdur. Anası 1995-ci ildə vəfat etmişdir. X21 Rusiya Federasiyasının vətəndaşı olmaqla Kamçatka vilayətində işləmiş və orada da yaşamışdır. Qardaşı 2008-də Rusiyada vəfat etmişdir. Qardaşı Arif heç vaxt Lənkəran rayonu, Boladi kəndində yerləşən sözügedən miras mülkdə yaşamamışdır. Qardaşı həmin evin anası Sumaninin mülkiyyətində olduğunu bilmişdir. Lakin heç vaxt həmin mirasdan pay istəməmi ş və bununla əlaqədar notariusa müraciət etməmişdir. 1995-ci ildə anası vəfat edərkən Arifə müraciət etməsinə baxmayaraq, o, anasının dəfn və yas mərasimlərinə gəlməmişdir. 2001-ci ildə qardaşı Arifə zəng edərək təkid etmişdir ki, qızı Arifənin toyuna gəlsin. Arif onun müraciətinə əsasən Azərbaycan Respublikasına gəlmiş, qızının toy mərasimində iştirak etdikdən sonra Lənkəran rayonu, Boladi kəndində belə qalmamış, Bakı şəhərində bir neçə gün qaldıqdan sonra Rusiyaya qayıtmışdır. Arifin anasına məxsus olan həmin miras mülkdən ümumiyyətlə pay almaq niyyəti olmamışdır. Bütün bunlara baxmayaraq onun qızı olan Arifənin həmin mirasdan pay almaq hüququ tamamilə əsassızdır. Eyni zamanda 2013-cü ildə həmin miras mülkə dair vərəsəlik barədə rəsmiləşdirmə aparılarkən ərazi nümayəndəliyindən təqdim ed ilən arayışda Arifin adının qeyd edilməməsinə səbəb onun Rusiya Federasiyasının vətəndaşı olması, anası vəfat edərkən həmin evdə qeydiyyatda olmaması və vərəsəlik rəsmiləşdirilərkən vəfat etməsi olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, işin faktiki hallarından görünür ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmiş Lənkəran rayonu, Boladi kəndində yerləşən miras mülkə dair miras qoyan şəxs Sumani Talışxanova 1995-ci ildə vəfat etmişdir. Bu baxımdan hazırkı mübahisə həll edilərkən məhkəmə tərəfindən işə həmin mira sın açıldığı vaxt qüvvədə olmuş, yəni 1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, həmin mülki qanunvericiliyin tələblərinə əsasən, miras açıldıqdan sonra vərəsə altı ay müddətində həmin mirasın qəbulu ilə əlaqədar notariat orqanına müraciət etməli idi. Göründüyü kimi iddiaçının X27 miras barədə məlumatlı olmasına baxmayaraq, onu qəbul etməsi ilə əlaqədar qanunla müəyyən edilmiş müddətdə və ümumiyyətlə notariat orqanına müraciət etməmişdir. Belə olan halda o, miras mülkdən vərəsə olaraq pay almaq hüququnu itirmişdir. Arif Talışxanov ümumiyyətlə həmin miras mülkdə yaşamayaraq, orada qeydiyyatda olmamışdır. Eyni zamanda atası vərəsəliyi qəbul etmədiyindən onun ölümündən sonra iddiaçının da belə bir hüququ yaranmamışdır. Bu baxı mdan iddia tələbi tamamilə əsasızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
11. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(049)-320/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Anar Pənahov) iddiaçının iddiası təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının nənəsi (atasının anası) Sumani Talışxanovaya məxsus, onun xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Boladi kəndində yerləşən daşınmaz əmlak olmuşdur. Sumani Talışxanova xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. 2013-cü ildə həmin miras mülk qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında miras qoyan X3 Talışxanovun adına rəsmiləşdirilmişdir. Haz ırda İddiaçı nənəsi Sumani Talışxanovadan miras qalmış mülkə dair Cavabdeh2 adına rəsmiləşdirilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni mübahisələndirərək, iddia tələbini onunla əsaslandırmışdır ki, nənəsindən miras qalmış mülkə dair vərəsəlik işi açılarkən atasının adı vərəsə kimi notariusa bildirilməmiş, həmçinin həmin vaxt atası vəfat etdiyindən o, özü vərəsəliyə çağırılmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının atası olan, miras qoyanın oğlu X24 Federasiyasının vətəndaşı olmaqla orada yaşamış və xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Arif Talışxanov anasının vəfatından sonra Azərbaycan Respublikasına gəlməsinə (tərəflərin izahatından müəyyən edilir) və sözügedən miras mülkün anasına məxsus olduğunu bildiyinə baxmayaraq vəfat etdiyi tarixədək həmin miras mülk dən vərəsə kimi pay alması ilə əlaqədar notariat orqanına müraciət etməmişdir. 2001-ci ildə Azərbaycan Respublikasına gəlməsinə baxmayaraq, o, mirası qəbul etməsi ilə əlaqədar notariat orqanına müraciət etməmişdir. Həmçinin həmin mirası faktiki olaraq da qəbul etməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, sözügedən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə əlaqədar Arif Talışxanov tərəfindən məhkəməyə müraciət edilməmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən, Arif Talışxanov sözügedən mirasa dair vərəsəlik açılarkən onu qəbul etmədiyindən onun övladı olan İddiaçı da həmin mirasdan pay almaq hüququ yaranmamışdır.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 552, 554, 555-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 özünün iddia etdiyi və təqdim etdiyi xx.xx.1992-ci il tarixli vəsiyyətnaməsi olduğu halda hansı səbəbdən vərəsəlik işi anası xx.xx.1995-ci il tarixdə rəhmətə getdikdən uzun müddət sonra xx.xx.2013-cü ildə yəni 21 ildən sonra notariusa qanuni vərəsə kimi müraciət etməsi aydın deyildir. X19 adlı qardaşının olmas ı barədə notariat orqanlarına heç bir sənəd təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Arif Talışxanov anası Sumani rəhmətə getdiyi vaxt sağ olmuşdur. Bundan başqa, cavabdeh tərəf iddia edir ki, X25 demək olar ki, miras əmlakda heç vaxt yaşamamış və bir sözlə Rusiya Federasiyası vətəndaşı olduğu üçün həmin evə az-az gəlmişdir. Əvvəla X25un ailəsi, yəni həyat yoldaşı və qızı hal-hazırda iddiaçı qismində olan İddiaçı həmin evdə yaşamışlar və həmçinin iddiaçı yay aylarında uşaqları ilə birlikdə həmin evdə qalıb dincəlmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir, X25 anasının dəfnində iştirak etməmiş, mirası faktiki idarə etməmişdir. Lakin, X25 anası Sumaninin rəhmətə getdiyi vaxt dənizçi olduğu üçün Vyetnamda olmuş və yas məclisində iştirak edə bilməmişdir, lakin anası Sumaninin qəbirüst ünü Azərbaycan Respublikasına gəldikdə daima ziyarət etmişdir. Bundan başqa miras əmlakın hal-hazırdakı vəziyyəti, yəni tikilməsi və təmiri X25un imkanları hesabına tikilmişdir. Həmçinin cavabdeh xx.xx.2013-cü ildə notariat orqanına müraciət edərək vərəsəlik işi açdırır, yəni X21 vəfat etdikdən 5 il sonra və qardaşının qızı olması barədə yəni İddiaçı olması barədə notariusa heç bir məlumat verməmişdir. Notariat orqanı da ümumiyyətlə vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir hərəkət aparmamış, halbuki bu birbaşa onun vəzifəsidir. Birinci instansiya məhkəməsinin qərarı nəticəsində iddiaçının əsas iddia etdiyi atası mərhum X9 qanun üzrə vərəsəlik hüququ üzrə ona çatası payın AR MM-nin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə qəbul etməli olduğu halda miras payını ala bilmə mişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiyası məhkəməsi) 2(106)-986/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Qasım Əliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində fərdi torpaq sahəsində yerləşən evdə yaşadıqlarını və həmin evin tikint i və təmir işlərində atasının rolu olduğunu qeyd etsə də, Arif Talışxanov tərəfindən miras əmlakın faktiki idarə olunmasına və evin təmir və tikintisinin Arif Talışxanov tərəfindən maliyyələşdirildiyinə dair heç bir sübut təqdim edilməmişdir.
19. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, Cavabdeh2 özünün iddia etdiyi və təqdim etdiyi xx.xx.1992-ci il tarixli vəsiyyətnaməsi olduğu halda vərəsəlik işi anası Sumani xx.xx.1995-ci il tarixdə rəhmətə getdikdən uzun müddət sonra, yəni xx.xx.2013-cü ildə notariusa qanuni vərəsə kimi müraciət etmiş, X19 adlı qardaşının olması barədə notariat orqanlarına heç bir sənəd təqdim etməmişdir. X22 anası Sumani rəhmətə getdiyi vaxt sağ olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə q eyd etmişdir ki, iş materiallarında X18 tərəfindən X10 əvəzinə imza edilmiş 29 sentyabr 1992-ci il tarixli vəsiyyətnamənin kserosurəti mövcuddur. Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən Sumani Talışxanova tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qeyd olunan vəsiyyətnamə etibarlı bir iradə ifadəsi olaraq qəbul edilsə də, hazırkı iddia tələbi baxımından yenə də iddiaçının hüquqlarına təsir etmir. Belə ki, həmin vəsiyyətnamədə də miras əmlakın Cavabdeh2 və X8 (Tacı Talışxanova notariusa mirasdan imtina barədə ərizə vermişdir) vəsiyyət edilməsi göstərilmiş, yəni iddiaçının X27la bağlı hər hansı iradə ifadəsi olmamışdır. Digər tərəfdən, mirasın açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onların hər birinə qanun üzrə vərəsəlik zamanı çatan payın (məcburi payın) üçdə iki hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Göründüyü kimi, hazırkı işdə bu hallar da müəyyən edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı 11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 552, 553, 554, 555-ci və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayətində qeyd olunmuşdur ki, miras qəbulunun formal və qeyriformal üsulları vardır. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməs inin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin faktiki hallarından görünür ki, qanuni vərəsə olan Arif Talışxanov mirasın açıldığı tarixdən vəfat etdiyi tarixədək miras əmlakı olan Lənkəran rayonu, Boladi kəndində yerləşən evdə ailəsi, yəni həyat yoldaşı və qızı hal-hazırda iddiaçı qismində olan İddiaçı yaşamış həmçinin iddiaçı yay aylarında uşaqları ilə birlikdə həmin evdə qalıb dincələrək həmin evdən istifadə etmişdir. X25 anası Sumaninin rəhmətə getdiyi v axt dənizçi olduğu üçün Vyetnamda olmuş və yas məclisində iştirak edə bilməmişdir. Lakin 2001-ci il tarixində Azərbaycana qayıtdıqdan sonra anası Sumaninin qəbirüstünü daima ziyarət etmişdir. Bununla da sözügedən miras əmlakının hal-hazırdakı vəziyyəti, yəni tikilməsi və təmiri X25un imkanları hesabına eləmişdir. Belə ki, bu faktları sübut edən qohum olan, həmçinin usta kimi həmin evin təmirinə kömək etmiş X6 (İddiaçı əmisi qızının həyat yoldaşı) və X4 (X10 qardaşı oğlu) şahid ifadələri mövcuddur. Lakin təmirin üzərindən uzun bir müddət keçdiyindən, həmçinin qeyd olunan şəxslərlə əlaqə yaradılması prosesinin uzanması səbəbi ilə iddiaçıdan asılı olmayan səbəblərdən sübut qismində birinci instansiya və apellyasiya məhkəməsinə təqdim olunmamışdır.
24. Həmçinin məhkəməyə təqdim olunmuş şəkillə rdən görünür ki, həmin evin həyətində, qapısında müəyyən dənizçi simvolları mövcuddur. Ailədə yalnız X25un dənizdə işləməsi və dənizçi olmasını nəzərə alınaraq, aydın olur ki, X25 miras əmlak olan evi təmir edərək xərc çəkərək idarə etmişdir. Dediklərinin sübutu olan şəkillərin məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən həmin şəkillər sübut qismində işə əlavə olunmamışdır. Qeyd olunan hallar sübut etmişdir ki, X25 miras açıldığı vaxtda sağ olmaqla miras əmlakının qəbul edilməsi üçün qeyri-formal üsul hesab olunan miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək hərəkətlərini icra edərək mirası qəbul etdiyini nümayiş etdirmişdir.
25. İddiaçı həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən əgər so nrakı qanun (yəni hazırda qüvvədə olan Mülki Məcəllə) şəxsin hüquqi vəziyyətini yaxşılaşdırırsa, bu norma əvvəlki dövrdə yaranmış hüquqi münasibətlərə də tətbiq oluna bilər. İşin faktiki hallarından görünür ki, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik normaları, Arif Talışxanovun hüquqi vəziyyətini yaxşılaşdırır. Çünki əvvəlki qanunvericiliyə əsasən, yalnız formal miras qəbulu əsas idi, indi isə qeyri-formal, yəni faktiki qəbul da tanınır. Miras qoyan Sumani Talışxanova xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Qanunvericiliyə əsasən mirasın açılma tarixi xx.xx.1995-ci il hesab olunmalı idi. Lakin məqsədli şəkildə cavabdehlər tərəfindən xx.xx.2013-cü ildə yəni 18 ildən sonra vərəsəlik işi açılmış və əmlak əsassız şəkildə yeganə vərəsə kimi X3 Talışxanovun adına rəsmiləşdirilmişdir. 2
6. X25 anası Sumanin rəhmətə getdiyi vaxt dənizçi olduğu üçün Vyetnamda olmuş və yas məclisində iştirak edə bilməmişdir. Lakin 2001-ci il tarixində Azərbaycana qayıtdıqdan sonra anası Sumaninin qəbir üstünü daima ziyarət etmişdir. Bundan başqa, miras əmlakın təmiri ilə bağlı xərclər çəkmiş, təsərüffat fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da sözügedən miras əmlakının hazırkı vəziyyəti, yəni tikilməsi və təmiri X25un imkanları hesabına eləmişdir. Belə ki, bu faktları sübut edən qohum olan, həmçinin usta kimi həmin evin təmirinə kömək etmiş X6 (İddiaçı əmisi qızının həyat yoldaşı) və X4 (X10 qardaşı oğlu) şahid ifadələri mövcuddur. Lakin təmirin üzərindən uzun bir müddət keçdiyindən, həmçinin qeyd olunan şəxslərlə əlaqə yaradılması prosesinin uzanması səbəbilə, iddiaçıdan asılı olmayan s əbəblərdən sübut qismində birinci və apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Hazırda isə qeyd olunan şəxslər işin faktiki halların doğruluğunu müəyyənləşdirmək üçün evin təmiri ilə bağlı məhkəməyə izahat verəcəklər. Həmçinin məhkəməyə təqdim olunmuş şəkillərdən görünür ki, həmin evin həyətində, qapısında müəyyən dənizçi simvolları mövcuddur. Ailədə yalnız X25un dənizdə işləməsi və dənizçi olmasını nəzərə alınaraq, aydın olur ki, X25 miras əmlak olan evi təmir edərək xərc çəkərək idarə etmişdir. Dediklərinin sübutu olan şəkillərin məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən həmin şəkillər sübut qismində işə əlavə olunmamışdır. Bu səbəbdən hazır həmin şəkillər kassasiya instansiyası məhkəməsinə də təqdim olunur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. İddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə qarşı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz verərək kassasiya şikayətinin əsassız olduöuna görə təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş).
28. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
29. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
30. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
31. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
32. Maddə
554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə q ədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
33. Maddə
555. Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Bu halda vərəsə, miras əmlakı hesabına, yalnız aşağıdakı xərcləri çəkə bilər: 1) miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2) miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanması üçün; 3) əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların təmini üçün; 4) miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçün. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan).
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
40. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.
43. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 4.1. B ütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iş tirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edil miş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya ş ikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Beləlik lə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-986/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın