Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3182/2021 04.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh ünvan, üçüncü şəxs X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2581/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 iyun 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı1 tərəfindən 1 noyabr 2019-cu il tarixdə yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin mətni ondan ibarətdir ki, anası X4 26 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq heç bir əmlakın vərəsəliyini qəbul etməmişdir və etmir, mirasdan imtina edir, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır.
2. İddiaçı1 4 noyabr 2019-cu il tarixdə ünvan ünvanladığı ərizəsində qeyd etmişdir ki, onun mərhum anası X2 adına ünvan kəndində 0.10 ha torpaq sahəsi miras qalmış və miras qalmış həmin torpaq sahəsi üzrə mirasın qəbul olunması üçün ü nvan gələrək mirasın bölünməsini xahiş etmişlər, bunun üçün ondan mirasdan imtina barədə **********286 nömrəli 1 noyabr 2019-cu il tarixli ərizə tərtib edilmişdir. O, mirasdan imtina etməmişdir, ona görə də **********86 nömrəli 1 noyabr 2019-cu il tarixli ərizənin ləğv edilməsini xahiş etmişdir. 3. ünvannotariat ofisi tərəfindən verilmiş 18 noyabr 2019-cu il tarixli 575 saylı cavab məktubunda İddiaçı1 bildirilmişdir ki, ünvannotariat ofisində 1 noyabr 2019-cu il tarixdə öz iradəsinə uyğun olaraq 8İ-5286 reyestr ilə qeydə alınmış miras payından imtina ərizəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə əsasən ləğv edilməsinə yol verilmir.
4. İşdə olan 21 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair JN-427F, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə X3, X8, X5 və X6 adlarına işlənilmişdir. ünvan kəndində yerləşən 0.40 ha torpaq sahəsi 25.07.2019-cu il tarixli, **********86 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X2 (1/4 hissə), X7 (¼ hissə) və X9 (2/4 hissə) payları göstərilməklə adlarınadır. ünvan kəndində yerləşən fərdi yaşayış evinə dair 1987-ci il tarixli texniki pasport X2 adına işlənmişdir. Qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, mülkün arxiv işində tikiliyə və yerləşdiyi torpaq sahəsinə da ir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, ünvannotariat ofisində 1 noyabr 2019cu il tarixdə 8i-5286 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum anası X4 ilə atası X13 nikahda olaraq ünvan kəndində yaşamış, ümumi təsərrüfatı idarə etmişlər, həmin kənddə yaşamaqla onlara verilmiş torpaq sahəsində özlərinə yaşayış sahəsi inşa etmişlər. Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mərhum anası X2 qanuni istifadəsinə verilmiş və hal-hazırda da onun mülkiyyətind ədir. Onun mərhum anası X4 26.04.2011-ci il tarixdə vəfat etmiş, ünvan yerləşən 0,10 torpaq sahəsi onun anasından miras qalmış və o, anasının ölümündən sonra miras qalmış mübahisəli 0,10 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsi üzrə mirası faktiki qəbul edərək istifadə etmişdir. 1 noyabr 2019-cu il tarixdə ünvan gələrək mirasın bölünməsinin rəsmiləşdirilməsini xahiş etmiş, bununla bağlı tərtib olunan bir neçə sənədə imza etmiş, daha sonra yanında olan nəvəsi sənədi oxuyan zaman ona məlum olmuşdur ki, notariat ofisinin əməkdaşı ondan mirasdan imtina barədə ərizə yazmış, onun iradəsinə zidd olraq aldadaraq imza etdirmişdir, o, həmin ərizəni götürərək cırmış, daha sonra ərizənin ləğv olunmasını tələb etmiş, lakin notariat ofisinin əməkdaşı mirasdan imti na ərizəsinin sistemə oturduğu üçün ləğv olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. O, bu barədə ünvanofisinə rəsmi qaydada müraciət edərək mirasdan imtina ərizəsinin ləğv olunmasını xahiş etmişdir. ünvannotariat ofisinin 18 noyabr 2019-cu il tarixli 575 saylı cavab məktubunda 1 noyabr 2019-cu il tarixdə öz idarəsinə uyğun olaraq 8İ-5285 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsinin ləğv olunmasına yolverilmədiyi bildirilmişdir.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Ə.Şirinov) 02.03.2020ci il tarixli 2(044)-391/2020 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh ünvan qarşı miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 01.11.2019-cu il tarixdə ünvan notariat ofisində 8İ-5286 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsi qanuni əsaslarla tərtib edildiyindən onun etibarsız hesab edilməsi istisna olunur. Ərizəçi aldadıldığına istinadla ərizənin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ərizəçinin imzaladığı ərizənin mətnindən görünür ki, orada ərizə onun iradəsinə uyğun tərtib edilmiş, həmçinin notarius ərizənin ərizəçinin şəxsən özünün onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Qətnamədən narazı qalan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(044)-391/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2581/2020 saylı mülki iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ə.İ.Məmmədov) ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(044)-391/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, qətnamə q əbul edilərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, birinci instansiya məhkəməsi işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir.
12. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 325.1, 390.1, 390.3, 390.4, 337.1, 1256, 1257, 1268-ci maddələrinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17.7-ci və 67-ci maddələrinə istinad etmişdir.
13. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2581/2020 saylı mülki iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, şikayə tə mahiyyəti üzrə baxılması üçün işin həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “miras əmlak torpaq sahəsindən ibarət olmaqla 26.04.2011-ci il tarixdə vəfat etmiş anam X1 qalmışdır. Daima mənim istifadəmdə olmuş və yenə də mənim istifadəmdədir, yəni mən həmin mirası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrində nəzərdə tutulan müddətdə və iki formada, yəni anam ölən kimi mirası sahibliyə götürmə və ondan istifadə etmə formalarında faktiki qəbul etmişəm. İddiam üzrə mübahisənin predmeti 01.11.2019-cu il tarixdə adımdan tərtib edilmiş mirasdan imtina bar ədə ərizədir. Həmin ərizə etibarsızdır, çünki Mülki Məcəllənin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Lakin ünvanNotariat ofisində notariat əməliyyatları aparan notarius qeyd edilən hüquq normalarını pozub, vərəsəlik açılandan 8 il sonra, özü də uzun illər sahibliyim altında olan mirasdan imtina ərizəsi tərtib edib və imzamı alıb təsdiqləmişdir. Halbuki, belə hərəkət Mülki Məcəllənin 1255-ci maddəsinə görə yolverilməzdir, çünki qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır”.
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı1 məhkəməyə teleqram ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 1255 Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıl ır.
19. Maddə 1256 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
20. Maddə 1269 Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmad ıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
28. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§24).
30. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§25).
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§24). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Odur ki, qətnamə ləğv edilərək, yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
34. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, məhkəmələr tərəfindən İddiaçı1 1 noyabr 2019-cu il tarixdə ünvannotariat ofisində 8i-5286 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsinin iddiaçının iradəsinə uyğun tərtib edildiyinə, həmçinin notariusun ərizənin ərizəçinin şəxsən özünün onun iştirakı ilə imzaladığını təsdiq etməsinə istinad edilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı aldadıldığına istinad etsə də, bu xüsusatı təsdiq edən sübutlarını nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd e dir ki, qanunverici mirasın qəbulu və ondan imtina edilməsi ilə bağlı konkret kəsici müddətlər müəyyənləşdirmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. İşin mübahisəsiz hallarından göründüyü kimi, miras qoyan X4 26 aprel 2011-ci ildə vəfat etmiş, 1 noyabr 2019-cu il tarixdə isə İddiaçı1 ünvannotariat ofisində 8i-5286 reyestr ilə qeydə alınmış miras payından imtina ərizəsi təsdiq edilmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən İddiaçı1 anasının vəfatından keçən 3 ay müddətində mirasdan imtina edə bilərdi. İş materiallarından isə aydın olur ki, İddiaçı1 miras payından imtina barədə ərizəni anasının vəfatından 8 ildən artıq müddət keçdikdən sonra yazmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində və izahatlarında mirası faktiki qəbul etdiyini bildirsə də, məhkəmələr bu istiqamətdə hər hansı araşdırma apamamışlar. Halbuki, Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 1 noyabr 2019-cu il tarixdə ünvannotariat ofisində 8i-5286 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı sübut təqdim edilməməsi və sübuta yetirilməməsi əsası ilə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.
38. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§27).
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§26).
40. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yuxarıda qeyd edilən bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2 581/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.