Məhkəmə qərarları › İş №2(102)-3185/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3185/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3185/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı müstəqil tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: işin baxışdan çıxarılması və şikayətin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq t ərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə müstəqil tələblərinə dair Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-017/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatları İddiaçı 10 fevral 2020-ci il tarixində Cavabdeh1 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetin ə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra 16 mart 2020-ci il tarixində Cavabdeh1 İddiaçı qarşı qarşı kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair müstəqil tələblə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən hər iki iddia ərizəsi icraata qəbul edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-017/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim T.Nüsrətov) mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kom mersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan "xxxx" MMC tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Əsaslandırıcı hissə Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1, 30-cu maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm müstəq il tələb irəli sürən "xxxx" ASC kommersiya hüquqi şəxsi kimi, cavabdehlər İddiaçı və Cavabdeh1 isə fərdi sahibkar statusu olan fiziki şəxs kimi vergi ödəyicisi olmaqla İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadırlar. Həmçinin Cavabdeh1 mübahisəli ünvanları, yəni həm ünvan 1vanda yerləşən fərdi yaşayış sahəsini, həm də 5 F, məhəllə 4057 ünvanda yerləşən qeyri-yaşayış sahəsini bir dam altında birləşdirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və müstəqil tələb irəli sürən "xxxx" ASCnin də irəli sürdüyü tələb 5 E ünvanda yerləşən sahəyə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğu üçün mübahisənin predmetini istehlak münasibətlərindən irəli gələn tələb təşkil etmir, sahibkarlıq fəaliyyətindən irəli gələn tələb təşkil edir. Bundan baş qa. cavabdeh X1 hal-hazırda fərdi sahibkar statusu olan fiziki şəxsdir və iddia edildiyi kimi həmin qeyri-yaşayış binasını icarəyə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, tələb üzrə mübahisə tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla hesab etmişdir ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğuna görə mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. "xxxx" MMC isə şikayətində göstərir ki, baxılan iş üzrə mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmuş, həbsin götürülməsi ilə bağlı müvafiq olaraq işi icraata qəbul edən və Cəbrayıl Rayon Məhkəməsinə müraciət etsə də, həbsin götürülməsinə dair müraciətinə mahiyyəti üzrə baxılmamış işin aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul olunmaqla prosessual hüquq normalarının tələbi pozulmuşdur. Digər tərəfdən o, uzun müddət icraatda olmaqla və müvafiq prosessual hərəkətlər edildikdən sonra hazırkı vəziyyətdə işin aidiyyəti üzrə göndərilməsini düzgün hesab etməmiş və prosessual normaların pozulması kimi qiymətləndirmişdir. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin icraata qəbul olunmasına dair Ali Məhkəmənin 15 avqust 2024-cü il tarixli qərardadı ləğv olunmalı və şikayət baxışdan çıxarılmaqla müvafiq prosessual hərək ətlərin yerinə yetirilməsi üçün iş Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, şikayət verən "xxxx" MMC baxılan iş üzrə tərəf deyildir və hər hansı qismində işə cəlb edilməmişdir. Mübahisələndirilən qərardadda həmin şəxs üçüncü şəxs kimi göstərilmiş olsa da bununla bağlı işin icraatda olduğu məhkəmələr tərəfindən cəlb etmə ilə bağlı ayrıca və digər prosessual qaydada qərardad qəbul edilməmişdir. Şikayətin məzmunundan aydın olur ki, işin hansı məhkəmədə baxılması onun marağında deyil. Lakin o baxılan iş üzrə mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair vəsatət verdiyini, lakin məhkəmə tərəfindən onun vəsatətinə baxılmadığını göstərməklə işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadı mübahisəndirir. Lakin aşkar olan haldır ki, o, irəli sürmüş iddia tələblərində onun maraqlarına uyğun olmayan tələbin mövcud olmasını göstərmir, özünün maddi əsaslı tələbi yoxdur, baxılan işdə hər hansı tərəf onu müstəqil tələb irəli sürməyən üçüncü şəxsi qismində cəlb etməmişdir. Belə olan halda yalnız şikayətdə göstərilənlər onun işin aidiyyəti üzrə göndərilməsinə dair qəbul olunmuş qərardadı mübahisələndirmək üçün prosessual imkan yaratmır. Belə ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. (Maddə 267.1.) İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. (Maddə 267.2.) İş üzrə tərəflərdən hər hansı biri aidiyyətlə bağlı qərardadı hazırkı mərhələdə mübahisələndirməmişlər. Eyni zamanda qeyd edil məlidir ki, onun irəli sürdüyü dəlillər də qərardadla maraqlarına toxunan şəxs kimi qəbul olunmasını və qəbul olunmuş qərardadın ona aid olmasını mümkün etmir. Şikayətə baxan birinci instansiya məhkəməsi ilkin olaraq şikayətin işdə iştirak etməyən şəxs tərəfindən verildiyini nəzərə alaraq, qəbul olunmuş qərardadın onun maraqlarına toxunub-toxunmamasını və ona aid olmasını müəyyən etdikdən sonra MPM-nin 269.3-cü maddəsində göstərilən qaydanın tətbiqini həyata keçirə bilərdi. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Maddə 357.1.) Hə min hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. (Maddə 357.2.) Beləliklə qarışıq məhkəmə tərkibi belə nəticəyə gəlir ki, şikayətin icraata qəbul edilməsinə dair qərardad ləğv olunmalı, şikayət baxışdan çıxarılmalı və qərardadın əsaslandırıcı hissəsində göstərilən prosessual qaydalara əməl edilməsi üçün iş Cəbrayıl Rayon Məhkəməsinə qaytarılmalıdır. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 357, 364, 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-017/2024 saylı iş üzrə 27 iyun 2024-cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki kollegiyasının 15 avqust 2024cü il tarixli qərardadı ləğv edilsin, iş kassasiya baxışından çıxarılsın. "xxxx" MMC-in şikayəti qeyri-mümkün hesab edilsin, qərardadın əsaslandırıcı hissəsində göstərilən prosessual qaydalara əməl edilməsi üçün iş Cəbrayıl Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar