Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3186/2021 12.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi İsmayıl Kamil oğlu Xəlilov, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı vəkili Vəkil verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı “hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı vəkili Vəkil Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasına kassasiya şikayəti vermişdir. Hazırkı iş üzrə kassasiya şikayətini Vəkil həm iddiaçı və həm də vəkil kimi imzalamışdır. Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin məzmununu müəyyən edən 407-ci maddəsinin tələblərinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. İş materiallarında vəkilin adına belə bir etibarnamə verilməsinə dair məlumat yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının adından verilmiş butün sənədlərin vəkil tərəfindən imzalanması görünür. Lakin yuxarıda qeyd olunduğu kimi vəkilə belə bir səlahiyyətin verilməsinə dair işd ə məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nın 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1 maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2 maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3 – 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı vəkili Vəkil verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Gəncə Apelly
Məhkəmə qərarları › İş №2(102)-3186/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3186/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver