Məhkəmə qərarları › İş №2(102)-3188/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3188/2021

12.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3188/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göygöl rayon Üçtəpə Bələdiyyəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: subyektiv hüquq, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə buraxılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3182/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixl i qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 14.07.2011-ci il tarixli çıxarışa əsasən Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0053 ha torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçının) mülkiyyətindədir. **********21 reyestr nömrəli Plan və ölçü sənədinə əsasən Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,084 ha torpaq sahəsi Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətindədir. Tərəflər həmin torpaq sahələrində yaşayış evi inşa edərək orada yaşayırlar. İddiaçı ilə cavabdehin torpaq sahələri arasında Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyəti ndə olan 3x40 kv.m torpaq sahəsi yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonunun Üçtəpə kəndində cavabdehlə onun torpaq sahələrinin arasındakı su arxı üçün ayrılmış 3x40 kv.m torpaq sahəsində aparılmış tikinti işlərinin özbaşına tikinti hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0053 ha torpaq sahəsini bələdiyyədən almışdır. Cavabdeh ilə qonşudur. Cavabdeh onun sahəsi ilə özünün sahəsi arasında ümumi istifadədə olan su arxı və kənarındakı 3x40 metr sahəsi olan yolu heç bir qanuni əsas olmadan öz sahəsinə qataraq, zəbt etmiş, həm in sahənin üzərində təxminən bir metr hündürlüyündə torpaq qaldırmış, suyun əvvəlki axımının onun sahəsinin hasarının dibinə keçirməklə dəyişdirmiş, zəbt etdiyi torpaq sahəsində özbaşına hasar inşa etmişdir. Nəticədə onun hüquqları, yəni ümumi istifadədə olan yoldan, su arxından həyətyanı sahəsini suvarmaq üçün istifadə etmək hüquqları pozulmuşdur. Cavabdehin adına olan torpaq sahəsinə dair sənədlərdən də görünür ki, onun sahəsi ilə cavabdehin sahəsi arasında ümumi istifadədə olan su arxı altında olan torpaq sahəsi vardır və faktiki olaraq həmin sahə cavabdehin sahəsinə qatılmışdır. Cavabdehə dəfələrlə su arxı üçün ayrılmış torpaq sahəsində apardığı tikintini söküb, torpağı azad etməsini təklif etsə də cavabdeh onun sözünə məhəl qoymamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2018-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ərazidə müəyyən edilmiş koordinatlar və elektron baza məlumatlarına istinadən cavabdehin naturada faktiki olaraq istifadəsində olan 0,097 ha torpaq sahəsinin, küçə tərəfdən evi 3,53 m, həyətyanı sahənin arxa tərəfindən 2,81 m, uzunluğu isə 41,59 m olmaqla 0,012 ha yəni, (1 sot 20 kv.m) hissəsi mübahisəli ərazini əhatə edir. Araşdırma zamanı elektron baza məlumatlarına istinadən müəyyən olunmuşdur ki, cavabdehin naturada faktiki istifadəsində olan mübahisəli 0,012 ha ərazi iş materiallarına əlavə edilmiş, reyestr nömrəsi **********449 olan plan və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,0053 ha və reyestr nömrəsi **********21 olan plan və ölçü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,084 ha torpaq sahəsinin sərhədləri arasında yerləşən bələdiyyə mülkiyyətinə aid boş əraziyə aiddir. Yəni, mübahisəli 0,012 ha ərazi elektron baza məlumatlarına istinadən iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəddir. Ekspertiza baxışı zamanı müşahidə olunmuşdur ki, faktiki olaraq kənd yaşayış məntəqəsi daxilində müxtəlif hissələrdə müxtəlif ölçüyə malik təxminən 1,00 m enində mövcud olan sözügedən su arxının bir hissəsi cavabdehin naturada faktiki istifadəsində olan mübahisəli 0,012 ha ərazidən keçir. Lakin cavabdeh ekspertiza baxışında iştirak etmədiyindən, naturada faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi daxilində ekspertizanın aparılması mümkün olmamış və bu səbəbdən cavabdehin sözügedən su arxı na müdaxilə edib-etməməsi müəyyən edilməmişdir. Göygöl rayon Üçtəpə kənd ərazisinin yerquruluşu planının elektron (DWG) materialında öz əksini tapmadığından həmin su arxının ilkin və faktiki vəziyyətləri arasındakı fərqliliyi müəyyən etməyin mümkün olmaması səbəbindən və eləcə də 2-ci sualın cavabında qeyd olunduğu kimi cavabdeh ekspertiza baxışında iştirak etmədiyindən naturada faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi daxilində ekspertizanın aparılmasının mümkün olmaması səbəbindən su arxının yerinin iddiaçının hasarının dibinə tərəf hansı konfiqurasiya və ölçüdə dəyişdirildiyini müəyyən etmək mümkün olmamışdır. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)76/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sahə Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olduğu üçün torpağa dair tələbi həmin orqan irəli sürə bilər və iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Məhkəmə tikinti-texnikası ekspertizasının 04 oktyabr 2019-cu il tarixli, 18589 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Göygöl rayon Üçtəpə kəndində yerləşən cavabdeh tərəfindən ümumi istifadədə olan su arxın ın kənarları ilə təqribən 1 m hündürlükdə divar hörülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən cavabdehə məxsus 0,084 ha torpaq sahəsinə dair 30.06.2016-cı il tarixdə torpaq sahəsinin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin eni 18,0 m, faktiki olaraq isə 21,8 m olduğu, bələdiyyə tərəfindən satılmış 0,084 ha torpaq sahəsinə dair verilmiş Kadastr xəritəsinin xüsusi qeydlərində torpaq sahəsindən su arxın yeri barıdan 3 m məsafə çıxıldığı, lakin həmin sahənin cavabdehin istifadəsində olduğunu nəzərə alaraq, cavabdeh tərəfındən su arxının mühafızə zonasının pozulduğu müəyyən olunur. Lakin su arxının əvvəlki vəziyyəti barədə məlumat olmadığı üçün qərardadın ikinci sualının birinci hissəsi və qərardadın üçüncü sualı üz rə tədqiqat aparılmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2522/2019 nömrəli iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi) F.Mehtiyev və A.Bayramov) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin olunmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3514/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) cavabdehin kassasiya şikayəti qismən təmin ed ilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin hərəkətlərinin iddiaçının hansı hüquqlarının pozulması ilə nəticələnməsini əsaslandıra bilməmişdir. Hazırkı mübahisədə yeganə əhəmiyyət kəsb edən hal məhz ondan ibarət idi ki, məhkəmə iddiaçının hansı pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəmə qarşısında dayandığını müəyyən etsin. İşə baxan apellyasiya instansiyası məhkəməsi əsaslandırmasını məhz su arxı ilə bağlı (su arxının istiqamətinin dəyişdirilməsinin iddiaçının hüquqlarını pozması) qursa da, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin halı müəyy ən etməmişdir. Buradan isə belə qənaətə gəlmək olar ki, mübahisə bələdiyyə mülkiyyətində olan boş torpaq sahəsinə tərəflərin iddialı olmaları ilə bağlıdır. Çünki iddiaçı iddia tələbində də, cavabdehin həmin sahədə onunla sərhəddə hasar inşa etməsinə istinad edir. Cavabdehin iddiaçı ilə sərhəddə bir metr hündürlükdə daş hasar inşa etməsinin onun hüquqlarını pozması ilə bağlı isə hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə həmin tikilinin özbaşına tikili olmasını qeyd etsə də, yenə də həmin hasarın iddiaçının hansı hüquqlarını pozmasını aydınlaşdırmamışdır. Amma, hər bir halda iki qonşu arasında hasarlamanın aparılması qanunla icazə veriləndir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 176.1 və 176.2-ci maddələrinə istinadla hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürm əsi ilə bağlı subyektiv hüququ olması ilə bağlı məsələlərin yenidən hüquqi dəyərləndirməsinə zərurət var. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(104)-3182/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və R.Mamedov) iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, su arxı tərəflərin torpaq sahəsinin sərhədləri arasında yerləşən bələdiyyə mülkiyyətinə aid 0,012 ha ərazidən keçməklə, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi boyunca hər hansı tikinti işləri, o cümlədən hasar inşa edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının özü də etiraf etmişdir ki, qeyd edilən hasar onun mülkiyyətində olmaqla, bələdiyyə torpağı ilə onun torpaq sahəsinin sərhədi boyu inşa edilmişdir. Bələdiyyə torpağı ilə iddiaçının torpaq sahəsinin sərhədi boyu inşa edilmiş hasar iddiaçının torpaq sahəsinin küçə istiqamətində qurtaracağından sonra da küçəyə tərəf bir neçə metr irəliyə çıxmaqla inşa edilmiş və cavabdeh yalnız küçə tərəfdən hasar inşa edərək hasarını gətirib iddiaçının hasarına bitişdirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin küçə tərəf dən inşa edilmiş hasarın bələdiyyə torpağına düşən hissəsinin sökülməsi tələbini irəli sürmüşdür ki, həmin tikilinin su arxından sərbəst şəkildə istifadə etməklə, həyətyanı torpaq sahəsinin suvarılması ilə bağlı hüquq və maraqlarına toxunması ilə əsaslandırmağa çalışmışdır. İddiaçının iddia etdiyi, cavabdehin küçə tərəfdən tikdiyi hasar söküldüyü təqdirdə onun torpaq sahəsinin sərhədi boyunca gedən su arxının keçdiyi sahəyə keçməklə nə əldə edəcəyi də anlaşılmaz olmuşdur. Halbuki, bələdiyyə torpağı ilə iddiaçının torpaq sahəsinin sərhədi boyu inşa edilmiş hasarın hər hansı bir hissəsindən dəlik açmaqla, boru vasitəsi ilə su olduğu təqdirdə arxdan su götürmək mümkündür. Bundan başqa, iddiaçıya arxın küçədə qalan hissəsindən onun həyətinə boru vasitəsi ilə su xəttinin çəkilməsi cavabdeh tərə findən təklif edilsə də, iddiaçı bunu da qəbul etməmişdir. Bundan başqa, Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən su arxı kənd təsərrüfatı təyinatlı olmamaqla yağış sularının axıdılması ilə bağlı olmuşdur ki, həmin arxda su yalnız intensiv və ya leysan yağışlar zamanı toplanmaqdadır ki, qeyd olunan halda isə həyətyanı sahənin suvarılmasına zərurət qalmır. Bundan başqa, yerində müayinə zamanı iddiaçıya məxsus həyətyanı sahəyə baxış keçirildikdə həyətyanı sahənin bir hissəsində yaşayış evinin yerləşməsi, həyətyanı sahənin bir hissəsinin daş örtüklə örtülməsi, həyətyanı sahədə bir neçə ağac olmaqla, hər hansı bir əkin sahəsinin olması da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının su arxından sərbəst şəkildə istifadə etməkl ə, həyətyanı torpaq sahəsinin suvarılması ilə bağlı hüquq və maraqlarına toxuması ilə iddiaçının arqumenti istisna olunmuşdur. İddiaçının öz evindən yola giriş-çıxışı sərbəst olmaqla, tərəflərin torpaq sahəsinin sərhədləri arasında yerləşən bələdiyyə mülkiyyətində olan, su arxının keçdiyi dalan tipli torpaq sahəsindən yol kimi istifadə etmək hüquqlarının pozulması ilə bağlı iddiaçının arqumenti də anlaşılan olmamışdır. Bununla yanaşı, Məhkəmə kollegiyası güman etdiyini qeyd etmişdir ki, iddiaçının hazırkı iddia qaldırmaqda məqsədi faktiki olaraq cavabdehin həyətyanı sahəsinə qatılmış bələdiyyə torpağına iddialı olması və ya digər naməlum məqsəddən irəli gəlmişdir ki, bunlar da iddiaçının iddiasının əsasını təşkil etməmişdir. Buna görə də Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cav abdeh tərəfindən onun hansısa hüquq və maraqlarının pozulmasını sübut edə bilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının su arxından sərbəst şəkildə istifadə etməklə, həyətyanı torpaq sahəsinin suvarılması ilə bağlı hüquq və maraqlarına toxunması ilə iddiaçının arqumenti istisna olunmaqla, cavabdeh tərəfindən iddıaçının hüquq və maraqlarının pozulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar q əbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kassasiya şikayətinə görə məhkəmə Mülki Məcəllənin 180-ci və 239-cu maddələrini işə tətbiq etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş dir. Cavabdehin oğlu Əliyev Fəxrəddin Azər oğlu kassasiya baxışı zamanı bir neçə dəfə məhkəməyə ərizə (teleqram) ünvanlayaraq, cavabdehin öldüyünü, hazırda vərəsəliklə bağlı sənədləşmələr aparıldığını bildirmiş və bununla bağlı olaraq işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yarar lanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surə tdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti no rmalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə

239. Torpaq sahəsinə buraxılma 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı və cavabdeh qonşu torpaq sahələrində yaşayır, həmin torpaq sahələri arasında yerləşən 3x40 kv.m ölçüdə mübahisəli torpaq sahəsi Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətindədir. Eyni zam anda mübahisəli torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən hasara alınaraq onun torpaq sahəsinə qatıldığı da işin ekspert (mütəxəssis) rəyləri ilə müəyyən edilmiş və mübahisə olunmayan halıdır. Əvvəlki kassasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin hərəkətlərinin iddiaçının hansı hüquqlarının pozulması ilə nəticələnməsini əsaslandıra bilmədiyi üçün iddiaçının hazırkı iddianı irəli sürməsinə dair subyektiv hüququ ilə bağlı məsələlərin yenidən hüquqi dəyərləndirməsinə zərurət var. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsində yerləşən su arxından istifadəsinə zərurət olmadığına, iddiaçının digər arqumentlərinin anlaşılan olmadığına i stinad edərək, həmçinin iddiaçının hazırkı iddia qaldırmaqda məqsədinin faktiki olaraq cavabdehin həyətyanı sahəsinə qatılmış bələdiyyə torpağına iddialı olmasını və ya digər naməlum məqsəddən irəli gəldiyini güman edərək, hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun hansısa hüquq və maraqlarının pozulmasını sübut edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırkı iş üzrə iddiaçı tələbini iki halla əsaslandırmışdır: cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun ümumi istifadədə olan yoldan və su arxından istifadə etmək hüquqları pozulmuşdur. Bu baxımdan hazırkı iddia tələbinin qanuni əsasını, həmçinin Mülki Məcəllənin 239cu maddəsi təşkil edir. Həmin maddəyə müvafiq olaraq fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. İstinad olunan maddi hüquq norması iddiaçının hazırkı iddianı irəli sürməklə bağlı subyektiv hüquqa malik olduğunu təsdiq etməklə, məhkəmə tərəfindən iddiaya onun mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsini tələb edir. Lakin apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 239-ci maddəsini tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı, hazırkı kassasiya baxışı zamanı cavabdehin öldüyü müəyyən edilmişdir. Cavabdehin oğlu hüquq varisi kimi prosesə qoşulmaq üçün məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş et sə də məhkəmə iclasına gəlməmiş və bu səbəbdən prosessual hüquq varisliyi barədə məsələni həll etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməli, həmçinin ölmüş cavabdehin hüquq varisi ilə əvəz edilməsi barədə məsələnin həlli üçün zəruri prosessual hərəkətlər yerinə yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kass asiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3182/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar