Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-319/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1127/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları
1. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3790/2022 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m olan mənzillərin İddiaçı Əlövsət qızına təhvil verilməsi, həmin mənzillərə dair sahiblik və istifadə hüquqularının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsi Müki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)2347/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2915/2023 saylı qərarı ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmış və qətnamə icraya yönə ldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Əlövsət qızı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” hər iki müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ofisə dəvət olunaraq bildirilmişdir ki, göstərilən mənzillər başqa şəxslərə satılmış, buna görə də həmin mənzillərin müqabilində ona həmin binanın 5-ci mərtəbəsindən 189 kv.m və 4-cü mərtəbəsindən 109 kv.m ölçüdə mənzillər versinlər. Göstərilən təklif ona qane etməsə də, cavabdehin və mənz illər verilmiş şəxsin vəziyyətini nəzərə alaraq bununla razılaşmalı olmuşdur. Baxmayaraq ki, 5-ci mərtəbədə yerləşən mənzilin dəyəri ilə 22-ci mərtəbədə yerləşən mənzilin dəyərində əsaslı fərqlər vardır. Bununla bağlı özünü cavabdehin hüquqşünası kimi təqdim edən şəxs ona iki ədəd, hər biri iki səhifədən ibarət olan müqavilə təqdim etmişdir. Hər iki müqavilənin birinci səhifəsində qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan mənzilin əvəzinə, ona həmin binanın 5- ci mərtəbəsində 189 kvm, 80 kvm olan mənzilin əvəzində isə 4-cü mərtəbədə 109 kvm mənzil verilir. Göstərilənləri nəzərə alaraq müqavilənin hər iki səhifəsinin alt hissəs ini imzalamışdır. Müqaviləni imzaladıqdan sonra özünü hüquqşünas kimi təqdim etmiş şəxs müqavilələri cavabdehin rəhbərliyinə imzalatmaq üçün aparmış və qayıdaraq qatlanmış və fayla yerləşdirilmiş vəziyyətdə müqavilələri ona təqdim etmişdir. Onun onlara etdiyi güzəşti nəzərə alaraq insanlıq göstərib təkrar müqavilələri oxumadan və baxmadan ofisdən ayrılmışdır. Sonradan müqavilələri nəzərdən keçirərkən aydın olmuşdur ki, müqavilələr onunlar bağlanmış müqavilələr deyil, müqavilələrin səhifələri dəyişdirilmiş və cavabdeh tərəfindən müqavilələrə onun hüquqlarını kobud şəkildə pozan bəndlər əlavə olunmuşdur. Belə ki, hər iki müqavilənin 2-ci səhifəsində olan 3-cü bənddə göstərilmişdir ki, “tərəflər razılaşırlar ki, bu müqavilə üzrə verilmiş yaşayış sahələri “Podratçı” tərəfindən satılaraq satı ş dəyəri “Sifarişçiyə” ödəniləcəkdir. Göstərilən bəndin özündan də görünür müqavilə dəyişdirilərək saxtalaşdırılmışdır. Doğrudan da, mənzillərin onun tərəfindən satılmasına razılıq verilirdisə, onda bu qədər məhkəmə çəkişməsi nəyə lazım idi, elə əvvəldən cavabdeh mənzillərə ödədiyi pulu ona qaytarmaq istəyirdi, lakin ona mənzil lazım olduğundan razılaşmayaraq mənzillərini tələb etmiş və məhkəmə qərarları ilə də buna nail olmuşdur. Həmçinin əgər mənzili satmaq istəsəydi onda özü satar və ya mənzil alqı-satqısı ilə məşğul olan şirkətlərə müraciət edər, nəinki podratçıya. Göstərilən mənzilləri o 2019-cü ilin əvvəllərində almış və dəyərlərini də tam ödəmişdir. 2019-cu ildən 2024-cü ilədək ötən 4 il ərzində mənzillərin qiymətlərində əsaslı dəyşikliklər olmuşdur. Mənzillərini satırdısa təbii ki, bu günki bazar qiymətlərinə satardı. Lakin dəyişdirilmiş müqavilədə yenə də 2-ci bənddə göstərilmişdir ki, “bü müqavilələr üzrə qeyd olunan yaşayış sahələrinin dəyəri, tərəflər arasında olan və tərəflərin razılığı ilə ləğv olunmuş, xx.xx.2019-cu il tarixli müqavilələrdə qeyd olunan sahələrin dəyəri kimi qəbul edilir. Müqavilələrdə göstərilən bəndlərin yazılması, tam sübut edir ki, heç bir məntiqi düşüncə sahibi belə bir müqavilələri bağlaya bilməz və bağlamaz, həmin müqavilə ancaq saxta yollarla, bağlana bilər və faktiki olaraq da bu yolla bağlanmış, daha doğrusu müqavilənin vərəqləri dəyişdirilmişdir. Müqavilənin məzmununda olan bəndlərlə də bu təsdiq olunur. Belə ki, müqavilələrin 1-ci bəndində xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edildiyi qeyd olunsa da, 8.1.2-ci bənddə göstərilir ki, “əgər müqavilə xitam edilərsə, onda qeyd olunan yaşayış sahələrinin dəyəri “podratçı” tərəfindən “Sifarişçi”yə ödənilir. Hər iki müqavilənin bəndlərində “yaşayış sahəsi” sözü əvəzinə “yaşayış sahələrinin” ifadələrinin işlədilməsi də göstərilən müqavilələr üzrə cavabdehin tələsik, saxta, öz maraqlarına uyğun müqavilələr bağlamasından xəbər verir. Ona təqdim olunan müqavilələrin 3 səhifədən ibarət olması, həmin səhifələrdən onun ancaq sonuncu səhəfədə imzasının olması, cavabdehin rəhbəri Qabil Əliyevin isə bütün səhifələrdə imzalarının olması tam sübut edir ki, onun imzaladığı əvvəlki səhifələr dəyişdirilmiş, müqavilələr saxtalaşdırılmışdır. O könüllü olaraq, öz iradə ifadəsinə uyğun müqavilə bağlayırdısa müqavilələrin bütün səhifələrində imzaları olardı. Onun razılaşaraq imzaladığı müq avilənin bütün səhifələrində imzaları olmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin təqdim etdiyi müqavilənin saxta olması, vərəqələrin dəyişdirilməsi barədə xəbərdarlıq məktubu yazılmış, lakin cavab alınmamışdır.
5. Şəki Rayon Məhkəmənin 9 iyul 2024-cü il tarixli, 2(075)-1480/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələrin etibarsız hesab edilməsi qət olunmuşdur.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən verilmiş mənzillərin müqabilində həmin ünvanda yerləşən yüksəkmərtəbəli yaşayış binasından 189 m2 və 109 m2 mənzillərin verəcəyini bildirmişdir. Lakin müqavilələrdən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən aldadılaraq onlar arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 23 noyabr 2023-cü il tarixli hər iki müqavilənin 1 və 2-ci səhifələri dəyişdirilmişdir. Müqavilənin üç səhifədən ibarət olmasına və hər səhifəsində cavabdehin direktortu X3 imzasının olmasına baxmayaraq, iddiaçı tərəfindən yalnız sonuncu səhifə imzalanmışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında bağlanılmış müqavilələr cavabdeh tərəfindən saxtalaşdırılmışdır.
7. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia təmin edilərək, tərəflər arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələr etibarsız hesab edilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 339.2, 339.3, 389.1, 389.2, 405.1, 421.1, 421.2, 423.2-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının da məhkəməyə təqdim etdiyi məhkəmə qərarlarından görünür ki, həmin vaxt cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı ilə bağlanılmış əvvəlki müqavilələr girov olaraq bağlanılmışdır. Belə ki, dostu olan Nəbi adlı şəxs Mahmud adlı şəxsdən tikinti materialları göt ürmüş və həmin materilların dəyəri olan 115.000 (bir yüz on beş min) ABŞ dolları borcu yaranmışdır. Lakin həmin borcu qaytara bilmədiyi üçün Mahmudla Nəbinin arasında narazılıq yaranmışdır. Sonradan Nəbinin dostu olaraq, onun borcu barədə Mahmudla danışıq aparan zaman, Mahmud borcun qarşılığı qismində girov olaraq, mübahisə predmeti olan müqavilə ilə ləğv edilmiş müqavilələri imzalamağı cavadehdən istəmişdir. Onlarda Nəbi ilə Mahmud arasında olan borc münasibətlərini pərdələmək adı ilə yuxarıda qeyd olunan müqavilələri imzalamışdır. Aralarında da razılaşmışdırlar ki, qeyd olunan müqavilələr girov olaraq imzalanır. Sonradan araşdırma zamanı məlum oldu ki, X1 həyat yoldaşıdır. Qeyd olunan müqavilələrin dəyərinə nəzər yetirdikdə də məlum olur ki, həmin müqavilələr 115000 (bir yüz on beş min) ABŞ dollarının dəyəri olaraq qiymətləndirilmişdir. Belə ki, hər iki müqavilə üzrə olan mənzillərin dəyəri də manat-dollar ekvivalenti ilə 115000 məbləğində qeyd olunmuşdur. Halbuki, müqavillərdə qeyd olunan qiymətə, cavabdehin tikintinin yerləşdiyi ərazidə mənzil tapmaq qeyri-mümkündür. Məhkəmələrə dəfələrlə qeyd olunan halı bildirsələr də məhkəmlər işin bu halına qiymət verməmişlər. Sonradan, qeyd olunan məhkəmlərin sonucu olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul olunmuş və icraya yönəldilmişdir. Bu əsnada, “İnter" MMC-nin direktoru ilə iddiaçının həyat yoldaşı olan Mahmud adlı şəxs görüşmüşdür. Görüşdə, həqiqətən də qeyd olunan müqavilələrin borc pulun müqabilində girov olaraq yazılması nəzərə alınaraq, qeyd olunan müqavilələr imzalanmışdır. Qeyd edək ki, iddiaçı və birinci instansiya məhkəməsi mübahisə predmeti olan müqavilələrdə olan mənzillərin dəyərinin əvvəlki müqavilədə olan mənzillərin dəyəri kimi yazılmasını qanunsuz sayır. Lakin tərəflər arasında olan müqavilədən də göründüyü kimi, tərəflər arasında olan digər müqavilə ləğv olunmuş və yeni müqavilə imzalanmışdır. Əlbətdə ki, yeni müqavilənin dəyəri əvvəlki müqavilənin dəyəri kimi qeyd olunmalıdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilənin 3-cü bəndində qeyd olunmuş “yaşayış sahələrinin “podratçı" tərərfndən satılaraq, dəyərinin “Sifarişçi"yə ödənilməsi" şərti onu göstərir ki, müqavilə “İnter" MMC tərərfndən saxtalaşdırılmışdır. Buna görə də yeni “Sifarişçi’yə qeyd olunan sahələrlə bağlı maliyyə arayışı verilir. Bundan sonra həmin məbləğə dair olan vergi öhdəlikləri yerinə yetirildikdən sonra, həmin məbləğ əvvəlki “Sifarişçi’yə geri qaytarılır. Buna görə də müqavilədə bu qayda şərtləndirilmişdir. Əsas məqam isə müqavilənini iddiaçı tərərfndən də imzalanmış 3-cü səhifəsidir ki, həmin səhifədə olan 8.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə ilə verilmiş sahələr girov olaraq yazılır. İddiaçı iddia edir ki, mübahisə predmeti olan müqavilənin əvvəlki sahifələri bizim tərəfimizdən saxtalaşdırılmışdır. Bəs iddiaçı sonuncu səhifəyə nə deyir? Həmçinin əgər müqavilənin sözügedən səhifələri dəyişdirilmişdisə iddiaçı nəyə görə 6-7 ay sonra bunu bildi və bundan sonra iddia etmişdir? Qeyd olunan hallar məhkəmədə araşdırılmamışdır. Həmçinin mübahisə predmeti olan müqavilə ilə eyni tarixdə verilmiş maliyyə arayışları iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuşdu r. Həmin arayışlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmin arayışlara münasibət bildirməmişdir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(107)-1127/24 nömrəli qətnaməsi ilə (hakimlər Əyyub Kərimov sədrlik edən, məruzəçi, Günay Cavadova və Elçin Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon məhkəmənin 9 iyul 2024-cü il tarixli, 2(075)-1480/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi 2019-cu ildə tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklə r tam olaraq yerinə yetirilmiş, lakin cavabdeh həmin mənzilləri iddiaçıya verməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
13. Həmçinin, cavabdeh öhdəliklərini yerinə yetirməməsi ilə bağlı tərəflər arasında uzun illər məhkəmə mübahisələri olmuş və sonunda iddiaçı mübahisəli mənzillərin özünə məxsus olmasını və həmin mənzillərin ona təhvil verilməsinə nail olmuşdur. Yəni, 2019-cu ildə bağlanmış müqavilələr əsasında alınmış mənzillərin məhkəmələr tərəfində iddiaçıya qaytarılması qət edilmişdir.
14. Bundan sonra, 2019-cu ildə müqavilə predmeti olan mənzillər başqa şəxslərə satıldığından (və ya iddiaçıya təhvil verilmədiyindən) cavabdeh məhkəmə qətnamələrini icra etmək üçün iddiaçıya həmin mənzilləri başqa mənzillərlə əvəz edilməsini təklif etmişdir. İşdən daha sonra müəyyən edilmişd ir ki, iddiaçı mənzillərin əvəz edilməsini qəbul etdiyindən 20 noyabr 2023-cü il tarixli müqavilələri bağlamağa razı olmuşdur. Lakin, hazırkı iş üzrə cavabdeh tərəf mənzillərin başqa mənzillərlə əvəz edilməsinə dair müqavilə bağlayan zaman idiaçını aldadaraq müqavilə şərtlərini dəyişdirmişdir. Cavabdeh tərəfin iddiaçını aldatması və müqavilə şərtlərini dəyişdirməsi sadalanan hallarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, hər iki müqavilə 3 (üç) səhifədən ibarət olmuşdur. Həmin müqavilələrin hər üç səhifəsi cavabdeh tərəfin məsul şəxsi tərəfindən imzalansa da, iddiaçı ancaq sonuncu səhifəni imzalamışdır. Qəbul edilmiş təcrübəyə (kredit müqavilələri və s. müqavilələr) əsasən, ya tərəflər müqavilənin sonuncu səhifəsini imzalayır, yadaki tərəflər m üqavilənin bütün səhifələrini hər ikisi imzalayırlar. Hazırkı müqavilələr isə iddiaçı tərəfindən ancaq sonuncu səhəfəsi imzalansa da, cavabdehin nümayəndəsi bütün səhifələri imzalamışdır. Bu hal da iddiaçının haqlı narazılığına səbəb olmuşdur.
15. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, bağlanmış müqavilələrin 2-ci bəndinə görə, tərəflərin müqavilələr üzrə qeyd olunan yaşayış sahələrinin dəyəri, tərəflərin razılığı ilə ləğv olunmuş, 19 aprel 2019-cu il tarixli müqavilələrdə qeyd olunan sahələrin dəyəri kimi qəbul edilməsinə razılşadıqları göstərilmişdir. Yəni, müqavilənin 2-ci bəndindən belə anlaşılır ki, keçən dörd il ərzində ölkə üzrə daşınmaz əmlakın qiymətinin artmasına baxmayaraq əvəz edilmiş mənzillər 2019-cu ildə olan qiymətlə satılacaqdır.
16. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, uzun illər baş tutmuş məhkəmə çəkişmələrindən sonra hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilləri satmaq istəməsi, ən əsası isə həmin mənzilləri cavabdehin vasitəsi ilə və 2019-cu il qiymətləri ilə yəni, mənzillərin ilkin satın alındığı qiymətə satılmasına razılıq verməsi inandırıcı deyildir. Bu hal da, öz-özlüyündə həmin müqavilələrin cavabdeh tərəfindən dəyişdirildiyi qənaətinə gəlinməsi üçün əsaslardan sayıla bilər. Bundan başqa, ən vacib məqamlardan biri də ondan ibarət olmuşdur ki, müqavilələrlə iddiaçının iradə ifadəsi zədələnmişdir. Belə ki, hər hansı əqdin, o cümlədən hazırkı iş üzrə müqavilələrin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə 2019-cu il müqaviləsinin predmeti olan məzillərin iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçının iradə ifadəsi və niyyəti mənzilləri satmaq üçün cavabdeh tərəfə vermək yox, qanuni qüvvəyə minmiş qərarla ona qaytarılmalı olan mənzillərin artıq mövcud olmadığından həmin mənzillərin başqa mənzillər ilə əvəz etmək olmuşdur. Yəni, iddiaçının əsl niyyəti pul almaq yox, mənzil almaq olmuşdur. Cavabdeh irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmişdir. Bundan başqa, mübahisəli müqavilələr ilə həm 2019-cu ildə olan mənzillər yeni mənzillərlə əvəz edilmiş, eyni zamanda da guya iddiaçı mənzillərin 2019-cu il qiymətləri ilə satılmasına razılıq vermişdir. Qanunvericiliyə əsasən isə, tərəflərin iradə ifadəsi müqavilələri n bağlanılmasının zəruri şərtidir. Yəni, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Həmin müqavilələri bağlamaqda iddiaçının arzusu qətnamə ilə ona qaytarılmalı olan mənzillərin heç olmasa başqa mənzillərlə əvəz edilməsi olsa da, mənzillərin satılması, həm də 2019-cu il qiymətləri ilə satılması ilə, iddiaçı arzu etdiyi hüquqi nəticəni əldə etməmişdir. Yəni, iddiaçının əsl niyyəti mənzil əldə etmək olmuşdur. Cavabdeh tərəf isə iddiaçını aldatmaqla hazırkı müqavilləri bağlamışdır.
18. Məhkəmə kollegiyası iş materiallarını araşdırara hesab etmişdir ki, əqdi mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddət də keçməmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin müqavilələrin iddiaçı ilə başqa bir şəxsin arasında olan borcu pərdələmək məqsədilə bağlanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, apellyasiya şikayətində qeyd edilmiş həmin hallarla bağlı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. İş materiallarına əlavə edilmiş və artıq qanuni qüvvəsini almış üç instansiya məhkəməsinin qətnamələri ilə, mübahisəli mənzillərin 2019cu ildə cavabdeh tərəfindən iddiaçıya satılması və həmin mənzillərin iddiaçıya məxsus olması müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin apellyasiya şikayətində ilkin müqavilələrin iddiaçı ilə başqa bir şəxsin arasında olan borcu pərdələmək məqsədilə bağlanması ilə bağlı dəlillərinə hüquqi qiymət verilmişdir. Bundan başqa, cavabdeh tərəf müqaviləni hansısa borcu ( həmdə cavabdehə məxsus olmayan borcu) pərdələmək məqsədilə bağladıqlarını bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə sübut olan maliyyə arayışlarına qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, 20 noyabr 2023-cü il tarixli maliyyə arayışları ilə İddiaçı Əlövsət qızının Cavabdeh MMC-yə borcu olmadığı müəyyən edilmiş və onun həmin tarixə iddiaçıya heç bir borcu ola bilməzdi. 2019-cu ildə alınmış mənzillərin pulu tam olaraq ödənildiyindən məhkəmələr tərəfindən həmin mənzillərin iddiaçıya verilməsi qət edilmişdir. 2023-cü ildə əvəz edilmiş mənzillər üzrə isə iddiaçı cavabdehə heç bir ödəniş etməməli idi, sadəcə ol araq 2019-da müqavilə predmeti olan mənzillər 2023-cü ildə başqa şəxslərə satıldığından cavabdeh tərəf qətnamələri icra etmək üçün üzərinə öhdəlik götürərək iddiaçıya əvəz olaraq başqa mənzillər vermişdir. Belə olan halda isə, iddiaçının cavabdehə heç bir borcu yarana bilməzdi.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin heç bir maddi norma ilə əsaslandırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin hakimi mübahisə ilə bağlı qətnamə qəbul edilən zaman Mülki Məcəllənin 337, 339 və s. maddələrinə istinad etmiş və müqavilələrin aldatma nəticəsində bağlandığını müəyyən etmişdir. Kollegiya hesab etmişdir ki, yalnız cavabdeh tərəfin şifahi qaydada bildirdikləri əsasında onun hazırki iş üzrə qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir.
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin digər dəlillərini də şəxsi mülahizələrə əsaslanan fikirlər olduğunu hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarakən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 152.1, 157.1, 157.2, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 339.1, 339.2, 339.3, 339. 6, 354.1, 354.2, 389.1, 389.2, 390.1, 394, 399.1, 404.1, 404.2, 405.1, 421.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edil məsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
34. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
35. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyy əti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
36. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
39. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıq lı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
42. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: 43. “... Ümumiyyətlə hüquqi həqiqət prinsip inin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlar dan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında 2019-cu ildə qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilmiş, lakin cavabdeh həmin mənzilləri iddiaçıya verməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin, cavabdeh öhdəliklərini yerinə yetirməməsi ilə bağlı tərəflər arasında uzun illər məhkəmə mübahisələri olmuş və sonunda iddiaçı mübahisəli mənzillərin özünə məxsus olmasını və həmin mənzillərin ona təhvil verilməsinə nail olmuşdur. Yəni, 2019-cu ildə bağlanmış müqavilələr əsasında alınmış mənzillərin məhkəmələr tərəfində iddiaçıya qaytarılması qət edilmişdir.
56. Bundan sonra, 2019-cu ildə müqavilə predmeti olan mənzillər başqa şəxslərə satıldığından (və ya iddiaçıya təhvil verilmədiyindən) cavabdeh məhkəmə qətnamələrini icra etmək üçün iddiaçıya həmin mənzilləri başqa mənzillərlə əvəz edilməsini təklif etmişdir. İşdən daha sonra müəyyən edilmişdir ki, iddiaçı mənzillərin əvəz edi lməsini qəbul etdiyindən 20 noyabr 2023-cü il tarixli müqavilələri bağlamağa razı olmuşdur. Lakin, hazırkı iş üzrə cavabdeh mənzillərin başqa mənzillərlə əvəz edilməsinə dair müqavilə bağlayan zaman idiaçını aldadaraq müqavilə şərtlərini dəyişdirmişdir. Cavabdehin iddiaçını aldatması və müqavilə şərtlərini dəyişdirməsi sadalanan hallarla öz təsdiqini tapmışdır.
57. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hər iki müqavilə 3 (üç) səhifədən ibarət olmuşdur. Həmin müqavilələrin hər üç səhifəsi cavabdehin məsul şəxsi tərəfindən imzalansa da, iddiaçı ancaq sonuncu səhifəni imzalamışdır. Qəbul edilmiş təcrübəyə (kredit müqavilələri və s. müqavilələr) əsasən, ya tərəflər müqavilənin sonuncu səhifəsini imzalayır, yadaki tərəflər müqavilənin bütün s əhifələrini hər ikisi imzalayırlar. Hazırkı müqavilələr isə iddiaçı tərəfindən ancaq sonuncu səhəfəsi imzalansa da, cavabdehin nümayəndəsi bütün səhifələri imzalamışdır. Bu hal da iddiaçının haqlı narazılığına səbəb olmuşdur.
58. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilələrin 2-ci bəndinə görə tərəflərin müqavilələr üzrə qeyd olunan yaşayış sahələrinin dəyəri, tərəflərin razılığı ilə ləğv olunmuş, 19 aprel 2019-cu il tarixli müqavilələrdə qeyd olunan sahələrin dəyəri kimi qəbul edilməsinə razılşadıqları göstərilmişdir. Yəni, müqavilənin 2-ci bəndindən belə anlaşılır ki, keçən dörd il ərzində ölkə üzrə daşınmaz əmlakın qiymətinin artmasına baxmayaraq əvəz edilmiş mənzillər 2019-cu ildə olan qiymətlə satılacaqdır.
59. Apellyasiya instansiyası məhkəm əsi xüsusilə qeyd etmişdir ki, uzun illər baş tutmuş məhkəmə çəkişmələrindən sonra hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilləri satmaq istəməsi, ən əsası isə həmin mənzilləri cavabdehin vasitəsi və 2019-cu il qiymətləri ilə, yəni mənzillərin ilkin satın alındığı qiymətə satılmasına razılıq verməsi inandırıcı deyildir. Bu hal da, öz-özlüyündə həmin müqavilələrin cavabdeh tərəfindən dəyişdirildiyi qənaətinə gəlinməsi üçün əsaslardan sayıla bilər. Bundan başqa, ən vacib məqamlardan biri də ondan ibarət olmuşdur ki, müqavilələrlə iddiaçının iradə ifadəsi zədələnmişdir. Belə ki, hər hansı əqdin, o cümlədən hazırkı iş üzrə müqavilələrin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
60. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əsl niyyəti pul almaq yox, mənzil almaq olmuşdur. Cavabdeh irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmişdir. Qanunvericiliyə əsasən, tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Yəni, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Həmin müqavilələri bağlamaqda iddiaçının arzusu qətnamə ilə ona qaytarılmalı olan mənzillərin heç olmasa başqa mənzillərlə əvəz edilməsi olsa da, mənzillərin satılması, həm də 2019-cu il qiymətləri ilə satılması, iddiaçının arzu etdiyi hüquqi nəticəni əldə etmək olmamışdır. Yəni, iddiaçının əsl niyyəti mənzil əldə etmək olmuşdur. Cavabdeh isə iddiaçını al datmaqla hazırkı müqavilləri bağlamışdır.
61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qərar aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(107)-1127/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda