Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3194/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və digərlərinin cavabdeh “xxxx” MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3194/21 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Qətnamə ilə maraqlarına toxunan şəxs Rnun vəkili Vəkil Daşdəmir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)1 120/2020 saylı qətnaməsindən Qətnamə ilə maraqlarına toxunan şəxs Rnun kasasiya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, 22 yanvar 2013-cü il tarixli, 48, 541 saylı və 18 fevral 2013-cü il tarixli, 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinə əsasən E “A” saylı məhəllədə “xxxx” MMC tərəfindən inşa edilən yaşayış binasının “A” korpusunda hər biri 39 kv.metr olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.metr olan obyektlərin, bundan əlavə “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 139 kv.metr olan 35 saylı, sahə si 138,97 kv.metr olan 3 otaqlı, 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqlı, sahəsi 139 kv.metr olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqlı, sahəsi 186 kv.metr olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 214,14 kv.metr olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada onlara təhvil verilməsi, əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin “xxxx” MMC həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim A.Ə.Rzayev) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılar mübahisəli yaşayış və qeyri-yaşayış sahələrini cavabdehdən alqı-satqı müqavilələrinə əsasən əldə etdiklərindən, maliyyə arayışlarına əsasən həmin yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini tam məbləğdə cavabdehə ödədiklərindən, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən həmin yaşayış və qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüquqları əldə ediblər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.6, 178.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh “xxxx” MMC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd e dilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsi ilə (hakimlər M.F.Əsədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və T.M.Əliyev) “xxxx” MMC apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi apelyasiya şikayəti vermiş tərəfə münasibətdə dəyişdirilmədən saxlanılıb. Sonradan qətnamə icraya yönəldilib. 17 yanvar 2016-cı il tarixdə P qətnamədən apelyasiya şikayəti, eyni zamanda 18 avqust 2016-cı il tarixdə prosessual müddətin bərpası barədə ərizə verib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli qərardadı ilə (Sədrlik edən, məruzəçi hakim A.Ə.Rzayev) ərizə təmin edilərək, Pnın həmin məhkəmənin 22 iyul 2013-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün prosessual müddət buraxılmamış hesab edilib və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər M.A.Bağırova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və S.Ə.Məmmədov) Pnın apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi qismən- E “A” saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 155,08 kv.metr, yaşayış sahəsi 85,36 kv.metr ola n mənzilə aid hissədə ləğv edilib, həmin hissədə iddia rədd olunub. Qətnamədən İddiaçı2 kasasiya şikayəti verib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2017-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi Ə.G.Nurmmmədov və İ.K.Dəmirov) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilib. Eyni zamanda həmin qərarla Pya Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinin tələbinə müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsindən təqdimat verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ izah edilib. Bundan sonra, Pnın müraciətinə ə sasən, Ali Məhkəmənin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına təqdimat verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər T.A.Qoldman sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və G.A.Quliyev) Ali Məhkəmənin sədrinin təqdimatı təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat İşə yenid ən apelyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsindən Pnın da apelyasiya şikayəti verdiyi müəyyən edilib. İşdə iştirak etməmiş, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxs qismində onun da apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması mümkün hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və S.F.Hacıyev) “xxxx” MMC və Pnın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. P qətnamədən kasasiya şikayəti verib. Eyni zamanda, İlqar Ağarəhimovun müraciətinə əsasən, Ali Məhkəmənin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına təqdimat verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsinin- Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllədə yerləşən, “xxxx” MMC inşa etdiyi çoxmənzilli yaşayış binasının “A” korpusunda yerləşən, 39 kv.metr üç ayrı-ayrı qeyri-yaşayış sahələrinə dair İddiaçı3la “xxxx” MMC arasında bağlanmış 50; 51; 52 saylı, 18 fevral 2013-cü il tarixli müqavilələrə və həmin korpusda yerləşən 200 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinə dair İddiaçı1la “xxxx” MMC arasında bağlanmış 48 saylı, 22 yanvar 2013-cü il tarixli müqavilələrə dair hissədə ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində üçüncü ic raat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və V.Ə.İbayev) Ali Məhkəmənin sədrinin təqdimatı və Pnın kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi- Bakı şəhəri, Atatürk prospekti 308 “A” saylı məhəllədə, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilə və “A” korpusunda yerləşən, hər birinin sahəsi 39 kv.metr olan 3 ayrı-ayrı qeyri-yaşayış sahələrinə və sahəsi 200 kv.metr olan qeyriyaşayış sahəsinə aid hissələrdə ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsin də dördüncü icraat İşə yenidən apelyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsindən İlqar Ağarəhimov və Xin də ayrı-ayrılıqda apelyasiya şikayətləri verdikləri müəyyən edilib. İşdə iştirak etməmiş, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxslər qismində adı çəkilən şəxslərin də apelyasiya şikayətlərinə apelyasiya qaydasında baxılması mümkün hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) P, İlqar Ağarəhimovun ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri tam, “xxxx” MMC apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi İddiaçı2la “xxxx” MMC a rasında bağlanmış 18 fevral 2013-cü il tarixli, 544 saylı müqavilənin 5.4-cü bəndinin, İddiaçı1 və İddiaçı3la “xxxx” MMC arasında bağlanmış 22 yanvar 2013-cü il tarixli, 48 saylı və 18 fevral 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab edilməsi, E “A” saylı məhəllədə “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının “A” korpusunda hər birinin sahəsi 39 kv.metr olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.metr olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin “xxxx” MMC həvalə edilməsi” hissələrində ləğv edilib, həmin hissələrdə iddianın rədd edilməsi, eyni zamanda, hazırki apelyasiya baxışının predmeti olan X və “xxxx” MMC mübahisələndirdiyi digər hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması (onlara münasibətdə) qət edilib. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzilə dair P ilə müqavilə İddiaçı2 əvvəl bağlanıb. “xxxx” MMC həmin mənzilə dair İddiaçı2la müqavilə bağlamaq səlahiyyəti olmayıb. P ilə bağlanmış müqavilələr isə qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız sayılması ilə bağlı hər hansı tələb irəli sürülməyib. Bu halların mövcudluğu mübahisəli mənzilin “xxxx” MMC tərəfindən İddiaçı2 təhvil verilməsini istisna edir, həmin mənzilə münasibətdə İddiaçı2 irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiy a əlamətləri ilə uzlaşmaması müəyyən edilir. Bu səbəbdən də iddia tələbi Pya məxsus mənzilə münasibətdə əsassız olduğundan rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 15.8, 165, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində dördüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov sədrlik edən, məruzəçi, V.T.Həsənov və A.Ə.Abbasov) İddiaçı2 kasasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-1120/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə İddiaçı2 kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılma sı qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Qətnamə ilə maraqlarına toxunan şəxs R (vəkili Vəkil) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-1120/2020 saylı qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi brədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmaqla, işin halları, mənzilin əvvəlcədən başqası tərəfindən alınıb-alınmaması və bu kimi işin həlli üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmayaraq qəbu l edilmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X11 prospekti, korpus E, 24 saylı mənzilin ilk alıcısı odur. Onunla “xxxx” MMC arasında bağlanmış 352 nömrəli 29 dekabr 1007-ci il tarixli müqaviləyə müvafiq olaraq E saylı mənzil ona satılmışdır. Qeyd olunan mənzilə görə onun tərəfindən ödənişlər edilmiş və bu barədə kassa mədaxil orderləri verilmişdir. Müqavilədən də aydın olduğu kimi, o, mənzilin dəyərini tam ödəməklə mənzili əldə etmişdir. Göstərilən mənzil 2007-ci il tarixindən daima nəzarəti altında, istifadəsində olmuşdur və o, mənzili əsaslı təmir etmişdir. Mənzili alarkən digər şəxslərin istifadəsində olmayan, yüklü edilməmiş olduğu mənə bildirildiyindən həmin əmlakı əldə etmiş və hansısa maneə ilə rastlaşmamışdır. Beləliklə göstərilən mənzilə mülki qanunverici liyin tələblərinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X11 prospekti, korpus E, 24 saylı mənzilə dair müqavilə onunla MMC arasında 2007ci ildə bağlanmasına baxmayaraq, 6 ildən sonra həmin mənzilin yuxarıda adları çəkilən iddiaçılara satılması barədə müqavilə bağlanılmışdır. 6 ildən sonra artıq satılmış mənzilin qanunsuzluğa yol verilərək, saxtakarlıq edilərək başqasına satılması və iddiaçıların isə həmin mənzilin başqasına satılıb-satılmadığını araşdırmadan məhkəməyə müraciət edərək iddialarının təmininə nail olmaları mülki qanunvericiliyin tələblərinə tamamilə ziddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(001)-3986/13 saylı qətnaməsinin olmasından, ümumiyyətlə ona məxsus mübahisəli mənzilə dair iddiaçıların tə ləbinin olmasından yeni xəbər tutmuşdur. İddiaçıların tələbinə baxan məhkəmələr həmin mənzilin kimin istifadəsində olmasını araşdırmamışlar. Əgər vaxtında məhkəmə proseslərindən xəbər tutsa idi, əlbəttə ki, işə qoşularaq, qanuni tədbir görülməsi, iş üzrə ədalətli qərarın qəbul edilməsi üçün mötəbər fakt və sübutları məhkəməyə təqdim edərdi. Lakin göründüyü kimi onu məhkəmədən məqsədli şəkildə kənar tutmaqla iddiaçılar işin özlərinin xeyrinə həll edilməsinə nail olublar. Sözügedən mənzili İddiaçı1 16 sentyabr 2016-cı il tarixində Xa satıb və o da imkanlarından istifadə edərək 28.09.2016-cı il tarixində hüquqlarını qeydiyyata aldırmaqla mənzilə çıxarış əldə etmişdir. Onun mənzilə mülkiyyət hüququ əldə etdiyi və istifadəsində olduğu və təmir apardığı ərəfədə qanunsuz olaraq onun mənzilinə hüq uqlar əldə edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin ilk alıcısı odur və sözügedən mənzil qanunvericiliyin tələblərinə müvafiq şəkildə ona satılmış və o da zəruri ödənişləri etmişdir. Onun öz hüquqlarından istifadə edərək mənzilə dair çıxarış alıb-almaması onun vəzifəsi deyil, hüquqlarından irəli gəlir. Odur ki, mənzili öz adına qeydiyyata aldırmayaraq çıxarış almaması onun mülkiyyətdən qanunsuz şəkildə məhrum edilməsinə əsas vermir. Hesab edir ki, apelyasiya instansiya məhkəməsi verdiyi apelyasiya şikayəti ilə bağlı səhv nəticəyə gəlmişdir ki, mübahisəli mənzilə münasibətdə subyektiv hüquqa sahib deyildir. Bu baxımdan kollegiya onun apelyasiya şikayətinin əsassız olduğunu vurğulayaraq irəli sürdüyü dəlillərlə bağlı əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görməmişdir. Hər bir h alda mənzilə dair ilkin müqavilə onunla bağlanıldığından və həmin mənzilin dəyərini tam ödədiyi üçün mülkiyyət hüququ onda yaranmışdır. Mənzili əldə etdikdən sonra külli miqdarda vəsait xərcləyərək əsaslı təmir etmiş və mənzil onun sahibliyindədir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 prosessual hüquq varisləri X5, X3, cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi, 3-cü şəxs X9, qətnamə ilə maraqlarına toxunan şəxslər R, X7 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən qətnamə ilə maraqlarına toxunan şəxs Rnun vəkili Vəkil kassiya şikayətini müdafiə edərək, məhkəmədən şikaəytin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiy yəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.3. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiy yət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə maraqlarına toxunan R tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, maraqlarına toxunan şəxsin kasasiya şikayətinin dəlilləri onun apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmişdir. Hazırda da maraqlarına toxunan şəxs mübahisəli mənzillə bağlı cavabdeh MMC ilə daha əvvəl onun müqavilə bağlamasına, mənzilin dəyərini tam ödəməsinə, mənzilə dair çıxarış almasa belə, mənzilin onun mülkü olmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 MMC ilə bağladığı 22.01.2013-cü il tarixli 541 saylı müqavilə əsasında “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət üm umi sahəsi 214,14 kv.m. olan mənzili mülkiyyətinə keçirərək onu 16.09.2016-cı il tarixdə X1, mənzilə E ünvanı verilərək 28.09.2016-cı il tarixdə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydə alınmış, X13 Həmzəyev arasında mənzillə bağlı məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsi ilə X2rşı “mənzildən çıxarılma” iddiası təmin, Akif Zeynalovun ona qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi rədd edilmiş, həm həmin qətnamədə, həm də digər mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyun 2018-ci il tarixli qətnaməsində Xə satılmış mənzilin 24 saylı olmadığı təsbit edilmiş, MMC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə də X 24 saylı deyil, “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqda n ibarət ümumi sahəsi 214,14 kv.m. olan 23 saylı mənzil üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Bu əsaslara görə də kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası Xin iddia etdiyi “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan 24 saylı mənzilə münasibətdə subyektiv hüquq sahibi olmadığını düzgün müəyyən etmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə maraqlarına toxunan şəxs R tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-1120/2020 saylı qətnaməsi Qətnamə ilə maraqlarına toxunan şəxs Rnun kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.