Məhkəmə qərarları › İş №2(102)-3195/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3195/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3195/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulmasının lizinq obyektinin lizinq alana verilməsi üçün əsas olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7995/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 13 fevral 2012-ci il tarixdə lizinq müqaviləsi bağlanaraq ümumi dəyəri 67 000 manat olan “Shacman” markalı yük avtomobili yararlı vəziyyətdə 36 ay müddətinə İddiaçı lizinqə verilmiş, o, müqavilədə müəyyən olunmuş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, İddiaçı 13 fevral 2012-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən başqa bir icraatda "xxxx" MMC İddiaçı qarşı lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmı ş faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması tələbinə dair iddia qaldırmışdır. Sonradan "xxxx" MMC iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək ancaq lizinq müqaviləsi üzrə pul tələb etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14.11.2017-ci il qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı 22 183 (iyirmi iki min yüz səksən üç) manat əsas, 4854 manat faiz (mükafat) borcu olmaqla cəmi 27 037 manatın tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2012-ci il tarixli xxx saylı lizinq müqaviləsinin obyekti olan bir ədəd "xxxx" markalı yük avtomobilinin MMC-dən alınaraq öz ünün mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə arasında 13.02.2012-ci il tarixdə lizinq müqaviləsi və X2 arasında 13.02.2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq bir ədəd “SHACMAN” xxxx markalı yük avtomobili tərəfindən lizinqə götürülmüş, lizinqin ümumi dəyəri 67 000 manat təkil etmiş, lizinq ödənişlərini bir müddət həyata keçirsə də, sonradan müəyyən müddət öhdəliyini icra edə bilməmiş, bu səbəblə "xxxx" MMC Yasamal Rayon Məhkəməsinə müraciət edərək ondan və digər zamin şəxslərdən lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın tutulmasını və lizinq obyektinin qaytarılmasını xahiş etmiş, həmin məhkəmənin 14.11.2017-ci il tarixli qətnaməsilə iddia qismən təmin olunaraq cəmi 27 037 manat məbləğində pul vəsaitinin MMC-nin xeyrinə tutulması qət olunmuşdur. "xxxx" MMC həm lizinq obyektinin dəyərini hər ay onun əmək haqqına tutmaların yönəldilməsi yolu ilə ondan almasına baxmayaraq, lizinq obyekti olan maşını ona qaytarmamışdır. Yasamal Rayon Məhkəməsi 14.11.2017-ci il tarixli qətnaməsi ilə maşının qaytarılması tələbini təmin etmədiyindən, hesab edir ki, avtomobil MMC-dən alınaraq ona qaytarılmalıdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (G.Axundova) iddia tələbi təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 4 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh pulun tutulması və lizinq obyektinin qaytarıl ması barədə iddia qaldırsa da, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaldaraq ancaq lizinq müqaviləsi üzrə pul tələb etmişdir.

8. Bundan başqa tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini tam ödədikdən sonra lizinq obyektinə mülkiyyət hüququ əldə edir. Lakin hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Yasamal rayon məhkəməsinin 14.11.2017-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 4 iyul 2018-ci il tarixli qətnamələri ilə müəyyən olunur ki, İddiaçı lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən əsas və faiz borcun tutulmasi öhdəliyin icrası deyil, kreditora dəymiş zərərin əvəzinin ödənilməsidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7481.12.4-cü, Mülki Prossesual Məcəllənin 82.3, 119.1, 216-220, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7995/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2401/2020 saylı iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun məbləği onun özünə aid edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi q əbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.11.2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı lizinq müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmiş, bu səbəblə də ondan müvafiq dövr üzrə lizinq ödənişləri və mükafat borcu tutulmuşdur.

13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

14. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, apellyasiya baxışı zamanı mübahisəsi gedən avtomobilin “Öhdə liyin ötürülməsi haqqında” 07.08.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən 08.08.2018-ci il tarixdə X1 verildiyi, bunun müqabilində həmin şəxsin 4500 manat ödəniş həyata keçirdiyi, həmin ödənişin iddiaçının MMC-yə olan borcundan çıxıldığı müəyyən olunmuşdur. Sözügedən müqavilənin etibarlılığı mübahisələndirilmədiyi təqdirdə isə avtomobilin həmin şəxsdən geri alınması mümkün deyildir.

15. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı "xxxx" MMC-nə hazırda 17 582,63 manat borcu qalmışdır və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndinin mənasına görə, onun avtomobil üzərində hüquq iddia etməsi müqavilə şərtlərinə də uyğun deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

20. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. (maddə 748-1.12.4)

26. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. (maddə 748-2.1) Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

31. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı v ə qiymətləndirilməlidir. (maddə 106.1)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasi ya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7995/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar