Məhkəmə qərarları › İş №2(102)-32/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-32/2024

22.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-32/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras payının müəyyən edilməsi, prosessual hüquq varisləri, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı hüquqi varisi X9 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X5 və X23 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0,4763ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X24 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı da şınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-513/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi X9 nümayəndəsi Xutrayeva Hürü Seyidməmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı Heybulah oğlu xx.xx.1956-ci ildə doğulmuş, atası X14, anası X29 yazılmışdır.

2. Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı ilə X6 mülkiyyətinə ünvan 1i ərazisindən 1,13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ver ilmişdir.

3. İş materiallarında olan 26 sentyabr 2009-ci il tarixli müqavilənin surətindən görünür ki, X29 ƏMDK-nin yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2009-cu il, reyestr kitabı-3, səhifə-135 olan çıxarışına və xx.xx.2009il tarixli, 844 saylı arayışına əsasən ona məxsus olan ünvan 1ində 0,2497 ha torpaq sahəsində yerləşən 1993-cü ildə tikilən, 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı yaşayış sahəsi 111,54 kv metr, ümumi sahəsi-122,8 kv metrdən ibarət yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. 4. 30 dekabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, xx.xx.2011 tarixdə ölmüş X19 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-in 1 8 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X23 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. 5. 30 dekabr 2019-cu il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.1997-ci il tarixdə ölmüş X6 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X23 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir.

6. İş materiallarında olan Zaqatala rayonu Şərif kənd sov etliyi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X15 ilə X29 arasında nikah Zaqatala rayonu Şərif kənd sovetliyində 18 yanvar 1948-ci il tarixdə 1 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Xutrayeva soyadı verilmişdir. 7. ünvan 1 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Heybulah oğlu xx.xx.1958-ci ildə doğulmuş, atası X14, anası X25r.

8. Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-ci ildə verilmiş 328 nömrəli arayışdan görünür ki, X29 vəfat etdiyi 23 fevral 2011-cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: əri- X15, oğlu- Cavabdeh1 Heybulah oğlu.

9. Cavabdeh1 Heybulah oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizədən görünür ki, ünvan 1ində yaşayan xx.xx.1997-ci il tarixdə vəfat etmiş X2 qalmış miras payını qəbul edir.

10. Cavabdeh1 Heybulah oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizədən görünür ki, ünvan 1ində yaşayan xx.xx.2011-ci il tarixdə vəfat etmiş X16 qalmış miras payını qəbul edir. 11. 28.12.2019-cu il tarixli B-303 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmasına, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 1,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X6 və X19 adına daşınmaz əmlakın reyestrində nömrəli reyestr kitabının - vərəqində qeydə alınmışdır. xx.xx.2019-ci il tarixi üçün məhdudiyyət və yüklülük qeydə alınmamışdır.

12. İş mater iallarında olan Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-ci ildə verilmiş 1022 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1997-ci tarixdə vəfat etmiş mərhum atası X6 və xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X19 ölümündən sonra mərhumların dəfn xərclərini çəkmiş, yas mərasimlərini yola salmış, mərhumlara məxsus təsərrüfatı qəbul edib sahiblənmiş, torpaq sahələrini əkib-bəcərmiş, məhsulunu toplamış, vergi borcunu ödəmiş, pay torpaqlarından istifadə etmiş, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir.

13. İş materiallarında olan Balakən rayon Şərif kənd bələdiyyəsi tərəfindən xx.xx.2019-ci ildə verilmiş 48 nömrəli arayışdan görünür ki, Cavabdeh1 mərhum anası 23.02.201 1-ci ildə vəfal etmiş X19 və 03.07.19-cu il tarixdə vəfat etmiş mərhum a tası X6 ölümündən sonra mərhumlara məxsus pay torpağının vergi borclarını ödəmişdir.

14. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 27 №-li arayışına əsasən, X15 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1997-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1997-ci il tarixli 15 nömrəli ölüm haqqında akt qeydinə əsasən X15 xx.xx.1997-ci ildə vəfat etmişdir.

15. Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş 08 nömrəli arayışdan görünür ki, X15 vəfat etdiyi 03 iyun 1997-cı il tarixdə Balak ən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: arvadı X29, oğlu İddiaçı Heybulah oğlu, oğlu Cavabdeh1 Heybulah oğlu.

16. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 28 №-li arayışa əsasən X29 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2011-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli 05 nömrəli ölüm haqqında akt qeydinə əsasən X29 xx.xx.2011-ci ildə vəfat etmişdir.

17. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş 01 nömrəli arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1928-ci il tarixdə Balakən rayonun Şərif kəndində anadan olmuş X29 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 23 fevral 2011-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu X7-xx.xx.1952, oğlu-X3-xx.xx.1956, oğlu Cavabdeh1 Heybulah oğlu-xx.xx.1958, qızı- X10-xx.xx.1961. Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir.

18. Ədliyyə Nazirliyi Cavabdeh2 Dağıstan Respublikası Mahaçqala şəhəri Stepnoy qəsəbəsi ünvanı nda yaşayan İddiaçı etibarnamə üzrə nümayəndəsi Xutrayeva Hürü Seyidməmməd qızına ünvanlanmış 13 yanvar 2020-ci il tarixli 14 nömrəli məktubda göstərilir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X19 və xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X6 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X19 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X6 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 nömrəsi ilə əmanət hesabında pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Maddə1291 vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. 19. 10 mart 2021-ci il tarixli AN-İ №0924001 daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1ində yerləşən, ümumi sahəsi 0.6526 ha olan torpaq sahəsini 4000 (dörd min) manata Cavabdeh3 satmışdır.

20. İş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 103 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tari xdə Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, 619931 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X5 və anası X23 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

23. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı İddiaçı hüquqi varisi müəyyən edilənək dayandırılmışdır.

24. Sonradan Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə İddiaçı onun hüquqi varisi X18 ilə əvəzlənmiş və işin icraatı təzələnmişdir.

25. İddiaçı hüquqi varisi X9 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X5 və anası X23 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Həmçinin Cavabdeh3 cavabdeh kimi işə cəlb olunmuşdur.

27. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, atası X14, anası isə X25r. Onlar qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X8, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X10 doğulmuşdur. İddiaçı qardaşı X8 xx.xx.2005-ci ildə ölmüşdür. İddia çı atası X14 03 iyun 1997-ci ildə, anası X29 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 1ində aparılan torpaq islahatı nəticəsində İddiaçı atası X5 və anası X23 Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1,13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1,13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmiş dir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X19, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X4 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X19 mirasına xx.xx.2019-cu il tarixdə, 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X4 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə, 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsin ə görə vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X19 mirasına xx.xx.2019-cu il tarixdə, 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı tor paq sahəsinə, mərhum atası X4 mirasına xx.xx.2012-ci il tarixdə, 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə, 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünür ki, 1928-ci ildə anadan olmuş X19 xx.xx.1952-ci ildə X8, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X10 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2 V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, X5 və X23 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatı nda iş olduğu halda Cavabdeh1 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4763 ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4763ha hissəsini Cavabdeh3 satmasına dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir. İddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.

28. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ölmüş İddiaçı hüquqi varisi X13 aid edilməsi qət edilmişdir.

29. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X5 və anası X23 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblərinə təmin olunması üçün əsaslar yoxdur, çünki iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etməsi müəyyən edilmir, bu səbəbdən də hazırkı iddia tələblərini irədli sürmək üçün subyektiv hüququ itirmişdir.

30. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləçinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 350, 354.1, 354.2, 149.2, 1263, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243, 1243.2, 1243.3, 1 246, 1255, 1256, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321, 1321.2 və 1322-ci maddələri, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1 və 22.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

31. İddiaçı hüquqi varisi X18, onun nümayəndəsi X11 apelllyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmu şdur, atası X14, anası isə X25r. Onlar qeyr-rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X8, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X10 doğulmuşdur. İddiaçı

33. İddiaçı qardaşı X8 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı atası X14 03 iyun 1997-ci ildə, anası X29 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 1ində aparılan torpaq islahatı nəticəsində İddiaçı atası X5 və anası X23 Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1,13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1,13 ha torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X19, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X6 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirmişdirlər ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X19 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum ata sı X4 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X19 mirasına xx.xx.2019cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum atası X4 mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünmüşdür ki, 1928-ci ildə anadan olmuş X19 xx.xx.1952-ci ildə X8, xx.xx.1956-cı ildə İ ddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X10 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünmüşdür ki, X5 və X23 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda, Cavabdeh1 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4763ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşı nmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4763ha hissəsini Cavabdeh3 satmasına dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir.

34. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(107)-513/2023 nömrəli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli (sədrlik edən və məruzəçi),Ə.T.Məcidov və E.M.Mehdiyev) İddiaçı hüquqi varisi X18, onun nümayəndəsi X1 və İddiaçı hüquqi varisi X9 apellyasiya şikayəti təmin edilməsi, iş üzrə Balakən Rayon Məhkəm əsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.

36. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməmişdir, Cavabdeh3 adına xx.xx.2021ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmas ı barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X24 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv hüququ da olmamışdır.

37. Beləliklə, xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır.

38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitus iyanın 13 və 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 149, 152.1, 152.5, 182.1, 337.1, 337.2, 1145, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1246, 1262, 1263, 1282 və 1283-cü, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanuna və “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı Heybulla oğlunun hüquqi varisi X18, nümayəndəsi Xutrayeva Hürü Seyidməmməd qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün Apelyasiya instansiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.

40. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149, 182, 1159.1, 1243.2, 1243.3, 1257 və 1291-ci və MPM-nin 14.2, 77 və 88-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmiş, göstərmişdir ki, miras əmlak məhkəmədə mübahisələndirildiyi müddətdə Cavabdeh1 mirasın bir hissəsini başqa şəxsin adına özgəninkiləşdirmiş, notariat orqanı işdə cavabdeh olduğu halda notariat əməliyyatı aparmaqdan imtina etməyərək mirası əmlakı başqa şəxsin adına rəsmiləşdirilməsinə nail olmuşlar. Belə olan halda hesab edirik ki, üçüncü şəxsin əldə etdiyi vicdanlı əldə edən hesab edilməm əlidir.

41. Bundan əlavə kasasiya şikayətində qeyd olunmuşdur ki, Notariat Ofisi iddiaçının mərhumların mirası qəbul etmiş vərəsə olduğunu qəbul etmiş, tərəflər arasında yalnız mirasın bölüşdürülməsi ilə bağlı mübahisənin olduğunu müəyyən etmişdir. Lakin məhkəmələr işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı miras açılan andan mirası faktiki qəbul tetmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. İddiaçı Heybulla oğlunun hüquqi varisi X18, nümayəndəsi Xutrayeva Hürü Seyidməmməd qızının vəkili Nümayəndə2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə e dilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

47. Maddə 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

48. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

49. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası ta mamilə qəbul etmişdir.

50. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

51. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

52. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi

53. Maddə

528. Vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə açılır.

54. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlə rlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası məruz əçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

62. Belə ki, iddianı rədd edən apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməmişdir, ona görə də o, hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ itirmişdir.

63. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllə nin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xit am olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

65. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülk i Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konsti tusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.

66. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırı lmışdır.

67. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

68. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.... vərəsəlik hüququnun mülki q anunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

69. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüqu qi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

70. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma da yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-513/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar