Məhkəmə qərarları › İş №2(102)-3200/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3200/2023

25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3200/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı N otariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1338/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil X3 mülkiyyətində olmuşdur. O, xx.xx.2021-ci ildə vəfat etmişdir.

2. X3 qanun üzrə birinci növbə vərəsələri olaraq övladları – İddiaçı1, İddiaçı2 və anası - Cavabdeh3 qalmışdır.

3. X1 miras qalmış əmlakı qəbul etməsi və əmlakdan paya dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə nota riat kontoruna İddiaçı1 xx.xx.2021-ci il tarixdə, İddiaçı2 xx.xx.2021-ci ildə, Cavabdeh3 isə xx.xx.2021-ci ildə müraciət etmişdir.

4. X1 miras qalmış əmlaka dair Cavabdeh3 xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və onun miras əmlakda - Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzildə payı 1/3 hissə müəyyən edilmişdir.

5. Həmçinin İddiaçı1 və İddiaçı2 X1 miras qalmış əmlakdan - Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzildən hər birinə 1/3 hissədə payın müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.

6. Həmin vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil üzərində İddiaçı1, İddiaçı2 və Cavabdeh3 hər birinin payı 1/3 hissə o lmaqla paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnmışdır.

7. Vərəsəliyin rəsmiləşdirilməsi zamanı Cavabdeh3 onu təmsil etmək üçün övladı Cavabdeh4 xx.xx.2021-ci il tarixli etibarnamə vermişdi. Buna görə də mirasın qəbul edilməsi barədə ərizə qeyd olunan etibarnaməyə əsasən Cavabdeh4 tərəfindən imzalanmışdır.

8. İddiaçılar Cavabdeh3 xx.xx.2021-ci il tarixli etibarnamə verərkən öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olduğunu bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhə ri 5 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil xx.xx. 1996cı il tarixdə anaları X4 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə İradə Əliyeva vəfat etmişdir. Bundan sonra xalaları Cavabdeh4 88 yaşlı “alzheimer” xəstəsi olan, nənələri Cavabdeh3 5 saylı DNK-da baş etibarnamə almış, sonra 12 saylı DNK-ya Cavabdeh3 adından müraciət edərək onun adına xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh4 Cavabdeh3 tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Cavabdeh4 etibarnaməni 5 saylı DNK-da almış, sonradan 12 saylı DNK-dan etibarnamə əsasında yalnız özünün iştirakı ilə vərəsəlik şəhadətnaməsini almışdır. Onun bunu etməklə məqsədi o olmuşdur ki, 12 saylı DNK-da Cavabdeh3 ümumiyyətlə görməsinlər və onun hansı halda olduğunu bilməsinlər. Cavabdeh4 məqsədi onların nənəsinin yeganə birinci dərəcəli qanun üzrə vərəsəsi kimi nənələri öldükdən sonra onun mirasını ələ keçirməkdir. Cavabdeh3 uzun illərdir yaddaş pozuntusundan əziyyət çəkir, hətta ən yaxın qohumlarını tanımır, xəstədir, mübahisə edilən mənzilin harda yerləşməsindən belə xəbəri yoxdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia rədd edilmişdir.

12. Məhkəmə iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçılar, Cavabdeh3 xəstə olmasını, baş verənləri anlamamasını qeyd etsələr də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişlər.

13. Həmçinin etibarnamədə “bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər” bəndinin qeyd ed ilməsi, etibarnamənin və etibarnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin başqa-başqa notariat ofisində təsdiqlənməsi etibarnamənin etibarsız hesab edilməsi üçün əsas deyil.

14. Məhkəmə həmçinin iddianın digər hissələri olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi etibarnamənin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan və digər tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin oluna bilməz.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 346 və 362-ci, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. b) Apellyasi ya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə “tibbi arayış”la kifayətlənərək işə Cavabdeh3 iştirakı olmadan baxaraq, eyni zamanda iş üçün həlledici sayılacaq onun ifadəsini almadan, formal mülahizələrə söykənərək qərar qəbul etmişdir. 5 saylı Notari kontorunun notariusu qanunun tələblərinə məhəl qoymayaraq, Cavabdeh3 savadsız olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən vərəsəlik işini nəzərdən keçirdikdə notariusun yazmağı və oxumağı bacarmayan Cavabdeh3 etibarnamənin mətnini oxu madığı və bu barədə heç bir qeyd yazmadığı məlum olur. Bundan başqa, etibarnamələrin, özəlliklə də baş etibarnamələrin imza hissəsində vətəndaşlar imza çəkdikdən sonra notariuslar tərəfindən həmin hissədə ən azından vətəndaşa öz soyadını yazmağa, bir çox hallarda isə yalnız soyadın yazılması ilə kifayətlənməyərək həmçinin adın və ata adının yazılması tələb olunur. Mübahisə olunan etibarnamədə bu tələb də pozulmuşdur. Belə ki, imza hissəsinə imza çəkildikdən sonra soyad və ad yazılmamışdır. Etibarnamənin verilməsi ilə bağlı daha bir pozuntu notariat işində fotoşəkillərin çəkilməməsidir. İşin ədalətli həlli Cavabdeh3 dindirilməsindən asılıdır. Yalnız bu halda onun iradə ifadəsini müəyyən etməklə ədalət bərqərar olmalıdır. Məhkəmə isə cavabdehin dindirilməsi üçün faktiki heç bir hərəkət etməm iş, mübahisənin düzgün həlli üçün nə ekspertiza keçirib, nə də Cavabdeh3 dindirib. Cavabdeh3 barəsində məhkəməpsixiatrik ekspertiza təyin etməli idi.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.A.Əsgərov sədrlik edən və məruzəçi, A.N.İmanov və F.Ş.Talışinski) 17 may 2022-ci il tarixli, 2(103)3405/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin 88 yaşlı Cavabdeh3 “alzheimer” xəstəsi olması, qohumlarını tanımaması, deyilənləri dərk elməməsi, fikrini izah edə bilməməsi barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabde h3 tərəfindən Cavabdeh4 etibarnamə verilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları iddiaçılar nə birinci instansiya məhkəməsinə, nədə ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişlər.

20. Məhkəmə kollegiyası həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin Cavabdeh3 dindirilməsi, barəsində məhkəmə-psixiatrik ekspertizasının təyin edilməli olması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 10 aprel 2022-ci il tarixdə öldüyündən onun apellyasiya icraatında dindirilməsi mümkün olmamışdır. Beləliklə də, İddiaçı1 apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir

21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 346 və 362-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 3-cü bəndinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

22. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hak imlər X2 (məruzəçi), X5 və X6) 2(102)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3405/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

24. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Mülki Məcəllənin mirasın qəbul edilməsi müddətlərini müəyyən edən 1246-cı maddəsinin tələblərinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

25. İşdən mübahisəsiz qaydada görünən odur ki, cavabdeh miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbul edilmə si ilə bağlı notariat orqanına müraciət etmişdir, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmüşdür.

26. Mülki Məcəllənin mirasın qəbul edilməsi vaxtının uzadılması əsaslarını müəyyən edən 1248-ci maddəsinin tələblərinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

27. İstinad edilən normanın məzmunundan göründüyü kimi, mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı vərəsələr arasında mübahisənin yarana biləcəyi nəzərə alınmaqla, qanunverici həmin məsələ üzrə qiymətləndirməni məhkəmənin mülahizəsinə buraxmışdır.

28. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçılar bildirirlər ki, Cavabdeh3 1934-cü il təvəllüdlü (88 yaşlı) olmaqla, savadı olmamış, “alzheimer” xəstə liyindən əziyyət çəkmiş, yaddaşı və digər intelektual qabiliyyətləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən göstərilən dəlillər üzrə ümumiyyətlə araşdırma aparılmamışdır.

29. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 324.1, 337.1, 346.1, 346.2, 362.2, 1133.1, 1145, 1146, 1243.2, 1246 və 1248.1- ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 217.1, 407.2 və 416.1-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, birinci apellyasiya baxışı zamanı digər Cavabdeh3 vəfat etmişdir. İddiaçı1 şübhə var ki, 5 saylı notariat kontorunda rəhmətlik Cavab deh3 iştirak etməmişdir. İştirikı da mümkünsüz idi. Belə ki, o, savadsızdır, qızının ölümü barəsində ona deyilməmişdir, yaddaşı gedib-gəlirdi, qohumlarını tanımırdı. Bundan başqa, həmin etibarnamədə imza yerində soyad yazılmayıb. Təlimatın 22-ci bəndində isə qeyd olunub ki, mütləq imza, soyad qeyd edilməlidir. Bundan əlavə, etibarnamə verilərkən fotoşəkil də olmalı, Cavabdeh3 savadsız olması ilə bağlı qeyd yazılmalıdır. Notarius qeyd edib ki, guya Cavabdeh3 savadsız deyildir. Cavabdeh3 savadsız olması ilə bağlı tərəfindən arayış təqdim edilmiş, Ali Məhkəmə həmin arayışa qiymət vermişdir. Etibarnamədə soyad qeyd edilməyibdir, soyad qeyd edilmədiyi halda notarius etibarnaməni təsdiq etmir. Cavabdeh3 şəxsiyyət vəsiqəsində olan imza ilə etibarnamədəki imza bənzəmir. Etibarnamə 5 saylı notariat kontorunda, vərəsəlik işi isə 12 saylı notariat kontorunda açılmışdır. Burada məqsəd Cavabdeh3 öz qızının ölüm faktını gizlətmək olmuşdur. Əgər Cavabdeh3 etibarnamə verə bilirdisə vərəsəliklə bağlı özü müracət edə bilərdi. Apellyasiya şikayətinin məğzi ondan ibarətdir ki, Cavabdeh3 notariat ofisində iştirak etməyibdir, iştirak etmiş olsa belə, imza ona məxsus deyildir. Etibarnamədə imzadan əlavə soyad da olmalıdır, notariat kitabında da bu barədə məlumat yoxdur. Burda əsas məsələ Cavabdeh3 xəstə olması ilə əlaqədardır. Bununla bağlı poliklinikaya sorğu verdilər, cavabında poliklinikada tibbi kartoçkanın olmaması ilə bağlı məlumat verildi. Daha sonra poliklinikaya 27 mayda tibbi kartoçkadan çıxarış almaları barədə məlumat verilib. Bundan sonra TƏBİB-ə müraciət edilib, hazırda bununla bağlı araşdırma gedir. Burda əsas məqsəd Cavabdeh3 xəstə olmasını sübut etməkdir.

31. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 bildirmişdir ki, Ali Məhkəmənin qərarının 46-cı bəndində qeyd edilmişdir ki, 07 sentyabr 2021-ci il tarixində Notariat Kontoruna müraciət olunmuşdur. Lakin onlar xx.xx.2021-ci il tarixində notariat kontoruna müraciət etmişdir. Ali Məhkəmənin qeyd etdiyi tarix qanun üzrə vərəsəlik hüququna fair şəhadətnamənin verildiyi tarixdir. Ali Məhkəmənin qərarının 57-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh3 “alzheimer” xəstəliyindən əziyyət çəkmiş, yaddaşı və digər intellektual qabiliyyətləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Buradan da görünür ki, bu dəlili sadəcə iddiaçı tərəf irəli sürmüşdür. Digər bir məsə lə Ali Məhkəmənin qərarının 58-ci bəndində qeyd edilən notariat hərəkətlərinin aparılması ilə bağlıdır. Təlimatda qeyd edilir ki, notariat hərəkətlərinin aparılmasını xahiş edən şəxs savadsız və kordursa, notarius həmin sənədləri şəxsə oxumağa borcludur. Təlimatdan görünür ki, hər iki komponent eyni zamanda olmalıdır. Ümimiyyətlə savadsızlığın özü hüquqi baxımdan mübahisəli mövzudur. Şəxsin savadlı olub-olmaması məsələsi qanunla tənzimlənən məsələ deyildir. Şəxsin savadsız olması təhsilin mövcud olub-olmaması ilə əlaqədar deyildir. Bundan başqa, əgər Cavabdeh3 xəstəliyi var idisə hardasa qeydiyyatda olmalı idi, müəyyən dərman preparatları yazılmalı idi, müalicə almalı idi. “Alzheimer” xəstəliyi digər xəstəliklərdən fərqli xəstəlikdir.

32. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o dəfələrlə hakimlərin nəzərinə çatdırmışdır ki, anası, Cavabdeh3 ömür boyu onunla yaşamışdır. İddiaçı neçə ildir ki, öz nənəsini görməyibdir. Anasının heç bir xəstəliyi olmamışdır. Sadəcə noyabr ayında koronavirus xəstəliyi vaxtı anasının ayağında qanqrena xəstəliyi yaranıb, həmin qanqrenadan da ürəyində təngnəfəslik yaranmışdır.

33. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu X7 izahat verərək bildirmişdir ki, həmin etibarnaməni o təsdiq etmişdir. 27 may 2021-ci il tarixində Cavabdeh3 kontora şəxsən müraciət etmişdir. Cavabdeh3 yanında Cavabdeh4 da olmuşdur. İşin içində doğum haqqında şəha dətnamə də mövcuddur. Cavabdeh3 özü müraciət edərək etibarnamə verilməsini xahiş etmiş, fəaliyyət qabiliyyətli olmuşdur. Hüquq və vəzifələri ona izah edilmişdir. Təlimatda qeyd edilir ki, şəxs həm savadsız həm də kor olduğu təqdirdə etibarnamənin məzmunu oxunmalıdır. Cavabdeh3 imzasından da görünür ki, o savadsızdır. Cavabdeh3 imza etməmişdən əvvəl o özü də ona etibarnamənin məzmununu izah etmişdir. Cavabdeh3 fəaliyyət qabiliyyətsiz olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq oluna bilərdi. Şəxsin fəaliyyət qabiliyyətsiz olması şifahi ünsiyyətlə, zahiri görünüşü ilə, sual-cavabla müəyyən olunur. Sual-cavab edilir, geniş suallar verilir və o cavab vermirsə etibarnamənin verilməsindən imtina edilir. Bu halları müşahidə etməmişdir. Cavabdeh3 şəxsən özü notariusa gəlib və iştirak etmişdir. O həmçinin daha sonra digər notariat hərəkətinin həyata keçirilməsi üçün müraciət etmişdir. Etibarnamə verilən zaman fotoşəkilin çəkilməsi vacib deyildi. İmza çəkiləndən sonra ad, soyad yazılmasına zərurət yox idi. Notariat hərəkətlərinin mahiyyəti, əmlakı satmağa dair etibarnaməni verdiyi şəxsə səlahiyyət verilməsi ilə bağlı ona sadə dildə izah edilmişdir. Cavabdeh3 anlaqlı olmuş və imzanı özü etmişdir. Cavabdeh3 iki dəfə imza atmasının səbəbi imzanın uyğunluğunun yoxlanması ilə əlaqədardır. Cavabdeh3 yaşlı olduğu üçün soyadını yaza bilməyib və iki dəfə imza çəkmişdir.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1338/23 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Elşən Kazımov) apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh3 digər Cavabdeh4 vasitəsilə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmədən, vaxtında müraciət etmişdir.

36. Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edilən mübahisəli hallara düzgün qiymət vermək məqsədilə məhkəmə kollegiyası tərəfindən iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsinin onun üzərinə düşdüyü izah edilmiş, iddia ərizəsində, apelyasiya və kassasiya şikayətlərində qeyd edilən məsələlərin həqiqi olmasını təsdiq edən sübutların qiymətləndirilməsi üçün məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq etibarnamə verilən zaman nənələrinin anlaqsız vəziyyətdə olduğunu sübut etmək vəzifəsini daşıyan iddiaçılar ölən cavabdehin öz qohumlarını tanımadığına (şahid ifadələri), tibbi kartoçkadan çıxarış alması üçün müraciət etdiyi TƏBİB tərəfindən araşdırmanın aparıldığına (yazılı sübut) və s. istinad etsələr də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

37. Cavabdehin yaşlı və savadsız olması halı digər cavabdehlər tərəfindən mübahisələndirilməsə də, bu hallar onun öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq v ə icra etmək qabiliyyətinin qüsurlu olmasına dəlalət etmir.

38. Məhkəmə kollegiyası qeyd edib ki, Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün hakim şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Halbuki iddiaçılar tərəfindən Cavabdeh3 psixi pozuntusu olub-olmamasını təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim edilməmiş, həmçinin bu səbəbdən iddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatəti məhkəmə kollegiyası təmin etməmiş, gəldiyi qənaəti cavabdehin vəfat etdiyi, etibarnamənin verildiyi tarixdən öncə isə onun hər hansı müalicə müəssisəsinə müraciə t etdiyini, hər hansı dərman preparatından istifadə etdiyini, səhhətinin hər hansı həkim tərəfindən müşahidə edildiyi və s. bu kimi halları təsdiq edən sənədlərin mövcud olmadığı, bununla da vəsatətlə təyin olunması tələb edilən ekspertizanın keçirilməsi üçün əsas ola bilən tədqiqat materialının olmadığı ilə əsaslandırmışdır.

39. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh3 savadsız olsa da kor deyildir. Qeyd edilənlər etibarnaməni təsdiq edən notariusun cavabdehə etibarnamənin mətnini oxumaması və bu barədə həmin etibarnamədə hər hansı qeyd yazmaması, hazırki iddia tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Bundan başqa notariat hərəkətlərini aparan notariusda cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxs olmamasına dair şübhələr yaranmamış, hətta daha sonra şahidlərin i ştirakı ilə vəsiyyətnamənin təsdiq edildiyi məqamda onun hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsi və öz iradəsini aydın ifadə edə bilməsi təkrarən yoxlanılmışdır.

40. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə araşdırması zamanı cavabdehin adından verilmiş etibarnamənin və həmin etibarnamə əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə baxılarkən Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Cavabdeh3 etibarnamədəki imzanın ona məxsus olmadığına kifayət qədər şübhələr olduğu üçün xəttşünaslıq ekperizasının təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası eksperti n səlahiyyətlərini mənimsəyərək xəttşünaslıq sahəsində xüsusi biliklərinin olduğunu qeyd etmiş və belə bir nəticəyə gəlmişdir ki, ekspertizanın keçirilməsi üçün tədqiqat materialı yoxdur. Halbuki, iş materilında ekspertizanın keçirilməsi üçün xeyli tədqiqat materialı vardır.

43. Notarius qanunun tələblərinə məhəl qoymayaraq, Cavabdeh3 savadsız olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən vərəsəlik işini nəzərdən keçirdikdə notariusun yazmağı və oxumağı bacarmayan Cavabdeh3 etibarnamənin mətnini oxumadığı və bu barədə heç bir qeyd yazmadığı məlum olur. Bundan başqa, etibarnamələrin, özəlliklə də baş etibarnamələrin imza hissəsində vətəndaşlar imza çəkdikdən sonra notariuslar tərəfindən həmin hissədə ən azından vətəndaşa öz soyadını yazmağa, bir çox hallarda isə yalnız soyadın yazılması il ə kifayətlənməyərək həmçinin adın və ata adının yazılması tələb olunur. Mübahisə olunan etibarnamədə bu tələb də pozulmuşdur. Belə ki, imza hissəsinə imza çəkildikdən sonra soyad və ad yazılmamışdır. Etibarnamənin verilməsi ilə bağlı daha bir pozuntu notariat işində fotoşəkillərin çəkilməməsidir. Məhkəmə iclasında 5 saylı notariat kontorunun notariusu bildirmişdir ki, mübahisəli etibarnamə verilən zaman fotoşəkil olması vacib deyildir. Bu hallar bir daha onu sübut edir ki, mübahisəli etibarnamə verilərkən Cavabdeh3 notariat kontorunda olmamışdır.

44. İşin ədalətli həlli Cavabdeh3 dindirilməsindən asılı idi. Məhkəmə isə cavabdehin dindirilməsi üçün faktiki heç bir hərəkət etməmiş, mübahisənin düzgün həlli üçün nə ekspertiza keçirib, nə də Cavabdeh3 dindirib. Cavabdeh3 barəsində məhkəməpsixi atrik ekspertizası təyin edilməli idi.

45. Cavabdeh3 “alzheimer” xəstəsi olmasını sübut etmək üçün 3 saylı şəhər poliklinikasına sorğu verilərək tibbi kartdan çıxarış istənilmiş, poliklinika tərəfindən tibbi kartın movcud olmadığı bildirilmidir. Bundan sonra TƏBİB-ə müraciət edilərək Cavabdeh3 tibbi kartında qeyd olunmuş xəstəliklərin, aparılan müayinə və müalicə barədə məlumat verilməsi xahiş olunmuşdur. TƏBİB sorğuya cavab olaraq Cavabdeh3 xəstəliyi, müayinə və müalicə və digər məlumatların həkim sirri təşkil etdiyini və müraciətin cavablandırılmasının mümkün olmadığını bildirmişdir.

46. Həmçinin məhkəmə kollegiyası Cavabdeh3 vəfat eməsinə baxmayaraq, onun prossesual varisini işə cəlb etməyərək prossesual pozuntuya yol vermişdir.

47. Kassator qeyd olunanlara əsasən hesab edir ki, məhkə mə ümumiyyətlə işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara, tərəflərin məhkəmə iclasında verdiyi izahatlara diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Cavabdeh4 vəkili Vəkil4 kassasiya şikayətinə etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

49. Etiraz onunla əsaslandırılmışdır ki, kasassiya şikayətində qeyd olunur ki, məhkəmə xəttşünaslıq ekperizasını təyin etməli olduğu halda ekspertiza təyin etməmişdir. Lakin qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1338/2023 nömrəli qərardadından da görünür ki, mülki iş üzrə mübahisələndirilən halları müəyyən etmək üçün vəsatətlə təyin olunması tələb edilən ekspertizanın keçirilməsi, tədqiqat materialı olmadığından, yəni Cavabdeh3 vəfat etdiyindən və savadsız olduğundan ona aid eksperimental, o cümlədən sərbəst xətt və imza nümunələrinin tədqiqat aparılması üçün ekspertizaya təqdim edilməsi mümkün olmadığından vəsatət təmin edilə, xəttşünaslıq ekperizası təyin edilə bilməzdi. Bütün qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, kassasiya tələbi ümumilikdə əsassızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

50. Bənd

19. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin f əaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır.

51. Bənd

22. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya karlal şəxsin iradəsinə uyğundur.

52. Bənd

35. Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa notariat or qanı tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrıayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir.

53. Bənd

39. Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vas itələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi dir.

55. Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

57. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfi ndən etibarsız sayıla bilər.

58. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

59. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 34. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

60. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

61. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikd ə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

62. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

63. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Belə ki, tərəflər arasında yaranmış mübahisə əqdin etibarsızlığı barədədir. İddia tələbinin maddi hüquqi əsasını təşkil edən mərkəzi norma Mülki Məcəllənin 346-cı maddəsidir. Mübahisənin həlli zamanı həmçinin notariat əməliyyatlarının aparılmasını tənzimləyən Təlimatın göstərişləri nəzərdən keçirilməlidir. İşə baxmış məhkəmələr də işin hallarını bu normalar əsasında təhlil edərəki iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

75. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

76. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin bəzi dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni məzmundadır. Digər dəlillər isə apelyasiya instansiyası məhkəməsi tərəf indən işin halları təhlil olunmaqla qiymətləndirilmişdir. Buna görə də apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

77. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirməyi zəruri sayır. Kassatorun dəlilləri əsasən ondan ibarətdir ki, iş üzrə xəttşünaslıq ekperizası təyin edilməmiş, mübahisəli etibarnamə verilən zaman Cavabdeh3 notariat kontorunda olmamış, məhkəmə mübahisənin düzgün həlli üçün Cavabdeh3 barəsində məhkəmə-psixiatrik ekspertizası təyin etməmişdir.

78. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

79. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

80. Nəzərə alınmalıdır ki, etibarsız hesab edilməsi tələb olunan etibarnamə ikitərəfli əqd deyildir. Lakin «Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.

81. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yə ni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.

82. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.... Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaql ılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur.» (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı).

83. Məhkəmə kollegiyası qeyd edir ki, əqdi öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz iradə ifadəsinin nəticəsi olmasıdır. İradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi əqdin etibarlılığı üçün zəruri şərtlərdir.

84. Mülki Məcəllənin 346.1-ci maddəsinin məzmununa görə anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi i lə məhkəmə tərəfindən təsdiq oluna bilər. Buna görə də etibarnamə verilərkən Cavabdeh3 öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasını sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Baxılan işdə iddiaçılar buna dair mötəbər sübut təqdim etmədiyinə görə məhkəmlər tərəfindən iddia rədd olunmuşdur.

85. Cavabdeh3ın barəsində məhkəmə-psixiatrik ekspertizasının təyin edilməməsi ilə bağlı kassatorun dəlili əsaszıdır. Çünki ekspertiza təyin olunması üçün iddiaçı tərəf Cavabdeh3 öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasına dəlalət edən ilkin sübutları təqdim etmiş olmalıdır. Zəif ehtimallara əsaslanan vəsatət üzrə ekspertiza təyin olunması mümkün deyil.

86. Buna görə də məhkəmə kollegiyası, mə hkəmə-psixiatrik ekspertizasının, habelə xəttşünaslıq ekperizasının təyin edilməməsini apelyasiya instansiyası məhkəməsinə irad tutmağa hər hansı hüquqi əsas görmür.

87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

88. Cavabdeh3 notariat kontorunda olmadığı barədə və kassasiya şikayətində göstərilən digər dəlillər işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəf lərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1338/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar