Məhkəmə qərarları › İş №2(102)-3202/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3202/2023

14.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3202/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1659/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 22 mart 1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların 3 övladları, o cümlədən cavabdeh 1993-cü il təvəllüdlü Həsənova (Əliyeva) Sevinc İlham qızı doğulmuşdur.

2. Tərəflər birgə nikah dövründə 28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Bakı şəhəri 18 nömrəli Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnamənin surətinə əsasən, İddiaçı arvadı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sairə səlahiyyətləri etibar etmişdir.

4. Bakı şəhəri 53 nömrəli Notariat Ofisində təsdiq olunmuş 16 aprel 2021-ci il tarixli 4ə897 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 bağışlamışdır. Müqavilə İddiaçı adından 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Notariat işində olan Cavabdeh2 16 aprel 2021-ci il tarixli ərizəsinin, habelə X4 və X5 etibarnamə üzrə nümayəndələri Cavabdeh2 tərəfindən imzalanmış 16 aprel 2021ci il tarixli ərizələrin surətlərinə əsasən, həmin şəxslər İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilin qızı Cavabdeh1 bağışlanmasına etiraz etmirlər. 22 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, 16 aprel 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasında Bakı şəhəri M.Hadi küçəsi ev 45 giriş 2 mənzil 148 Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. 5. “Elektron Notariat” X1 Çıxarışa əsasən ki, Bakı şəhəri 18 nömrəli Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnaməyə 18 may 2021-ci il tarixində xitam verilmişdir. 6. “Elektron Notariat” X1 Çıxarışa əsasən, mülkiyyətçi İddiaçı etibar edən Cavabdeh2 vasitəsilə etibar edilən X3 28 dekabr 2018-ci il tarixli 5327 reyestr nömrəli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair etibar edəni Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsində və digər aidiyyəti orqanlarda etibar edənin nümayəndəsi olmağı, adından sənədləşmə işlərini aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımı sənədlərdə imza etməyi, adından ərizələr verməyi, ərizələrdə imza etməyi, dövlət rüsumu ödəməyi, adına olan torpaq sahəsinin sənədləşmə işlərinin rəsmiləşdirilməsi ilə bağlı onu təmsil etməyi, kadastr planı, reyestrdən çıxarış almağı və ya dəyişdirməyi, əvəz indən imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi etibar edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 45 nömrəli evin 148 nömrəli mənzili barədə Cavabdeh1 ilə onun arasında rəsmiləşdirilmiş Bakı şəhəri 53 nömrəli Notariat Ofisində xx.xx.2021-ci il tarixində təsdiqlənmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun yaratdığı hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi kü çəsi, 45 nömrəli evin 148 nömrəli mənzili iddiaçıya məxsusdur və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətim kimi qeydiyyata alınmışdır. İddiaçı 2016-cı ildən Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş və orada yaşayır. 2018-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 1200 kv metr olan torpaq sahəsini satmaq üçün Cavabdeh2 10 aprel 2018-ci il tarixdə Bakı şəhərində yerləşən 18 nömrəli notariat kontorunda etibarnamə vermiş və və Rusiya Fedarasiyasma qayıtmışdır. Elə həmin notariat kontorunda da Cavabdeh2 bağ sahəsini sənədləşdirmək üçün Oqtay Aslanov adlı şəxsə etibarnamə vermişdir. Son vaxtlar cavabdehlər Cavabdeh2 Dənəzxan qızının və Cavabdeh1in milli mentalitetimizə, ailə hüquq münasibətlərinə uyğun olmayan, azərbaycanlı ailəsinə ləkə gətirən hərəkətləri üzündən münasibətlərin kəskinləşməsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 uzun illər ərzində ağır zəhmət bahasına aldğı, iddiaçının mülkiyyətində olan, mübahisə predmeti olan mənzilimi ələ keçirmək fikrinə düşmüş və bağ sahəsini sənədləşdirmək üçün verdiyi etibarnamə əsasında mülkiyyətində olan mənzili iradəsinə zidd olaraq, onun xəbəri olmadan Bakı şəhəri 53 nömrəli notariat ofisində Cavabdeh1 bağışlama müqaviləsi ilə sənədləşdirilmişdir. Onların bu qanunsuz hərəkətləri ilə barədə məlumat çatan kimi o, dərhal 10 aprel 2018-il tarixli etibarnaməni ləğv elətdirmiş və pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək etmişdir. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanuna ziddir. Odur ki, etibarnamə əsasında iddiaçının adın dan Cavabdeh2 Dənəzxan qızının imzası ilə iddiaçı ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş, Bakı şəhəri 53 nömrəli Notariat ofisində təsdiq olunmuş, 10 aprel 2021-ci il tarixli bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab olunmalı, müqavilənin hüquqi nəticələri ləğv olunmalı və pozulmuş hüquqları bərpa edilməlidir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsiəqdinetibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış bağışlama müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

11. Məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin imzaladığı dövrdə tərəflər arasında münasibətlərin kəskin surətdə pozulduğuna görə iddiaçının cavabdeh X6 ünvan 4 ünvanında yerləşən mənzili bağışlaması ilə bağlı razılaşmanın mümkünsüz olması barədə iddiaçının dəlilinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən bu halı təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazıları ilə bağlı qeyd edir ki, həmin video nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.

12. Məhkəmə hesab etmişdir ki, iddianın əsasını təşkil edən faktik i halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab etmişdir ki, iddia rədd edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.4 və 339.2-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 95.1 və 95.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

15. Apellyasiya şikayəti onun la əsaslandırılmışdır ki, cavabdehlərin “YouTube” kanalında əxlaqsız video görüntüləri yayıldıqdan sonra iddiaçı ilə onların arasında münasibətlər pisləşmiş, son bir ildə isə münasibətlər həddindən artıq gərgin olmuşdur. Buna görə də iddiaçı heç bir halda mülkiyyətində olan mənzili qızı Cavabdeh1 bağışlamazdı. İddiaçının arvadı Cavabdeh2 münasibətlərin gərginləşməsinə görə bağ sahəsinin sənədləşdirilməsi ilə əlaqədar ona 3 il əvvəl verilmiş etibarnamədən istifadə edib mənzili onun adından qızları Cavabdeh1 bağışlamışdır. Birinci instansiya məhkəməsi bu müqavilənin iddiaçının iradə ifadəsini əks etdirmədiyini nəzərə almadan, təqdim olunmuş video görüntüyə qiymət vermədən əsassız olaraq iddianı rədd etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-643/22 nömrəli iş üzrə 1 9 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, bağışlama müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, Cavabdeh2 mülkiyyətçi İddiaçı etibarnamə əsasında ona verilmiş səlahiyyətlər çərçivəsində təmsil edərək onun adından müqaviləni imzalamışdır. Müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin olmamasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında arvadı Cavabdeh2 mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair geniş səlahiyyətlər vermiş, özünə məxsus olan torpaq sahəsi ilə bağlı X3 28 dekabr 2018-ci il tarixdə etibarnamə verildiyini bildiyi halda, Cavabdeh2 verdiyi etibarnaməni yalnız 18 may 2021-ci il tarixdə ləğv etdirmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 666.1 və 668.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.G.Nurməmmədov (məruzəçi), A.Q.Hüseynov və Z.Ə.Əliyevdən ibarət tərkibdə, 05 noyabr 2022-ci il tarixli, 2(102)-5276/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-643/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 339.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1659/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 45 nömrəli evin 148 nömrəli mənzil barəsində Cavabdeh1 ilə İddiaçı arasında rəsmiləşdirilmiş və Bakı şəhəri 53 nömrəli Notariat Ofisində xx.xx.2021-ci il tarixində təsdiqlənmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi etibarsız hesab edi lmiş və müqavilənin yaratdığı hüquqi nəticələr ləğv edilmişdir.

23. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 etibarnamə əsasında mübahisəli mənzil üzərində sərəncam verərək bağışlama əqdi bağlayarkən iddiaçının niyyətini yox, yalnız öz niyyətini həyata keçirmiş, onun həm mülkiyyətçi, həm də birgə mülkiyətçi hüquqlarını pozmuşdur.

24. Nəzərə alınmalıdır ki, münasibətlərin pozulması məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş vermişdir, Cavabdeh2 adına verilmiş 10 aprel 2018-ci tarixli etibarnamənin mənzilin bağışlanması ilə deyil, bağ sahəsinin özgəninkiləşdrilməsi ilə əlaqədar olmuşdur. İşdən görünür ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 10 aprel 2018-ci tarixli etibarnaməyə əsasən sonuncu tərəfindən 28 dekabr 2018-ci il tarixdə X3 Sa bunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı iddiaçının adından etibarnamə verilmişdir. Bundan sonra 10 aprel 2018-ci tarixli etibarnamədən Cavabdeh2 istifadə etməsi mülki iş materialları ilə müəyyən edilmir. Etibarnamə hazırkı mübahisənin predmeti olan bağışlama müqaviləsi bağlanandan bir ay sonra iddiaçı tərəfindən ləğv edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisənin mövcudluğu və iddiaçı tərəfindən bağışlama müqaviləsi bağlandıqdan bir ay sonra etibarnamənin ləğv edilməsi tərəflər arasında normal ailə münasibətlərinin olmadığını bir daha göstərir.

26. Göründüyü kimi, həm iddiaçının izahatı və təqdim etdiyi sübutlar, həm də cavabdeh tərəfin digər iş üzrə iddia ərizəsində göstərdikləri hallarla aydın olur ki, bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən-iddiaçı ilə onun nümayəndəsi Cavabdeh2 və hədiyyə alan-Cavabdeh1 arasında münasibətlər ziddiyyətli olmuşdur. Bu vəziyyətdə iddiaçıhədiyyə verənin nümayəndəsi Cavabdeh2 digər tərəf-hədiyyə alan Cavabdeh1 ilə iddiaçının mülkiyyətində olan mənzilin sonuncuya bağışlanmasına dair müqavilə bağlanarkən iddiaçının iradə ifadəsi olmamış, onun iradə sərbəstliyini, niyyətini və könüllülüyünü əks etdirməmişdir. Bağışlama müqaviləsi pis niyyətlə razılığa gəlməklə həyata keçirilmişdir.

27. Belə ki, iddiaçının mülkiyyətində olan mənzilə dair müqavilə bağlanan dövrdə iddiaçının arvadı və qızı ilə münasibətləri kəskin surətdə pozulmuşdur və bu səbəbdən də onun mənzili qızına bağışlamaq üçün arvadına hər hansı səlahiyyət verməsi ağlabatan deyil.

28. Kassasiya instans iya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazılar birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada əldə olunmadığına, həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması göstərilmədiyinə görə sübut kimi qəbul edilməmişdir. İddiaçının apellyasiya şikayətində videoyazılara düzgün hüquqi qiymət verilməməsi barədə dəlil irəli sürülməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin dəlilə hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin bu məsələnin həllində düzgün nəticəyə gəlib-gəlməməsi qətnamədə göstərilməmişdir. Kassasiya instansiya məhkəməsində iş materialları öyrənilən zaman isə ümumiyyətlə həmin viedoyazılar aşkar edilməmiş, yaddaş kartı yerləşdərilmiş zərf boş olmuşdur.

29. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfə video yazıların təqdim edilməsini təşkil etmiş, iddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd “flash kartda” 2 ədəd fayldan ibarət video görüntüyə baxış keçirilmişdir. Eləcə də, iddiaçının təqdim etdiyi 2 ədəd fayldan ibarət video yazı qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.

30. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1,337.2, 337.4, 339.1, 666.1, 668.1.1-ci maddalərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassator şikayətini onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsinin ləğv edilməsi üçün həmin əqd qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla bağlanılmalıdır. Lakin, mübahisə predmeti olan müqavilə qanunvericiliyin tələblərində göstərilən şərtlər pozulmadan bağlanılmış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tələbi düzgün və obyektiv araşdırmamışdır. Kassator onu da qeyd etmişdir ki, cavabdehlərin iddiaçı ilə münasibətlərinin pisləşməsi ilə əlaqədar mübahisə predmeti olan mənzili ələ keçirmək fikrinə düşmələri ilə bağlı göstərilənlərin heç bir əsası yoxdur və iddiaçı həm in halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi tamamilə qanunsuz və əsassız olaraq Cavabdeh2 etibarnamə əsasında mübahisəli mənzil üzərində sərəncam verərək bağışlama əqdi bağlayarkən İddiaçı niyyətini yox, yalnız öz niyyətini həyata keçirdiyini, onun həm mülkiyyətçi, həm də birgə mülkiyətçi hüquqlarını pozulduğunu, münasibətlərin pozulmasının məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, cavabbeh Cavabdeh2 adına verilmiş 10 aprel 2018-ci tarixli etibarnamənin mənzilin bağışlanması ilə deyil, bağ sahəsinin özgəninkiləşdrilməsi ilə əlaqədar olduğunu, etibarnamənin hazırkımübahisəninpredmeti olan bağışlama müqaviləsi bağlanandan bir ay sonra iddiaçı tərəfindən ləğv edildiyini, tərəflər arası nda hazırkımübahisənin mövcudluğu və iddiaçı tərəfindən bağışlama müqaviləsi bağlandıqdan bir ay sonra etibarnamənin ləğv etdirilməsinin tərəflər arasında normal ailə münasibətlərinin olmadığını göstərdiyini, həm iddiaçının izahatı və təqdim etdiyi sübutlar, həm də cavabdeh tərəfin digər iş üzrə iddia ərizəsində göstərdikləri hallarla bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verəniddiaçı ilə onun nümayəndəsi Cavabdeh2 və hədiyyə alan-Cavabdeh1 arasında münasibətlərin ziddiyyətli olduğunu, bu vəziyyətdə iddiaçı-hədiyyə verənin nümayəndəsi Cavabdeh2 digər tərəf-hədiyyə alan Cavabdeh1 ilə iddiaçının mülkiyyətində olan mənzilin sonuncuya bağışlanmasına dair müqavilə bağlanarkən iddiaçının iradə ifadəsinin olmadığını, onun iradə sərbəstliyini, niyyətini və könüllülüyünü əks etdirmədiyini, ba ğlanan bağışlama müqaviləsinin pis niyyətlə razılığa gəlməklə həyata keçirildiyini, iddiaçının mülkiyyətində olan mənzilə dair müqavilə bağlanan dövrdə cavabdehlər arvadı və qızı ilə münasibətlərin kəskin surətdə pozulduğunu, bu səbəbdən nə bağışlama üçün arvadına səlahiyyət verməsi, nə də qızına mənzil bağışlanmasının mümkünsüz olduğunu qeyd etmiş, lakin həmin halların hansı sübutlarla müəyyən edildiyini qəbul edilmiş qətnamədə göstərməmiş, formal olaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olaraq apellyasiya şikayətini təmin etmiş və həmin maddi hüquq normalarının tələbini pozmuşdur

33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.4, 339.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

37. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığ ı andan etibarsızdır.

38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.1Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindənasılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahis ələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 49.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normaları nın tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 etibarnamə əsasında mübahisəli mənzil üzərində sərəncam verərək bağışlama əqdi bağlayarkən iddiaçının niyyətini yox, yalnız öz niyyətini həyata keçirmiş, onun həm mülkiyyətçi, həm də birgə mülkiyətçi hüquqlarını pozmuşdur.

52. Nəzərə alınmalıdır ki, münasibətlərin pozulması məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş vermişdir, Cavabdeh2 adına verilmiş 10 aprel 2018-ci tarixli etibarnamənin mənzilin bağışlanması ilə deyil, bağ sahəsinin özgəninkiləşdrilməsi ilə əlaqədar olmuşdur.

53. İşdən görünür ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 10 aprel 2018-ci t arixli etibarnaməyə əsasən, sonuncu tərəfindən 28 dekabr 2018-ci il tarixdə X2 adına Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı etibarnamə verilmişdir.

54. Bundan sonra 10 aprel 2018-ci tarixli etibarnamədən Cavabdeh2 istifadə etməsi mülki iş materialları ilə müəyyən olunmur. Etibarnamə hazırkı mübahisənin predmeti olan bağışlama müqaviləsi bağlanandan bir ay sonra iddiaçı tərəfindən ləğv edilmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisənin mövcudluğu və iddiaçı tərəfindən bağışlama müqaviləsi bağlandıqdan bir ay sonra etibarnamənin ləğv edilməsi tərəflər arasında normal ailə münasibətlərinin olmadığını bir daha gös tərir.

56. Apellyasiya instansiyası məhkəməsi həm iddiaçının izahatı və təqdim etdiyi sübutları, həm də cavabdehin etiraz ərizəsində göstərdiyi halları araşdıraraq qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən- iddiaçı ilə onun nümayəndəsi Cavabdeh2 və hədiyyə alan- Cavabdeh1 arasında münasibətlər ziddiyyətli olmuşdur. Bu vəziyyətdə iddiaçı- hədiyyə verənin nümayəndəsi Cavabdeh2 digər tərəf- hədiyyə alan Cavabdeh1 ilə iddiaçının mülkiyyətində olan mənzilin sonuncuya bağışlanmasına dair müqavilə bağlanarkən iddiaçının iradə ifadəsi olmamış, onun iradə sərbəstliyini, niyyətini və könüllülüyünü əks etdirməmişdir. Bağışlama müqaviləsi pis niyyətlə razılığa gəlməklə həyata keçirilmişdir.

57. Belə ki, iddiaçının mülkiyyətində olan mənzilə dair müqavilə bağlanan dövrdə iddia çının arvadı və qızı ilə münasibətləri kəskin surətdə pozulmuşdur və bu səbəbdən də onun mənzili qızına bağışlamaq üçün arvadına hər hansı səlahiyyət verməsi ağlabatan deyil.

58. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kasasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış bağışlama müqaviləsi açıq-aşkar iddiaçının iradəsini ifadə etmədiyindən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-1659/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar