Məhkəmə qərarları › İş №2(102)-3205/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3205/2021

20.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3205/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bakı şəhəri XXX nin cavabdeh X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh X2, cavabdehin vəkili Vəkil2ltay Seid oğlunun, üçüncü şəxs Bağırzadə X9, üçüncü şəxsin vəkili Vəkil1zər Qabil oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4916/2020 nömrəli iş üzrə 21 oktyabr 2 020-ci il tarixli qətnaməsindən cavabdeh X6 və üçüncü şəxs Bağırzadə X12 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 4 otaq y/s 48.3 kv.m, k/s 34.0 kv.m Bağırzadə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34650 nömrəli vərəqində 22.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə E kspertizası Mərkəzinin 16 sentyabr 2019-cu il tarixli 10320 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 48 saylı ünvanda cavabdeh X6 tərəfindən aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instans iya məhkəməsində icraat İddiaçı Bakı şəhəri XXX cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bağırzadə X12 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 3 ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi barədə və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 4 ünvanda heç bir müvafiq icazə sənədləri olmadan qanunsuz tikinti işləri aparmışdır. Həmin əraziyə xidmət göstərən 59 saylı MKİS tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir ki, apardığı qeyri-qanuni tikilini söküb əvvəlki vəziyyətinə qaytarsın. Lakin cavabdeh bu işləri yerinə yetirməkdən imtina etmişdir. Ona görə də bu barədə müvafiq akt tərtib olunmuşdur. Cavabdehin özbaşına heç bir müvafiq icazə sənədi olmadan apardığı tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının” tələblərinə ziddir. Göstərilənlərə əsasən həm Nəsimi rayon MKTB-nin, həm də üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məh kəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağırzadə X12 cavabdeh X5 qarşı “özbaşına tikilinin sökdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eyvaz oğlunun barəsində özbaşına tikili apardığı üçün CM-nin 222- 1-ci maddəsi ilə cinayət işi qaldırılması, müstəqil tələblər irəli sürən üçüncü şəxs Bağırzadə X10 məxsus Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanda yerləşən, çiy kərpicdən inşa edilən, ara hasarının üstündə Cavabdeh Eyvaz oğlu tərəfindən özbaşına ev tikintisi inşa etdiyi mənzilini öz vəsaiti hesabına sökdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Bağırzadə X12 hər iki iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məm mədquluzadə küçəsi 48-də yerləşən ev ona məxsusdur. Evin texniki pasportuna əsasən həmin ev 1903-cü il tarixdə inşa edilmişdir, həmin ev bir mərtəbəli, beş yaşayış otağından ibarətdir. Ümumi sahəsi 112,6 kv.m, yaşayış sahəsi 65,4 kv.m, köməkçi sahəsi isə 47,2 kv.m-dən ibarətdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 190 saylı 13 oktyabr 2016-cı il tarixli sərəncamı əsasında ünvan 5 ünvanda keçmiş icarədar M.Akimovanın 7 otaqlı yaşayış sahəsi 112,0 kv.m, ümumi sahəsi 167,2 kv.m olan mənzili Cavabdeh ilə B.B.Qənbərova arasında aşağıdakı qaydada bölgü aparılmışdır - yaşayış sahəsi 70,0 kv.m, ümumi sahəsi 106,5 kv.m. olan 4 otaqlı mənzili Cavabdeh bölgü nəticəsində istifadəsinə verilmişdir, mənzilin qalan hissəsi ilə əlaqədar isə B.B.Qənbərovanı mənzilin icarədarı hesab edilməsi barədə sərə ncam çıxarılmışdır. Bundan başqa ünvan 6 ünvanda yerləşən bir mərtəbəli 7 yaşayış otağı yaşayış sahəsi 171,4 kv.m, yardımçı sahəsi 154,0 kv.m, ümumi sahəsi isə 325,4 kv.m-dən ibarət xüsusi mülk cavabdeh X2 şəxsi mülkiyyətinə 23.01.2010-cu il tarixdən DƏDRX-nin Bakı Ərazi idarəsində qeydiyyata alınmışdır. Cavabdeh hal-hazırda ümumi sahəsi 431,9 kv.m, ümumi sahəsi 11 yaşayış otağı 154 kv.m yardımçı sahəsindən ibarət ev və torpaq sahəsinə malikdir. Bununla kifayətlənməyən Cavabdeh ona məxsus hündürlüyü 2 metrdən yuxarı olan qırmızı kərpicdən, iki yaşayış otağından ibarət ev ona məxsus 1903-cü il tarixdə çiy kərpicdən inşa edilmiş ara divarının üstündə hər an uçmaq təhlükəsi olan ev tikmişdir. Cavabdehin tikdirdiyi bu ev günəş şüalarından onu və ailə üzvlərini məhrum etdiyi üçün yaşadığı evind ə daimi olaraq nəmlik yaratmaqla, ailə üzvləri də hər an müxtəlif xəstəliklərə düçar ola bilərlər. ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi 70 kv.m., ümumi sahəsi 106,5 kv.m. olan 4 otaqlı mənzil hazırda Nəsimi rayon İcra Hakimiyyətinin balansındadır. Özəlləşdirilməmiş mənzildir. Bu qeyd edilən mənzildən başqa, Akimov müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan hər hansı tikinti işlərinin aparılmasına icazəsi çatmadığı halda özbaşına tikinti işləri aparmışdır. Bunu nəzərə alaraq CM-nin 221-1.1-ci maddəsinə əsasən Cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq cinayət işi qaldırılıb prokurorluğa göndərilməlidir. Göstərilənlərə əsasən həm Nəsimi rayon MKTB-nin, həm də onun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-1412/2019) iddiaçı Bakı şəhəri XXX nin cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bağırzadə X12 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağırzadə X9 cavabdeh X5 qarşı “özbaşına tikilinin sökdürülməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 48 saylı ünvanda cavabdeh X6 tərəfindən inşa edilmiş tikili onun vəsaiti hesabına sökülərək həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etm işdir ki, X6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi 77 və ünvan 7 ünvanında tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2019-cu il tarixli rəyi ilə müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 48 saylı ünvanda cavabdeh X6 tərəfindən aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə ra zılaşdırılması Qaydaları»na uyğun deyil. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)-1412/2019 saylı qətnaməsinin ləğv olunmasını, hər iki iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Səmədovun və A.Tanrıverdiyevdən ibarət tərkibdə, iş № 2(103)-4916/2020) cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi qismən – müstəqil tələb irəli sürən üçüncü şəxs BağırX4 iddia t ələbi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, üçüncü şəxs (iddiaçı) Bağır X4 cavabdeh X5 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, qətnamə iddiaçı Bakı şəhəri XXX nin cavabdeh X5 qarşı ünvan 3 ünvanda inşa edilən qanunsuz tikilinin sökülməsi tələbinin təmin edilməsinə dair hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2019-cu il tarixli ekspert rəyinə əsaslanmaqla, iddiaçı Bakı şəhəri XXX nin cavabdehə qarşı olan iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi, müstəqil tələ b irəli sürməyən üçüncü şəxsin iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası tərəfindən 29 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvan və ünvan 8i müayinə zamanı müəyyən olunmuşdur ki, Maraqlı şəxs ilə Cavabdeh məxsus mənzil arasında olan divar ümumidir. Cavabdeh tərəfindən tikinti işləri həmin ümumi divarın Cavabdeh evinə baxan hissəsində aparılmışdır. Tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı Cavabdeh tərəfindən aparılmış tikinti işlərinin Maraqlı şəxs evinə qaz, işıq, su verilməsinə hər hansı maneəçilik törədilib-törədilməməsi, ümumiyyətlə, onun öz mülkiyyətindən sərbəst istifadəsinə mane olub-olmaması barədə suallar verilmiş, Maraqlı şəxs həmin tikilinin ona mülkiyyətdən istifadəsinə bir maneəçilik törətmədiyini bildirmişdir. Cavabdeh tərəfindən aparı lmış tikinti işlərinin müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs aid evə heç bir aidiyyəti olmadığı və onun mülkiyyət hüququna müdaxilə etmədiyi, eləcə də iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə müneəçilik törətmədiyi səbəbindən onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı müəyyən edildiyindən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X6 (Vəkil2ltay Ağasadıq oğlu) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(103)4916/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində mülki iş üzrə tikinti-texniki ekspertiza təyin edilərkən, tərəfindən ekspertiza qarşısıda əlavə sualların qoyulması barədə verdiyi vəsatəti cavablandırılmamış və bu halın MPM-in 97-ci maddəsinində nəzərdə tutulan hüquqlarının pozulmasına gətirib çıxarmasına hüquqi qiymət verilməmişdir. Hətta apellyasiya instansiya məhkəməsinədə əlavə ekspertiza keçirilməsinə dair vəsatəti təmin edilməmişdir. Apellyasiya şikayətində rəyin yarımçıq olması göstərilmişdir. Hesab edir ki, əlavə ekspetizanın təyin olunmaması, vəsatətdə qoyduğu sualların qərardada daxil edilməməsi nəticəsində qanunsuz qətnamə qəbul edilmişdir. Mübahisəli talvarın tikilməsinə səbəb yağış sularının onun evinə axması və evinin tamamilə yararsız vəziyyətə düşməsi halları olmuşdur. Üçüncü şəxs Bağırzadə X12 (Vəkil1zər Qabil oğlu) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(103)4916/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququnun olmadığını qətnamədə qeyd edən məhkəmə kollegiyası eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, Əbilov 77 ünvanında cavabdehə məxsus yaşayış evi ilə üçüncü şəxsin C.Məmmədquluzadə 48 ünvanında yerləşən evi arasındakı divarı «ümumi divar» adlandırmaqla istər-istəməz üçüncü şəxsin həmin divar üzə rində inşa edilən qanunsuz tikili ilə bağlı hazırkı iddia tələbinin irəli sürmək hüququnun olduğunu etiraf etmişdir. Digər tərəfdən cavabdehin Ədilov 77 ünvanda inşa etdiyi qanunsuz tikilinin sökülməsini həm iddiaçı, həm də üçüncü şəxs eyni məzmunlu tələblərlə məhkəmədən tələb etmişdir. Birinci instansiya məhkəməsi müvafiq olaraq ekspetiza təyin etmiş və cavabdehin həmin sahədə inşa etdiyi tikililəri qanuna uyğun tikmədiyi müəyyən edilmişdir. Cavabdehin inşa etdiyi tikilinin iddiaçı və üçüncü şəxsin hüquqlarına xələl gətirib-gətirməməsi xüsusi bilik tələb edən mütəxəssis tərəfindən aydınlaşdırılmalı hal olduğundan birinci instansiya məhkəməsi tərəflərin qaldırdığı vəsatət əsasında haqlı olaraq iş üzrə ekspertiza təyin ediməsi barədə nədənsə apellyasiya instansiyası məhkəməsi yerində müayin ə zamanı özünün gəldiyi subyektiv nəticəni ekspert rəyindən daha üstün tutmuşdur. Məhkəmə kolegiyası qeyd etmişdir ki, guya yerində müayinə zamanı cavabdehin inşa etdiyi tikilinin üçüncü şəxsə hər hansı maneçiliyinin olub-olmaması barədə axrıncıya suallar verilmiş, Maraqlı şəxs də cavabdehin inşa etdiyi qanunsuz tikilinin ona heç bir maneçilik yaratmadığı tezisi də tamamilə əsassız və məhkəmə kollegiyasını qərəzli olmasının sübutudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavbdeh və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilərək işin y enidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – müstəqil tələb irəli ürən üçüncü şəxs Bağırzadə X9 iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi X3 vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməs i kassasiya şikayətləri üzrə qismən mübahisələndirilmiş olsa da, kassasiya şikayətində olan tələblərə müvafiq olaraq tam mübahisələndirilmiş hesab olunur. Bu baxımdan kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəki nməlidir; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi m əlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edə n şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilkin olaraq qeyd edilməlidir ki, ilk iddia tələbi «… Cavabdeh tərəfindən ünvan 3 ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi barədə və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması», üçüncü şəxsin iddia tələbi is ə Bağırzadə X10 məxsus Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanda yerləşən, çiy kərpicdən inşa edilən, ara hasarının üstündə Cavabdeh Eyvaz oğlu tərəfindən özbaşına ev tikintisi inşa etdiyi mənzilini öz vəsaiti hesabına sökdürülməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 48 saylı ünvanda cavabdeh X6 tərəfindən aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma ap arılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmamışdır. Birinci instansiya məhkəməsi məhz həmin ekspert rəyinə istinad etməklə «… Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 48 saylı ünvanda cavabdeh X6 tərəfindən inşa edilmiş tikili onun vəsaiti hesabına sökülərək həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılması»-nı qət etmişdir. Bu zaman isə faktiki olaraq qanunuz tikili deyəndə hansı tikililərin nəzərdə tutulması və ekspertiza zamanı bununla bağlı tədqiqatın aparılmasının zəruriliyi nəzərə alınmamışdır. Məhz cavabdeh tərəfin əlavə məhkəmə ti kinti ekspertizasının təyin olunmasına dair vəsatəti bu halların aydınlaşdırılmasına yönəlmiş olsa da birinci instansiya məhkəməsi vəsatəti hər hansı əsaslandırması olmadan təmin etməmiş, apellyasiya instansiya məhkəməsi isə yenidən həmin icraatda təqdim edilmiş vəsatəti ümumiyyətlə müzakirə etməmişdir. Bununla yanaşı apellyasiya instansiya məhkəməsi ekspertiza təyin olunmasına dair vəsatətin olmasını və onun müzakirə edilməsinin vacib olmasını nəzərə almadan digər vasitə ilə, yəni yerində müayinə keçirməklə iddia tələblərində, müvafiq olaraq apellyasiya şikayətində istinad olunan dəlillərin aydınlaşdırılmasını həyata keçirmiş və yerində müayinə ilə müəyyən olunmuş halların iş materiallarında olan hansı sübutlarla təsdiq olunmasını və ümumiyyətlə belə prosessual hərəkətlər nəticəsində müəy yən ediləcək halların xüsusi biliklə əlaqədar olmasını nəzərə almadan yalnız üçüncü şəxsin müayinə zamanı vermiş olduğu izahatına (hansı ki, məhkəmənin istinad etdiyi ifadələrin onun tərəfindən ifadə edilmədiyini göstərir) əsaslanmış, lakin həmin izahatın işin düzgün həll edilməsi üçün əhəmiyyəti olmadığına əhəmiyyət verməmişdir. Ona görə də kassasiya şikayətləri təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 və üçüncü şəxs Bağırzadə X12 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4916/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar