Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3208/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavab dehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv olunması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(104)-1033/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli, 2(044)5052/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı əsas borc üzr ə 270000 manat, faiz borcu üzrə 18780 manat, cəmi 288780 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq QSC "xxxx" KB-nin xeyrinə ödənilməsi; tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdehlər İddiaçı məxsus olan və tərəflər arasında 90000 manata qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən 42 kv.m. olan qeyri-yaşayış sahəsinə (2-ci mərtəbə), 115000 manat qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 46-da yerləşən 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinə (2-ci mərtəbə) və X4 məxsus olan və tərəflər arasında ilkin olaraq 170000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 0,046 ha torpaq sahəsində yerləşən 5 otaqlı 61A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, s atışdan əldə olunmuş vəsait hesabına müqavilələr üzrə ümumilikdə 288780 manat və ödənilmiş 30 manat məbəğində dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, bütün xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri X2, X3, X5 yaşayış sahələrini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması; iddia tələbinin “ipotekanın qeydiyyata alınması ilə bağlı 93 manatın ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.
2. Cavabdeh1 sifarişi əsasında ona məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən 24.05.2016-cı il tarixdə birinci, 28.06.2016-cı il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi və qeyri-yaşayış sahələri satılmamışdır. Hərrac təşkilatının 01.07.2016-cı il tarixli məlumatına əsasən fərdi yaşayış evi və qeyri-yaşayış sahələrinin hərracda satılmadığı üçün ləğv prosesində olan "xxxx" KB QSC-nə təklif olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" KB QSC-i ilə 26 dekabr 2014-cü il tarixli 100/04/5160/14-2 nömrəli, 26 dekabr 2014-cü il tarixli 002 nömrəli və 14 noyabr 2014-cü il tarixli 00/04/9160/14-1 nömrəli ipoteka müqavilələrinə xitam verilməsi, eləcədə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 sifarişi əsasında ona məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən 24.05.2016-cı il tarixdə birinci, 28.06.2016-cı il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi və qeyriyaşayış sahələri satılmamışdır. Hərrac təşkilatının 01.07.2016-cı il tarixli məlumatına əsasən fərdi yaşayış evi və qeyri-yaşayış sahələrinin hərracda satılmadığı üçün ləğv prosesində olan "xxxx" KB QSC-nə təklif olunmuş, bank tərəfindən fərdi yaşayış evi və qeyri-yaşayış sahələri balansa götürülməmişdir.
5. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etm işdir.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) 08 sentyabr 2020ci il tarixli, 2(044)-569/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC arasında ünvan 2 ünvanda 2-ci mərtəbədə yerləşən 42 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair bağlanmış 26 dekabr 2014-cü il tarixli 100/04/5160/14-2 nömrəli ipoteka müqaviləsinə və ünvan 2 ünvanda 2-ci mərtəbədə yerləşən 53,9 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair 26 dekabr 2014-cü il tarixli 002 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi; 26 dekabr 2014-cü il tarixli 100/04/5160/14-2 nömrəli ipoteka müqaviləsi üzrə ünvan 2 ünvanda 2-ci mərtəbədə yerləşən 42 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair 26 dekabr 2014-cü il tarixli 002 nömrəli ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 46 ünvanda 2-ci mərtəbədə yerləşən 53,9 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair aparılmış dövlət qeydiyyatlarının ləğv olunması; iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında müəyyən etmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2015-ci il tarixli 2(044)5052/2015 saylı qətnaməsinə qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya məxsus əmlaklar hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi 24.05.2016-cı il və 28.06.2016-cı il tarixlərə təyin olunmuş və hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin hərraclar baş tutmamış və ipoteka predmeti satılmamışdır, həmin hərraclar baş tutmadıqda isə qeyd olunan əmlaklar sat ılmamışdır, bundan sonra qeyd olunan əmlaklar tələbkar QSC "xxxx" KB-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə icra sənədlər geri icra qurumuna qaytarılmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Qanunun 11.1, 15.1, 42.2, 43.2, 43.4, 43.4, 43.7, 48.1.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi) F.Mehtiyev, Ə.Məmmədov) 2(104)-1033/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 sent yabr 2020-ci il tarixli, 2(044)-569/2020 nömrəli qətnaməsi “İddiaçı ilə cavabdeh Ləğv prosesində olan "xxxx" KB QSC arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 46 ünvanda 2-ci mərtəbədə yerləşən 42 kv.m.-dən ibarət qeyriyaşayış sahəsinə dair bağlanmış 26 dekabr 2014-cü il tarixli 100/04/5160/14-2 nömrəli ipoteka müqaviləsinə və ünvan 2 ünvanda 2-ci mərtəbədə yerləşən 53,9 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair 26 dekabr 2014-cü il tarixli 002 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi; 26 dekabr 2014-cü il tarixli 100/04/5160/14-2 nömrəli ipoteka müqaviləsi üzrə ünvan 2 ünvanda 2-ci mərtəbədə yerləşən 42 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair 26 dekabr 2014-cü il tarixli, 002 nömrəli ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 46 ünvanda 2-ci mə rtəbədə yerləşən 53,9 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair aparılmış dövlət qeydiyyatlarının ləğv olunması” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı sorğu əsasında Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-dən alınmış sənədlərdən müəyyən olunur ki, ipoteka predmetlərinin açıq hərracda satılması ilə bağlı hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi barədə bildirişlər göndərilsə də, lakin ipoteka saxlayanın həmin bildirişi alması, eləcədə hərracların keçirilməsindən xəbərdar olması görünmür. Halbuki, qanunvericiliyin tələbinə görə, hərrac mərkəzi hərracın keçirilməsi ilə əlaqədar ipoteka saxlayanın məlumatlı olmasını, yəni bildirişi almasını təmin etməliydi. Lakin, bundan əvvəldə qeyd olunduğu kimi hərrac mərkəzindən sorğu əsasında alınmış müvafiq sənədlərlə ipoteka saxlayanın bildirişi alması sübut olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş edib.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka saxlayanın hərracların keçirilməsi barədə məlumatının olmamasını qeyd etmişdir, lakin məhkəmə araşdırılması zamanı bildirişlər göndərilməklə məlumatlar verilmişdir. Həmin bildirişlərin alınması barədə məlumatın hərrac təşkilatın məhkəməyə təqdim edə bilməməsi iddiaçının günahı deyil və bu hal onun ziyanınadır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Kassasiya şikayətinə cavabdeh LPO QSC "xxxx" KB-nin yazılı etirazı daxil olmuşdur. Etirazda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qüvvədə saxlanması xahiş olunur. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə
41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hə rracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.
16. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutma ması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tut madığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hü quqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdi. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
26. Belə ki, iddiaçı iddiasını onunla əsaslandırır ki, ona məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC-tərəfindən hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən 24.05.2016-cı il tarixdə birinci, 28.06.2016-cı il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi və qeyriyaşayış sahələri satılmamışdır. Hərrac təşkilatının 01.07.2016-cı il tarixli məlumatına əsasən fərdi yaşayış evi və qeyri-yaşayış sahələrinin hərracda satılmadığı üçün ləğv prosesində olan "xxxx" KB QSC-nə təklif olunmuş, bank tərəfindən fərdi yaşayış evi və qeyri-yaşayış sahələri balansa götürülməmişdir. Buna görə də “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə isti nad edərək iddiasının təmin olunmasını xahiş edir.
27. İddiaçının mövqeyindən aydın olur ki, o, ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı pozuntuya yol verilməsinə istinad etmir, yalnız hərrac baş tutmamış elan olunduqdan sonra ipotekanın əldə edilməsi ilə bağlı ipoteka saxlayanın təklifi müəyyən olunmuş müddətdə qəbul etməməsini göstərir və bu əsasla ipotekaya xitam verilməsini tələb edir.
28. Apellyasiya instansiyası məhkəməsi isə baxılan iş üzrə pozulmuş hüquqlar baxımından yeni faktiki əsaslar müəyyən etmiş, ipoteka saxlayana ilkin və təkrar hərracla bağlı bildirişlərin göndərilmədiyini, keçirilmiş hərraclarla bağlı onun məlumatının olmamasını qeyd edir və faktiki olaraq isə iddiada göstərilən tələbin faktiki əsasları qiymətləndirilmədən kənarda saxlanmışdır. Halbuki nə iddiaçı, n ə də cavabdeh bu halları (ilkin və təkrar hərracın keçirilməsinin qanuna uyğun olmaması) mübahisələndirmir və göstərilənlər, yəni hərraclarının qanunauyğun keçirilməsi işin mübahisələndirilməyən hallarıdır. Bununla yanaşı qeyd edilməlidr ki, qanunvericlik baş tutmamış hərracdan sonra aparılan rəsmləşdirmənin xüsusi qaydasını müəyyən etməmişdir. Verilmiş təklif üzrə əmlakın əldə edilməsinə dair protokolun tərtib edilməsi hərracın növbəti mərhələsi deyil, yalnız əldə edilənin rəsmləşdirilməsi ilə bağlı olan hərəkətdir.
29. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayana təklifin göndərilməsi, təklifə verilən cavab, həmin təklif əsasında hərrac protokolunun tərtib olunub-olunmaması, təklif qəbul olunmuşdursa bu barədə qey diyyatın aparılıb-aparılmamasını araşdırılmalı və müvafiq olaraq iş materillarında olan sübutları qarşılıqlı qiymətləndirməklə nəticəyə gəlməli idi. Bu zaman isə ilk növbədə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmalıdır.
30. Belə araşdırmanın aparılmasının zəruri edən hallardan biri isə iş materiallarında olan və lakin apellyasiya insansiyası məhkəməsi tərəfindən qiymətləndirilmədən kənarda saxlanmış Respublika Xammal və X9 Mərkəz "xxxx" MMC-nin 19.01.2017-ci il tarixli 01/257 saylı məktubu və 26 iyul 2016-cı il tarixli 36/14 saylı protokolu olmuşdur. (i.v 42-43)
31. Gəncə şəhər üzrə İcra İdarəsinə ünvanlanmış həmin məktubun məzmunundan aydın olur ki, 01.04.2016-cı il tarixli sifariş məktubuna və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-5052 saylı, 08.12.2015-ci il tarixli icra vərəqəsinin icrasına əsasən hərraca çıxarılmış İddiaçı məxsus Gəncə şəhəri Nizami rayon Nizami küçəsi 46-da yerləşən 42 kv.m. və 53,9 kv.m. olan qeyri-yaşayış sahələrini və X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Fətəlixan Xoyski küçəsi 0,046 ha torpaq sahəsində yerələşən 5 otaqlı 61 A nömrəli fərdi yaşayış evini «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 26.07.2016-cı il tarixli 36/12, 36/13, 36/14 saylı hərracın yekunları haqqında protokollarla "xxxx" Qapalı Səhmdar Cəmiyyət Kommersiya Bankının 199 saylı, 03.07.2015-ci il tarxli etibarnamə əsasında nümayəndəsi X1 əldə etmişdir.
32. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı hər hansı araşdırmanın aparılmasını təmin etm əmiş, fərqli əsaslardan çıxış edərək (hansı ki, belə dəlillər apellyasiya şikayətində olmamışdır) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir.
33. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).
34. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçıların ın hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.
35. Məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv hüquqla rla, məhkəmə müdafiəsi üçün müraciətin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların po zulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). 36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında olan mövqeyinə görə iddianın əsasının və ya predmet inin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Burada nəzərə alınmalıdır ki, həmin maddədə qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər. … iddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.... dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.
37. Məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktları n hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
39. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir.
40. İşə yenidən baxan məhkəmə qe yd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1033/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qayta