Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3209/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X4 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X4 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı stifadə hüququna xitam verilməsi, yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 799/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2024-cü il arixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qusar şəhəri, Əzizbəyov küçəsi, 32 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) 19 avqust 2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında anası Roza Qədimova tərəfindən oğlu X7 (bundan sonra – iddiaçı) bağışlanmış, 13 aprel 2018-ci il tarixdə evə dair Daşınmaz Əmalkın Dövlət Reyestrindən çıxarış alınmışdır.
2. Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 Həsrətəli qızı onun həyat yoldaşı, Ayaz və Cavabdeh4lar isə həmin şəxslərin övladlarıdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Cav abdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 mübahisəli evə istifadə hüququları tanınmış, qətnamə qanuni qüvvəsini almışdır.
4. Cavabdehlər iddiaçının yaşayış sahəsindəki qazdan, sudan, elektrik enerjisindən, mətbəxdən, sanitar qovşaqdan, həyətdən istifadə etməyə maneə törətdiyinə görə iddiaçıya qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin 2(029)- 252/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yaşadıqları Qusar şəhəri E.İbrahimov küçəsi 32 saylı evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik eneıjisindən), mətbəxdən, hamam-tualetdən, həyətdən istifadə etməklərinə cavabdeh X8 tərəfindən törədilən maneəlrin aradan qaldırılması, onlara qarşı cavabdeh X4 maneə törətməsinə son qoyulması və evin ikinci mərtəbəsinin elektrik xətlərinin bərpa edilməsinin cavabdeh X7 həvalə edilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə, onların iddiaçıya məxsus mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin ona məxsus həmin evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdehlər iddiaçı ilə yola getmirlər, ona qarşı çoxsaylı iddialar irəli sürməklə onu bezdirib evdən çıxıb getməyini istəyirlər. Artıq uzun müddətdir ki, o, öz evində normal şəkildə yaşaya bilmir, evində heç bir qonaq qəbul edə bilmir, hətta evə onlardan gizli şəkildə gəlib-gedir ki, onunla mübahisə yaratmasınlar. Bununla da, cavabdehlər mütəmadi olaraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar, birgə yaşayış qaydalarına əməl etmirlər. Tərəflər arasında mübahisəli evdən istifadə hüququna və həmin hüquqa xitam verilməsinə dair hər hansı razılaşma yoxdur. İddiaçı cavabdehlərə ona məxsus evdən çıxarılmaları üçün ona kompensasiya verilməsinə razıdır. Ona məxsus fərdi yaşayış evi iki mərtəbəli olmaqla köhnə tikilidir. Evin birinci mərtəbəsində yaşayış sahəsi yoxdur, köməkçi hissələrdən ibarətdir. Evin ikinci mərtəbəsində 4 otaq yerləşir, orada cavabdehlər yaşayırlar, aralarında uzun müddətli mübahisə olduğundan o, ikinci mərtəbədə yaşaya bilmir, məcburən birinci mərtəbəsində olan köməkçi hissə lərdə yaşayır. Evin yaşayış sahəsi ümumilikdə 87,2 kv metr təşkil edir. Ev tam təmirsizdir, döşəmələr, tavanlar, qapılar, pəncərələr uzun müddət əvvəl quraşdırılmış, tam aşınmış vəziyyətdədirlər. Evin hansı şəraitdə olmasını iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərin surətləri ilə aydın şəkildə müşahidə etmək olar. Odur ki, Qusar şəhərində ona məxsus evlərin oxşar şəraiti evin kirayə haqqı təxminən 150-200 manat təşkil edir. Yəni cavabdehlər ayda 150-200 manat ödəməklə onun evinə oxşar bir evdə indiki şəkildə yaşaya bilərlər. O, mülkiyyətçi kimi cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları üçün kirayədə yaşayacaqları evin 3 il müddətə kirayə haqqını, yəni 6000 manat məbləğində kompensasiya verilməsinə razıdır.
7. Məhkəmə iclasında iddiaçı tərəf məhkəməni n kompensasiyanın məbləğinin artırılması təklif məsələsinə müsbət yanaşaraq kompensasiyanın məbləğini artıraraq 6500 manat məbləğində təklif etmişdir.
8. Cavabdehlər məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişlər ki, onlar iddia ərizəsini qəbul etmirlər. İddiaçının mülkiyyətində olan yaşayış evi iddiaçı ilə Cavabdeh1 anası Roza Qədimovaya məxsus olmuş, iddiaçı onların xəbəri olmadan, anasının qoca, xəstə, savadsız, olmasından istifadə edərək evi 19 avqust 2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında öz mülkiyyətinə almış və onlar bu barədə mərhum Roza Qədimovanın vəfatından sonra xəbər tutmuşlar. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır. Qusara gələndə evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə edir, onlar da evin ikinci mərt əbəsinin 1 otağında yaşayırlar. O, evdə onlar üçün dözülməz şərait yaratmaq məqsədilə özlərinin şəxsi vəsaitləri hesabına aldıqları və illər boyu istifadələrində olan bütün əşyaları (stol, stul, divan, xalça, yorğan döşəklər, 2 ədəd televizor, 2 ədəd kompyuter, kompyuter stolu, paltar yuyan qab-qacaq və s. hər şeyi) evin birinci mərtəbəsinə daşımış, istifadə edə bilmədikləri üçün ikinci mərtəbədə heç nə saxlamamış, ikinci mərtəbənin elektrik, qaz, su xətlərini kəsmişdi, qonşulardan su daşıyırdılar, işıqları, qazı yox idi, onları 2017-ci ildən bu vəziyyətdə yaşamağa məcbur edərək, onlara zülm edib. Evin pis vəziyyətdə olması görünüşü yaratmaq üçün istilik sisteminin müəyyən hissəsini, su kranlarını söküb, evin qapılarının reykalarını, dəstəklərini çıxarıb. İddiaçı özünə birinci mərtəbədə ra hat şərait yaradaraq hər dəfə Rusiya Federasiyasından gələndə şərait yaratdığı birinci mərtəbədə yaşayır. İşin faktiki hallarında qeyd olunanlardan göründüyü kimi iddiaçı bundan əvvəl onlara qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsi 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. İddiaçı iddia tələbinə kompensasiya verməklə cümləsini əlavə edərək eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasın da təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Bilər” sözü imperativ norma deyil. Yəni istifadə hüququna xitam verilməyə də bilər. Odur ki, Mülki Məcəllənin 228.2-ci maddəsi hazırkı mübahisəyə münasibətdə tətbiq oluna bilməz. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, onlar evin əvvəlki mülkiyyətçisi olmuş X9 ilə ailə münasibətlərində olaraq bu evdə yaşayırlar. İddiaçı ilə aralarında yaşadıqları evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keç irilməsi şərtləri və xitamı barədə heç bir yazılı razılaşma yoxdur, bu ev onların daimi və yeganə yaşayış yeridir. Cavabdeh1 uzun illərdir ki, psixoloji xəstədir, müalicəsi nəticə vermir, sağalmır. Onların yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, ev köhnədir, evin damının təmir olunması üçün təxminən 10 min manat pul lazımdır. Ev 40 il əvvəl tikilib və əsaslı təmirə ehtiyacı var. Sözü gedən evin həyətyanı torpaq sahəsi 4 sotdur. Onun cavabdehlərlə birgə yaşayışları mümkün deyil, ona görə o, cavabdehlərin evdən çıxarılmasını istəyir. O, 6500 manat kompensasiya verdikdən sonra cavabdehlərin evdən çıxarılmasını tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında Cavabdeh2 Həsrətəli qızı iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, ev pis vəziyyətdə deyil. İddiaçı özü evi bu vəziyyətə salıb. Evin şəraiti məhkəmələrdən qabaq yaxşı idi. Ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbə 4 otaqdan ibarətdir. Bütün otaqları onlar istifadə etmirlər, onlar 1 otaqdan istifadə edirlər. Qaldıqları otağın şəraiti pisdir, odun sobasından istifadə edirlər. Bu evin aylıq kirayə haqqı nə qədər olduğu bilmir. Evin şəraiti elə də ürəkaçan deyil. Onlar hər hansı məbləğin verilməsindən asılı olmayaraq o evdən çıxmağa razı deyillər. X1 aid torpaq sahəsi Cavabdeh1 adınadır. Aydının adına kommersiya fəaliyyəti ilə məşğul olmaq ü çün 70 kv. metr sahəsi olan çay evi var. Hal-hazırda çay evi fəaliyyət göstərmir, torpaq sahəsi və çay evi rəsmi sənədlərlə Aydının adınadır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 yanvar 2024-cü il tarixli, 2(029)-105/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6500 manat məbləğində kompensasiya verilməklə, iddiaçıya məxsus mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin iddiaçıya məxsus evdən çıxarılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddiaçının özünə məxsus mübahisəli evə dair cavabdehlərin istifadə hüquqlarına 65 00 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab etmişdir ki, həmin şəxslərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayətdir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.İddiaçı tərəf indən təqdim edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin ev təmirsiz evdir, yaşayış şəraiti aşağı səviyyədədir. Həmin halı Cavabdeh2 da özünün məhkəmə iclasında vermiş olduğu izahatında təsdiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının təklif etdiyi 6500 manat məbləğində kompensasiya müqabilində cavabdehlə bir ailə üzvü olaraq hazırda yaşadıqları evin şəraitinə oxşar şəraitli evdə davamlı olaraq yaşamalarını təmin edə bilərlər. Bundan başqa, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 adına kommersiya obyektinin (çay evi) və torpaq sahəsinin olduğunu bildirmişdir ki, bu da iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğinin cavabdehlərin istifadə hüquqlarına xitamının ədalətli əvəzləşdirilməsini təmin etdiyinə dəlalət edir. Çünki Cavabdeh1 özünə məx sus həmin əmlakların hesabına özünü və ailə üzvlərini yaşayış sahəsi ilə təmin etməyə imkanı vardır. Odur ki, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini məqsədə müvafiq hesab etmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 153.1, 157.1, 157.2, 157.4, 228.1 və 228.2-cü maddələri, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yekun nəticəyə gələrkən iddiaçının mənzilin mulkiyyətçisi olmasına, bununla əlaqədar mənzildə yaşayan digər ailə üzvlərinin istifadə hüquqlarına kompensasiya verməklə xitam verilməsi barədə tələb irəli sürə bilmək hüququnun olmasına istinad etmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin MM-nin 228-ci maddəsinin Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarına görə 2000-ci ilin 01 sentyabrından qüvvəyə minmiş MM-nin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini ai lə uzvləri və digər şəxslərlə mulkiyyətçi arasında bağlanan razılaşmanın notariat qaydasında təsdiq edilməsi ilə şərtləndirmişdir. Bununla bağlı mülkiyyətçinin mənzildən istifadə hüququ olan şəxslərə qarşı kompensasiya verməklə istifadə huquqlarına xitam verilməsi barədə tələb irəli sürmək hüquqlarını da muəyyən etmişdir. Lakin bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə isə “yaşayış evi mülkiyyətçisinin özunə məxsus evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsi Konstitusiya Məhkəməsinin həmin qərarına görə o şəxslərə şamil oluna bilər ki, həmin şəxslər 2000-ci ilin 01 sentyabrından sonrakı tarixlərdən mənzil mübahisəsi ilə əlaqədar yaranmış münasibətlərin subyekti olsunlar. Lakin işdən göründüyü kimi, istər iddiaçı, istərsə də cavabdehlər anadan olduqları andan həmin mübahisəli mənzildə birlikdə yaşamış, iddiaçıdan əvvəl mənzilin mulkiyyətçisi olmuş anaları X5 ailə üzvləri kimi mənzildən mülkiyyətçi ilə bərabər istifadə hüququnu əldə etmişlər. Konstitusiya Məhkəməsinin həmin qərarının müddəaları və Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əlaqədar cavabdehlər həmin mənzilin ilkin mülkiyyətçisi olmuş X9 ilə bərabər mənzildən bərabər istifadə hüququnu əldə etmişdir. Qeyd olunanlarla əlaqədar cavabdehlərə qarşı kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsinə dair MM-nin 228.1 və 228.2-ci maddələrinin göstərişləri şamil oluna bilm əzdi. Məhkəmə isə iddianı təmin edərkən cavabdehlərin ailə üzvü kimi əvvəldən həmin mənzildən bərabər istifadə hüquqlarının olmasını nəzərə almamış, iddiaçının yalnız 2018-ci ildən sonrakı müddətdən mənzilin mülkiyyətçisi olmasına istinad etməklə onun cavabdehlərə qarşı belə bir tələb edə bilmə hüququnun olmasını muəyyən etmişdir. Digərlərinin isə istifadə hüquqlarına xitam verilməsinə dair əsassız qərar qəbul etmişdir. İşə baxılarkən mühüm əhəmiyyət kəsb edən sənəd və materiallar qanuni və normativ hüquqi aktların mübahisənin həllinə tətbiqi baxımından aydınlaşdırılmamışdır. Kompensasiya verməklə istifadə hüquqlarına xitam vermə barədə qərarı qəbul edərkən məhkəmə cavabdehlərin iddiaçıya qədər mənzildən mülkiyyətçi ilə bərabər istifadə hüquqlarının olması faktına qiymət verməmişdir. İş üç ün xüsusi əhəmiyyət kəsb edə bilən işin bu faktiki halının nə dərəcədə iddianın təmin olunmasına əsas verməsi isə maddi hüquq normalarının tətbiqi baxımından sübut olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin halları ilə ziddiyyət təşkil etmiş və faktiki hallara uyğun əsaslandırılmamışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-799/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.M.Süleymanova (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və M.M.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibət də qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan mənzil yaşamaq üçün kifayət qədər yararlı olmamaqla, təmirə ehtiyac vardır. İnternet səhifəsindən çıxarışlardan görünür ki, Qusar şəhərində evlərin (70-90 kv.m fərdi yaşayış evləri) aylıq kirayə haqqı 50-90 manat civarındadır. Göründüyü kimi mənzillə bağlı kirayə haqqı 50-90 manat təşkil edir, bu isə onu deməyə əsas verir ki, cavabdeh, iddiaçı tərəfindən təklif edilən 6500 manat kompensasiya məbləği ilə 6 ilə yaxın müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur.
18. Kollegiya mənzilin yaşayış sahəsinin 87,2 kv.m olmasını, mənzilin 1977-ci ildə tikilməklə köhnəlmə vəziyyətini, həmin ərazidə hazırda oxşar şəraitli mənzillərin kirayə haqqının 50-90 manat həddində olmasını n əzərə alaraq hesab etmişdir ki, istifadə hüququna xitam verilməsinin müqabilində təklif olunan 6500 manat məbləğində kompensasiya hazırkı bazar qiymətinə uyğundur, kompensasiya istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin mənzillə müqayisədə oxşar şəraitli mənzildə yaşamaq imkanı verir. Belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olmayacaqdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1, 228.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mülki işin y enidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət cavabdehlərin birinci instansiya məhkəməsində verdikləri etiraz ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sur ətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış bi nasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsaslar yoxdur.
34. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmə haqlı olaraq X10 ilə X6 arasında mübahisəli əmlaka dair bağlanmış və Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış təsdiqlənmiş 21 sentyabr 2007-ci il taixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair X2 adına verilmiş 28 sentyabr 2007-ci il tarixli dövl ət reyestrindən çıxarışın ləğv olunması üçün qanuni əsasların olmadığı qənaətinə gəlmişdir.
35. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlə rinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-799/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.