Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3211/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı ilk iddia, Cavabdeh2 İddiaçı1, İddiaçı2 qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ İ(Açar sözlər: alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, çıxarışın ləğv olunması, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabd eh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh2 İddiaçı1, İddiaçı2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-67/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 2 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində Cavabdeh1 ilə Cavabdeh2 ara sında bağlanmış 4Ə-678 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, İddiaçı1 əvəzindən Cavabdeh1 Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsini 60.000 manata Cavabdeh2 satmışdır. 2. 2 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-679 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 əvəzindən Cavabdeh1 Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsini 60.000 manata Cavabdeh2 satmışdır. 3. 2 sentyabr 2022-ci il tarixli 4Ə-679 reyestr nömrəli notariat işində olan xx.xx.2017ci il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmışdır. 4. 2 sentyabr 2022-ci il tarixli 4Ə-678 rey estr nömrəli notariat işində olan xx.xx.2022ci il tarixli çıxarışa əsasən Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. 5. 2 sentyabr 2022-ci il tarixli 4Ə-679 reyestr nömrəli notariat işində olan xx.xx.2022ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. 6. 2 sentyabr 2022-ci il tarixli 4Ə-678 reyestr nömrəli notariat işində olan xx.xx.2022ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, mülkiyyətində olan Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. 7. 2 sentyabr 2022-ci il tarixli 4Ə-678 reyestr nömrəli notariat işində olan xx.xx.2022ci il tarixli ərizədən görünür ki, Əmiraslanova Hicran İlham qızı İddiaçı1 məxsus olan Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. 8. 2 sentyabr 2022-ci il tarixli 4Ə-678 reyestr nömrəli notariat işində olan və ünvan 2 ünvanlanmış 2 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş, daşınmaz əmlakın dəyəri olan 60.000 manat pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı1 nümayəndəsi Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. 9. 2 sentyabr 2022-ci il tarixli 4Ə-678 reye str nömrəli notariat işində olan 2 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 60.000 manat məbləğində pul "xxxx" ASC-nin depozit hesabına köçürülmüşdür. 10. 2 sentyabr 2022-ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan və ünvan 2 ünvanlanmış 2 sentyabr 2022-ci il tarixli məktuba əsasən Cavabdeh2 tərəfindən verilmiş, daşınmaz əmlakın dəyəri olan 60.000 manat pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı1 nümayəndəsi Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. 11. 2 sentyabr 2022-ci il tarixli 4Ə-679 reyestr nömrəli notariat işində olan 2 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 60.000 manat məbləğində pul "xxxx" ASC-nin depozit hesabına köçürülmüşdür. 1
2. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Şəmkir şəhəri, X3 küçəsi 10B saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 6 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair isə 6 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir.
13. Şəmkir rayon Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi Nadim Nağıyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə (bundan sonra ilk iddia üzrə cavabdehlər, yaxud ad, soyadı, Ərazi İdarəsi, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 2 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 2 sentyabr 2022-ci il tarixdə bağlanmış 4Ə-679 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş **********10301 reyestr nömrəli çıxarışın ləğv olunması, Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 2 sentyabr 2022-ci il tarixdə bağlanmış 4Ə-678 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş ********** reyestr nömrəli çıxarışın ləğv olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər.
15. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı Məhəmməd İbrahimovun dostu, eyni zamanda iş birliyi olan şəxsdir. İddiaçı Məhəmməd İbrahimovla müxtəlif vaxtlarda birgə ticarət əlaqələri olmuş və bir yerdə yaxşı qazanc əldə etmişlər. Axırıncı dəfə 2022-ci ildə Orxanla iddiaçı Məhəmməd İbrahimov aralarında olan razılaşmaya əsasən Orxanla Rusiya daxilində pul perevodu ilə məşğul olmaq qərarına gəlmişlər. Lakin buna görə onlara maya lazım olmuşdur. Onların hesablamalarına görə ilkin olaraq 300.000-400.000 manat pul lazım olmuşdur. Həmin vaxt Orxan bildirmişdir ki, pulu əldə etmək üçün banka girov əmlak qoymalı, həmin əmlaklar ipoteka ilə yüklü edilməli və bankdan yüksək məbləğdə kredit götürməlidirlər. Orxanın isə banka girov qoyub, yüksək məbləğdə kredit götürmək üçün imkanı olmamışdır. Bu səbəbdən onların, yəni iddiaçıların əmlaklarının banka girov qoyulması, krediti isə Orxanın adına rəsmiləşdirilməsi barədə razılaşmışlar. Bu səbəbdən iddiaçı Məhəmməd İbrahimov öz adına mülkiyyət hüququ ilə qeydə alınmış, Şəmkir şəhəri, X3 küçəsi, 10 saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə girov qoyulmasına dair etibarnamə vermiş, eyni zamanda digər İddiaçı2 həmin ünvanda yerləşən və mülkiyyət hüquqları dövlət qeydiyyat ına alınmış 0,06 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilməsinə razılıq verməsini xahiş etmişdir. Bu səbəbdən onlar hər ikisi Cavabdeh1 adına etibarnamə vermişlər ki, cavabdeh onların iştirakı olmadan hər iki torpaq sahəsini ipoteka ilə yüklü edib, bankdan yüksək məbləğdə kredit götürsün. Bundan sonra Cavabdeh1la birlikdə notariat kontora getmiş və xahiş etmişlər ki, onların adlarından torpaq sahələri ilə bağlı müvafiq etibarnamə tərtib olunsun və həmin etibarnamədə Cavabdeh1 həmin əmlakların ipoteka ilə yüklü edilməsi üçün müvafiq səlahiyyətlər verilsin. Cavabdeh Notariat ofisi onların adından qeyd olunan etibarnamələri yazarkən texniki yanlışlığa yol vermiş, onlar nəzərdə tutduqları səlahiyyətlərdən başqa, həm də həmin əmlakların alğı-satqısı və bağışl anma səlahiyyətlərini də etibarnamədə qeyd etmişdir. Cavabdeh1 isə onların etibarından öz şəxsi məqsədləri üçün istifadə edərək, eyni zamanda cavabdeh Notariat Ofisinin səhvindən istifadə edərək, mülkiyyət hüququ ilə onlara məxsus olan, Şəmkir şəhəri, X3 küçəsi, 10 saylı ünvanda yerləşən 0.12 ha (0,06 ha + 0,06 ha ) həyətyanı torpaq sahəsini Cavabdeh2 ilə razılığa gələrək onun adına uydurma alğı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 isə hər iki torpaq sahəsinə yerində baxış keçirmədən, həmin əmlaklarla bağlı hər hansı mübahisə olub-olmamasını aydınlaşdırmadan, mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Eyni zamanda cavabdeh Şəmkir 11 saylı Ərazi İdarəsi həmin çıxarışları tərtib edərkən mübahisəli əraziyə yerində baxış keçirmədən Cavabdeh2 adına mübahisə predmeti olan torpaq sahələr inə boş torpaq sahəsi kimi müvafiq çıxarışlar tərtib etmişdir. Halbuki, hər iki torpaq sahəsi boş deyil və hər iki torpaq sahəsində fərdi yaşayış evi vardır. Hazırda iddiaçılar hesab edirlər ki, hər iki alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışlar ləğv olunmalıdır. Çünki həmin müqavilə iddiaçıların iradə ifadələri deyildir. Cavabdeh2 isə vicdanlı alıcı deyildir. Mübahisə predmeti olan müqavilələr iddiaçıları çox ağır vəziyyətə salmış və onları mülkiyyətlərində olan əmlaklardan məhrum etmişdir.
16. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə “iddia tələbinin dəqiqləşməsi haqqında” əlavə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq Şəmkir Rayon 1 saylı Notariat Ofisi cavabdeh kimi qeyd edilmiş, yəni iddia ərizəsi iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Odur ki, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin cavabdeh kimi işdən çıxarılıb, əsl cavabdeh kimi Gəncə şəhər 2 saylı Notariat Ofisinin işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Şəmkir Rayon 1 saylı Notariat Ofisi əsl cavabdeh Gəncə şəhər 2 saylı Notariat Ofisi ilə əvəz edilmişdir.
17. Cavabdeh2 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili X1, İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 800 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 10.800 m anat məbləğindən pulun alınıb ona verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, əmlakın alğı-satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iştirak etmiş, o cümlədən cavabdehlərin hər ikisi və onların həyat yoldaşları notariat orqanına gələrək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsində birbaşa iştirak etmişlər. Bundan başqa alğı-satqı zamanı əmlakın dəyəri bank vasitəsilə satıcının hesabına köçürülmüşdür. İlk iddiaçıların Cavabdeh2 qarşı qaldırmış olduqları iddianın heç bir hüquqi əsası yoxdur, əksinə həmin iddia nəticəsində Cavabdeh2 maddi və mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə aviabilet alaraq Rusiya Federasiyasına getmək ərəfəsində olan zaman ilk idd iaçılar ona qarşı iddia qaldırmış, Cavabdeh2 isə məcbur olub həmin biletləri dəyərindən aşağı qiymətə qaytarmalı olmuşdur. Biletlərin hər biri 700 manat olduğu halda, Cavabdeh2 biletləri qaytaran zaman 800 manat zərər etmişdir. Həmçinin, Cavabdeh2 vicdanlı alıcıdır və pulunu ödəməklə əmlak əldə etmişdir. Eləcə də, ilk iddiaçılar Cavabdeh2 qarşı əsassız iddia qaldırdıqları üçün mənəvi iztirablar keçirmiş, bununla da ona mənəvi zərər dəymişdir.
19. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(076)-2440/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahələri üzərində Cavabdeh2 mülkiyyət hüququnun əmələ gəlm əsinə notarial qaydada qeydə alınmış alğı-satqı müqavilələri əsas olmuşdur. Həmin müqavilələr əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəsi tərfindən 6 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir.
21. Məhkəmə həmçinin hesab etmişdir ki, Notariat Ofisində bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün əsaslar mövcud deyildir. Belə ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdə, İddiaçı1 isə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 notarial qaydada etibarnamə verməklə mübahisəli torpaq sahələrini satmağı ona etibar etmişlər. Həmin tarixdən qısa müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə isə İddiaçı1 arvadı Əmiraslanova Hicran İlham qızı notarial qaydada ərizə verməklə İddia çı1 məxsus olan Şəmkir şəhəri, X3 küçəsi 10 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsini banka girov qoymaq məqsədilə Cavabdeh1 etibarnamə verilməsini iddia etsələr də, etibarnamə verildikdən 4 gün sonra İddiaçı1 arvadı tərəfindən notarial qaydada verilmiş ərizədə də o, əmlakın girov qoyulmasına deyil, satılmasına etiraz etmədiyini bildirmişdir. Bu hal isə bir daha belə inamlı nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların əsl niyyətləri torpaq sahələrini satmaqdan ibarət olmuşdur və belə olduğu halda, Cavabdeh1 nümayəndəsinin izahatı daha ağlabatan və inandırıcı görünür.
23. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən alğı-satqı müqavilələri əsasında Cavabdeh2 torpaq sahələrini əldə edərkən mülki qanunvericiliyin əqdlərin bağlanması üçün nəzərdə tutulmuş tələblərinə əməl edilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrini sərbəst şəkildə ifadə etmişlər. Həmçinin, müqavilələr bağlanarkən notarius tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar edilməmişdir. Belə olan halda məhkəmə bildirmişdir ki, Cavabdeh2 vicdanlı alıcıdır. Həmçinin, Cavabdeh1la Cavabdeh2 arasında iddiaçıları aldatmaq məqsədi güdən hər hansı münasibətin olması müəyyən edilmir, bu hal da, alğı-satqı müqavilələrinin iddiaçıları aldatmaq yolu ilə bağlanmasını istisna edir. İddiaçı tərəf isə onların aldadılması nəticəsində müqavilələrin bağlanmasını bildirsə də, tələbini təsdiq edəcək sübutları məhkəməyə təq dim etməmişdir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf məhkəmə iclasında mübahisəli əmlakın hazırkı bazar qiymətinin təxminən 300.000 manat təşkil etməsini, belə olan halda qeyd olunan torpaq sahələrinin dəyərindən daha aşağı satılmasını həmin müqavilələrin əsassız olmasına dəlalət etdiyini iddia etmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, tərəflər mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq əmlakın dəyərini müəyyən etmişlər. Bu səbəbdən iddiaçı tərəfin əmlakın dəyərini mübahisələndirməsi heç bir mötəbər əsasa dayanmır və ilkin iddianın həll edilməsində heç bir rol oynamır.
27. Məhkəmə bildirmişdir ki, iddiaçıların çıxarışların ləğvini, müqavilələrin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün hələ də torpağın mülkiyyətçisi olmalıdır. Cavabdeh tərəf isə vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir.
28. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçılar notarial qaydada etibarnamə verməklə, mübahisəli torpaq sahələri üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Orxan Novruz isə mübahisəli torpaq sahələrini notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələri əsasında Cavabdeh2 satılmışdır. Həmin müqavilələr Cavabdeh2 mübahisəli torpaq sahələri üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur.
29. Məhkəmə onu da qeyd etmişdir ki, qanunda daşınmaz əmlakın dövlət reyestrinin məzmununun düzgünlük və tamlıq prezumpsiyası vardır və cavabdeh tərəf torpaq sahəsi üzərin də mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda iddiaçılar artıq mülkiyyətçi olmadığından hazırkı iddianı irəli sürə bilməz.
30. Məhkəmə hesab etmişdir ki, daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olması istisna etmək üçün kifayət etmir. Ona görə də Cavabdeh2 mübahisə olunan torpaq sahələri üzərində mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda isə iddiaçılar artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz.
31. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar notarial qaydada etibarnamə verməklə, mübahisəli torpaq sahələri üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Orxan Novruz isə mübahisəli torpaq sahələrini notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələri əsasında Cava bdeh2 satılmışdır. Həmin müqavilələr Cavabdeh2 mübahisəli torpaq sahələri üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur.
32. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, Cavabdeh2 mübahisəli torpaq sahələrinə görə qeydə alınmış mülkiyyət hüququ əsassız olmalı və həmin qeydə alınmanın əsassız olduğunu cavabdehlər bilməlidirlər. O halda iddiaçılar çıxarışların ləğv edilməsi haqqında iddia qaldıra bilər. Hazırkı vəziyyətdə isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahələrinə görə qeydə alınmış mülkiyyət hüququnun və bağlanmış müqavilələrin əsassız olmasına dəlalət edən h allar müəyyən olunmamış, nə də iddiaçılar tərəfindən tələbini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur.
33. Məhkəmə həmçinin qarşılıqlı iddianı da əsaslı hesab etməyərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 ailə üzvləri ilə birlikdə aviabilet alaraq Rusiya Federasiyasına getmək ərəfəsində olan zaman ilkin iddiaçıların ona qarşı iddia qaldırmasını, onun isə məcbur olub həmin biletləri dəyərindən aşağı qiymətə qaytarmasını, bununla da ona maddi zərər dəyməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir.
34. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı öz tələb inin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da qarşılıqlı iddiaçıya 800 manat məbləğində maddi zərər dəyməsi iş materialları ilə təkzib edilmişdir. Bu səbəbdən qarşılıqlı iddianın maddi zərərlə bağlı hissəsi əsaslı olmadığından rədd edilməlidir. İddianın mənəvi zərərə görə 10.000 manat məbləğində pul tələbi hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddianın həmin hissəsi də əsassız olduğundan təmin edilməməlidir.
35. Məhkəmə bildirmişdir ki, məhkəmədə baxılarkən qarşılıqlı iddiaçı keçirdiyi mənəvi sarsıntı və fiziki iztirab nəticəsində mənəviyyatına dəyən zərər barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür.
36. Məhkəmə həmçinin hesab etm işdir ki, qarşılıqlı iddiaçının mənəvi zərərə görə 10.000 manat kompensasiya tələbi əsaslı deyildir və qarşılıqlı iddia tələbi mənəvi ziyana aid hissədə də sübut olunmadığından təmin edilməməlidir.
37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 144.1, 149.2, 329.1, 331.1, 334.1, 337.2, 337.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2-ci və 10-cu bəndlərinə və Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
38. Qətnamədən iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlər) nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. Belə ki, Cavabdeh1 digər Cavabdeh2la qabaqcadan pis niyyətlə əlbir olub, onun əmlakını ələ keçiriblər. Onda olan məlumata görə Cavabdeh1 Cavabdeh2 və onun k ürəkəni Babəkə küllü miqdarda borcu olub. Bu borcu əvəzləşdirmək, ölmüş pulu diriltmək üçün əslində, tərəflər bir günün içində satılan əmlaka baxmadan, onu yoxlamadan Gəncə şəhərində formal olaraq, alğı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh2 uzun illərdir ki, onların qonşularıdır. O, yaxşı bilirdi ki, onlar torpaq sahəsi satmırlar. Bütün bunlar əsas idi ki, məhkəmə iddia tələbini tam təmin etsin. Əslində məhkəmə iclasında onlar iddia tələblərində haqlı olduqlarını sübut etmişlər. Bunu cavabdehlərin vermiş olduğu izahatlardan da aydın görmək olur. Lakin, məhkəmə təqdim olunmuş sübutları obyektiv qiymətləndirməmiş və qeyd etdikləri əsaslara görə hesab edirlər ki, məhkəmə həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bu səbəbdən də faktiki olaraq qəbul etmiş olduğu qətnamə ilə onl arı mülkiyyətlərində olan əmlakdan məhrum etmişdir.
40. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4359-9/4584 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, X3 küçəsi 10B saylı ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yarımçıq halda inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 120.200 manat məbləğində, likvid dəyərinin isə təqribən 108.200,0 manat məbləğində təşkil etdiyi müəyyən edilir. Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0,06 ha (6 sot) olan boş torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğu n ümumi dəyərinin təqribən 16.000,0 manat, həmin torpaq sahəsinin likvid dəyərinin isə təqribən 14.400,0 manat məbləğində təşkil edir.
41. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-67/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – ilk iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza xərcinin iddiaçılara aid edilməklə, 100 manat pulun ilkin iddia üzrə iddiaçılardan müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
42. Apellyasiya instansiyası məhk əməsi hesab etmişdir ki, iddiaçıların apellyasiya şikayətində irəli sürdükləri “aldatma”, “etibardan sui-istifadə”, “iradə uyğunsuzluğu” kimi əsaslar yalnız ümumi bəyanatlardan ibarətdir və hüquqi əhəmiyyətə malik, obyektiv sübutlarla təsdiqlənməmişdir. Mülki Məcəllənin 339-cu maddəsi ilə müəyyən edilmiş əsaslarla müqavilənin etibarsız sayılması üçün iddia tərəfi tərəfindən aldatma faktını, təmsilçinin səlahiyyətdən kənar hərəkətlər etdiyini, cavabdeh ilə birgə qeyri-qanuni razılaşma olduğunu göstərən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə, etibarnamə əsasında hərəkət edən təmsilçinin səlahiyyət hüdudlarında müqavilə bağlaması, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi, bank vasitəsilə şəffaf ödəniş edilməsi və çıxarışın reyestr orqanı tərəfindən rəsmiləş dirilməsi, Cavabdeh2 vicdanlı alıcı statusunu təsdiq edən mühüm hüquqi elementlərdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar apellyasiya şikayətində mübahisəli daşınmaz əmlakın faktiki satış qiymətinin (ümumilikdə 120.000 manat) əmlakın real bazar dəyərinə uyğun olmadığını, əmlakın dəyərinin əslində 300.000 manatdan artıq olduğunu bildirərək, bu faktı alğı-satqı müqavilələrinin etibarsızlığına əsas kimi təqdim etmişlər.
44. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ekspert rəyində iddiaçılar tərəfindən irəli sürülmüş 300.000 manatlıq bazar dəyəri iddiası obyektiv təsdiqini tapmamışdır. Əksinə, rəsmi dövlət ekspertiza qurumunun verdiyi rəyə əsasən, daşınmaz əmlakın alğı-satqı müqavilələrində göstərilmiş satış qiyməti ilə real bazar dəyəri arasında əhəmiyyətli fərq mö vcud deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə ödənilmiş 60.000 + 60.000 = 120.000 manat məbləği müstəqil ekspertiza ilə müəyyən edilmiş 120.200 manat bazar qiyməti ilə demək olar ki, üst-üstə düşür və bu da müqavilənin sərbəst razılaşdırılmış qiymətlə bağlandığını göstərir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi verən qurum (Ədliyyə Nazirliyi ME Mərkəzi) torpaq sahəsi ilə üzərindəki tikilinin ayrı-ayrılıqda dəyərləndirilməsini aparmamış, yalnız birləşdirilmiş ümumi qiymət təqdim etmişdir. Lakin bu hal təqdim edilən rəyin hüquqi qüvvəsini aradan qaldırmır, çünki iddiaçılar alıcı tərəfə həm torpaq sahəsini, həm də onun üzərindəki inşa edilmiş yarımçıq tikilmiş evi birlikdə satmışlar. Bu səbəbdən qiymətləndirmənin kompleks və vahid obyekt kimi ap arılması məntiqi və hüquqi baxımdan əsaslıdır.
46. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş üzrə təqdim olunmuş qiymətləndirmə sənədlərindən biri "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatıdır. Digər qiymətləndirmə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10/4359-9/4584 nömrəli ekspert rəyidir. Hər iki sənəd qiymətləndirmə xarakteri daşısa da, onların əmələ gəlmə proseduru, istifadə olunmuş metodologiyanın şəffaflığı, qiymətləndirmənin obyektivliyi və hüquqi çəki baxımından fərqli hüquqi nəticələr doğurması mümkündür.
47. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, MMC tərəfindən verilmiş hesabat tərəflərdən birinin sifarişi əsasında, mübahisəli alğı-sat qı əməliyyatı baş verdikdən sonra və yalnız bu mübahisəni dəstəkləmək məqsədilə hazırlanmışdır. Bu baxımdan onun prosessual məqsədi müdafiə yönümlüdür və nəticənin qərəzsizliyi şübhə altına düşə bilər. Əksinə, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin tərtib olunması məhkəmənin müstəqil və obyektiv araşdırma səlahiyyətindən irəli gəlmiş, hər iki tərəfin iştirakı ilə keçirilmiş və mübahisənin obyektiv araşdırılması üçün təşəbbüs edilmişdir. Bu rəy prosessual baxımdan tərəfsizdir və məhkəmə nəzarətinə tabedir. MMC tərəfindən təqdim edilmiş hesabatda qiymətləndirilən fərdi yaşayış evi barədə hansı mərhələdə inşa olunması, təmirsiz və ya yarımçıq olması (detallı formatda), tikinti materialları (ölçüsü, növü, markası, bazar dəyəri və s), layihə xüsusiyyətləri, tikili ilə bağlı sənədlər və real baza r müqayisələri barədə ətraflı texniki təhlil aparılmamışdır. Dəyərləndirmə yalnız nəzəri olaraq, ümumi ölçülər, materiallar növləri əsasında, sahə və yerə görə verilmişdir.
48. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi isə qiymətləndirməni yerində müayinə, bazar araşdırması və mülkiyyət obyektinin faktiki vəziyyəti nəzərə alınmaqla aparmış, likvid və orta bazar dəyəri fərqini göstərməklə daha peşəkar, təhlil əsaslı və texniki ölçülərlə çıxarılmış nəticə təqdim etmişdir. MMC tərəfindən göstərilən ümumi 263.000 manatlıq dəyər tərəflər arasında bağlanmış real alğısatqı müqaviləsinin qiymətindən (120.000 manat) kəskin şəkildə fərqlənir, bazarda formalaşmış konkret faktlara əsaslanmır və inandırıcı deyildir.
49. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki,, məhkəmə təyinli ekspertiza tərəfindən müəyyən olunmuş 120.200 manat dəyər bağlanmış müqavilədə göstərilmiş məbləğə çox yaxın olduğu üçün, bu rəy alğı-satqının bazara uyğun, şəffaf və real qiymətlə aparıldığını sübut edən mühüm əsasdır. Bu uyğunluq da alıcı tərəfin vicdanlılığı və razılaşdırılmış qiymətin obyektivliyini təsdiq edir.
50. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, işin baxılması zamanı yenidən ekspertiza təyin olunması məsələsi də nəzərdən keçirilmiş, lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi sonrakı müraciət əsasında cavab məktubu ilə bildirmişdir ki, artıq daşınmaz əmlakın qiymətləndirilməsi fəaliyyəti onların səlahiyyətlərinə daxil olmadığından, bu istiqamətdə təkrar ekspertiza verə bilməzlər. Bu hal qiymətləndirm ə üzrə hüquqi və texniki imkanların məhdudlaşdığını, habelə ilkin verilmiş rəyin dəlil olaraq əhəmiyyətini daha da artırır.
51. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, belə nəticəyə gəlmişdir ki, iddiaçılar tərəfindən müqavilələrin qiymət əsasında etibarsız hesab edilməsi barədə təqdim edilən arqumentlər hüquqi cəhətdən əsassızdır və sübutlarla təsdiqlənmir.
52. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, tərəflər mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq əmlakın dəyərini müəyyən etmişlər. Bu səbəbdən iddiaçı tərəfin əmlakın dəyərini mübahisələndirməsi heç bir mötəbər əsasa dayanmır və ilk iddianın həll edilməsində heç bir rol oynamır. Baxılan işdə satış qiymətinin bazar dəyərindən aşağı olması yalnız bu fakt ə sasında əqdin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsız hesab edilməsi üçün həmçinin iradə qüsurları, aldatma, zorakılıq və sair hüquqi hal olmalıdır ki, bunlar da iş üzrə sübuta yetirilməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlara hüquqi qiymət düzgün verilmiş, Mülki Məcəllənin 329, 331, 334, 337 və 339-cu maddələrinin tələbləri əsasında əqdlərin etibarlı hesab edilməsi haqlı olaraq nəticə kimi çıxarılmışdır.
54. Məhkəmə kollegiyası yekun olaraq qeyd etmişdir ki, həmçinin hesab etmişdir ki, tərəflər mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq hər iki daşınmaz əmlakın dəyərini (60.000 + 60.000=120.000 manat) müəyyən etmişlər. Bundan s onra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 6 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Baxılan işdə, etibarlı əqdin formalaşması üçün əsas şərtlər, lazımi subyektlərin iştirakı, iradə və iradə ifadəsinin uyğunluğu, hüquqi forma və məzmunun qanunvericiliyə uyğunluğu olmuşdur. Göründüyü kimi, iş üzrə bu elementlərin hər biri təmin edilmişdir. Yəni, baxılan işdə iddiaçıların iradəsinin əksinə hərəkət olunduğu müəyyən edilməmiş və əqdlərin etibarsız sayılması üçün heç bir əsas yoxdur.
55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 16.1, 140, 144.1, 324.1, 324.2, 324.3, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 359.1, 359.3, 362.1, 362.2, 390.1, 404.1, 567, 560.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1, 16.6-cı maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
56. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını və ya təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
57. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara münasibətinə uyğun araşdırılma aparılmamış və düzgün əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları ilə bağlı heç bir araşdırma aparmamışdır.
58. Cavabdeh2 isə hər iki torpaq sahəsinə yerində baxış keçirməd ən, həmin əmlaklarla bağlı hər hansı mübahisə olub-olmamasını aydınlaşdırmadan, mülkiyyət hüququna dair uydurma alğı-satqı edərək çıxarış əldə etmişdir. Eyni zamanda cavabdeh Şəmkir 11 saylı Ərazi İdarəsi həmin çıxarışları tərtib edərkən mübahisəli əraziyə yerində baxış keçirmədən Cavabdeh2 adına mübahisə predmeti olan torpaq sahələrinə boş torpaq sahəsi kimi müvafiq çıxarışlar tərtib etmişdir. Halbuki, hər iki torpaq sahəsi boş deyil və hər iki torpaq sahəsində fərdi yaşayış evi vardır. Hər iki alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin uydurma alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışlar ləğv olunmalıdır. Çünki həmin müqavilə onların iradə ifadələri deyildir. Cavabdeh2 isə vicdanlı alıcı deyildir. Mübahisə predmeti olan müqav ilələr onları çox ağır vəziyyətə salmış və onları mülkiyyətlərində olan əmlaklardan məhrum etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
59. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçıların ailə üzvlərinin əmlakın satılması ilə bağlı yazılı ərizələri, həmin əqdin bağlanması üçün iddiaçılar tərəfindən Cavabdeh1 baş etibarnamə verilməsi, ən əsası isə torpaq sahəsinin və həmin sahədə olan yarımtikilinin Cavabdeh2 verilməsi bir daha bu əqdin alğı-satqı əqdi kimi etibarlı əqd olduğunu əşyanın dəyərinin isə iddiaçıların istinad etdiyi kimi 300-400 min manat deyil, əslində 108 min manat olması bir daha təsdiq edir ki, iddia tam əsassız olmuş, məhkəmə instansiyaları da bu əsas sız iddiaları təmin etməmişdir. Bu isə qətnamə çıxarılan zaman həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin qərarlarının qanuni və əsaslı olduğunu, heç bir maddi və prosessual pozuntuya yol verilmədən çıxarıldığını göstərən haldır. Ona görə də kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
60. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əld ə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
61. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
62. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
63. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdiril miş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
64. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
65. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
66. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
67. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. B arəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
68. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
69. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
70. Maddə 362.1. Bir şəxsin üçü ncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
71. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
72. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
73. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nə zərə alır.
74. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı. 75. “...qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, m üddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır....... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisn a olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı.
76. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
77. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
80. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
84. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
87. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
88. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
89. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
90. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 tərəfindən iddianın ona aid hissədə təmin edilməməsinə münasibətdə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı həmin hissədə qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
93. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
94. Əqdin etibarsız s ayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
95. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
96. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırkı qərarın 42-54-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
97. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəm iyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Hazırkı işdə qeyd olunan hallardan hər hansı biri mövcud deyildir.
98. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
99. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 100. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, q anunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
101. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
102. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
103. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-67/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.