Məhkəmə qərarları › İş №2(102)-3212/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3212/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3212/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan “X15” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X9 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan “X15” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X9 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-536/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 X12 və X3 tərəfindən verilmiş tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borcverən “X15” ASC və borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsi ilə bank borcalana 84 ay müddətinə, illik 4%-lə 3.000.000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsi üzrə ödəniş planına əsasən, Cavabdeh1 X12 xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində 42 ay güzəşt müddəti tətbiq olunmaqla borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.İpoteka saxlayan “X15” ASC və borclu C avabdeh1 X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 02-2520-12 saylı təkrar ipoteka müqaviləsi ilə ipoteka verən mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsini “X15” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri Bank tərəfindən 2.500.000 manat məbləğində qiymətləndirilmişdir.

2. Girov saxlayan “X15” ASC və girov qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 07-2520-12 saylı girov müqaviləsi ilə xx.xx.2012-ci il tarixli, 052520-12 saylı kredit xətti müqaviləsinin təminatı olaraq, girov qoyan X4 ona məxsus olan, nominalı 2 manat olmaqla, 42124 ədəd, cəmi dəyəri 84.248.0 manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmləri banka girov qoymuşdur.X4 nominalı 2 manat olmaqla, 42124 ədəd "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmin mülkiyyətçisidir.

3. Abşeron rayonu, Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 33 saylı qərarı ilə, Abşeron rayonu, Hökməli kəndi ərazisində yerləşən 9.00 ha torpaq sahəsi sahibkarlıqla məşğul olması üçün tikinti məqsədi ilə Cavabdeh1 X9 satılmışdır.

4. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 5.9818 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 X7 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 232 saylı reyestr kitabının 49 saylı vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.Cavabdeh1 X7 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 232 saylı reyestr kitabının 50 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Hökməli qəsəbəsində y erləşən 2.2414 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli, 05-2520-12 kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2019-cu il tarixədək “X15” ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır.

5. Cavabdeh X1 məxsus olan, nominalı 2 manat olmaqla, 42.124 ədəd, cəmi dəyəri 84.248 manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhm xx.xx.2012-ci il tarixli, 052520-12 kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2012ci il tarixli, 07-2520-12 saylı Girov müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixədək “X15” ASC qarşısında girov ilə yüklülüyü qeydə alınmışdır.

6. Borcverən “X15” ASC və borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsi ilə bank borcalana 12 ay müddətinə, illik 18%- lə 200.000 manat məbləğində kredit vermişdir.Həmin kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 1 saylı Əlavə ilə borcverən “X15” ASC tərəfindən borcalan Cavabdeh1 kəndli-fermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 100.000 manat artırılaraq, 300.000 manat həcmində müəyyən edilmişdir.Həmin kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı Əlavə ilə borcverən “X15” ASC tərəfindən borcalan Cavabdeh1 kəndli-fermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 150.000 manat artırılaraq, 450.000 manat həcmində müəyyən edilmişdir. 7. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 3 saylı Əlavə ilə borcverən “X15” ASC tərəfindən borcalan Cavabdeh1 kəndli- fermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 50.000 manat artırılaraq, 50 0.000 manat həcmində müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 4 saylı Əlavə ilə, borcverən “X15” ASC tərəfindən borcalan Cavabdeh1 kəndli-fermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 50.000 manat artırılaraq, 550.000 manat həcmində müəyyən edilmişdir. 8. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 5 saylı Əlavə ilə borcverən “X15” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 250.000 (iki yüz əlli min) manat artırılaraq, 800.000 (səkkiz yüz min) manat həcmində müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 6 saylı Əlavə ilə borcverən “X15” ASC tərəfindən borcalan Cavabdeh1 kəndli-fermer təsərrüfatına ayrılmış kreditin müddəti 12 ay mü ddətinə, yəni xx.xx.2014-cü il tarixinədək uzadılmışdır.

9. Borcverən “X15” ASC və borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı kredit müqaviləsi ilə bank borcalana 12 ay müddətinə, illik 18%-lə 150.000 manat məbləğində kredit vermişdir.

10. Borcverən “X15” ASC və borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı kredit müqaviləsi ilə bank borcalana 12 ay müddətinə, illik 18%-lə 250.000 manat məbləğində kredit vermişdir.

11. Borcverən “X15” ASC və borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqaviləsi ilə bank borcalana 60 ay müddətinə, illik 4%-lə 400.000 manat məbləğində kredit vermişdir.

12. Kredit müqaviləsi üzrə ödəniş planına əsasən, Cavabdeh1 X12 xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində 2 il 6 ay güzəşt müddəti tətbiq olunmaqla hər ay 13333.33 manat ödəmək şərti ilə borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

13. İpoteka saxlayan “X15” ASC və borclu Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-34 saylı ipoteka müqaviləsi ilə xx.xx.2015-ci il tarixli, 201500-56 saylı kredit müqaviləsinin təminatı olaraq, ipoteka verən mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsini “X15” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri Bank tərəfindən 2.500.000 manat məbləğində qiymətləndirilmişdir.

14. Girov saxlayan “X15” ASC ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı girov müqaviləsi ilə xx.xx.2015-ci il tarixli, 201500-56 saylı kredit müqaviləsinin təminatı olaraq, girovqoyan X4 ona məxsus olan, nominalı 2 manat olmaqla, 42124 ədəd, cəmi dəyəri 84.248.0 manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmləri banka girov qoymuşdur. 15. “X15” ASC Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubda bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş qeydə alınmaqla 31 manat dövlət rüsumu ödənilmişdir.

16. Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməklə barəsində hökm çıxarılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli 1(102)197/2022 saylı qərarı ilə hökmlə mülki iddia təmin edilmiş, Cavabdeh2 3.400.000 manat tutularaq Azərbaycan Respublikasının X5 ödənilməsi, zərərçəkmiş şəxs “X15” Açıq Səhmdar Cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəymiş ziyanla bağlı Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehələrə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsi üzrə 2.773.955,27 manat məbləğində əsas, 117.003,23 manat məbləğində faiz, cəmi 2.890.958,50 manat, xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit xətti müqaviləsi üzrə 800.000 manat əsas, 177.288,89 manat faiz, cəmi 977.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı kr edit müqaviləsi üzrə 150.000 manat əsas, 21.989.84 manat faiz, cəmi 171.989,84 manat, xx.xx.2013cü il tarixli, 174-360-13 saylı kredit müqaviləsi üzrə 250.000 manat əsas, 59.777,78 manat faiz, cəmi 309.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit xətti müqaviləsi üzrə 400.000 manat əsas, 16.733,33 manat faiz, cəmi 416.733,33 manat kredit borcunun Cavabdeh1 X6 tutularaq iddiaçı ləğv prosesində olan “X15” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə ödəmənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-li çıxarışına əsasən, xüsusi mülkiyyət hüquq u əsasında Cavabdeh1 kəndli-fermer təsərrüfatına məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, plan və ölçüyə görə 2.2414 ha torpaq sahəsinə və Milli Depozit Mərkəzinin Depo hesabından çıxarışa əsasən, cavabdeh X1 məxsus olan, nominalı 2 manat olmaqla, 42.124,0 ədəd, cəmi dəyəri 84.248,0 manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “X15” ASC-yə ödənilməsi və ipoteka predmeti olan torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, həmçinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli, 2 015-00-56 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İşin faktiki hallarına istinad edərək iddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kəndli-fermer təsərrüfatının 5 “Kredit müqaviləsi” üzrə əsas borcu cəmi 4. 373.955,27 manat, faiz borcu cəmi 392.793,07 manat, ümumilikdə 4.766.748,34 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, həmçinin yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş, onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

19. Cavabdeh1 X7 nümayəndəsi və vəkili Vəkil2 Aftandil oğlu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından görünür ki, kredit müqavilələri üzrə 3 illik iddia müddəti bitmişdir. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi iddia müddətinin axımına təsir etməyib. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün işdə iştirak edən şəxslərə 2 cür imkan müəyyən edib, həmin qərardaddan şikayət vermək və həmin qərardadın ləğv edilməsi üçün vəsatət vermək. İş materiallarından görünür ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad həmin qərardadın ləğv edilməsi üçün vəsatət verməklə ləğv edilib. Yəni iddiaçı MP M-in 260.5-ci maddəsinə istinad edərək vəsatət verib, məhkəmə isə həmin maddəyə istinad edərək qərardadı ləğv edib. Bu isə o deməkdir ki, baxılmamış saxlama barədə qərardad qanunsuz sayılmayıb, 3 il ərzində iddia ərizəsinin baxılmamış qalması qanuni olub. Ona görə də həmin müddətin daxilində iddia müddətinin axımının başlanması və bitməsi etibarlı sayılır. Cavabdeh iddia müddəti daxilində borcu etiraf edən hərəkətlər etməyib. Belə ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 8 il əvvəl edilib. Bundan sonra hər hansı ödənişin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də iddia müddətinin axımı kəsilməyib. Bu səbəbdən hazırki iddia tələbləri üzrə 3 illik iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir. 20. “X13 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il ta rixli, 012085/2022 saylı arayışına əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsinin hal-hazırda, bazar qiyməti: 33100 manat; likvid qiyməti: 30000 manat təşkil edir. 21. “X14” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-011-2023 saylı hesabatına əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsinin halhazırda, bazar qiyməti: 3.362.000 manat təşkil edir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 9/5527 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında imzalanmış kredit müqavilələrinin və həmin müqavilələrin əsasında imzalanmış razılaşmanın qeyd olunan şərtləri n əzərə alınaraq, Cavabdeh1 X7 iddiaçı LPO “X15” ASC-yə qeyd olunan müqavilələr üzrə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla, maliyyə arayışlarında borcun hesablandığı xx.xx.2016-cı il tarixə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə üzrə əsas borc 2.773.955,27 manat, faiz borcu 117.003,23 manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqavilə üzrə əsas borc 800.000,00 manat, faiz borcu 177.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə əsas borc 150.000,00 manat, faiz borcu 21.989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə əsas borc 250.000,00 manat, faiz borcu 59.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borc 400.000,00 manat, faiz borcu 16.733,33 manat müəyyən edilmişdir.

23. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(012)-3033/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilərək, iddiaçı LPO “X15” ASC və Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kəndli-fermer təsərrüfatından xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə üzrə əsas borca görə 2.773.955,27 manat, faiz borcuna görə 117.003,23 manat, xx.xx.2012-ci il tarixli, 79-36012 saylı müqavilə üzrə əsas borca görə 800.000,00 manat, faiz borcuna görə 177.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360- 13 saylı müqavilə üzrə əsas borca görə 150.000,00 manat, faiz borcuna görə 21.989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360 13 saylı müqavilə üzrə əsas borca görə 250.000,00 manat, faiz borcuna görə 59.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borca görə 400.000,00 manat, faiz borcuna görə 16.733,33 manat olmaqla, cəmi 4.766.748,34 manat borcun və məhkəmə xərclərinə görə cəmi 62 manat pul vəsaitinin iddiaçı LPO “X15” ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məhkəmə hökmü ilə tutulmuş 3.400.000 manat məbləğ nəzərə alınmalı, həmin məbləğin hazırkı müqavilələr üzrə götürülmüş əsas borclar ilə əvəz olunması iddiaçı “X15” ASC-yə həvalə edilməsi, xx.xx.2012-ci il tarixli, 052520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə yaranmış borc məbləğinə görə tutma Cavabdeh1 kəndli-fermer təsərrüfatının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yer ləşən 2.2414 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin likvid satış qiyməti 3.362.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən həmin kredit borcu üzrə yaranmış pul vəsaitinin LPO “X15” ASC-nin hesabına keçirilməsi, LPO “X15” ASC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 kəndli-fermer təsərrüfatına qaytarılması, xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-0056 saylı kredit müqavilələri üzrə yaranmış borc məbləğinin iddiaçı LPO “X15” ASC-yə girov qismində qoyulmuş Cavabdeh2 məxsus, nominalı 2 manat olmaqla, 42124 ədəd, cəmi dəyəri 84.248,0 manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmlərə yönəldilməsi, həmin səhmlərin satışından əldə olunmuş vəsaitdən xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx. xx.2015- ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə yaranmış borc məbləğinin LPO “X15” ASC-nin hesabına keçirilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 kəndlifermer təsərrüfatı torpaq sahəsini boşaldaraq 1 (bir) ay sonra həmin torpaq sahəsindən çıxarılması, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 500 manat pul vəsaitinin 250 manat hissəsinin iddiaçı LPO “X15” ASC-dən, 250 manat hissəsinin isə cavabdeh Kəndimiz” kəndli-fermer təsərrüfatından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, mülki iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi tədqiqatının dəyərinə görə 350 manat pul vəsaitinin 175 manat hissəsinin iddiaçı LPO “X15” ASC-dən, 175 (manat hissəsinin isə Cavabdeh1 kəndlifermer təsərrüfatından alınaraq “X14” MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

24. Birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə borcun tutulması ilə bağlı tələbi təmin edərkən gəldiyi nəticənin əsası kimi məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əlavə olunmuş maliyyə arayışına, həmçinin, işin digər materiallarına istinad edərək qeyd etmişdir ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, Cavabdeh1 kəndli-fermer təsərrüfatının xx.xx.2012-ci il tarixli, 052520-12 saylı müqavilə üzrə 2.773.955,27 manat əsas, 117.003,23 manat faiz, cəmi 2.890.958,50 manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqavilə ü zrə 800.000,00 manat, 177.288,89 manat faiz, cəmi 977.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə 150.000,00 manat əsas, 21.989,84 manat faiz, cəmi 171.989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə 250.000,00 manat əsas, 59.777,78 manat faiz, cəmi 309.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə 400.000,00 manat əsas, 16.733,33 manat faiz, cəmi 416.733,33 manat təşkil etmişdir.

25. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, maliyyə arayışları və ekspert rəyini paralel şəkildə qiymətləndirib xx.xx.2012-ci il tarixli, 05-252012 saylı müqavilə üzrə əsas borca görə 2.773.955,27 manat, faiz borcuna görə 117.003,23 manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqavilə üzrə əsas borca görə 800.000,00 manat, faiz borcuna görə 177.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-36013 saylı müqavilə üzrə əsas borca görə 150.000,00 manat, faiz borcuna görə 21.989,84 manat, xx.xx.2013cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə əsas borca görə 250.000,00 manat, faiz borcuna görə 59.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borca görə 400.000,00 manat, faiz borcuna görə 16.733,33 manat borcu yarandğını qeyd etmişdir.

26. Eyni zamanda işin araşdırılan hallarından görünür ki, Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməklə barəsində hökm çıxarılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli 1(102)-197/2022 saylı qərarından görünür ki, hökmlə mülki iddia təmin edilmiş, Cavabdeh2 3.400.000 manat tutularaq Azərbaycan Respublikasının X5 ödənilməsi, zərərçəkmiş şəxs “X15” Açıq Səhmdar Cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəymiş ziyanla bağlı Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərardan və sənədlərdən göründüyü kimi X8 sahibkarlığın inkişafı üçün 3.400.000 manat pul vəsaitinin sahibkara verilməsi üçün “X15” Açıq Səhmdar Cəmiyyətinə ayırmış, nəticədə isə Cavabdeh2 məbləğdən sui-istifadə etdiyindən həmin məbləğin X2ytarılması barədə hökm çıxarılmışdır. Hökm qanuni qüvvəsini almışdır.

27. Məhkəmə qeyd etmişdir ki, hökmlə artıq cavabdehdən 3.400.000 manat pul məbləği tutulmuşdur. Hazırkı iddia tələbi ilə müqavilələr əsasında iddiaçının tələb etdiyi pul məbləğlərinin cavabdehlərdən tutulması cavabdehləri təkrarən maliyyə yükü ilə yüklənməsinə, tutulmuş pul məbləğinin təkrarən tutulmasına səbəb ola bilər. Odur ki, iddia tələbi təmin edilərkən Cavabdeh2 tutulmuş 3.400.000 manat məbləğ nəzərə alınmalı, həmin məbləğin hazırkı müqavilələr üzrə götürülmüş əsas borclar ilə əvəz olunması iddiaçı “X15” ASC-yə həvalə edilməlidir.

28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kəndlifermer təsərrüfatının xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-0056 saylı kredit müqavilələri üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsini iddiaçı LPO “X15” ASC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin dəyərinin 2.500.000 manat olması müəyyə n edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır.

29. Məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində isə qeyd etmişdir ki, iddia tələbində Cavabdeh1 kəndlifermer təsərrüfatına məxsus torpaq sahəsinin ilkin satış qiyməti göstərilmədiyindən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən, ipoteka predmetinin dəyərinin 2.500.000 manat olması və aradan keçən müddətdə daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli o lduğundan məhkəmə “X14” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-011/2023 saylı rəyinə əsasən, ipoteka predmeti olan daşınmaz əmlakın likvid qiymətinin 3.362.000 manat olmaqla açıq hərracda satılması qərarına gəlmişdir.

30. Bundan əlavə, məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə tələbin girov predmetinə yönəldilməsi hissəsində qeyd etmişdir ki, mülki iş materiallarına əlavə olunmuş girov müqavilələrinə əsasən, girovqoyan Cavabdeh2 xx.xx.2012-ci il tarixli, 052520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girov saxlayana ona məxsus olan, nominalı 2 manat olmaqla, 42124 ədəd, cəmi dəyəri 84.248.0 manat olan, "xxxx" ASC-yə aid s ənədsiz adlı adi səhmləri banka girov qoymuşdur. Bununla da, bankın girov müqavilələri bağlandığı və girov predmeti olan əmlakın ona təhvil verildiyi andan həmin əmlaka münasibətdə girov hüququ yaranmışdır.

31. Məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.

32. İddia müddətinin tədbiqinə dair cavabdehin ərizəsinə münasibət bildirilərək məhkəmə hesab etmişdir ki, iddiaçı Abşeron Rayon Məhkəməsinə xx.xx.2016-ci il tarixdə müraciət etmiş, məhkəmə araşdırılması xx.xx.2019-cu il tarixinədək davam etdirilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. İddiçı tərəf xx.xx.2022-ci il tarixdə icraatın təzələnməsi barədə vəsatət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə iclasına gəlməməsi üzürlü hesab edilərək vəsatət təmin edilərək icraat təzələnmiş, mülki işin baxılması davam etdirilmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də, cavabdehin müddətin ötürülməsi ərizəsi əsaslı hesab edilə bilməz.

33. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 203.3.1, 281.1, 281.2, 295, 297, 298, 317, 319.1, 319.6, 385.1, 425.1, 442, 445, 739, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə 39.3.3, 47.4, 59.3, 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

34. Qətnamədən cavabdehlər Cavabdeh1 X12 və X3 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiya sı məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə baxılmışdır.

35. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göründüyü kimi kredit müqaviləsinin mahiyyəti kreditorun borcalana faizlər hesablamaqla pul verməsini, borcalanın isə həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmasından ibarətdir. Hazırki iş üzrə iş materiallarında kredit müqavilələri olsa da, qeyd edilən kredit məbləğlərinin cavabdehə verilməsini təsdiqləyən hər hansı bir sənəd əlavə edilməmişd ir. İş materiallarına sadəcə olaraq hesabdan çıxarış əlavə edilmişdir ki, bu da iddiaçı təşkilatın əlində olan, istənilən zaman müdaxilə edilə bilən və cavabdeh tərəfin imzası olmayan sənəddir ki, həmin hesabdan çıxarışa əsasən cavabdehdən bu qədər yüksək məbləğdə pulun tələb edilməsi, birinci instansiya məhkəməsinin isə sadəcə olaraq hesabdan çıxarışa istinad edərək kreditin cavabdehə verilməsini təsdiq etməsi, bunu təsdiq edən heç bir sübut olmadığı halda iddia tələbini təmin etməsi məhkəmənin birtərəfli qətnamə çıxarmasını göstərir. Kredit müqaviləsinin bağlanması kreditin verilməsini təsdiq edə bilməz. Kreditin verilməsini təsdiq edən əsas sənəd kassa məxaric orderləri və ya ödəniş tapşırıqları olmalıdır ki, hazırda iş materiallarında hər hansı bir belə bir sənəd yoxdur. Birinci instan siya məhkəməsinin mülki hüququn bütün normalarını pozaraq hazırda qüvvəsini itirmiş kredit müqavilələrinə xitam verməsidir. Məhkəmə qətnaməsinin 2-ci bəndində 2019-cu il tarixdə qüvvəsini itirmiş kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmişdir ki, bu isə yolverilməzdir. Elə qətnamənin nəticə hissəsinin ilk bəndindən də görünür ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan hazırda qüvvədə olmayan kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmişdir ki, bu isə artıq qətnamənin digər bəndlərinin hansı həssaslıqla araşdırıldığını və ədalətli və qanuniliyini sual altına alır. Hazırkı iş üzrə Cavabdeh2 məxsus səhmlərə girov müqaviləsi bağlamaqla yüklü edilmişdir. Lakin mülki qanunvericilikdə sadalanan girov növləri içərisində belə bir müddəa yoxdur. Birinci instan siya məhkəməsi bu hala diqqət yetirməyərək tutmanın qeyd edilən səhmlərə yönəltməklə kobud maddi hüquq normasını pozmuşdur. İddiaçı təşkilat qeyd edilə müqavilə üzrə səhmlərə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərməmiş, eyni zamanda qanunla nəzərdə tutulmuş digər prosedurları yerinə yetirməmiş, hüquqlarını lazımi qaydada qeydə aldırmamış, müvafiq dövlət orqanına məhkəməyə müraciət etməzdən əvvəl ərizə ilə müraciət etməmişdir. Həmçinin müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Belə ki, şəxsləri əsassız iddialardan qorumaq və mülki dövriyyənin sabitliyini təmin etmək üçün bu müddəalar tətbiq edilir. Hazırki iş üzrə hesab edir ki, iddiaçı təşkilat tərəfindən iddia müddəti ötürülmüşdür. Bundan əlavə ipoteka saxlayanın əsas vəzifələrindən biri ipoteka predmetinə tutma yönə ldərkən bildirişin surətini digər ipoteka saxlayanlara göndərməsidir. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş əmlakın yüklülüyü barədə çıxarışa nəzər yetirdikdə açıqca görünür ki, ipoteka predmeti olan əmlak başqa bankda da ipoteka ilə yüklü olmuş, iddiaçı təşkilat isə həmin banka ipoteka predmetinə tutma yönəldilməsi barədə heç bir məlumat verməmişdir. Bu isə artıq ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun pozulmasıdır ki, bu da işin baxılmamış saxlanılması üçün əsasdır. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlik də yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Tələbə məhkəmə qaydasında hazırkı mərhələdə baxılması yolverilməzdir. Əvvəla hazırda iddiaçı təşkilatın belə bir tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Çünki əmlakın iddiaçı tərəfindən, yaxud üçüncü bir şəxs tərəfindən və yaxud cavabdehlər tərəfindən hərracda alınıb-alınmayacağı hazırda məchuldur. Bu səbəbdən məhkəmənin iddianın həmin hissəsinə baxması belə kobud maddi hüquq pozuntusudur. Qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıq da, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Göründüyü kimi, yuxarıda da qeyd etdiyi kimi hazırkı iddia tələbinə baxılarkən cavabdehin ipoteka predmeti olan əmlakdan çıxarmağa məhkəmənin səlahiyyəti yoxdur. Bu birbaşa ipoteka haqqında qanunla tənzimlənir və gələcəkdə belə bir mübahisə yaranarsa o zaman gələcək mülkiyyətçinin belə bir tələblə məhkəməyə müraciət etməyə hüququ yaranacaqdır. Bu səbəblə birinci instansiya məhkəməsinin əmlakın boşaldılması hissəsində gəldiyi nəticə də tamamilə səhvdir. Mhkəmə tərəfindən xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş və ekspert rəyi alınmışdır. Lakin, birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi həmin ekspert rəyi cəmi 4 səhifədən ibarət olmaqla (ilk iki səhifəsi rəy barədə məlumatdır) 6 kredit müqaviləsi üzrə mühasibatlıq hesablamaları özündə əks etdirir. Kifayət qədər böyük məbləğlər və çox sayda kredit müqaviləsi üzrə ekspertin apardığı hesablamaların cəmi 2 səhifəyə sığdırılması ən azından məhkəmədə şübhə yaratmalı idi. Belə ki, qeyd edilən rəydə heç bir əsaslandırma aparılmamışdır. Ona görə də, məhkəmə həmin ekspert rəyini gördüyü andan tərəflərdən hər hansı birinin vəsatətinin olub-olmamasından asılı olmayaraq həmin rəyi mötəbər sübut kimi qəbul etməməli və əlavə ekspertiza təyin etməli idi. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Yuxarıda qeyd etdiyi kimi hazırkı iş üzrə verilmi ş ekspert rəyi kifayət qədər (hətta heç) əsaslandırılmadığından məhkəmə tərəfindən əlavə, yaxud təkrar ekspertizalar təyin edilməklə yenidən araşdırma aparılmalıdır

37. İş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/2102 saylı rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında imzalanmış kredit müqavilələrinin və həmin müqavilələrin əsasında imzalanmış razılaşmanın qeyd olunan şərtləri nəzərə alınaraq, Cavabdeh1 X7 iddiaçı LPO “X15” ASC-yə qeyd olunan müqavilələr üzrə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla, maliyyə arayışlarında borcun hesablandığı xx.xx.2016-cı il tarixə olan borc u aşağıdakı kimi müəyyən olunur: xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə üzrə əsas borc - 2773955,27 manat, faiz borcu - 117003,23 manat; xx.xx.2012-ci il tarixli 79-360-12 saylı müqavilə üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixə: əsas borc - 800000,00 manat, faiz borcu - 104400,89 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5%-lə hesablanmaqla: faiz borcu - 72888,89 manat; xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə: kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixə: əsas borc 150000,00 manat, faiz.borcu - 8323,17 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5%-lə hesablanmaqla: faiz borcu - 13666,67 manat; xx.xx.2013-cü il tarixli, 17436013 saylı müqavilə üzrə: kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2 014-cü il tarixə: əsas borc - 250000,00 manat, faiz borcu - 37000,00 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5%-lə hesablanmaqla: faiz borcu - 22777,78 manat; xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə: əsas borc - 400000,00 manat, faiz borcu - 16733,33 manat.

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-536/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddiaçı LPO “X15” ASC və Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-252012 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qət namə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.

39. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditlərdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır. Ekspert rəyindən həmçinin müəyyən edilir ki, əsas və faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən təmin edilərkən Məhkəmə Ekspertizası Mərkəzi nin xx.xx.2023-cü il tarixli, 9/5527 saylı rəyi əsasında müəyyən edilmiş həcmdə təmin edilmişdir. Hazırkı icraatda keçirilmiş ekspertiza tədqiqatına dair rəydəki hesablamaların cəmi eynilik təşkil edir.xx.xx.2012-ci il tarixli 79-360-12 saylı müqavilə üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra 72888,89 manat, xx.xx.2013cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra 13666,67 manat və xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra 22777,78 manat məbləğində 5%-lə hesablanmış qanundan irəli gələn faiz tələbləri müvafiq müqavilələr üzrə faiz borclarının cəminə daxil edilmişdir. Bu hal həm də iddiaçının iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışlarında da öz əksini tapmış və cavabdeh tərəfə də məlum olmuşdur.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən ekspert rəyləri Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

42. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Məhkəmə qətnaməsində 2019-cu il tarixdə qüvvəsini itirmiş kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gəlməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadı ğı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

44. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır.

45. Borcverən “X15” ASC və borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsinin qüvvədə olma müddəti 84 ay, yəni xx.xx.2019-cu il tarixinədək müəyyən olunmuşdur. Ona görə də, həmin müqavilənin məhkəmə qaydasında təkrarən ləğvinə məhkəmə kollegiyası zərurət görməmişdir.

46. Kassa məxaric qəbzlərinin olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan qanuni qüvvəyə minmiş Cavabdeh2 Azərbaycan Respublikasının CM-in 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-9/2021 nömrəli hökmündə hazırkı iş üzrə iddianın əsasını təşkil edən müqavilələr üzrə kreditlərin götürülməsi öz təsdiqini tapmışdır. İddiaçı həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olmuşdur.

47. İpoteka və girov predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun həmin predmetlərə yönəldilməklə, onların satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənil məsini tələb edə bilər. Əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır.

48. Məhkəmə kllegiyası qeyd etmişdir ki, ipoteka və girov predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlər cavabdeh tərəfə göndərilmiş və müvafiq olaraq reyestrdə qeydə alınmışdır, o cümlədən işdə olan (İ cild iş v.100) Milli Depozit Mərkəzinin xx.xx.2016-cı il tarixli 01/02947 nömrəli məktububnun surətindən görünür ki, xx.xx.2016-cı il tarixində iddiaçı tərəfindən təqdim olunan bildiriş “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində” qeydə alınmışdır. Odur ki, iddia tələbi ipoteka və girov predmetlərinə tutma yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin müvafiq olaraq torpaq sahəsindən çıxarılması hissəsində də əsaslı olmuşdur.

49. Məhkəmə kollegiyası iddia müddətinin tədbiqinə dair şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Abşeron Rayon Məhkəməsinə xx.xx.2016-ci il tarixdə müraciət etmiş, məhkəmə araşdırılması xx.xx.2019-cu il tarixinədək davam etdirilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır.

50. İşdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə xx.xx.2019-cu il tarixədək, xx.xx.2012-ci il tarixli 79-360-12 saylı müqavilə xx.xx.2014-cü il tarixədək, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə xx.xx.2014-cü il tarixədək, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı m üqavilə xx.xx.2014-cü il tarixədək, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə isə xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur.

51. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə hazırkı iş üzrə baxılmamış saxlanma haqqında qərardadın ləğvi barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, göstərilən iş üzrə iddiaçı ləğv prosesində olan “X15” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ünvanına məhkəmə baxış iclasının vaxtı barədə bildiriş daxil olmamışdır. Buna görə də xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasından məlumatı olmamışdır.Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işin baxılımasının davam etdirilməsi qərara alınmış, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixl i qərardadı ilə təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır.

52. Qərardadda göstərilmişdir ki, işin 262-ci vərəqində birinci instansiya məhkəməsinin bildirişindən göründüyü kimi, məhkəmə iclası 4 yanvar 2019-cu il tarixə, saat 11:00-a təxirə salınmışdır. Lakin həmin bildirişin lazımı qaydada, yəni “xəbərnaməli” olaraq tərəflərə çatdırılması iş materialları ilə təsdiq olunmur. Bundan əlavə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Abşeron Rayon Məhkəməsinin 4 yanvar 2019-cu il tarixli qərardadı MPM-nin 135.1-ci maddəsinin tələbinə əsasən sifarişli poçt göndərişi ilə çatdırılmamışdır.

53. Bütün qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, baxılmamış saxlama haqqında həmin qərardad iddia müddətinin ümumi qaydada davam etməsinə səbəb olmamış və məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddətinin axımının kəsilməsi halı fasiləsiz olaraq davam etmişdir və iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

54. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 279, 295, 317, 319, 381, 385, 442, 443, 445, 448, 739-cu maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

55. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti ape llyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir, lakin hər iki instansiya məhkəməsi həmin rəyi məcburi hesab etmiş və yenidən ekspertiza təyin etmədən həmin rəy üzrə borc məbləğlərini tutmuşdur. Eyni zamanda burada nəzərə alınmalı idi ki, həm birinci, həm də apellyasiya instansiyası zamanı eyni ekspert tərəfindən verilmiş iki rəy arasında da ziddiyyətlər vardır. Belə ki, eyni ekspert birinci instansiya zamanı borc məbləğini hesablayarkən faiz borcunun məbləğini 5 faizlə hesablanmış məbləğlə birikdə qeyd etmiş və ayırmamışdır. Eyni ekspert apellyasiya icraatı zamanı verdiyi rəydə əvvəl sırf müqavilə üzrə faiz borcu olaraq qeyd etdiyi məbləği artıq həm faiz hə də 5 faizlə hesablanmış məbləğ olaraq ayırmışdır. L akin yenə də borcun necə hesablandığını qeyd etməmiş, rəyini əsaslandırmamışdır. Lakin məhkəmələr qeyd edilən natamam və birtərəfli (iddiaçının iddia tələbində qeyd edilən rəqəmləri sırf təsdiq etmək üçün tərtib edilmiş) rəyi sübut qismində nəzərə almaqla borc məbləğini ekspert rəyinə uyğun hesabamışdır.

57. Bundan başqa, iş üzrə hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyaisya şikayətləri tərtib edilmiş və elektron qaydada verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin hakimi əsas borclunun şikayətinə deyil, sırf ipoteka saxlayanın şikayətinə baxmış və öz qətnaməsində də sırf ipoteka qoyana münasibətdə apelyasiya şikayətinə baxıldığını bildirmişdir. Halbuki apellyasiya məhkəməsinin vəzifəsi hər bir tərəfinə şikayətinə qanuni qaydada baxmaq və müvafiq qətnamə qəbl etməli idi.

58. İddiaçı eyni zamanda iddia müddətini ötürmüş və məhkəmə bunu düzgün qiymətlənirməmişdir.

59. Həmçinin, cavabdeh hesab etmişdir ki, hazırki mülki müqavilə üzrə mübahisə kommersiya xarakterli mübahisədir və işə rayon-şəhər məhkəməsi tərəfindən baxılmalı deyildir. Lakin işə rayon-şəhər məhkəməsi tərəfindən baxılmışdır. İşə baxmağa səlahiyyəti olmayan məhkəmə tərəfindən baxılması qətnamənin ləğvi üçün əsasdır.

60. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 300, 372.1, 373.2, 381.1, 743.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

61. Cavabdeh1 X12 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün həmin məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

62. Kassasiya şikayəti digər cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin cavabdehi ipoteka predmeti olan əmlakdan çıxarmaq barədə qənaətə gəlməsi yanlışdır. Belə ki, belə bir tələbə məhkəmə qaydasında hazırkı mərhələdə baxılması yolverilməzdir. Əvvəla hazırda iddiaçı təşkilatın belə bir tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Çünki əmlakın iddiaçı tərəfindən, yaxud üçüncü bir şəxs tərəfindən və yaxud cavabdehlər tərəfindən hərracda alınıb-alınmayacağı hazırda məchuldur. Bu səbəbdən məhkəmənin iddianın həmin hissəsinə baxması belə kobud maddi hüquq pozuntusudur.

63. Apelyasiya məhkəməsinin işə qanuni və ədalətli bağmadığını sübut edən digər bir d əlildir. Belə ki, iş üzrə hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyaisya şikayətləri tərtib edilmiş və elektron qaydada verilmişdir. Lakin apelyasiya instansiya məhkəməsinin hakimi əsas borclunun şikayətinə deyil, sırf ipoteka saxlayanın şikayətinə baxmış və öz qətnaməsində də sırf ipoteka qoyana münasibətdə apelyasiya şikayətinə baxıldığını bildirmişdir

64. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə razılaşmayaraq yenidən ekspertiza keçirilməsi qənaətinə gəlmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi zamanı verilmiş ekspert rəyi natamamdır və lazımi qaydada əsaslandırmamışdır. Lakin sonradan birinci instansiya məhkəməsində rəy vermiş ekspert yenidən heç bir dəyişiklik və əsaslandırma etməd ən yenidən eyni rəyi vermiş, apellyasiya instansiya məhkəməsi isə verilmiş sonuncu rəylə razılaşmışdır. Göründüyü kimi məhkəmə təkrar ekspertiza keçirilməsi barədə vəsatətlərini təmin etməməklə hüquqlarını pozmuşdur.

65. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 300, 372.1, 373.2, 381.1, 743.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddələrinə, “İpoteka haqqında Azərbaycan Respublikası qanununa istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

66. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

72. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

73. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

74. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

75. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

76. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 77. 372.7. Apellyasiya instans iyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 78. 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırki kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Kassasiya şikayəti verən hər iki cavabdehin kassasiya şikayətlərinin dəlillərindən biri onunla əlaqədardır ki, iş üzrə hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyaisya şikayətləri tərtib edilmiş və elektron qaydada verilmişdir. Lakin apelyasiya instansiya məhkəməsinin hakimi əsas borclunun şikayətinə deyil, sırf ipoteka saxlayanın şikayətinə baxmış və öz qətnaməsində də sırf ipoteka qoyana münasibətdə apelyasiya şikayətinə baxıldığını bildirmişdir.

86. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır.

87. Belə ki, “Elektron məhkəmə” İnformasiya sistemindən məlum olur ki, iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(012)-3033/2023 nömrəli qətnaməsindən həm Cavabdeh1 X12, həm də Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.Lakin apellyasiya instansiyası məhkəməsi sadəcə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq icraata qəbul etmiş və həmin apellyasiya şikayətinə baxaraq müvafiq qətnamə qəbul et mişdir.

88. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 X7 apellyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünün yoxlanılması və apellyasiya şikayətinə baxılması ilə əlaqədar prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Prosessual hüquq normalarının belə pozuntusu apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı məhkəmə aktı qəbul etdiyi qənaətinə gəlməyə imkan vermir.

89. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şərh olunan prosessual hüquq normalarının pozulması ilə əlaqədar cavabdehlər Cavabdeh1 X12 və X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan kassasiya şikayətlərinin digər dəlillərinə hüquqi qiymət verilməsi zərurəti yoxdur.

90. Yuxarıda şərh edilənlərə görə cavabd ehlər Cavabdeh1 X12 və X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli 2(105)-536/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən Cavabdeh1 X7 apellyasiya şikayətinin mümkünlüyünə də hüquqi qiymət verilməli, həmin apellyasiya şikayəti də mümkün hesab ediləcəyi təqdirdə hər iki cavabdehin apellyasiya şikayətinə baxılaraq maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyas ı qərara aldı: Cavabdehlər Cavabdeh1 X12 və X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli 2(105)-536/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar