Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3213/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1507/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin xx.xx.2014-cü il tarixdə faktiki qəbul etməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən, məruzəçi), G.Abbasov və R.Rəfiyev, 2(107)-3215/2019 saylı mülki iş) hazırkı iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1507/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə faktiki qəbul etməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, bildirmişdir ki, iddiaçı mirası faktiki olaraq qəbul etmiş, valideynlərinin yas mərasimində iştirak etmiş, atasından miras qalmış bir neçə daşınar əmlakı əldə etməklə mirası qəbul etmişdir. Prosessual məsələlər: Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Bayramov Zaur Vahid oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya şikayətində maddi hüquq normasının düzgün tətbiq olunmamasına işarə edən heç bir dəlili yoxdur və işdə Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsində nəzərdə tutulan hallara yol verilməsi aşkar edilmir. Mübahisə ilə bağlı kassasiya məhkəməsinin mövqeyi: Miras qoyan tərəflərin atasıdır və o, 2004-cü ildə vəfat etmişdir. Mirasqoyanın vəfatından sonra evdə cavabdehin yaşaması işin mübahisəsiz halıdır. İddiaçı mirası qanunla müəyyən edilən müddət ərzində rəsmi olaraq qəbul etməmişdir. İddiaçı mirası faktiki olaraq qəbul etdiyini mübahisələndirir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə verilməmiş, iddiaçı miras qoyanın sağlığında ata evində yaşasa da, 1985-ci ildə ailə qurduqdan sonra ər evinə köçmüş, orada yaşamış, həmin evə qeydiyyata düşməklə hazırkı vaxta kimi qeyd edilən evdə yaşayır. İddiaçı 1-ci instansiya məhkəməsinə müraciət edərkən miras evi faktiki olaraq qəbul etməsinə istinad etmiş, lakin həmin faktı təsdiq etdirə bilməmişdir. Apelyasiya şikayətində iddiaçı başqa dəlil irəli sürərək atasından miras qalmış bir neçə daşınar əmlakı qəbul etməklə mirası bütövlükdə qəbul etdiyini bildirmişdir. Lakin apelyasiya instansiyasında iddiaçı bu faktı da təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Ona görə apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq miras əmlakı vərəsə olaraq qəbul etməsinə dair hər hansı bir sübut təqdim etməmiş, mütəmadi olaraq normal halda ata evinə gəlib getmək iddiaçının miras əmlakı faktiki qəbul etməklə idarə etməsi anlamına gəlmir. Vərəsənin bir gün miras qoyanın yas mərasimində iştirak etməsi və ya həmin miras əmlaka qonaq kimi gəlib-getməsi kifayət deyildir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçının “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmamışdır. İddiaçı miras qoyanın sağlığında miras evdən gəlin köçməklə çıxaraq daimi yaşamaq üçün başqa ünvana köçmüş, onun daimi yaşayış yeri olmuşdur. Miras qoyan şəxs X2 ölümündən sonra, yəni miras açıldığı gündən iddiaçı X3 vərəsə kimi mirası faktiki olaraq qəbul etməmiş, miras evdə yaşamamış, mi ras əmlaka faktiki olaraq yiyələnməmiş, miras əmlaka sahiblik etməmiş, miras əmlakı idarə etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, mirası qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı mirası faktiki qəbul etməsi barədə sübutlar təqdim etmədiyindən işə baxan apellyasiya instansiyası məhkəməsi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3213/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3213/2020
09.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver