Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3214/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 və vəkili Əliyev Həbib Əli oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-113/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı4 kassasiya şikayətinə açı q məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tаrixli, 2(033)-286/2019 saylı qətnaməsi ilə (hakim E.H.Məmmədov), iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı 14 mart 2005-ci il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-84 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manatın İddiaçı1 tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-113/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və A.A.Mahmudov), İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(033)-286/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 ərizəsini onunla əsaslandırmışdır ki, ailə ehtiyacları olduğu üçün ərinin dostu olan Abdulla Qurbanovun adamlarına 0.23 ha hesabı ilə 6 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.38 ha torpaq sahəsini satmaq qərarına gəlmişlər. Torpağın satılması ilə bağlı Abdulla Qurbanov razılaşdıırlmış 10.000.000 manatı onlara verməmişdir. Onlar dövlət aktını Abdullaya vermiş, sonradan eşitmişlər ki, alqı-satqı olub, lakin pulu ala bilməyiblər. Məhz belə olduğu üçün hazırki tələblə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və İddiaçı4 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı4 və onların vəkili X3 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlə r ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı1 teleqramla, Zaqatala rayon 02 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məktubla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 və vəkili Əliyev Həbib Əli oğlu kassasiya şikayətinin dəlillə rinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 və vəkili Əliyev Həbib Əli oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı4 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyas ının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düz gün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş 14 mart 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan 0.92 ha torpaq sahəsini Cavabdeh1 10.000.000 manata (AZM) satmışlar. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri X2 17 noyabr 2015-ci ilə tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2(033)-866/2016 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı mübahisələndirilən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin ona verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Hansı ki, sözügedən qətnamə Şəki A pellyasiya Məhkəməsinin 2(107)-1355/2016 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 29 may 2019-cu il tarixli, 8127 nömrəli ekspert rəyindən görünür ki, mübahisələndirilən 14 mart 2005-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindəki İddiaçı1 adının qarşısındakı imza onun özü tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş seriya MH ******* saylı çıxarışdan görünür ki, həmin çıxarış əsasında alqı-satqının predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabında 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının 29 oktyabr 2019-cu il tarixli, 2(107)-2778/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Ədliy yə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Arxivində saxlanılan Zaqatala rayon Dövlət Notariat Kontorunda notariat hərəkətlərinin qeyd edilməsi üçün 4-Ə reyestri kitabının 84-cü sırasında, 14 mart 2005-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqavilələrinin təsdiq edilməsi üçün “İddiaçı1” və “anaİddiaçı1” sözlərinin qarşısında imzaların kim tərəfindən edilməsinin müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2019-cu il tarixli, 27813 nömrəli rəyindən görünür ki, ekspertizay a təqdim olunmuş Zaqatala şəhər Dövlət Notariat Kontorunun 4Ə (02.01.2005, № 1 06.04.2005, № 134) reyestrli notariat kitabının 28-ci vərəqəsində “84” sıra nömrəsində “İddiaçı1” və “ana - İddiaçı1” yazılarının qarşısındakı imzalar - İddiaçı1 tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, məhkəmənin sorğusu ilə Zaqatala rayon Dövlət Notariat Kontorunda 14 mart 2005-ci il tarixdə 4Ə-84 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti alınmış, notariat işinə baxış keçirilmiş və mülki iş materiallarına əlavə edilmişdir. Həmin notariat işindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 0.7828 ha torpaq sahəsini Cavabdeh1 satılmışlar. Müəyyən edilmişdir ki, tərəflər arasında 14 mart 2005-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağl anmış, iddiaçılar 10.000.0000 manat pul müqabilində sözügedən torpaq sahəsini cavabdehə satmışlar. Hazırda isə iddiaçı alqı-satqı müqaviləsini mübahisələndirərək etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 alqı-satqı müqaviləsində və müqavilənin qeydə alındığı 4-Ə reyestrli notariat kitabında olan imzaların ona məxsus olmadığını bidirsə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizaları nəticəsində sözügedən imzaların İddiaçı1 tərəfindən imzalandığı müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyilərinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəl lənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqısatqı müqaviləsinin formasının qanuniliyi şərtlə rinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə- alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üstüstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, l akin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Apelyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçılar tərəflər arasında mübahisələndirilən torpaq sahəsini könüllü olaraq Cavabdeh1 satdıqlarından onların həmin mülkiyyətə dair huquqları özlərinin iradə ifadəsi (paylarını satması ilə) olaraq cavabdehə keçmişdir. Məhz bundan sonra cavabdeh, torpaq sahəsini tam hüquqi əsaslarla əldə etmişdir. İşdən görünür ki, iddiaçılar İddiaçı1 və qeyriləri mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 10 ildən artıq müddət keçdikdən sonra sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşlər. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraql ı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddət olduğundan həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar notarial qaydada təsdiq edilmiş 14 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öz mülkiyyətində olmuş torpaq sahəsini 10.000.000 manata (AZM) cavabdehə satıblar və bundan sonra həmin sahəni boşaldaraq sonuncuya təhvil veriblər. 24 sentyabr 2009-cu il tarixli “hüqu qların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Göründüyü kimi, iddiaçıların alqı-satqı müqaviləsinin bağlandığı andan (14 mart 2005-ci il) məlumatlı olmuş, lakin iddiaçı 2019-cu ildə hazırkı iddianı qaldırmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nə ticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-113/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2(102)-3214/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3214/2020
25.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver