Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3214/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayandırılması və həmin sexin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayandırılması və həmin sexin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-132/2022 nömrəli mülki iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ndən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0,0366 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 128,8 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmin torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 236,07 kvm olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X5, X3 və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Yevlax şəhəri İcra Hakimiyyəti Başçının tərəfindən ve rilmiş 41 №-li, 18 aprel 2016-cı il sərəncamına əsasən Cavabdeh mülkiyyətində olan 0.0402 ha torpaq sahəsinin 49.0 kv.metrində tikilmiş mövcud binada sanitariya qaydalarına, təbiətin mühafizəsi haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə sahibkarlıqla məşğul olmasına razılıq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz tikilmiş çörək sexinin fəaliyyətinin dayandırılması, həmin qanunsuz tikilinin sökülməsi barədə qətnaməı çıxarılmasını xahiş et mişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı XXX şəhəri XXX küçəsində yerləşən XXX saylı evin mülkiyyətçisdir. Cavabdeh onunla qonşuluqda yaşayır və yaşadığı evə bitişik olaraq çörəkbişirmə sexi tikmiş və orada çörək istehsalı ilə məşğuldur. Cavabdehin yaşayış binasına bitişik şəkildə çörəkbişirmə sexi tikməsi nəticəsində qıcqıran drojun iyindən, qazın, buxarın, tüstünün, səs-küyün, istiliyin və titrəyişlərin təsirindən öz evində rahat yaşaya bilmir. Çörək sexi qanunsuz fəaliyyət göstərməklə bərabər, onun əmlakı və ailəsinin, uşaqların səhhəti üçün ciddi təhlükədir.
6. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 sentyabr 2020-ci il tarixli, 2(039)-1688/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
7. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/293 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Yevlax şəhəri ünvan 3 ünvanda aparılmış tikinti işlərinə dair icazə sənədi olduğu, lakin aparılmış tikinti işləri layihə sənədlərinə uyğun olmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.Y və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Həmin ekspert rəy inin təsviri hissəsində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş və baş memar tərəfindən razılaşdırılmış layihədə çörək sexinin 2 otaqdan ibarət olmaqla, tikinti sahəsi 49,0 kv.m göstərilsə də, həmin çörəkbişirmə sexinin otaqları faktiki olaraq ümumi sahəsi 154,0 kv.m olmaqla layihəyə uyğun inşa olunmamışdır.
8. Birinci instansiya məhkəməsinin 2(039)-71/2021 nömrəli iş üzrə 12 avqust 2021ci il tarixli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia tələbinin təmin edilməsi, ünvan 4 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsində yerləşən çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılması və çörəkbişirmə sexinin cavabdeh tərəfindən sökülməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesab ına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə məxsus çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılmasını və sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 165 və 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayət i verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir halda qanunsuz fəaliyyət göstərmir. XXX şəhərində yaşayan əhalinin 25%-nin çörəyə olan eһtiyacını təmin edir. Tam normal səviyyəli, gigiyena qaydalarına əməl edən bir sex kimi fəaliyyət göstərir. Onun qanunsuz fəaliyyət göstərməyi ilə bağlı nə sanitar gigiyena idarələri, nə Fövqəladə Hallar Nazirliyi, nə ərzağa nəzarət edən inzibati idarələr, nə də yerli İcra Hakimiyyəti bu məsələ ilə bağlı heç bir narahatçılıq yaradacaq qərarlar qəbul etməmişdir. Orada texniki avadanlıq elə qurulmuşdur ki, sexin fəaliyyəti şəxsin sağlamlığına və həyatına təsir edə biləcək heç bir əsaslar mövcud deyildir. Çörək sexini n fəaliyyəti qanunvericiliyin tələblərinə müvafiq olaraq aidiyyatı dövlət idarələri tərəfindən təsdiq edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 10 noyabr 2021-ci il tarixli, 2(107)-2057/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ekspert rəyin verilməsi həvalə edilmişdir.
14. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 29/1-3951 nömrəli rəyə əsasən Agentliyin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Yevlax rayonu, Yevlax şəhəri, ünvan 4 ünvanında fəaliyyət göstərən cavabdehə məxsus “Çörək sexi’’nə baxış həyata keçirilmişdir. Keçirilən baxış zamanı məlum olmuşdur ki, çörək bişirilməsi üçün əsas 4 avadanlıqdan - qarışdırıcı, kündəkəsən, kündəvuran və sobadan istifadə edilir. Baxış zamanı yuxarıda qeyd olunan ünvanda fəaliyyət göstərən “Çörək sexi”ndə hər hansı üfunət iyi və yad qoxu aşkar edilməmişdir. "Çörək sexi”ndəki əsas soba qonşu divardan əks istiqamətdəki divarda yerləşdirilmişdir. Soba çalışarkən qonşuluqda yaşayan insanlara təsir edəcək hərarət müşahidə edilməmişdir. “Çörək sexi”ndə sanitar-norma qaydalarına riayət olunması, işçilərin tibbi qoruyucu vasitə olan maskadan, əlcəkdən və bonedən istifadə etməsi müəyyən edilmişdir. Əlavə olaraq, sexdə istifadə olunan taxta rəflərin, işçi masaların üzərinin gigiyenik səthə malik olması müəyyən edilmişdir. Beləliklə ətrafda yaşayan insanların evində rahat yaşamalarına ciddi maneə aşkar edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin 2(107)-132/2022 nömrəli mülki i ş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi 10/293 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində göstərilmişdir ki, iddiaçının yaşayış evində tikinti aparılan hissədə hər-hansı bir ziyan dəyməmişdir.
17. Belə ki, hər iki ekspert rəyində mübahisəli çörək sexinin qonşuluqdakı yaşayış evinə hər hansı zərər vurmadığı təsdiq olunmuşdur. Çörək sexinin layihəyə uyğun inşa olunmaması məsələsi isə müvafiq dövlət orqanları tərəfindən mübahisələndirilə bilər.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 170.1, 170.2, 171.1, 171.2, 180.4, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.
20. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh həmin ünvanda başqa faəliyyət növü (tikinti materiallarının satışı) ilə də məşğuldur. Bu fəaliyyətin iddiaçı üçün heç bir mənfi təsiri ola bilməzdi. İddiaç ı dəfələrlə cavabdehə müraciət edərək həyətdə olan sahibkarlıqla bağlı iki fəaliyyət növünün yerlərinin dəyişdirilməsini xahiş etmişdir.
21. Çörək kombinatının fərdi yaşayış evlərin cərgəsində tikilməsi düzgün deyil. İddiaçıya məxsus fərdi yaşayış evi ilə həmin obyektin ara məsafəsi 0.70 metrdir.
22. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qərardadda ekspert qarşısında konkret olaraq hansı sualların qoyulması ilə bağlı iddiaçının vəsatətinə laqeyidliklə yanaşılmış, mübahisə ilə bağlı iddiaçı tərəfin münasibəti nəzərə alınmamışdır.
23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 169, 169.2, 169.3, 169.4, 170, 170.1, 170.2, 171.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 10, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsləri n hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinmə lidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
30. Maddə.176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
32. Maddə 57.2. Tikinti obyekti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir.
33. Maddə 57.4. Tikinti obyekti səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir.
34. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahəl ərin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh XXX şəhəri XXX küçəsində qonşu evlərin mülkiyyətçiləridirlər. İddiaçı ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh iddiaçının yaşadığı evə bitişik çörəkbişirmə sexi tikmiş və orada çörək istehsalı ilə məşğuldur. İddiaçı həmin tikilinin sökülməsini tələb edir və hesab edir ki, çörək sexi qanunsuz fəaliyyət göstərməklə bərabər, onun əmlakı və ailəsinin, uşaqların səhhəti üçün ciddi təhlükədir.
46. Məhkəmə ekspertin gəldliyi qənaəti işdə olan digər hallarla birgə dəyərləndirməmişdir. Belə ki, mübahisələndirilən ünvanda aparılmış tikinti işlərinə dair icazə sənədi olsa da, aparılmış tikinti işləri layihə sənədlərinə uyğun deyildir. Həmin ekspert rəyində göstərilmişdir ki, layihədə çörək sexinin 2 otaqdan ibarət olmaqla, tikinti sa həsi 49,0 kv.m göstərilsə də, həmin çörəkbişirmə sexinin otaqları ümumi sahəsi 154,0 kv.m olmaqla layihəyə uyğun inşa olunmamışdır.
47. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, tikintinin müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan daha geniş ölçüdə inşa edilməsi və yaxud razılıq verilən ölçüdə inşa edilməməsi iddiaçının hüquqlarını pozan hal deyil, bu məsələni mübahisələndirmək müvafiq icra hakimiyyəti orqanının səlahiyyətidir.
48. Kollegiya belə qənaətlə razılaşmır. Əvvəla, ekspert rəyi mövcud sexin özbaşına olaraq genişləndirilməsini təsdiq edir. Mübahisə həll edilərkən mövcud ölçüdə sörək sexinin fəaliyyət göstərməsi nəticəsində iddiaçının hüquqlarının pozulub-pozulmaması araşdırılmalı idi.
49. Bunun üçün məhkəməyə lazım gəlirdi ki, çörək sexinin sakinlərin kompakt yaşadığı bir massivdə fəaliyyət göstərməsinin qanuna uyğun olub-olmaması, çörək sexi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında çox az məsafənin olması baxımından, gələcəkdə hər hansı bir fövqaladə vəziyyət yarandıqda, bədbəxt hadisənin qarşısını almağın mümkün olub-olmaması, belə təhlükənin sığortalanıb-sığortalanmaması fonunda aydınlaşdırsın.
50. Eyni zamanda çörək sexində işlənən qazın, ağır qoxuların, səs-küyün, tozun, bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərin müəyyən edilməsi üçün səlahiyyətli ekspertdən mütəxəssis rəyi alınsın. Çünki, Apellyasiya Məhkəməsinin iddianı rədd etmək üçün istinad etdiyi Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi əməkdaşlarının tərtib etdiyi akt mötəbər sübut hesab oluna bilməz. Həmin idarənin ə məkdaşları qeyd olunan məsələrlə bağlı rəy vermək səlahiyyəti olan şəxslər deyil. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin edə bilər. X1 əməkdaşları iddianın düzgün qiymətləndirilməsi üçün zəruri olan yuxarıda qeyd olunan məsələlərlə bağlı rəy vermək üçün xüsusi biliyə malik deyillər. Onlar çörək istehsalı zamanı qida təhlükəsizliyi qaydalarına riayət edilib-edilməməsi ilə bağlı rəy verə bilərlər.
51. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün yuxarıda qeyd olunanlarla yanaşı aydınlaşdırılması zəruri olan suallara cavablar tapılmalıdır. O cümlədən, faktiki ölçüsü nəzərə alınmaqla çörək sexinin yaşayış məntəqələrinin kompakt yerləşdiyi ərazidə fəaliyyətinin mümkün olub-olmaması, tərəflərin evlərinin yaxın yerləşməsi nəzərə alınaraq (ekspe rt rəyinə görə bir metrdən az məsafədə yerləşir) sexin fəaliyyəti ilə bağlı yaranmış səs-küy, qoxunun iddiaçının, onun ailəsinin hüquqlarını pozub-pozmaması aydınlaşdırılmalıdır.
52. Cavabdeh özü etiraf edib ki, (apellyasiya şikayətində) XXX şəhərində yaşayan əhalinin 25%-nin çörəyə olan eһtiyacını təmin edir. Deməli, həmin sex kifayət qədər istehsal gücünə malik obyekt kimi fəaliyyət göstərir. Ona görə belə obyektin yaşayış massivində fəaliyyətinin qanunauyğunluğu ilə bağlı kompleks mütəxəssis rəyinə (o cümlədən insanların təhlükəsizliyi ilə bağlı məsələnin aydınlaşdırılması üçün) zərurət yaranır.
53. Nəzərə almaq lazımdır ki, hazırkı iddia o halda rədd edilə bilər ki, fəaliyyət göstərən çörək sexi qonşunun hüquqlarını pozmamış olsun. Apellyasiya Məhkəməsi məhz bu məsələ ilə bağlı halla rı tam olaraq aydınlaşdırmamışdır.
54. Bu səbəbdən işə yenidən baxılarkən həmin tikili ilə bağlı dəyərləndirmə aparılmalı, tikilinin iddiaçının hüquqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparmaqla mübahisəyə hüquqi qiymət verilməlidir.
55. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-132/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.