Məhkəmə qərarları › İş №2(102)-3216/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3216/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3216/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Maraqlı şəxs vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(103)-1069/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 08.07.2009-cu il tarixli, ****09 nömrəli müqaviləyə əsasən Cavabdeh firması ünvan 1 ünvanda olan binanın birinci mərtəbəsində yerləşən, sahəsi 72 kv.m. olan 8 №-li mağazanı inşa edərək İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 2.222 manat olmaqla, ümumilikdə 160.000 ABŞ dolları (Milli Bankın ödəniş aparılan günə məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaitini Cavabdeh firmasına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin pul məbləğini cavabdehə ödəmişdir. Lakin cavabdeh qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh Firmas ına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.07.2009-cu il tarixli, ****09 saylı müqaviləyə əsasən ünvan 2 ünvanındakı Cavabdeh Firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m. olan 8 saylı dükanın onun istifadə və sahibliyinə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Firması ilə bağlanmış 08 iyul 2009-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 160.000 ABŞ dolları məbləğdə pulu ödəmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini pozaraq, ona aid dükanı təhvil verməkdən imtina edir. Müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Əgər həmin öhdəliklərin icrası obyektiv səbəblərdən mümkün deyilsə, 8 il bundan qabaq ödənilmiş 160.000 ABŞ dolları məbləğində vəsait və həmin məbləğə hesablanmış bank faiz dərəcələri ilə ona qaytarılmalıdır.

4. Cavabdeh Firmasının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbini etiraf etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(005)797/2018 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanda binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 72 kv.m. olan 8 saylı mağazanın Cavabdeh Firması tərəfindən iddiaçının sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh firmasının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiym ətləndirilməlidir. Belə ki, cavabdeh 08.07.2009-cu il tarixli, ****09 saylı müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya təhvil verməli olduğu mağazanı müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada təhvil verməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə təhvil verməli olduğu qeyri-yaşayış sahəsini iddiaçının sahibliyinə və istifadəsinə verməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 139, 146,385.1, 386.1, 442, 445 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmlş qətnamə ipoteka saxlayan kimi "xxxx" ASC-nin mənafelərinə toxunur. Belə ki, Cavabdeh firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əs as sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. Mübahisəli əmlak üzərində bankın ipoteka müqaviləsindən irəli gələn ipoteka hüququnun mövcud olmasına və iddiaçının iddia tələblərinin bankın maraqlarına toxunmasına baxmayaraq, bank qeyd edilən iş üzrə icraata cəlb edilməmiş və nəticədə birbaşa bankın hüquq və mənafelərinə toxunan qətnamə qəbul edilmişdir. Həmçinin bu iş üzrə qətnamə qəbul edilən zaman, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında artıq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi kollegiyasının 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsi mövcud olmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(103)-1069/2021 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-797/2018 saylı iş üzrə 21 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı Cavabdeh Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən "xxxx" ASC-yə münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tam amlığı prezumpsiyasını nəzərə almamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(005)-797/2018 saylı qətnaməsindən şikayət vermək üçün subyektiv hüquqa malik deyildir. Maraqlı şəxsin hazırki mülki iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs olmasını və verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun vaxtında verilib-verilməməsini müəyyən etmək v acibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, maraqlı şəxs çıxarılmış məhkəmə qətnaməsinin onun hansı hüquqlarını pozduğunu göstərməli və əsaslandırmalıdır. Lakin bunlar nə qətnamədə, nə də Nərimanov Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli 2(005)-797/2018 saylı qətnaməsindən verilmiş şikayətdə öz əksini tapmamışdır. Azərbaycan Respublikası MPMnin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırki iş üzrə apellyasiya şikayəti 2 ildən də çox müddət keçdikdən sonra verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(005)-797/2018 saylı qətnaməsinin çıxarılması üçün əsas olmuş İddiaçı ilə Cavabdeh firması arasında 08.07.2009-cu il tarixdə müqavilə bağlandıqdan s onra mübahisə predmeti olan əmlak 30.06.2011-ci il tarixli ****6/2nömrəli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipotekaya qoyulmuşdur. Qeyd olunan məsələdə maraqlı şəxsin hansı hüququnun pozulması aydın deyil. Belə ki, qeyd olunan ipoteka müqaviləsi maraqlı şəxs ilə deyil, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə bağlanmışdır və burada hər hansı bir tələbi Azərbaycan Respublikası Mərkəzi Bankı və ya onun səlahiyyətli nümayəndələri irəli sürə bilər. Maraqlı şəxs ilə Cavabdeh firması arasında 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlandığı vaxtdan xeyli müddət əvvəl iddiaçı ilə Cavabdeh firması arasında 08.07.2009cu il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahə si 16100.5 kv.m. olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində sahəsi 72 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Yəni 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanarkən, əslində iddiaçının hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Maraqlı şəxsin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Maraqlı şəxs ilə Cavabdeh firması arasında imzalanan 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 5.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki: Bu müqavilənin 3.1-ci bəndində göstərilən qeyri-yaşayış binasının təmir, tikinti və quraşdırma işləri başa çatdıqdan sonra mümkün olan ən qısa müddətdə, lakin 90 (doxsan) təqvim günündən gec olmayaraq ipoteka predmetinin tərkibinə daxil olan torpaq sahəsini və onun üzərində inşa edilməklə tikintisi başa çatdırılmış qeyri-yaşayış binasını vahid əmlak obyekti kimi dövlət reyestrində qeydə aldırmağı və kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində qeyd edilən vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun qanunvericiliklə müəyyənləşdirilən qaydada rəsmiləşdirilməsini təmin etməyi” öhdəliyi götürmüşdür. Sonrakı ipoteka müqaviləsinin istinad edilən müddəasından da göründüyü kimi, həmin binanın yalnız beş mərtəbəsi deyil, inşası başa çatdıqdan sonra vahid əmlak obyekti kimi bütövlükdə ipoteka qoyulmuşdur və bu barədə tərəflərin aydın iradə ifadəsi olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Maraqlı şəxs məhkəmə iclasında iştirak edən vəkili Vəkil2 kass asiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

16. İş üzrə İddiaçı və Cavabdeh Firmasının nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair e tirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə

182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə

271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 24. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı Əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzər ində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassa siya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

27. Kassasiya kollegiyası kassatorun maraqlı şəxsin apellyasiya şikayəti verməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarında olan apellyasiya şikayətindən görünür ki, maraqlı şəxs çıxarılmış məhkəmə qətnaməsinin onun hansı hüquqlarını pozduğunu göstərmiş və əsaslandırmışdır (i/v 98-100). Müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. Qətnamə bankın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsindən irəli gələn hüquqlarına toxunur. Mübahisəli əmlak üzərində bankın ipoteka müqaviləsindən irəli gələn ipoteka hüququ mövcud olmuşdur.

28. Kassatorun cavabdehlə bağladığı alğı-satqı müqaviləsinin üçüncü şəxslə bağlanmış ipoteka müqaviləsindən əvvəl bağlanması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında analoji vəziyyətə aydınlıq gətirilərək belə hüquqi mövqe bildirilmişdir ki, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.

29. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu hüquqi mövqedən çıxış etmişdir.

30. Kassatorun mübahisəli qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə müqavilənin ASC "xxxx"la deyil, Milli Bankla bağlandığı və buna görə də baxılan işin ASC "xxxx"ın mənafelərinə toxunmadığı barədə dəlili də əsassızdır. Çünki iş materiallarında olan müqavilədən və hüquqların daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsinin ASC "x xxx"ın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

31. Kassasiya kollegiyası həmçinin kassatorun apellyasiya şikayətinin 2 ildən çox müddət keçdikdən sonra verilməsinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən şikayət məhkəmə aktları barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər.

32. Göründüyü kimi bu halda şikayət vermə müddəti qətnamə çıxarıldığı vaxtdan deyil, işə cəlb olunmamış şəxsin məhkəmə aktı barədə məlumatı olduğu gündən hesablanır.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1069/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar