Məhkəmə qərarları › İş №2(102)-3217/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3217/2019

10.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Məmmədov Dilsuz Babək oğlu, cavabdeh X7 və vəkili X11 oğlunun iştirakı ilə, İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)8990/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.İ.Həsənov) 2(008)-2958/2018 nömrəli, 07 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər 2 saylı Cavabdeh1 Notariat Kontoruna, Cavabdeh2 və X3 qarşı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışinski) 2(103)-8990/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh 2 saylı Cavabdeh1 Notariat Kontoruna, Cavabdeh2 və X3 qarşı «bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(008)-2958/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş ap ellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(008)-2958/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər 2 saylı Cavabdeh1 Notariat Kontoruna, Cavabdeh2 və X3 qarşı «bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 ilə X1 faktiki nikahından doğulmuşdur. Mübahisə predmeti ev əvvəllər rus milliyətində olan bir qadına məxsus olmuş, sonradan həmin mənzil atası və anasının birgə qazancı hesabına 1997-ci ildə alınmış və atasının adına qeydiyyat vəsiqəsi verilmişdir. Atası 2013-cü ildə vəfat etmişdir. Bundan sonra məlum o lmuşdur ki, atası sağlığında – 2002-ci il tarixdə mübahisə predmeti mənzili bacısı – hazırki iş üzrə Cavabdeh2 bağışlamışdır. Özü həmin vaxt azyaşlı olduğundan, anası isə atası ilə rəsmi nikahda olmadığından, həmin əqdi mübahisələndirə bilməmişdir. Lakin sonradan, istifadə hüququ ilə əlaqədar məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh, mübahisə predmeti mənzili onun razılığı alınmadan formal olaraq bacısı – digər cavabdeh X3 bağışlamış və bu barədə müqavilə Bakı şəhəri, 2 saylı Cavabdeh1 Notariat Kontorunda təsdiq edilmişdir. Göstərilənlərə əsasən, ünvan1 küçəsində yerləşən 07 saylı evin 2 nömrəli mənzilinin X3 bağışlanması haqqında 27 fevral 2017-ci il tarixdə Bakı şəhəri 2 saylı Cavabdeh1 Notariat Kontorunda təsdiq edilmiş müqavilənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8990/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh X7 və vəkili X11 oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxd ı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-8990/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlkin olaraq qeyd edilməlidir ki, işin hallarına əsasən - mübahisə predmeti olan ünvan1 küçəsində yerləşən 7 a saylı evin 2 saylı mənzil X5 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən həmin mənzil Maraqlı şəxs bağışlanmış, bu barədə aralarında 20.02.2017-ci il tarixli bağışlama müqaviləsi bağlanmış, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(103)-1253/2016 saylı qətnaməsi ilə həmin mənzilə istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqa viləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Göstərilən Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşdə olan sübutlardan görünür ki, bağışlanmış daşınmaz əmlak X5 mülkiyyətində olmuş, müqavilə notariat qaydasında təsdiq olunmaqla, əqdin işt irakçıları tərəfindən imzalanmışdır. İddiaçının mübahisəli mənzilə məhkəmə qaydasında istifadə hüquqlarının tanınması halı mənzil mülkiyyətçisinin əmlakı üzərində sərəncam hüququnun həyata keçirilməsini istisna edə bilməzdi. Əks hal, mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisinin dəyişməsi həmin əmlakdan istifadəçilərin hüquqlarına xitam vermir. Belə olan halda iddianın təmin edilməməsi iddiaçının həmin mənzilə olan istifadə hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmi n Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8990/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8990/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar