Məhkəmə qərarları › İş №2(102)-322/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-322/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-322/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ASC "Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetin ə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-807/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 noyabr 2010-cu il tarixli, **********10 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Şabran filialı X3 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə, 30000 manat məbləğində kredit vermişdir.

2. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini təmin etmək üçün 22 noybar 2010-cu il tarixdə bağlanmış 122001/0149/10/09 nömrəli və 122001/0150/10/09 nömrəli ipoteka müqavilələri əsasında müva fiq olaraq X2 mülkiyyətində olan, Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 10 nömrəli binanın 12-ci mənzili və Cavabdeh1 mülkiyyətində ilan Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzil ipotekaya qoyulmuşdur.

3. Borcalan tərəfindən müqavilə öhdəlikləritam icra edilmədiyinə görə "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15241 manat əsas borcun, 22.11. 2014-cü il tarixə kimi hesablanmış 6333,04 manat faizlər borcunun, xx.xx.2015-ci il tarixədək hesablanmış 1874,22 manat məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2015-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % hesabı ilə hesablanmış 3965,41 manat məbləğində cərimə faizlərin in, cəmi 27413,67 manat və xx.xx.2015-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 19% hesabı ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2015-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 15% hesabı ilə hesablanan cərimə faizlərinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 manat və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin, 30 manat dövlət rüsumunun əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçıya ödənilməsi və ipoteka predmeti olan cavabdeh Əliağa Bağırova məxsus Siyəzən şəhəri, T.İsmayılov küç əsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27.7 kv.m ümumi, 27.7 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 12 nömrəli mənzilin ilkin satış qiymətinin 18000 manat məbləğində təyin edilməklə açıq hərracda satılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Həmin iddia tələlbi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-31/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, kredit müqaviləsi üzrə cavabdeh X1 "xxxx" Bank ASC-nin xeyrinə 15241 manat əsas, 6333,04 manat faiz, 200 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 manat, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun əvəzi olaraq cəmi 21852,04 manat pulun tutulması, tələbin cavabdeh X3 məxsus, ipoteka predmeti olan Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 10, mənzil 12-yə yönəldilməsi, həmin mənzil ilkin satış qiymətinin 28000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş pulunun 21852,04 manatının cavabdehin banka olan borcuna tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi, ekspertiza xərcinin cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 5. "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Əliağa Bağırovun bank qarşısında icra edilməmiş öhdəliyi əldən çıxmış fayda üzrə kreditin müddətinin bitməsi tarixindən, yəni 24 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixinədək illik 5 %, 30 iyun 2019-cu il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək, yəni 25 fevral 2021-ci il tarixədək illik 22 % dərəcəsi ilə faizlər şəklində hesablanmaqla, 8103,50 manat, cərimə faizləri üzrə 15864,99 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 16 saylı evin 2ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, 22 noyabr 2010-cu il tarixl i, **********10 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı "xxxx" ASC qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək isə 20% dərəcəsi ilə hesablanmış cəmi 8103,50 manat məbləğində zərərin (əldən çıxmış faydanın), 25 fevral 2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 15864,99 manat məbləğində penya olmaqla, cəmi 23968,49 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notarial qaydada təsdiq edilməsinə görə 8 manat məbləğində çəkilmiş əlavə xərclərin ipoteka predmetinin dəyərindən, 30 manat dövlət rüsumu isə cavabd ehlərdən birgə qaydada tutulmaqla iddiaçı banka ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, onların ailə üzvləri və digər şəxslərin 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə və onun 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən borcalan Əliağa Bağırov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla, əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürsə də bu öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni 22 noyabr 2014-c ü il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış, həmçinin əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə həmin tarixə borcalanın iddiaçı bank qarşısında gecikdirilmiş ümumi borcu 21574,04 manat məbləğində olmuşdur ki, bunun da 15241 manatını vaxtı keçmiş əsas borc, 6333,04 manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan sonra kredit müqaviləsi üzrə 18 noyabr 2020-ci il, 30 noyabr 2020-ci il və 25 fevral 2021-ci il tarixlərdə olmaqla, ümumilikdə 21772 manat (bir qismi borcalana məxsus olmuş ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi və bank tərəfindən balansa götürülməsi hesabına olmaqla) məbləğində ödəniş həyata keçirilmiş, vaxtı keçmiş əsas borc və adi faizlər üzrə borc tam şəkildə icra olunmuşdur. Bundan əlavə borcalan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar banka kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % faiz dərəcəsi ilə penya da ödəməlidir ki, 25 fevral 2021-ci il tarixinə (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) qədər bu məbləğ 15864,99 manat təşkil edir. Kredit müqaviləsi üzrə borcalan öhdəliklərin kobud şəkildə pozduğuna görə iddiaçının öz tələblərini ipotekaya qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 13 may 2013-cü il tarixli bildiriş verilmi, həmin bildirişin qeydiyyata alınması barədə 14 may 2 013-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş, bildiriş qeyd olunan tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq üçün qəbul edilməklə ərizədə bu barədə müvafiq qeyd aparılmışdır. Hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki dövrlər ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunmuşdur. Belə ki, təqdim edilmiş bu arayışdan göründüyü kimi Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək, istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin 30 iyun 2019-cu i l tarixdən 25 fevral 2021-ci il tarixədək illik faiz dərəcəsi 22 % təşkil edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək illik 5 % dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (22 noyabr 2014-cü il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (25 fevral 2021-ci il) olan dövr üçün bu məbləğ 8103,50 manat təşkil edir.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 və digər Cavabdeh1 iddia tələbinin təm in edilməməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2021-ci ilin fevral ayında müqavilə üzrə bütün borcu tamamilə ödəmişdir. Odur ki, hazırkı iddia tələbini əsassız hesab edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10. “X4” MMC-nin 14 sentyabr 2021-ci il tarixli, 458 nömrəli qiymətləndirmə rəyinə əsasən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 16 saylı evin 3-cü mənzilinin ilkin satış (likvid) qiyməti 24300 manat müəyyən edilmişdir.

11. Biricni instansiya məhkəməsi tərəfindən tələb olunan borc məbləğlərinin düzgün hesablanmasının müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası, daha sonra təkrar mühasibatlıq ekspertizası təyin edilmişd ir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/5740 nömrəli və ekspert rəyi və 24 may 2022-ci il tarixli, 9/1182 nömrəli təkrar ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, sözügerən kredit müqaviləsi üzrə əsas borc və faiq borcunun qalmadığı müəyyn edilmişdir. Həmçinin rəylərdə qeyd olunmuşdur ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “6471” saylı hesabda cərimə faizlərinin və eyni hesabda əldən çıxmış faydanın hesablandığı əks olunmuşdur. X7 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “6471” saylı hesabı “fiziki şəxslərə və sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə faiz gəlirləri”nə aid olduğu müəyyən edilir. Belə olduğu halda kredit müqaviıəsi üzrə hesabdan çıxarış məluma tlarında cərimənin, prnyanın və əldən çıxmış faydanın hesablanması göstərilmədiyindən cavabdehə cərimə məbləği hesablanmadı.

12. Siyəzən Rayon Məhkəməsinin 2(059)-35/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia qismən təmin edilmiş, ipoteka predmeti olmaqla Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 16 saylı evin 3 saylı mənzilə tutma yönəldilməklə, həmin əmlakın açıq hərracda satılması, kredit müqaviləsi üzrə üçüncü şəxs X2 iddiaçı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 3509,66 manat məbləğində zərər (əldən çıxmış fayda), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın 15%-i, yən i 4,50 manatı, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 8 manat məbləğində çəkilmiş əlavə xərclərin 15 %-i, yəni 1,20 manatı ipoteka predmetinin dəyərindən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, borc və xərclər ödənildikdən sonra qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmetini təşkil edən mənzilin ilkin satış (likvid) qiymətinin 24.300 manat məbləğində müəyyən edilməsi və bu mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oradan çıxarılması, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15%-i, yəni 4,50 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə m ühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən cəmi 290 manatın 85%-i, yəni 246,50 manatının iddiaçı "xxxx" ASC-dən, 15%-i, yəni 43,50 manatının isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi, aparılmış məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manatın 85 %-i, yəni 255 manatının iddiaçı "xxxx" ASC-dən, qalan 15 %-i, yəni 45 manatının isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına keçirilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi üçüncü şəxs Əliağa Bağırovun 22 noyabr 2014- cü il tarixə vaxtı keçmiş əsas məbləğ üzrə borcu 15241 manat təşkil etmiş, bu məbləğ öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməklə yanaşı, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da ödənilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bankın müqavilə müddəti bitdikdən sonrakı dövr üçün, yəni 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxta görə illik 5 faiz dərəcəsi ilə zərər (əldən çıxmış fayda) tələb etməkdə haqlıdır. Lakin aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarında Əliağa Bağırovun "xxxx" ASC-yə ödənilməli əsas və faiz borcunun qalmadığı müəyyən edilməklə yanaşı, 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin, penyanın və əldən çıxmış faydanın hesablanması göstərilmə diyindən Əliağa Bağırovun cərimə borcu hesablanmamışdır. Bu səbəbdən də, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün, yəni 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxta görə illik 5 faiz dərəcəsi ilə zərərin (əldən çıxmış faydanın) məhkəmənin özü tərəfindən hesablanması daha məqsədəmüvafiqdir. İddianın vaxtı keçmiş əsas borc məbləğinə 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək müddət üçün 20% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması təmin edilə bilməz. Üçüncü şəxsin, habelə cavabdeh tərəfin kredit müqaviləsi üzrə iddiaçıya çatası pul vəsaitini qanunsuz saxlaması, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması (müəyyən gəlir, artım, bəhər və s. əldə etməsi) təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Deməli, iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməsi məqsədəmüvafiq deyildir, o cümlədən istisna edilir.

15. Məhkəmə qeyd etmişdir ki, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penyanın ödənilməsi vəzifəsi kredit müqaviləsində müəyyənləşdirilmədiyindən, həmçinin cavabdeh bu barədə hər hansı bir öhdəlik götürmədiyindən iddia tələbinin penyanın tutulmasına aid hissəsi təmin edilməməlidir. Bundan əlavə, kredit müqaviləsinin yuxarıda qeyd olunan bəndinə əsasən borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan banka vaxtı ötmüş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 40 % faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. İddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi bu halın özü də tələb üzrə penyanın ödənilməsi üçün kifayət deyildir. Çünki, iddiaçı ərizəsində bu bəndin məzmununu “...hesablanmış penyanın ödənilməsi” kimi göstərməklə, hüquqi nəticə yaratmağa çalışsa da, müqavilənin hərfi məzmunundan da göründüyü kimi həmin bənddə cərimənin ödənilməsindən söhbət gedir. Eyni zamanda, cərimənin ödənilməsi məsələsi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə öz həllini tapmışdır ki, bu da həll olunmuş məsələyə yenidən hüquqi qiymət verilməsini istisna edir. Deməli, bu halda da iddia tələbi üzrə penyanın tutulması üçün əsaslar yaranmamışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edildi ki, 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsinin təminat ı kimi eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzili iddiaçı bank qarşısında ipoteka ilə yüklü etmişdir. "xxxx" ASC 30000 manat məbləğində pulu Əliağa Bağırova verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə üçüncü bu müqavilə üzrə öhdəliyi lazımınca, ocümlədən vaxtında icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Əliağa Bağırov iddiaçı banka 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək müddət ərzində 15241 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla, 3509,66 manat zərər vurmuşdur. Eyni zamanda, “X4” MMC tərə findən 14 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 24300 manat müəyyən edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279 295, 296.1, 317.1, 319.1, 385.1, 433.1, 442, 445, 448.1, 449.1, 449.2, 462.1,739, 741-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33, 34.1, 39.3.3, 41.2. 59.3.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını, apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunu n ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək müddət üçün 20% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması” ilə bağlı iddianın rədd edilməsi, habelə “illik 15% dərəcəsi ilə hesablanmış 15 864.99 manat məbləğində penyanın cavabdehdən tutulması barədə tələbi ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması” ilə bağlı iddia tələblərinin rədd edilməsində məhkəmə səhvə yol vermişdir. Çünki Mülki Məcəlinin 399.3-cü maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Göründüyü kimi bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Birinci instansiya məhkəməsinin zərərin tutulması imkanını Mülki Məcəllənin 449-c u maddəsi ilə əlaqələndirməsi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarın mahiyyətinə tamamilə ziddir. Əvvəla, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin müddəalarına əlaqəli şəkildə şərh verilmişdir və həmin qərarda zərərin əvəzinin ödənilməsi qaytarılmayan məbləğdən borclu tərəfindən gəlirin, artımın, bəhərin və ya başqa formada xeyirin götürülməsinin labüdlüyü ilə şərtləndirilməmişdir. Təbii ki, belə bir şərt nəzərdə tutula da bilməzdi, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi pul öhdəliyinin icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri kimi sanksiyanı müəyyənləşdirdiyi halda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2-ci, 443.1-ci və 443.2-ci maddələrinin müddəalarından irəli gəlir. Zərərin əvəzinin ödənilməsi dedikdə, kreditorun (borc verənin) faktiki itkilərinin bərpası (əvəzləşdirilməsi) başa düşülür. Bu baxımdan tərəfə (borc verənə) dəymiş zərərin ödənilməsi üçün onun borclunun qaytarılmasını gecikdirdiyi vəsaitdən gəlir, artım, bəhər və başqa formada xeyir götürdüyünü sübut etməli olduğuna dair mülahizə çox absurd səslənir. Zərərin ödənilməsini tələb edən tərəfdən ona zərər dəydiyinin sübut olunması tələb edilə bilər. Qanunverici, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı da məhz bunu tələb edir. Həmin qərarda həmçinin o da göstərilmişdir ki, qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsi kreditora dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında tələb edilə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. İstinad edilən Qərarda «mücərrəd qaydada hesablama» anlayışının mahiyyətinə də aydınlıq gətirilmişdir. Qərarda deyilir ki, yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir.

19. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız iddiaçının dəlillərinə istinad edərək iddianı qismən təmin etmiş və göstərilən nəticəyə gəlmişdir. Bu zaman məhkəmə onların tərəfindən iddiaya qarçı verilən etiraza əhəmiyyət verməyərək, hətta özünün təyin etdiyi iki müxtəlif tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini nəzərə almamışdır. Baxmayaraq ki, məhkəmə mühasibatlıq ekspertizasının 20 sentyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunanlara “ Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan tədqiqata təqdim olunmuş hesabdan çıxarış məlumatları və 22 noyabr 2010-cu il tarixli **********10 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh X2 iddiaçı "xxxx" ASC-nə sualda soruşulan tarixə olan ödənilməli əsas borcunun və faiz borcunun qalmadığı müəyyən edildi” və həmən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/1182 №-li, 24 may 2022-ci il tarixli Rəyində qeyd olunanlara, yəni “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan tədqiqata təqdim olunmuş hesabdan çıxarış məlumatları və 22 noyabr 2010-cu il tarixli **********10 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh X2 iddiaçı "xxxx" ASC-nə qeyd olunan tarixə olan ödənilməli əsas borcunun və faiz borcunun qalmadığı müəyyən edildi” nəticəsinə əhəmiyyət verilməm işdir. İş materiallarından da görünür ki, onlar cavabdeh olaraq ipoteka predmeti üzrə iddiaçıya olan bütün borcları ödəmişlər. İddiaçıya ödənilməli əsas borc və faiz borcu qalmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertizaa Mərkəzinin 9/3015 saylı, 21 iyul 2023-cü il tarixli ekspert rəyindən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan tədqiqata təqdim olunmuş hesabdan çıxarış məlumatları və 22 noyabr 2010-cu iltarili kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 iddiaçı "xxxx" ASC-yə sualda soruşulan tarixə ödənilməli olan əsas borcunun və faiz borcunun qalmadığı müəyyən edildi. 22 noyabr 2010-cu il taixli kredit müqaviləsi üzrə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 20 19-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 (beş) faiz hesablanmış faiz borcu 3467,56 manat təşkil edir. Lakin həmin məbləğ borcalan Əliağa Gülağa oğu tərəfindən borcverən "xxxx" ASC-yə ödənilmişdir. X2 iddiaçıya ümumiyyətlə borcu yoxdur.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) 2(105)807/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə İdiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 2(059)-35/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair iddia tələbi təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi cavabdehlərdən 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək isə 20% dərəcəsi ilə hesablanmış cəmi 8103,50 manat məbləğində zərərin (əldən çıxmış faydanın), 25 fevral 2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 15864,99 manat məbləğində penya olmaqla, cəmi 23968,49 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair hissədə də əsassız oluğu üçün təmin edilə bilməz. Belə ki, iş üzrə üçüncü şəxsin, habelə cavabdeh tərəf in kredit müqaviləsi üzrə iddiaçıya çatası pul vəsaitini qanunsuz saxlaması, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması (müəyyən gəlir, artım, bəhər və s. əldə etməsi) təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Bundan başqa vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penyanın ödənilməsi vəzifəsi kredit müqaviləsində müəyyənləşdirilməmişdir, həmçinin cavabdeh bu barədə hər hansı bir öhdəlik götürməmişdir. Ona görə də iddia tələbləri həmi hissələrdə də əsassız oluğundan təmin edilməməmlidir. İddia tələbinin borcün ödənilməsi tələbinə dair hissəsi təmin olunmadığından tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma hissəsi borcun tutulmasına dair tələbdən asılı olduğudan və iddia həmin hissədə təmin olunmadığından bu hissədə də təmin edilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlər üçüncü şəxsin borcunun ödənilməsinə cavabdehlik daşımırlar və eləcə də iddia tələbi əsassız oluğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozaraq, iddia üzrə tam və hərtərəfli araşdırma aparmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

65. Məhkəmə gəldiyi nəticəni Mülki Mə cəllənin 739.1, 739.2, 442, 443.1, 445.2.1, 269.5, 319.1-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 36.1, 39.3.3, 59.1, 59.2, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı( Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsin i tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya).

31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 442.Öhdəliyin icra edilməməsi de dikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu

35. Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

36. Maddə 36.1.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

37. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İddia tələbi Cavabdeh4 ilə bağlanmış 22 noyabr 2010-cu il tarixli, **********10 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək isə 20% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın), 25 fevral 2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penyanın və digər xərclərin tutulmasının ipoteka predmetinə yönəldilməsi barədədir.

49. İşə baxmış məhkəmələr tələb olunan məbləğin hesablanması xüsusi bilik tələb etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinə əsasən ekspertiza, daha sonta təkrar ekspertiza təyin emiş, lakin ekspertiza rəyləti ilə müəyyən ediulmişdir ki, cavabdehin borcu qalmamışdır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-807/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar