Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3224/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3, Cavabdeh2 və onun nümayəndəsi nun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X2 iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-3274/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxa raq, Müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin (hakim Məhbubə Kərimova) xx xxxxxx 2018-ci il tаrixli, 2(051)-2390/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş reyestrdə 4-ə-196 nömrə ilə qeyd edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin etibarsız hesab olunması, dövlət rüsumu kimi ödənilmiş 10 manat və sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 10 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollgiyasının (hakimlər – Vəzirxan Məlikov sədrlik edən və məruzəçi, Mübariz Hüseynov, Ayaz Mahmudov) xx xxxxx 2019-cu il tаrixli, 2(107)-1050/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(051)-2390/2018 qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxxxxxx 2019-cu il tаrixli, 2(102)-5971/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollgiyasının xx xxxxx 2019-cu il tаrixli, 2(107)-1050/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytar ılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev, İmanverdi Şükürov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin hallar İddiaçı “xxxx” ASC cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, nun bankla bağladığı **********10 № li xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə ödə nişlərin təminatı olaraq Cavabdeh1 məxsus olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 № li evin 1 № li mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı “xxxx” ASC ilə Cavabdeh1 arasında **********1009 № li xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə bank ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə tutma yönəldilməsi haqqında iddia ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə kredit borcunun tutulması ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracda həmin mənzil satılmadığına görə onun alınması iddi açı “xxxxa” təklif edilmiş, bank buna öz razlığını bildirmişdir. Hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə müqavilə rəsmiləşdirilmişdir. Mənzilə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2012-ci il tarixli MA seriyalı ******* № li Çıxarış verilmişdir. Sonra Cavabdeh1 və nun iddiası ilə mübahisəli mənzilin bankın mülkiyyətinə verilməsinə dair xx.xx.2012-ci il tarixli 22/03 №li hərracın yekunları barədə protokol Mingəçevir şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bundan sonra banka mənzilə dair mülkiyyət hüququ verən Çıxarış ləğv edilmiş, mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh1 mülkiyyət hüquqları bərpa edilərək Cavabdeh1 mənzilə mülkiyyət hüquqlarına dair Çıxarış verilmişdir. Hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsinə səbəb hərracın yekunlarına dair bildirişlərin təsdiqetmə üsulu ilə cavabdehə catdırılmaması olmuşdur. xx.xx.2015-ci il tarixli qətnamədə bankın mənzil üzərində ipoteka hüquqlarının bərpa edilməsinə dair göstəriş olmaması nəticəsində Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində mənzil üzərində yüklülüyə dair heç bir qeydin olmamasından istifadə edərək mənzili qanunsuz olaraq xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında oğlu X5 bağışlamışdır. Cavabdeh1 mənzilə mülkiyyət hüququ bərpa edildikdən sonra Cavabdeh1 və mənzilin ipoteka ilə yüklü olduğunu bilə-bilə mənzili tez bir zamanda özgəninkiləşdirmək məqsədilə ilə xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə onların iddiası təmin olunmamışdır. İpoteka ilə yüklü olan mənzilin ipoteka saxlayanın razılığı olmadan özgəninkiləşdirməsi qanunsuzdur. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, iddianın verilməsinə dair dövlət rüsumu kimi ödənilmiş 10 manat və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə ödənilmiş 10 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2 019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Mingəçevir şəhəri 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə196 Reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında Cavabdeh2 bağışlanılmışdır və informasiya sisteminə daxil edilmişdir. Mənzil üzərində heç bir məhdudiyyət və yüklülük olmamışdır, əgər hər hansı bir məhdudiyyət, yüklülük (ipoteka, girov, həbs və s.) olmuş olsaydı informasiya sistemində belə bir qeyd olardı və mənzilin özgəninkiləşdirilməsi notarius tərəfindən həyata keçirilə bilməzdi. Məhkəməyə təqdim edilmiş mötəbər sübut olan DƏDRX-nin xx xxxxx 2017-ci il tarixli **********82 №-li rəsmi məlumatında da qeyd olunur ki, "Arxiv ma teriallarına əsasən Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 №-li binanın 1 saylı mənzili Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 №-li binanın 1 saylı mənzilinin üzərində xx.xx.2017-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb”. “xxxx"ASC-nin ipoteka saxlayan kimi ipoteka hüququ mənzil bağışlama yolu ilə notarial qaydada özgəninkiləşdirilən zaman DƏDRX- də dövlət qeydiyyatı olmamışdır. Yəni, ipoteka müqaviləsi üzrə ipoteka hüququnun dövlət qeydiyyatım aparan yeganə səlahiyyətli dövlət orqanı, müvafiq icra hakimiyyəti orqanı olan DƏDRX mənzilin üzərində məhdudiyyət və yüklülük (girov, ipoteka) olmadığını rəsmi qeyd edir. Tərəflərin izahatları: Cavabdeh2 və onun nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şika yəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, **********1009 № li xx.xx.2010-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1, nun kredit müqaviləsi ilə götürdüyü öhdəliyin icrasının təmin məqsədi ilə mülkiyyətində olan ünvan 1 № li mənzili “xxxx” ASC-yə ipotekaya verir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-861/2010 № li xx.xx.2010-cu il tarixli qətnaməsinin sürətindən görünür ki, “xxxx” ASC-nin iddia tələbi təmin olunmuş, ilə “xxxx” ASC arasında xx.xx.2010-cu ildə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19166 manat əsas, 2223,28 manat faiz borc, 314,70 manat məbləğində cərimə, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ödənilməsi, həmcinin, borcun ödənilməsi təmin edilən ədək əsas borc məbləğində illik 40 faiz hesablanan cərimə məbləğinin ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhər, Naxçıvan küçəsində yerləşən 36 №li evin 27000 manat məbləğində qiymətləndirilmiş 1 № li mənzilnə satılması qət edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-443/2015 №li xx.xx.2015-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, iddiaçılar nun və Cavabdeh1 cavabdehlər “xxxx” ASC-yə, “xxxx” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra bölməsinə qarşı xx.xx.2012-ci il tarixli 220 №li hərracın yekunkarı barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmuş, “xxxx” MMC tərəfindən keçırılmiş Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 36 №li evin 1 №li mənzilin ə dair xx.xx.2012-ci il tarixli 2203 №li hərracın yekunları barədə protokol etibarsız hesab edilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş seriya RX ******* №li Çıxarışın sürətindən görünür ki, ünvan 1 №li mənzili xx.xx.2017-ci ildə tam mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın bağışlama müqaviləsinin sürətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 №li evin 1 №li mənzilin Cavabdeh2 bağışlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(845)-248/2018 №li xx.xx.2018-ci il tarixli qərardan görünür ki, cavabdeh Daşınmaz Əmlakin Dövlət Re yestəri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 №li evin 1 №li məzilinə Cavabdeh2 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması və adına daşınmaz əmlakın dövlət reyestrində Çıxarış verilməi öhdəliyi qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 №li məzili xx.xx.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin “Qərarın ləğvi edilməsi, iş üzrə icraatın təzələnməsi və üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmə haqqında xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 -1(84)-284/2018 № li qərar ləğvi edilmiş, iş üzrə icraatın təzələnməsi, iddiaçı Cavabdeh2 oğölunun cavabdeh Daşınmaz Əmlakin Dövlət Reyestəri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən mənzilə hüquqların dövlət qeydiyyatında alınması və adına Çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə “xxxx” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmşdır. Mingəçevir şəhər məhkəməsinin 2(051-622/2017 №li xx.xx.2017-ci il tarixli qətnamənin suretindən görünür ki, iddiaçılar Cavabdeh1 və nun cavabdehlər “xxxx” ASC-yə, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinə qarşı ipoteka müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbi nə dair iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və nun apelliyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardan isə görünür ki, Şəki Apelliyasıya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-1675/2017 №li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iş materiallarına əsasən apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Budaqovu Şakir Xanlar oğlunun kredit müqaviləsi əsasında götürdüyü kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 № l i evin 1 № li mənzili ipoteka qoyulmuşdur. Kredit borcu tam ödənilmədiyinə görə məhkəmənin qərarı ilə kredit borcun ödənilməsi ipoteka qoyulmuş mənzilə yönəldilmiş, mənzil hərraca çıxarılmış, hərracın yekunlanmış nəticəsi olaraq mənzil “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Lakin hərrac qanunvericiliyin tələbləri pozulmaqı kecirildiyinə görə hərracın nəticiələri etibarsız hesab edilmişdir. Hərracın nəticələri etibarsız hesab edildikdən sonra mənzil yenidən Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilmiş, sonradan Cavabdeh1 mənzili digər Cavabdeh2 bağışlamışdır. İddiaçı bank hazırkı tələbində cavabdehlər arasında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş və tələbini iddia ərizəsində göstərilənlərl ə əsaslandırmışdır. İpoteka müqaviləsinin 7.1-ci bəndində də göstərilir ki, müqavilə ipoteka saxlayanın ipoteka hüququ dövlət qeydiyyatında alındığı andan qüvvəyə minir və ipoteka verənin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edilməsinə qədər qüvvədədir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, iddiaçılar Cavabdeh1 və nun cavabdeh “xxxx” ASC-yə DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinə qarşı ipoteka müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddia təmin olunmamışdır. Lakin ipoteka predmeti olan mənzilə dair hərracın nəticələri etibarsız hesab edildikdən sonra, ipoteka müqaviləsi qüvvədə olduğu müddətdə ipoteka verən ipoteka predmetinə sərəncam verərək onu özgəninkiləşdirmişdir. Apelyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-861 № li qətnaməsi ilə ASC “Xalq” Bankının iddia tələbləri tam təmin edilərək, xx xxxxxx 2010-cu il tarixli **********1009 № li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi və xx xxxxxx 2010-cu il tarixli **********10 №-li Kredit müqaviləsi üzrə borcalan un ASC “Xalq” Bankı qarşısında 19166 manat məbləğində əsas borc məbləğinin, 2223,28 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2010-cu il tarixinə qədər 314,70 manat məbləğində hesablanmış cərimə faizlərinin, cəmi 21703,98 manat və xx.xx.2010-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40 % faiz hesabı ilə hesablanan cərimə faizlərinin ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. İllik 40% dərəcəsi ilə hesablanan cərimə faizlərinin 25%-ni vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlər, 15%-ni isə cərimə faizləri təşkil etmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəfindən xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixədək cəmi 13782,94 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu vəsaitin 2600 manat məbləğində hissəsi iddia ərizəsinin məhkəməyə verildiyi tari xdən (xx.xx.2010) xx.xx.2012-ci il tarixli 22/03 №-li hərracın yekunları barədə protokolun imzalanması tarixinə qədər olan dövr ərzində həyata keçirilmişdir. Həmin vəsaitlərin hamısı 1625 manat məbləğində hissəsi adi faizlərin, 975 manat məbləğində hissəsi isə cərimə faizlərinin ödənilməsinə yönəldilmişdir. “Mingəçevir şəhər İcra Bölməsi, “xxxx” MMC və ASC “Xalq” Bankıarasında bağlanmış xx.xx.2012-ci il tarixli 22/03№-li hərracın yekunları barədə protokolun imzalanması tarixinə Borc alanın Bank qarşısında 28394,94 manat məbləğində borcu qalmışdır ki, bu borcun 19166 manatını qətnamə üzrə təsbit edilmiş əsas borc, 2223,28 manatını qətnamə üzrə təsbit edilmiş faiz borcu, 314,70 manatını hesablanmış cərimə faizləri və xx.xx.2010-cu il tarixdən başlayaraq vaxtı keçmiş əsas borc məbləğinə illik 40% dərəcəsi ilə hesablanmış 6690,96 manat məbləğində faizlər üzrə borc təşkil etmişdir. Qeyd edilən borcun 5263,15 manatını 25% dərəcəsi ilə hesablanmış adi faiz borcu, 1427,81 manatını isə 15% dərəcəsi ilə hesablanmış cərimə faizləri üzrə borc təşkil etmişdir. İpoteka predmeti olan əmlakın yuxarıda qeyd edilmiş protokola əsasən xx.xx.2012-ci il tarixdə 17212,50 manat məbləğində borcun əvəzləşdirilməsi yolu ilə Bankın mülkiyyətinə verilmişdir. Qeyd edilən əvəzləşdirmə əməliyyatı nəticəsində un əsas borcunun bir hissəsi silindikdən sonra onun Bank qarşısında 11182,94 manat məbləğində borcu qalmışdır. Bu borcun 1954 manatını əsas borc (19166-17212), 2223,28 manatını faiz borcu, 314,70 manatını hesablanmış cərimə faizləri və vaxtı keçmiş əsas borcməbləğinə xx.xx.2010-ci il tarixindən xx.xx. 2012-ci il tarixədək illik 40% dərəcəsi ilə hesablanmış 6690,96 manat məbləğində faizlər üzrə borc təşkil etmişdir. İllik 40% dərəcəsi ilə hesablanmış 6690,96 manat məbləğində borcun 5263,15 manatını 25% dərəcəsi ilə hesablanmış adi faiz borcu, 1427,81 manatını isə 15% dərəcəsi ilə hesablanmış cərimə faizləri üzrə borc təşkil etmişdir. Bu tarixdən sonra tərəfindən müxtəlif tarixlərdə cəmi 11182,94 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən vəsaitin 1954 manatı əsas borcun qaytarılmasına, 2223,28 manatı qətnamə üzrə faiz borcunun, 314,70 manatı qətnamə üzrə hesablanmış cərimə faizlərinin və vaxtı keçmiş əsas borc məbləğinə xx.xx.2010-ci il tarixindən xx.xx.2012-ci il tarixədək 40% dərəcəsi ilə hesablanmış 6690,96 faizlərin (25% dərəcəsi ilə hesablanmış 5263,15 manat məbləğind ə adi faiz borcu, 15% dərəcəsi ilə hesablanmış 1427,81 manat məbləğində cərimə faizləri) ödənilməsinə yönəldilmişdir. Bundan sonra tərəfindən ipoteka predmeti olan mənzilin geri satın alınması üçün Bankdakı cari hesabına müxtəlif tarixlərdə ümumilikdə 6691,06 manat məbləğində pul vəsaitlərini mədaxil edilərək həmin vəsaitlərin tərəfindən xx.xx.2016-cı il tarixdə məxaric edilməsinədək toxunulmaz olaraq qalmışdır. Beləliklə, qeyd edilənlənlərdən göründüyü kimi qətnamə üzrə ödənilən cəmi məbləğ 13782,94 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış dır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair sərəncamlar verə bilər (istifadə, icra və sair). Həmin Qanunun 31.1 və 31.1.1-ci maddələrinə görə ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə ipoteka saxlayanan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhk əmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və nun cavabdeh “xxxx” ASCyə DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinə qarşı ipoteka müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddia təmin olunmamışdır. Lakin ipoteka predmeti olan mənzilə dair hərracın nəticələri etibarsız hesab edildikdən sonra, ipoteka müqaviləsi qüvvədə olduğu müddətdə ipoteka verən ipoteka predmetinə sərəncam verərək onu özgəninkiləşdirmişdir. Göründüyü kimi, cavabdehlər mənzili özgəninkiləşdirən zaman mübahisəli mənzil ipoteka ilə yüklü olmuşdur. Mənzilin ipoteka saxlayanın razılığı olmadan özgəninkiləşidirilməsi isə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-3274/2019 nömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3224/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3224/2020
01.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver