Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3224/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıTaryel qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-714/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın m ülkiyyətə verilməsinə dair” JN 1424A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X2, X5, Cavabdeh, X6, X3 və X7 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. İddiaçı Cavabdeh arasında bağlanmış nikah 30 aprel 2018-ci il tarixdə məhkəmənin qətnaməsi ilə pozulmuşdur.
3. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-2004 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X4 yaşadığı Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)- 2344 saylı qətnaməsi ilə ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi və payların müəyyən edilməsi” tə ləbinə dair iddiasının təmin edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-2235 saylı qətnaməsi araşdırılan hissədə dəyişdirilmədən saxlanmışdır.
5. X8 xx.xx.2016-cı il tarixdə, X9 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2v-303 nömrəli şəhadətnaməyə əsasən X4 vərəsəsi Cavabdehdur. Şəhadətnamə ilə verilən əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsindən mərhuma aid olan hissədən ibarətdir.
7. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2v-302 nömrəli şəhadətnaməyə əsasən, X1 vərəsəsi Cavabdehdur. Şəhadətnamə ilə verilən əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.m. olan 5 otaqlı fər di yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsinin mərhuma aid olan hissəsindən ibarətdir. Hüquq subyekti Cavabdeh olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.metr olan 5 otaqlı fərdi yaşayış evinə aid texniki pasportdan görünür ki, fərdi yaşayış evi 1996-ci ildə inşa edilmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Əyyublu kəndində 0,26 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Torpaq sahəsi üzrə 1/6 hissə X7, 1/6 hissə X3, 1/6 hissə İddiaçı və 3/6 hissə Cavabdeh məxsusdur.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, mərhum X1 və mərhum X4 xx.xx.2022-ci il tarixli 2V-302 və 2V-303 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında Cavabdeh adına fərdi yaşayış evinə tam, torpaq sahəsi üzərində isə 3/6 hissə olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
10. Əyyublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan göstərilir ki, İddiaçı mərhum qayınatası X2 məxsus 0,26 ha torpaq sahəsində olan evə 1990-cı ildə gəlin kimi köçmüş, birgə nikah dövründə həmin torpaq sahəsində yerləşən evi s ökərək yerində ev inşa etdirmişlər. Hazırda həmin evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, evin ümumi birgə əmlak hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 2V-302 və 2V-303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, Tovuz rayonu Əyyublu kəndində yerləşən evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə tikilməsi, evin ümumi birgə əmlak hesab edilməsi və ½ hissə üzrə payının müəyyən edilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 1991-ci ildə el adəti qaydasında faktiki ailə qurmuş və nikahını həmin vaxt rəsmiləşdirmişdir. O, həmin vaxtdan Cavabdeh və X9 yaşadığı evə gəlin köçmüşdür. Tərəflərin nikahı Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-863/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda onunla da ailə münasibətləri pozulmuşdur. Sözügedən fərdi yaşayış sahəsinə istifadə hüququ verilməklə həmin evə köçürülməyə dair Tovuz Rayon Məhkəməsinin qətnaməsi mövcuddur. O, 1990-cı il tarixdən başlayaraq həmin torpaq sahəsində yerləşən qayınatasına məxsus evə gəlin köçmüş, daha sonra 1991-ci il tarixdə cavabdehlə birgə nikah dövründə olarkən evi sökmüş və yenidən inşa etdirmişlər. Bu barədə İcra Nümayəndəliyində n alınmış arayış mövcuddur. Həmin evdə onun 2 övladı dünyaya gəlmişdir. Onun orada yaşaması ilə bağlı məhkəmə iclasına müvafiq şahidlər gətirəcək və onlar da bunu sübut edəcəkdir.
13. İddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.3, 213.4, 213.5, 214.1-ci maddələrinə, Ailə Məcəlləsinin 4, 149, 150, 216-220-ci maddələrinə istinad edilmişdir.
14. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbləri rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlakın birgə nikah dövründə əldə olunmuş hesab edilməsi və paylara uyğun bölünməsi üzrə yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Belə ki, iddia tələbinə diqqət yeti rilən zaman müəyyən edilir ki, tələb 4 hissədən ibarətdir: 1.Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, 2V-302 və 2V303 reyestr nömrəli şəhadətnamələrin ləğv edilməsi; 2.Hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi; 3.Tovuz rayonu Əyyublu kəndində yerləşən evin cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi; 4.Mübahisəli fərdi yaşayış evi üzərində ½ hissədə payın müəyyən edilməsi;
16. Məhkəmə ilkin olaraq göstərmişdir ki, birinci növbədə mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunması və əmlak üzərində ½ hissədə payının müəyyən edilməsinə dair iddianın hissələrinə hüquqi qiymət verilməlidir. Çünki digər iki tələb üzrə iddiaçının subyektiv h üququ göstərilən hissənin təminindən bəhrələnəcəkdir. Yəni iddianın həmin hissələri uğurlu hesab olunacağı halda digər hissələrin uğurluluğundan söhbət gedə bilər. İddia tələbinin həmin hissəsinin hüquqi əsası Mülki Məcəllənin 225.4 və Ailə Məcəlləsinin 35-ci maddələridir. Belə ki, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir (MM 225.4). Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər (AM 35). Göründüyü kimi burada söhbət əsaslı təmir, yenidən quraşdırma və avadanlığı dəyişdirmədən gedir. Bir sözlə, bunu iddia edən şəxs sübut etməlidir ki, onun maddi vəsaiti hesabına evdə əsaslı təmir işləri görülmüşdür. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir.
17. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübutları bu barədə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan, habelə onun vəsatəti üzrə dindirilmiş şahid ifadələrindən ibarətdir. Həmin sübutlar məhkəmə tərəfindən mötəbər hesab edilmir. Belə ki, icra nümayəndəliyinin arayışına münasibətdə məhkəmə qeyd etmişdir ki, arayışda ümumi olaraq evin sökülməsi və iddiaçı ilə cavabdehin birgə nikah dövründə yenidən inşa etdirilməsi qeyd edilmişdir. Lakin evin tikintisi zamanı iddiaçının qoyduğu vəsaitin nədən ibarət olması, hansı məbləğdə olması, evin tikintisinin hansı illəri əhatə etməsi barədə hər hansı məlumat əksinitapmamışdır. Halbuki, həmin hallar iş üçün mühüm əhəmiyyət kəsb edən hallardır. Bundan başqa, icra nümayəndəsinin evin tikintisi zamanı özünün həmin illərdə vəzifə səlahiyyətlərini icra etməsi belə qeyri-müəyyəndir. Belə olan halda əsaslı nəti cəyə gəlmək olmaz.
18. Şahid ifadələrinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər hadisəni müfəssəl təsvir edə bilməmiş, eyni zamanda onların ifadələri bir-biri ilə uyğunluq təşkil etməmişdir. Şahidlər ümumi olaraq mübahisəli fərdi yaşayış evinin tikintisində iddiaçının da zəhmətinin olmasını qeyd etmişlər hansıki, əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi üçün iddiaçının əməyi hesabına əsaslı təmir işlərinin aparılması şərtdir. Şahidlər isə əsaslı təmir işlərinin nədən ibarət olması barədə dəqiq ifadə verə bilməmişlər. Eyni zamanda məhz əsaslı təmirin iddiaçının vəsaiti hesabına olmasını da izah edə bilməmişlər. Əksinə iş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin mərhum atasına məxsus olmuş və vərəsəlik hüququ üzrə Cavabdeh mülkiyyətinə keçmişdir. Həmçinin fərdi yaşayış evinə aid texniki pasportdan görünür ki, fərdi yaşayış evi 1996-ci ildə inşa edilmişdir. Hansıki, həmin tarixə kimi iddiaçı 6 il evli olmuşdur ki, bu zaman kəsiyində isə onun əməyi hesabına əsaslı təmirin aparılması ağlabatan deyildir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əvvəllərdə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası olmuş və bu zaman iddiaçı hazırkı mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş hesab edilməsindən bəhs etməmişdir. İddiaçı hazırkı iddianı yalnız onun evdən kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra vermişdir. Məhz bu hal da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evində iddiaçının əməyi hesabına hər hansı əsaslı təmir işləri aparılmamışdır. Əgər belə olacağı halda iddiaçı əvvəlki əmlakın bölünməsi iddiasına hazırki tələbini də əlavə edərdi.
20. Sadalanan bütün xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunması və əmlak üzərində ½ hissədə payının müəyyən edilməsi hissələri əsassızdır.
21. Məhkəmə qeyd etmişdir ki, həmin hissələr əsassız hesab edildiyindən iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüququ yaranmır. Ona görə də həmin hissələrdə də iddia tələbi təmin edilə bilməz.
22. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbayca n Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə, Ailə Məcəlləsinin 34.1, 35-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.1, 14.2, 9.1, 9.3, 76.1, 76.2-ci maddələrinə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında ifadə olunmuş h üquqi mövqelərə istinad edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1991-ci ildə el adəti ilə evlənmiş və nikahlarını rəsmiləşdirmişdirlər. Ailə qurduğu vaxtdan cavabdehin və X4 yaşadıqları evə köçmüşdür. Bundan sonra, gəlin köçdüyü evi sökərək yenidən inşa etmişdirlər. O, 1991-ci ildən Tovuz rayonu Əyyublu kəndində fəaliyyət göstərən “Nərgiz” uşaq bağçasında işləməklə, aylıq məvacibini də evin tikintisi üçün xərcləmşdir. Cavabdeh həmin evin guya onun atası tərəfindən inşa edildiyini göstərsə də, cavabdeh in atası X8 1929-cu il təvəllüdlü olmaqla həmin vaxt yaşlı olmuşdur. Həmin evin texniki pasportunda da, evin 1996-cı ildə tikilməsi qeyd edilmişdir ki, bu da evin cavabdehlə birgə nikahları dövründə tikildiyini təsdiq edir. Lakin məhkəmə işin həmin hallarını nəzərə almamışdır.
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-714/2023 nömrəli 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddia rədd olunmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməmə si nəticəsinə gələrkən, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına yox, 2000-ci ilin sentyabr ayından qüvvədə olmuş Mülki Məcəllənin və 2000-ci ilin iyun ayından qüvvədə olan Ailə Məcəlləsinin normalarına istinad etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 385.1, 385.1.1-ci maddələrinə əsasə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.
27. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin atası X2 məxsus olmaqla, 1996-cı ildə inşa edilmişdir. Miras qoyan X8 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra Tovuz rayonu, Əyyublu kəndində 1996-cı ildə tikilmiş, ümumi sahəsi 183 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Tovuz rayon Regional “Asan xİdmət” mərkəzinin “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi ilə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur. Şəhadətnamə ilə verilən əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsində ümumi sahəsi 183 kv.metr olan 5 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsinin mərhuma aid olan hissəsindən ibarətdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi 1996-cı il tarixdə inşa edildiyindən, hazırkı mübahisəli hüquq münasibətlərinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1969-cu il redaksiyalı Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin müddəaları tətbiq edilm əlidir.
29. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə, ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqlara malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.
30. İş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi 1996-cı ildə cavabdehin atası X8 tərəfindən inşa edilmişdir. Cavabdehin atası X1 xx.xx.2016-cı il tarixdə vəfatından sonra Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi miras qalmışdır ki, Tovuz rayon dövlət notariat kontorunun “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi ilə oğlu Cavabdeh verilmişdir. İddiaçı həm iddia ərizəsində, həmçinin, apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, onlar cavabdehlə evləndikdən sonra gəlin köçdüyü evi sökərək yenidən inşa etdirmişlər və bununla bağlı icra nümayəndəliyinin müvafiq arayışı da mövcuddur. İddiaçının həmin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, icra nümayəndəliyinin müvafiq arayışı mötəbər sübut kimi qə bul edilə bilməz. Belə ki, arayışda ümumi olaraq evin sökülməsi və iddiaçı ilə cavabdehin birgə nikah dövründə yenidən inşa etdirilməsi qeyd edilmişdir. Lakin evin tikintisinin hansı illəri əhatə etməsi barədə hər hansı məlumat öz əksini tapmamışdır. Halbuki, həmin hallar iş üçün mühüm əhəmiyyət kəsb edən hallardır. Bundan başqa icra nümayəndəsinin evin tikintisi zamanı özünün həmin illərdə vəzifə səlahiyyətlərini icra etməsi belə qeyri-müəyyəndir. Belə olan halda əsaslı nəticəyə gəlmək olmaz. Digər tərəfdən, İddiaçı əvvəllər də birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası olmuş və bu zaman iddiaçı hazırkı mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilməsi ilə bağlı heç bir dəlil irəli sürməmiş və həmin fərdi yaşayış evindən pay tələb etməmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(062)-1606 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh 8000 manat məbləğdə kompensasiyanın alınaraq cavabdeh İddiaçı verilməsi, kompensasiya müqabilində cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsi və kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə Tovuz rayonu, Əyyublu kəndində yerləşən iddiaçının mülkiyyətində olan evdən çıxarılması qət edilmişdir ki, iddiaçı hazırkı tələbini məhz həmin qətnamənin qəbulundan sonra irəli sürmüşdür ki, bu da onun hazırkı dəlillərinin mötəbərliyini şübhə altına alır.
32. İş üzrə şahid kimi dindirilmiş şəxslərin birinci instansiya məhkəməsinin iclas protokolunda öz əksini tapmış ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəl a həmin şahidlər iddiaçının qohumları olmaqla, hadisəni müfəssəl təsvir edə bilməmiş, həmin ifadələr tamamilə bir-birinin təkrarı olmaqla, həm də, bu ifadələrlə əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması müəyyən olunmamışdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı Tovuz rayonu Əyyublu kəndində yerləşən mübahisəli evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə birgə vəsaitləri hesabına tikilməsini təsdiq edən heç bir mötəbər sübut növünü təqdim edə bilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Ona görə də, onun həmin iddiası rədd olunmalıdır. İddianın digər hissələr də, mübahisəli evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə birgə vəsaitləri hesabına tikilməsi hissəsi ilə bağlı olduğundan, iddianı n xx.xx.2022-ci il tarixli, 2V-302 və 2V-303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, Tovuz rayonu Əyyublu kəndində yerləşən evin ümumi birgə əmlak hesab edilməsi və ½ hissə üzrə payının müəyyən edilməsi hissələri də, təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1969-cu il redaksiyalı Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 23, 28, 29-cu maddələrinə, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 100-cü maddəsinə, habelə MPM-in 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəli lləri
35. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 223-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Gəncə Apelyasiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, mübahisə 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş 1969-cu il redaksiyalı Nikah və Ailə Məcəlləsi ilə tənzimlənməlidir. Lakin hakim nəzərə almamışdır ki, mübahisənin predmeti olan fərdi yaşayış birgə nikah dövründə tikilmişdir. Belə olan halda isə nəzərə almaq lazımdır ki, tərəflərin birgə nikah dövrü 1991-ci ildən başlayaraq 30 illik bir müddəti əhatə edir. İşin bu halı isə hakimin gəldiyi nəticəni istisna edir.Belə ki, nə birinci instansiya məhkəməni nə də apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən qətnamənin əsası kimi hər hansı bir əsaslı arqument və ya dəlil göstərməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlara şübhə ilə yanaşmış, cavabdehin sübutlarına isə münasibətdə inandırıcı mövqedən çıxış etmişdir. İddiaçının gəlin köçdüyü evi sökərək tərəflər yenidən ev inşa etdirmişdir. Bu barədə icra nümayəndəliyinin müvafiq arayışı da mövcuddur. Ümumiyyətlə işin bu halı məhkəmə iclasında cavabdeh tərəfindən də etiraf edilmişdir və eyni zamanda cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin məhkəmə is ə onun etirafına bilərəkdən hüquqi qiymət verməmişdir. Apelyasiya məhkəməsi qətnaməsində qeyd edir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində iddiaçının 1/6 hissədə payı var. Lakin iddiaçının uşaqlarının da öz paylarını ona verdikləri üçün həm 0,26 həyətyanı torpaq sahəsinin hazırda 1/6hissəsi onun mülkiyyətini təşkil edir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin naturada bölgüsü ilə bağlı mübahisəyə dair məhkəmə qətnaməsi olmadığından fərdiyaşayış evinin kimin payına düşən torpaq sahəsində inşa edildiyi məlum deyildir. Qətnamədə qeyd edilmişdir ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi qeyd etmişdir ki, mübahisə olunan evin tikintisi 1996-cı ildə olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi həmin məlumatı hər-hansı bir eksper t rəyinə deyil sadəcə cavabdehin şifahi olaraq dediklərinə əsaslanaraq vermişdir. Lakin cavabdehin özü də etiraf etmişdir ki, evin tikintisinə 1991-ci ildə başlamışlar. Bu isə işin mübahisəsiz halıdır. Digər tərəfdən hakim qeyd etmişdir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdan pay tələbinə dair iddia olmuş və iddiaçı həmin vaxt evin bölgüsü ilə iddia qaldırmamışdır. Buna münasibətdə nəzərə çatdırılır ki, həmin vaxt iddiaçının evə köçürülmə iddiası olmuş və o həmin evdə yaşamışdır. Lakin sonradan cavabdeh ona qarşı kompensasiya tələbinə dair iddia qaldırdıqdan son hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Evin tikintisi zamanı çəkilən xərclərdə iddiaçının da zəhməti vardır və eyni zamanda onun valideynləri tərəfindən də maddi yardımlar edilmiş dir. İşin bu halı da məhkəmə iclası zamanı şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı Tovuz rayonu, Əyyublu kəndində fəaliyyət göstərən “Nərgiz” uşaq bağçasında 1991-ci ildən bu günədək işləməklə aylıq məvacibini də evin tikintisi üçün xərcləmişdir. İşin bu halı da məhkəmə iclasında öz təsdiqini tapmışdır və əgər zərurət yaranarsa bu barədə müvafiq arayışı da məhkəməyə təqdim edəcəkdir. Cavabdeh ifadəsində ümumi sözlərlə qeyd edir ki, həmin ev guya onun atası tərəfindən inşa edilmişdir. Cavabdehin atası X8 1929-cu il təvəllüdlü olmaqla həmin vaxt kifayət qədər qoca olmuşdur. Eyni zamanda, cavabdehin valideynlərindən onlara hədiyyə şəklində hər hansı bir əmlak qalmamışdır. Bundan əlavə, evin tikintisi zamanı cavabdehin valideynləri təqaüdçü olduğundan onların aldıqları təqaüd məblə ği ilə ev inşa etdirmək mümkün deyildir. Qeyd olunan evin tikintisinə xərclənən pulları tərəflər təsərrüfatda işləməklə qazanmışlar. Bu da onu deməyə imkan verir ki, cavabdehin valideynlərinin yaş hədləri təsərrüfatda fiziki işlə məşğul olmağa imkan vermirdi. Cavabdeh Mehman Mehrəliyev öz ifadəsində qeyd etmişdir ki, o həmin vaxt polis orqanlarında işləmişdir. Doğrudan da cavabdeh polisorqanlarında cəmi 3 il işləmiş və sonradan öz ərizəsi əsasında işdən çıxaraq mənimlə birlikdə təsərrüfatla məşğul olmuşdur. Sözügedən evin texniki pasportunda evin 1996-cı ilə tikilməsi qeyd edilmişdir ki, bu da evin tərəflərin birgə nikah dövründə tikilməsini təsdiq edir. Qeyd olunan evin tikintisində işləyən ustaların da qulluğunda iddiaçı dayanmışdır. Cavabdehləiddiaçı arasında əmlakın bölünməsinə dair bir neçə qətnamələr də mövcuddur ki, həmin qətnamələrin kserosurətlərini iş materiallarına əlavə etmişdir. Belə ki, nəqliyyat vasitələri, o cümlədən “kamaz” markalı nəqliyyat vasitələri, torpaq sahəsi, mağaza kimi əmlaklarda onların payları müəyyən edilmişdir. Bundan əlavə, onlar torpaq sahələrində və hazırda yaşadıqları 0,26 ha həyətyanı torpaq sahəmizdə əvvəllər kartof əkərək kartofdan əldə etdikləri qazancı, sonradan isə fındıq bağı salaraq oradan əldə etdikləri qazancı evin tikintisinə sərf etmişlər.Məhkəmə tərəfindən iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan yalnız ikisi qətnamədə qeyd edilmişdir ki, bunu da məhkəmə yalnız özünün gəldiyi nəticəyə uyğunlaşdıraraq tətbiq etmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş şahidlərin ifadələri bir-birinə uyğun deyil və şahid ifadələrində əsaslı təmir işlərinin aparılmasının nədən ibarət olmasını bildirməmişlər. Nəzərə alsaq ki, evin tikintisi üçün lazın olan materiallar daş, qum, taxta və s. bu kimi materiallardan ibarətdir, iddiaçının təqdim etdiyi şahidlər də öz ifadələrində həmin materialların iddiaçının valideynlərinin köməkliyi ilə alınmasını qeyd etmişlər. Bundan əlavə, iş üzrə şahidlərdən Gülnar və Samirin ifadələri məhkəmə iclas protokolunda düzgün göstərilməmiş, yəni təhrif edilərək qeyd edilmişdir.
37. Tovuz Rayon Məhkəməsi tərəfindən Mülki Məcəllənin 225-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə bu maddəni tətbiq edərkən nəzərə almamışdır ki, mübahisəli ev cavabdehlər birgə nikah dövründə əldə edilmiş evdir. Gəncə Apellyasiya Məhkəməsi isə bu maddəyə istinadı ümumiyyətlə lüzu m bilməmişdir.
38. Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçı həmin evə gəlin köçdükdən sonra evi yenidən inşa etmişlər. Apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmişdir.
39. Kassasiya şikayətində prosessual pozuntu MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir sübuta əsaslanmadan hazırkı qətnaməni qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1969-cu il redaksiyalı Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi
41. Maddə
26. Ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əld ə edilibedilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqlara malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.
42. Maddə
28. Ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir.
43. Maddə
29. Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah müddətində onların hədiyyə şəklində və ya vərəsəlik qaydasında aldıqları əmlak onlardan hər birinin öz mülkiyyətidir. 01 sentyabr 2000-ci ilədə k qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə
100. Vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququnun obyektləri -1994-cü il 1 noyabr tarixli qanunla yeni redaksiyada Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa tə`yinatlı istənilən əmlak. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
50. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Haz ırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarını n tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına yox, 2000-ci ilin sentyabr ayından qüvvədə olmuş Mülki Məcəllənin və 2000-ci ilin iyun ayından qüvvədə olan Ailə Məcəlləsinin normalarına istinad etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 385.1, 385.1.1-ci maddələrinə əsasə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.
59. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə, ərarvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ərarvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqlara malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.
60. Apellyasiya ins tansiyası məhkəməsi qeyd olunan normaların tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi 1996-cı ildə cavabdehin atası X8 tərəfindən inşa edilmişdir. Cavabdehin atası X1 xx.xx.2016-cı il tarixdə vəfatından sonra Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi miras qalmışdır ki, Tovuz rayon dövlət notariat kontorunun “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi ilə oğlu Cavabdeh verilmişdir.
61. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehlə evləndikdən sonra gəlin köçdüyü evi sökərək yenidən inşa etdirmişlər və bununla bağlı icra nümayəndəliyinin müvafiq arayışı da mövcuddur.
62. İddiaçının həmin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icra nümayəndəliyinin müvafiq arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışda ümumi olaraq evin sökülməsi və iddiaçı ilə cavabdehin birgə nikah dövründə yenidən inşa etdirilməsi qeyd edilmişdir. Lakin evin tikintisinin hansı illəri əhatə etməsi barədə hər hansı məlumat öz əksini tapmamışdır. Halbuki, həmin fakt iş üçün mühüm əhəmiyyət kəsb edən haldır. Bundan başqa icra nümayəndəsinin evin tikintisi zamanı özünün həmin illərdə vəzifə səlahiyyətlərini icra etməsi belə qeyri-müəyyəndir. Belə olan halda əsaslı nəticəyə gəlmək olmaz.
63. Digər tərəfdən, iddiaçının əvvəllə r də birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddiası olmuş və bu zaman iddiaçı hazırkı mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilməsi ilə bağlı heç bir dəlil irəli sürməmiş və həmin fərdi yaşayış evindən pay tələb etməmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 8000 manat kompensasiyanın tutularaq İddiaçı verilməsi, kompensasiya müqabilində sonuncunun evdən istifadə hüquqlarına xitam verilməsi və kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə Tovuz rayonu, Əyyublu kəndində yerləşən Cavabdeh mülkiyyətində olan evdən çıxarılması qət edilmişdir ki, iddiaçı hazırkı tələbini məhz həmin qətnamənin qəbulundan sonra irəli sürmüşdür ki, bu da onun hazırkı dəlillərinin mötəbərliyini şübhə altına alır.
65. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı Tovuz rayonu, Əyyublu kəndində yerləşən mübahisəli evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə birgə vəsaitləri hesabına tikilməsini təsdiq edən heç bir mötəbər sübut növünü təqdim edə bilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Ona görə də, iddia rədd olunmalıdır.
66. İddianın digər hissələr də, mübahisəli evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə birgə vəsaitləri hesabına tikilməsi hissəsi ilə bağlı olduğundan, iddianın xx.xx.2022-ci il tarixli, 2V-302 və 2V-303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv ed ilməsi və Tovuz rayonu, Əyyublu kəndində yerləşən evin ümumi birgə əmlak hesab edilməsi və ½ hissə üzrə payının müəyyən edilməsi hissələri də, təmin edilməməlidir.
67. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(104)-714/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.