Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3225/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı n Cavabdeh qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: iddianın bir hissəsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Cavabdeh Tofı̇ q oğluna qarşı bağışlama müqavilələrindən imtina edilmiş hesab olunması, çıxarışların ləğvi və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-347/2024 nömrəli qətnaməsindən Cavabdeh Tofı̇ q oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh iddiaçının oğludur.
2. Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 1 dekabr 2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı özünə məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzilini oğlu Cavabdeh bağışlamışdır.
3. Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 1 dekabr 2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı özünə məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa D adaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzilini oğlu Cavabdeh bağışlamışdır.
4. Bakı şəhəri notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 3 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini oğlu Cavabdeh bağışlamışdır.
5. Bakı şəhəri 19 saylı notariat ofisində (kontorunda) bağlanmış 11 aprel 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili Cavabdeh (hədiyyə alanın) mülkiyyətinə vermişdir.
6. Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh mülkiyyətinə vermişdir.
7. Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh mülkiyyətinə vermişdir.
8. MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada yerləşən, 106,06 kv.m etr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 08 yanvar 2008-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
9. MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada yerləşən, 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 08 yanvar 2008-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
10. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzil 13 aprel 2017- ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
11. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950B saylı bağ evi 09 yanvar 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
12. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 10, 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraj 20 fevral 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
13. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 10, 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraj 21 fevral 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 14. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 24 fevral 2023-c ü il tarixli arayışda göstərilmişdir ki: 1.İddiaçı adına ilk dəfə 17 fevral 2012-ci il tarixdə cari hesab açılmışdır. 2.Cavabdeh adına ilk dəfə 05 fevral 2013-cü il tarixdə cari hesab açılmışdır. 3.İddiaçı ilə Cavabdeh "xxxx" ASC-də birgə/ortaq hesabları yoxdur. 4.Cavabdeh "xxxx" ASC ilə bağlanmış hər hansı əmanət müqaviləsi aşkar edilməmişdir. 5.İddiaçı məxsus əmanət müqavilələri 2015-ci ildə bağlandığı üçün sənədlər ləğv olunmuşdur. 6.İddiaçı xx.xx.2012-ci ildə 10000 manat əmanət yerləşdirmiş, 07 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 07 fevral 2013cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 20 13-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012- ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 10000 manat əmanət yerləşdirmiş, 18 mart 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 25 aprel 2014-cü il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmışdır.
15. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicidi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki:
1. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-2 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır.
2. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-4 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 4511,04 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
3. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-5 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 100000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır.
4. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-7 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 9022,2 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
5. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 8 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 100000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.
6. Cavabdeh adına 25 o ktyabr 2016-cı il tarixdə 12-218603- 9 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək həmin hesaba ümumilikdə 6037,5 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
7. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 10 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır.
8. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 11 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 500,09 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə -hissə çıxarılmışdır.
9. Cavabdeh adına 26 dekabr 2016-cı il tarixdə 12-218603- 13 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2017-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.
10. Cavabdeh adına 26 dekabr 2016-cı il tarixdə 12-218603- 14 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həmin hesaba ümumilikdə 1500 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2017-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
11. Cavabdeh adına 26 dekabr 2017-ci il tarixdə 12-218603- 15 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2017-ci il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixdə həmin məbləğ çıxarıl mışdır.
12. Cavabdeh adına 26 dekabr 2017-ci il tarixdə 12-218603- 16 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həmin hesaba ümumilikdə 1500 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
13. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 17 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 60000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.
14. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 18 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 2685 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tar ixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
15. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 19 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 30000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.
16. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 20 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 1342,5 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
17. Cavabdeh adına 26 dekabr 2018-ci il tarixdə 12-218603- 21 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 60000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə 59999,94 ABŞ dolları məbləğ çıxarılmışdır.
18. Cavabdeh adına 26 dekabr 2018-ci il tarixdə 12-218603- 22 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 2410 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.
16. İddiaçının iddia ərizəsində göstərilən daşınmaz əmlaklarla bağlı, habelə "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabında olan 242938 manat pul vəsaitinin cavabdehə bağışlanmasından imtina etməsinə dair bildiriş (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qaydada) 03 oktyabr 2022-ci il tarixdə cavabdehə ünvanlandırılmış, 18 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır.
17. Azərbaycan Respublikası Daxil i İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 24 sentyabr 2022-ci il tarixli arayışında göstərilmişdir ki, Bakı şəhər BPİ Binəqədi RPİ 4PBnin məsul növbətçisi, polis mayoru Cavabdeh 2012-ci il üzrə əmək haqqı 947 manat, 2013-cü il üzrə 6034,8 manat, 2014-cü il üzrə 9338,4 manat, 2015-ci il üzrə 11327,65 manat, 2016cı il üzrə 6917,05 manat, 2017-ci il üzrə 6950,4 manat, 2018- ci il üzrə 7392 manat, 2019cu il üzrə 8269,45 manat, 2020-ci il üzrə 9499,2 manat, 2021- ci il üzrə 9523,2 manat, 2022-ci il üzrə 7966,8 manat olmaqla, 2012-ci ildən 2022-ci ilədək cəmi məbləğ 84165,95 manat təşkil edir.
18. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsindəki 68 nömrəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 77,36 kv.metr yaşayış sahəsi olan 60 saylı mənzildə 1932-ci il təvəll üdlü anası Zenfira Sadıxova ilə birlikdə yaşayır.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(001)4742/2022 saylı qərardadından görünür ki:
1. İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı pulun hesaba daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, cavabdehdən 242938 manat pul vəsaitinin tutularaq Cavabdeh adına açılmış ******************** nömrəli hesaba ("xxxx" ASC tərəfindən əmanətin qəbul edilməsi üçün açılmış hesaba) mədaxil edilməsi... barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Həmin mülki işlə bağlı məhkəmənin 15 sentyabr 2022-ci il tarixli, MTT(001)177/2022 saylı qərardadına əsasən, X1 Azərbaycan” QSC-nin Nərimanov Metropark filial ında cavabdeh İddiaçı depozit qutusunda (bank hesabında) olan 242938 manat vəsaitin üzərinə həbs qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin cavabdehə bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 3 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş 9 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02- 11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilə dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında 13 aprel 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. t orpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 8 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, *** **** nömrəli, qeydiyyat tarixi 8 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 10 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 10 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndə n imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -İddiaçının vəsaiti hesabına "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin cavabdehə bağışlanmasından imtina edilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğludur. Son zamanlaradək münasibətləri yaxşı olmuşdur. Təxminən 2008-ci ildən cavabdeh iddiaçıdan bütün əmlakını ona bağışlamağı xahiş etmişdir. İddiaçı ilk vaxtlar oğlunun məqsədini anlamamış, lakin səmimiyyətinə inanaraq iddia tələbində göstərilən əmlaklarla bağlı hüquqlarını bağışlama müqavilələri əsasında görünüş üçün cavabdehə vermişdir. İddiaçı əmlakları deyil, əmlaklara dair hüquqlarını razılaşdırılmış şərtlər daxilində cavabdehə bağışlamışdır. Şərtə görə, əmlaklara dair bağışlama müqavilələri bağlansa da, çıxarışlar alınmamalı, əmlaklara mülkiyyət hüquqları iddiaçıda qalmalı idi. Lakin, 2022-ci ilin iyun ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, bağışlama müqavilələri əsasında daşınmaz əmlaklara dair çıxarışlar almışdır. Həmin əmlaklar cavabdehə bağışlansa da, həmçinin, cavabdehin adına çıxarışlar verilsə də, faktiki olaraq cavabdehin yaşadığı mənzil istisna olmaqla, qalan bütün əmlaklar iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Yəni, bağışlama haqqında sənədləşmə aparılsa da, əm laklar cavabdehə verilməmiş, hədiyyə alan, yəni cavabdeh bağışlanan əmlakları qəbul etməmişdir. Eyni zamanda, bağışlama öhdəliklərlə şərtləndirilmişdir. Daha sonra 2022-ci ilin iyun ayının 20-sində iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, hətta 2019cu ildə iddiaçı tərəfindən cavabdehin bank hesabına qoyduğu 257000 manat pulu ələ keçirmək məqsədi ilə adına 10 il müddətinə verdiyi etibarnaməni iddiaçını məlumatlandırmadan ləğv etdirmiş, bank vasitəsilə iddiaçını məhkəməyə verdirmiş, pulun ona məxsus olmasında iddiaçı olmuşdur. Halbuki, iddiaçı 15 il öndə 257000 manat pul vəsaitini ilkin olaraq "xxxx" ASC-də öz hesabına qoymuşdur. Bu zaman cavabdeh 20 yaşında olmaqla tələbə olmuş, heç bir gəlir mənbəyi olmamışdır. Sonralar isə polisdə işləmiş, aylıq gəliri maaşdan artıq olmadığında n, onun 257000 manat pul əldə edib banka qoyması mümkün olmamışdır.Beləliklə, cavabdeh iddiaçının ağır xəstə və yaşlı olmasından və vəfat etdikdə digər vərəsələrini mirasdan məhrum etmək məqsədi ilə iddiaçının ona olan etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq pul vəsaitinin başqa banka qoyulmasına və bütün daşınmaz əmlaklarının ona bağışlanmasına nail olmuşdur. Daha sonra cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək, ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq, iddiaçının xəstə bacısına və 91 yaşlı anasına qayğı göstərməkdən, onları saxlamaqdan imtina etmişdir. Göründüyü kimi, iddiaçının xeyirxah hərəkətlərinin müqabilində cavabdeh ona qarşı bədxah hərəkətlər etmişdir.
22. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə iddia müddətinin tətbiqinə dair əri zə ünvanlamış, ərizədə göstərilmişdir ki, cavabdehin iddiası əsassız olduğu üçün iddianı qəbul etməmişdir. Bağışlama müqavilələrində iddia ərizəsində göstərilən heç bir şərt əks olunmamışdır. Üstəlik, 11 aprel 2017-ci il tarixli bağışlama müqaviləsində birbaşa göstərilmişdir ki, iddiaçı daşınmaz əmlakı cavabdehin mülkiyyətinə verir. Bundan başqa, iddiaçı ümumi qaydada göstərmişdir ki, guya cavabdeh ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozaraq onun xəstə bacısına və 91 yaşlı anasına baxmamışdır. Lakin, bununla əlaqədar heç bir dəqiqləşdirici faktı və həmin faktı təsdiq edən heç bir sübutu iddia ərizəsində göstərməmişdir. Bu isə iddianın formallığının və əsassız olmasının göstəricisidir. Əslində iddiaçının bu iddia ərizəsini verməkdə niyyəti oğlundan qisas almaqdır. Be lə ki, iddiaçı özü qanunsuzluğa yol verərək oğlunun bankda olan pulunu mənimsəmişdir. İddiaçı atası barədə dələduzluq faktı ilə hüquq-mühafizə orqanlarına şikayət etməmiş, sadəcə, iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Törətdiyi qanunsuzluğa görə oğlunun ona qarşı hər hansı tələb irəli sürməməsi üçün iddiaçı belə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində göstərir ki, bu hallar ona 2022-ci ilin iyun ayında məlum olmuşdur. Lakin, niyə məhz həmin tarixdə məlum olmasını açıqlamamışdır. İddia ərizəsində cavabdhein guya bağışlama şərtlərini pozduğunu iddia etmişdir.Lakin, iddiaçı ərizəsində qəsdən heç bir müddət göstərmir və iddiasının dəlillərini açıqlamır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaklarla bağlı dövlət reyestrindən çıxarışlar 2008-ci ildə, 2017- ci ildə və 2 019-cu ildə verilmişdir. Bundan başqa, iddia ərizəsində cəmi bir bağışlama müqaviləsinin bağlanma müddəti göstərilir – xx.xx.2012-ci il. Bu müddət ərzində iddiaçının qeyd olunan çıxarışların alınmasından məlumatı olmuşdur. Bağışlama müqaviləsi bağlandıqdan və daşınmaz əmlaka çıxarış alınmasından artıq uzun müddət keçsə də, iddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş müddətlərə riayət etməklə imtina haqqında bildirişi cavabdehə verməmişdir. Göründüyü kimi, iddiaçı bağışlamadan imtina müddətlərini çoxdan ötürmüşdür. Sonda əsassız olduğu üçün iddianın rədd edilməsi, məhkəmə iddianı əsaslı hesab edərsə, bağışlamaqdan imtina ilə bağlı iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsi xahiş olunmuşdur.
23. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərdən əlavə olaraq göstərmişdir ki, Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus 255938 manat pul vəsaitli bank əmanətinin cavabdehlər "xxxx" ASC və İddiaçı tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, bank tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli “hesabdan çıxarış”a əsasən, 14 iyun 2022-ci il tarixə Cavabdeh bank əmanətində 242938 manat pul olmuşdur.Lakin, 14 iyun 2022-ci il tarixdə həmin pul vəsaiti bank hesabından çıxarılmış və həmçinin buna görə də aylıq hesablanmalı olan əlavə 13000 manat məbləğ pul da bank əmanəti hesabında görünməmişdir. Yəni, hazırda 255938 manat pul Cavabdeh bank əmanətindən əsassız olaraq silinmi şdir. Cavabdeh banka qeyd olunan halın səbəbləri barədə məlumat verilməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında onun atası İddiaçı ödənilmişdir. Nəzərə alınmalıdır ki, Toğrul atasına müvafiq etibarnamə versə də, pul vəsaiti bank əmanətindən silindiyi zaman həmin etibarnamənin hüquqi qüvvəsi olmamışdır. İddiaçı qüvvədə olmayan etibarnamədən istifadə etməklə, həmçinin ona verilmiş etibarnamədən sui-istifadə etməklə Cavabdeh pulunu qanunsuz və əsassız olaraq, onun razılığı olmadan çıxararaq ələ keçirmiş, ona maddi ziyan vurmuşdur. Hazırda da İddiaçı öz qanunsuzluqları ilə bağlı cavabdehə təsir etmək üçün mülki hüquqlarından sui-istifadə edərək, Cavabdeh qarşı əsassız iddia qaldırmışdır. Bundan başqa, iddiaçı ərizədə göstərmişdir ki, bağışlama müqaviləsi bağlansa da, daşınmaz əmlaklar faktiki olaraq iddiaçıda qalmışdır. İddiaçının bu mövqeyi də tamamilə əsassızdır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd olunan hüquq normasına əsasən, əmlak bağışlama müqaviləsi bağlandığı andan cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan başqa, iddiaçı ərizəsində göstərmişdir ki, guya cavabdehin maaşı bankda o qədər pulu olmasına kifayət etməz. Lakin, nəzərə alınmalıdır ki, bu məsələ digər məhkəmə araşdırmasının predmetidir. Həmin məsələnin hazırkı iddia ilə heç bir aidiyyəti yoxdur. Çünki, iddiaçı və cavabde h arasında bağışlama müqaviləsi tam qanuni formada bağlanmışdır və bağışlama zamanı hansı pulun ödənilməsi qanunvericiliklə tələb olunmur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) 19 may 2023-cü il tarixli, 2(001)-279/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) xx.xx.2024-cü il tarixli, 2(103)-347/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş a pellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(001)-279/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş 3 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 9 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02-11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilin Cavabdeh bağışlanmasına dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 13 aprel 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh həmin əmlakdan çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtə bəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 1 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 8 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarışın ləğv edilməsi və Cavabdeh həmin əmlakdan çıxarılması; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilin Cavabdeh bağışlanm asına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 1 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 8 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarışın ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 10 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adına verilmi ş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 10 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; Cavabdeh həmin əmlakdan çıxarılması; İddiaçı vəsaiti hesabına "xxxx" ASC-də Cavabdeh adına açılmış əmanət hesabına yatırılan 2429 38 manat pul məbləğinin Cavabdeh bağışlanmasından imtina edilmiş hesab olunması, dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh Tofı̇ q oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-347/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, idda tələblərin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddianın bir hissəsindən imtina barədə ərizə və ona etiraz
29. İddiaçı ərizə il ə kassasiya məhkəməsinə müraciət edərək Cavabdeh qarşı bağışlanma müqavilələrinin imtina edilmiş hesab edilməsi və çıxarışların ləğvi tələblərinə dair iş üzrə iddia tələblərinin “Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən 68 nömrəli evin, 60 nömrəli mənzilinə dair bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması və çıxarışın ləğvi, cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması” hissəsindən imtina etdiyini bildirərək həmin hissədə iş üzrə icraata xitam verilməsini, iddianın qalan hissədə qüvvədə saxlanılmasını xahiş etmişdir.
30. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Lakin, hesab edilməlidir ki, həmin ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından aydın olub ki, (kassasiya şikayətində ətraflı qeyd edilib) nə iddiaçı, nə cavabdeh heç bi ri öz ailələri ilə birgə həmin mənzildə yaşamır. Hələ əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş yaşayış yerinə dair Arayışda qeyd edilib ki, 2018-ci ilin mart ayından etibarən hazırki vaxtadək cavabdeh öz ailəsi ilə birlikdə ünvan 6 ünvanında həqiqətən yaşayır. Həmçinin, iş materiallarında olan bildidirşin çatdırılmasına daiz qəbzdə cavabdehin ünvanı kimi Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov yazılıb. Hətta, iddiaçı xx.xx.2020-ci il tarixdə öz oğlundan və gəlinindən şikayət yazanda onların Bakı şəhəri,Yasamal rayonunda yaşamalarını təsdiq edib. (Kassasiya şikayətində ətraflı qeyd edilib) İddiaçı özü isə 2021-ci ildən hazırki vaxtadək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950 B ünvanında yaşayır. Lakin, məl umatı təhrif edir. Nəticə odur ki, iddiaçı etiraf edir ki, oğlu ilə birgə Binəqədi rayonunda yerləşən mənzildə qeydiyyatda olsalar da, heç biri özünün son ərizələrində qeyd etdiyi ünvanda yaşamırlar. Səbəb odur ki, həmin ev hazırda ailə ilə birlikdə yaşayışa yararlı deyildir. Təmir-bərpa və abadlaşdırma işləri görülməlidir və bunun üçün xeyli xərc çəkilməlidir. İddia tələbindən iddiaçı cavabdehin adına olan bütün əmlaklara dair bağışlama müqavilələrin və çıxarışların ləğv edilməsini, cavabdehin ailəsi ilə birgə bütün mənzillərdən çıxarılmasını tələb edir. Yəni, müəyyən edilib ki, əgər iddia təmin edildiyi təqdirdə cavabdehin və onun ailəsinin başqa heç bir yerdə, mənzildə birgə yaşamaları üçün real, faktiki imkan yoxdur. Lakin, əfsus qanunsuz qərarı qəbul edib. İddiaçı qanunsuz tələblər ir əli sürməsini bildiyindən onun xeyrinə qanunsuz qərarın ləğv edilməsinin qarşısını almaq üçün özünü mərhəmətli və qayğıkeş ata kimi təqdim edirərək özünün heç bir halda yaşamaq üçün rəva görmədiyi yaşayışa faktiki yarasız olan mənzildən oğlunun xeyrinə imtina etdiyini bəyan edir. Bu hal aşkar şəkildə hüquqdan sui-istifadə kimi, həqiqəti təhrif etmək kimi qəbul edilməlidir. Ona görə kassasiya şikayətində qeyd edilən ali olan və birbaşa qüvvədə olan imperativ normaların kobut pozuntuları nəzərə alınmaqla apellyasiya məhkəmə qərarı ləğv edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilən hal ilə bağlı Sizdən xahiş edirik ki, Kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 347/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, idda tələb ləri ləğv edilməli və iş üzrə icraata xitam verilməsi ilə bağlı yeni qərar qəbul edilməsi təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
32. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
33. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərə flərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
34. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;
35. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
36. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə iddianın bir hissəsindən imtina barədə ərizə göndərərək ərizədə bu hərəkətin nəticəsini də aydın surətdə şərh etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bir hissəsindən imtinanın qəbul edilməməsi üçün əsaslar müəyyən edilmədiyindən İddiaçı tərəfindən verilmiş iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 68 nömrəli evin, 60 nömrəli mənzilinə dair bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması və çıxarışın ləğvi, cavabd ehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması” hissəsindən imtinası qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)-347/2024 nömrəli qətnaməsi iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 68 nömrəli evin, 60 nömrəli mənzilinə dair bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması və çıxarışın ləğvi, cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsinin tələbinə müvafiq olaraq işin icraatına xitam verilən hissə üzrə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilmə sinə yol verilmir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1, 264, 416, 417-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 68 nömrəli evin, 60 nömrəli mənzilinə dair bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması və çıxarışın ləğvi, cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması” hissəsindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)347/2024 nömrəli qətnaməsi iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 68 nömrəli evin, 60 nömrəli mənzilinə dair bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması və çıxarışın ləğvi, cavabdehin ailəsi i lə birlikdə həmin əmlakdan çıxarılması” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.