Məhkəmə qərarları › İş №2(102)-3227/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3227/2024

29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3227/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-7*7/2*24 nömrəli iş üzrə 8 may 2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilm iş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*8.2*22-ci il tarixli, qeydiyyat nömrəsi 1522*22734 olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı (yeni qaydalarla: Gəncə şəhəri, R.Gəncəvi küçəsi, 65) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 2. *8.*8.2*22-ci il tarixli, AN-İ 1**7843 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə İddiaçı Gəncə şəhəri, R.Gəncəvi küçəsi, 65 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 22*** manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək ünvan 3 ünvanda yerləşən evə dair onunla Cavabdeh1 arasında bağlanmış kimi göstərilən *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsini və alqı-satqıdan sonra Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış 29.*8.2*22-ci il tarixli 1522*22734 nömrəli dövlət qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən ev onundur. Cavabdeh1 onun qardaşı Qabilin oğul nəvəsidir, subaydır, atası Vüqarın ailə üzvü olaraq onun evində yaşayır. Onlara həyətində ayrıca çıxışı olan yaşayış evi vermişdir. O, 8* yaşlı qoca, hərf bilmir, ancaq imza etməyi öyrənmişdir. Ülvün keçən ilin yayında qeydiyyatda olmamasını bildirib, onu evə qeydiyyata salmağı xahiş etmişdi. Onun xahişində fırıldaq görməmişdir. Vətəndaşı ev qeydiyyatına necə və harda götürülməsini də bilmir. Ülvün onu avtomaşına mindirib, “Metallurq" stadionun yanında bir yerə aparıb, bir sənədə imza etdirdi. Həmin sənəd evinin *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsi imiş, sonralar öyrənmişdir ki, orada guya evini ona 2**** manata satmağı yazılmışdır. Halbuki o, nəinki evi, heç nə satmamış, ondan 1 manat da olsa, pul almamışdır. Orada necə yaşamışdırsa, yenə də o qaydada və o hüquqla yaşayır. Evin bütün şəraiti, hətta qarajı və tövləsi var, onun dəyəri 2**** manat deyil, 1***** manatdan, yəni 5 dəfədən artıqdır. Cavabdeh1 nadinc cavandır, adam bıçaqlamağa görə dəfələrlə polisə düşmüşdür. Son dəfə o, ölüm işinə görə tutulmuşdu, bir neç ə ay həbsxanada qalandan sonra evə buraxıldı. Evinin qeydiyyatından çıxarılmasını bildirib, yenidən qeydiyyata düşmək niyyətini deyəndə, etiraz etməmişdir. Bu yaxınlarda Ülvün onu saymayıb, ailə üzvlərini incidəndə, özü də “ev mənimdir” - deyəndə, onun saxlanca verdiyi sənədləri oxutdurub, aldadılmağını, evinin onun adına keçirilməsini, yəni ona tələ qurulmasını anlamışdır. X1 yaşamaq istəmədiyindən çoxdandır ki, şəhərdə kirayə ev tutub, yaşayır, amma qeydiyyatı onun evindədir. Onun arvad-uşağı isə onun yanında qalır, amma qeydiyyatları yoxdur. Sahiblə söhbət edib, bilmişdir ki, Ülvün ona hədə-qorxu gəlib, hansısa sənədə imza etdirmişdir. Yəqin ki, həmin sənəd evinin satılmasına razılıq ərizəsidir.

5. Gəncə Şəhər Məhkəməsinin 19.12.2*23-cü il tarixli, 2(125)-6565/2*23 saylı qətnaməsi ilə ( hakim X.Səfərli) İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, dolayısıyla onun əsasında aparılmış qeydin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini imzaladığı müqavilənin məzmunu barədə məlumatı olmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, qeyd edilən evin özgən inkiləşdirməsini rəsmiləşdirən notariat ofisinə alqı-satqısı məqsədilə getdiklərini bilmişdir. İddiaçı tələbini həmçinin Cavabdeh1 tərəfindən aldadılaraq müqavilənin imzalaması ilə əsaslandırmışdır. Lakin daşınmaz əmlakın alqı-satqısına dair müqavilə aldatma olmadan bağlanıla bilməyən əqd deyildir. Bundan başqa, Cavabdeh1 aşkar edilsəydi, iddiaçının əqdi bağlamayacağı hallar barəsində susması işin tədqiq edilmiş hallarından müəyyən olunmur. Belə olan halda, iddiaçının aldadılmış tərəf kimi əqdi mübahisələndirməsi üçün əsaslar müəyyən olunmur. Bundan başqa, iddiaçı imzladığı müqavilənin məzmunu barədə məlumatsız olduğunu bildirmişdir. Lakin bu hal vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd kimi belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs kimi iddiaçının alq-satqı müqavi ləsinin mübahisələndirməsinin əsaslılığı üçün kifayət deyil. Belə ki, iddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və ya bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və ya tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması kimi əsaslar və ya vacib əhəmiyyətə malik digər hallar barədə yanılma sübuta yetirilmir. Məhkəmə həmçinin nəzərə alır ki, əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin iddiaçı tərəfdən Cavabdeh1 bildirilməsi, əqdin etibarsızlığı ilə bağlı mübahisə yarandığı üçün iddiaçının məhkəməyə müraciət etməsi işin hallarından müəyyən olunmur. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğu na əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatla və tələbin faktiki əsasları bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasıyla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin etibarsız hesab edilməsinə dair tələb təmin edilə bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337, 339.2, 339.3 və 347-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək Gən cə Şəhər Məhkəməsinin 2(125)-6565/2*23 saylı, 19.12.2*23-cü il tarixli qətnaməsini ləğv edib iddianın təmin olunması barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işin faktiki hallarını müəyyən edərkən səhvə yol vermiş, düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh onu aldatmaqla mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına nail olduğundan həmin müqavilə etibarlı hesab edilə bilməz. Belə ki, cavabdeh ondan onu mübahisələndirilən mənzilə qeydiyyata salmaq üçün xahiş etmiş və onu buna görə notariat ofisinə aparmışdır. Onun isə savadı və oxuma bacarığı olmadığından hansı məzmunlu sənədlərə imza etdiyini bilməmişdir. Qeydiyyatla bağlı sənədlərə imza etdiyini düşünmüş və imzalamağa etiraz etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmişdir. Əgər o, özünü bu məsələdə haqlı hesab etsə idi əlbəttə ki, məhkəmə iclaslarında iştirak edərdi. O, iddia ərizəsində qeyd etməklə məhkəmədə də bildirmişdir ki, mənzilin dəyəri 1**.*** manata yaxındır. O, nə üçün mənzili 2**** manata satmalı idi. Həmçinin bildirmişdir ki, cavabdeh ona hər hansı məbləğdə pul verməmişdir. Qanunun tələbinə görə alqı-satqı notariusun bankdakı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Lakin o heç bir banka getməmiş, bankdan pul almamışdır. Qeyd edilən məsələlər məhkəmə zamanı araşdırılmamış, qətnamədə iddiamın həmin əsaslarına qiymət verilməmiş, toxunulmamışdır. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsasların olmaması ilə bağlı gəldiyi nəticəni sübutlarla əsaslandırmamışdır.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-7*7/2*24 nömrəli iş üzrə 8 may 2*24-cü il tarixli qətnaməsi ilə (Ş.Rzaquliyev (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Həsənov və L.Süleymanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:

12. Hazırkı iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırki iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb kimi cavabdehdən pul almadığını və notariat orqanına aldadılaraq aparıldığını göstərsə də, mıəhkəmə kollegiyası tərəfindən müvafiq banka sorğu edilmiş və 22.*** manat vəsaitin cavabdeh tərəfindən imza edilməklə alması müəyyən olunmuşdur. Beləliklə də, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 6, 14.1, 14.2.1, 152.1, 14*, 324.1, 39*.1, 337.1, 337.2, 337.3, 337.5, 339.2 və 339.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, işin halları sadalanmaqla qanunvericilik normalarına istinad edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması qəbul olunması göstəril mişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).

21. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 39*.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1. Tərəflər in tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

32. Kassasiya şikayətinin işin faktiki halla rının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-7*7/2*24 nömrəli iş üzrə 8 may 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar