Məhkəmə qərarları › İş №2(102)-3228/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3228/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3228/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci i l tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqaviləsinə əsasən “xxxx” MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilini İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür Həmin müqavilənin şərtlərinə əsasən mənzilin 1 kv.m. üçün qiyməti 536 manat olmaqla, ümumi dəyəri 49.338 manat təşkil edir. İddiaçı 09.06.2008-ci il tarixli müqavilə üzrə alınmış mənzilin ümumi dəyərindən 20.600 manatını nağd ödəmiş, qalan 28.738 manatını hissə-hissə olmaqla “xxxx” MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. 2008-2009-cu illər üzrə maliyyə arayışlarından müəyyən edilir ki, İddiaçı ödənilməmiş qalan 28.738 manat pul vəsaitindən 09.07.2008-ci il tarixdən 20.10.2009-cu il tarixədək cəmi 14.314 manatını ödəmişdir. (09.07.2008-ci il tarixdə 1.224 manat, 08.08.2008-ci il tarixdə 1.225 manat, 09.09.2008-ci il tarixdə 1.225 manat, 10.10.2008-ci il tarixdə 1.225 manat, 10.11.2008-ci il tarixdə 1.225 manat, 10.12.2008-ci,12.01.2009-cu, 12.02.2009cu,10.03.2009-cu və 13.04.2009-cu il tarixlərdə hər birində - 1.000 manat, 13.05.2009-cu il tarixdə 550 manat, 10.06.2009-cu il tarixdə 700 manat, 20.07.2009-cu il tarixdə 640 manat, 14.08.2009-cu il tarixdə 500 manat, 20.10.2009-cu il tarixdə 800 manat odəməklə). Bununla da, iddiaçının alınmış mənzil üçün ödənilməmiş cəmi 14.424 manat borcu qalmışdır. 2012-ci ildə iddiaçıya məlum olmuşdur ki, “xxxx” MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da, “xxxx” MMC çoxsaylı şəxslərə maddi ziyan vurmuşdur. Bu səbəbdən “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış və istintaq aparılmış, cinayət işi üzrə hökm çıxarılmışdır. Sübuta yetirilmişdir ki, “xxxx” MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlət Məhkəməsinin 30.05.2013-cü il tarixli 1(101)-72/2013 nömr əli hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında” 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Təıqiqat İdarəsindən daxil olmuş 09.03.2012-ci il tarixli 005-2621-3212-2255H saylı məktuba əlavə edilmiş «xxxx» MMC-nin təsisçisi vətəndaş X1 24.02.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh6 MTK-nı n 26.03.2012-ci ıl tarixli 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alınaraq, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında “xxxx” MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilmişdir. Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uğyun olaraq, Cavabdeh6 MTK-yə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvan ərazidə “xxxx” MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarnın tikintisi davam etdirilməsinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.10.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh6 MTK-nın və Cavabdeh6 MTKnın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə onunla “xxxx” MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə əsası nda Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 92,05 kv.m. olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilini İddiaçı verilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən mənzilinin 1 kv.m. üçün qiyməti 536 manat olmaqla, ümumi dəyəri 49.338 manat təşkil edir. İddiaçı müqavilə üzrə 20.600 manat dərhal nağd ödəmiş, qalan 28.738 manat p ulun hissə-hissə olmaqla MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı qalan 28.738 manat pul vəsaitinin 2008-2009-cu illər ərzində “xxxx” MMC-yə tam şəkildə ödəmişdir. İddiaçı onun üzərinə düşən öhdəliyini icra etməsinə baxmayaraq, “xxxx” MMC iddiaçıya mənzili vaxtında təhvil verməmiş və bununla müqavilənin şərtlərini pozmuşdur. 2012-ci ildə iddiaçıya məlum olmuşdur ki, “xxxx” MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da MMC çoxsaylı şəxslərə ziyan vurmuşdur. Bu səbəbdən “xxxx” MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həm in cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2013-cü il tarixli 1(101)-72/2013 nömrəli hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında” 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş 09.03.2012-ci il tarixl i 0052621-3212-2255H saylı məktuba əlavə edilmiş «xxxx» MMC-nin təsisçisi vətəndaş X1 24.02.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh6 MTK-nın 26.03.2012-ci ıl tarixli 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alınaraq, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında “xxxx” MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilmişdir. Bunda sonra “xxxx” MMC-nin icra olunmamış öhdəliklərini Cavabdeh6 MTK yerinə yetirməli idi. Belə ki, aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uyğun olaraq, Cavabdeh6 MTK-yə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvan ərazidə “xxxx” MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarının tikintisi davam etdirilməsinə icazə verilmişdir. Cavabdeh6 MTK tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətindən tam həcmdə başa çatdırmalı olmuşdur. Həmçinin, Cavabdeh6 MTK və onun rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətləri olan Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5 inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kv.m. 400 manat az olmamaq şərtilə təmin edilməlidir. La kin, buna baxmayaraq, Cavabdeh6 MTK hazırkı vaxta kimi üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, o, Cavabdeh6” MTK-nın və Cavabdeh6 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə İddiaçı “xxxx” MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə inşa edilmiş binada yerləşən sahəsi 92,05 kv.m. olan mənzillə təmin olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-6469/2019) iddia qismən təmin edilmiş, “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razıl aşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqavilə əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilinin (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla ümumi dəyəri 49.338 manat təşkil edən) əvəzində - İddiaçı tərə findən “xxxx” MMC-yə mənzilin tam dəyəri olan 49.338 manatdan ümumilikdə ödənilmiş 34.914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat: 536 manat = 65,0 kv.m.) İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyi Cavabdeh6 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İddia tələbi Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı qalan hissədə rədd edilmiş, iddia tələbi digər cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı olan hissədə tam rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh6 MTK iddiaçı qarşısında götürdüyü öhdəlikləri qətiyyən yerinə yetirmədiyi üçün iddiaçının daşınmaz əmlak üçün ödədiyi pul vəsaitinə uyğun olaraq, müvafiq ölçüdə olan daşınmaz əmlakı Cavabdeh6 MTK-dan tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 09.06. 2008-ci il tarixli müqavilə əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilinin (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla ümumi dəyəri 49.338 manat təşkil edən) əvəzində - İddiaçı tərəfindən “xxxx” MMC-yə mənzilin tam dəyəri olan 49.338 manatdan ümumilikdə ödənilmiş 34.914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat: 536 manat = 65,0 kv.m.) İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) k vadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyi Cavabdeh6 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, iddia tələbi Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı qalan hissədə, yəni (92,05-65,0 = 27,0) 27,0 kv.m. yaşayış sahəsinin verilməsi hissəsində rədd edilməlidir. Çünki, iddiaçı (92,05-65,0 = 27,0) 27,0 kv.m. sahə üçün pul vəsaiti ödənilməmişdir. İddia tələbi digər cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı olan hissədə tam rədd edilməlidir, çünki, həmin cavabdehlərin iddiaçının qarşısında hər hansı bir müqavilə və ya qanundan irəli gələn digər öhdəliyi yaranmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası üçün yalnız Cavabdeh6 MTK cavabdehlik daşıyır. Apel yasiya instansiyası məhkəməsində icraat Cavabdeh6 MTK apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(004)-6469/2019 saylı qətnaməsinin ləğv olunmasını, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Eyvazov sədrliyi və məruzəsi ilə, hakimlər Z.Şirinov və F.Talışınskidən ibarət tərkibdə, iş №2(103)-2809/2020) İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı «mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(004)-6469/2019 s aylı qətnaməsindən Cavabdeh6 MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh6 MTK-ya münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, işdə olan digər sənədlərdən («xxxx» MMC-nin rəhbərliyi tərəfindən aldadılmış mənzillə təmin ediləcək zərər çəkmiş şəxslərin siyahısı və s.) görünür ki, hazırki iş üzrə iddiaçının adı Cavabdeh6 MTK tərəfindən mənzillə təmin ediləcək zərər çəkmiş şəxslərin siyahısında olmamış, Cavabdeh6 MTK-nın iddiaçıya münasibətdə öhdəliyi müəyyən olunmamışdır. Belə olan halda isə iddiaçının istinad etdiyi «xxxx» MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə üzrə Cavabdeh6 MTK-nın öhdəliyi müəyyən edilə bilməz (həmin müqavilə üzrə öhdəliyin ötürülməsi halı da müəyyən edilmir). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2(103)-2809/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh6 MTK arasında olan öhdəlik əvvəla yuxarıda adı çəkilən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29 mart 2012-ci il tarixli 121 saylı sərəncamı ilə, habelə müvafiq dövlət orqanları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqa vilə əsasında yaranmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 212-ci il tarixli 121 saylı sərəncamı ilə ona məxsus əmlak payı bütünlüklə Cavabdeh6 MTK-ya verilmiş, sonuncunun üzərinə vəzifə qoyulmuşdur ki, «xxxx» MMC-nin rəhbər şəxslərinin qanunsuz əməllərindən zərərçəkən bütün şəxslərə dəymiş zərər ödənsin, yəni onların «xxxx» MMC ilə bağladıqları müqavilələr əsasında həmin müqavilələr üzrə öhdəliyi yerinə yetirsin. İddiaçı ilə bağlanmış müqavilələr ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Bu halda həmin müqavilələr üzrə «İcraçı»nın bütün öhdəlikləri qeyd edilən müqaviləyə görə Cavabdeh6 MTK –nın üzərinə düşüb. Deməli Cavabdeh6 MTK onlarla bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş ölçüdə mənzilləri İddiaçı təhvil verməlidir. «xxxx» MMC-rin vəzifəli şəxsləri barəsində aparılan istintaq işi üzrə zərərçəkmiş şəxs qismində tanınsa da nə ibtidai istintaq zamanı, nə də işin məhkəmə baxışında ona dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün heç bir tədbir görülməmiş, dövlət qurumları üzərlərinə düşən vəzifələri yetirə yetirməmiş, Cavabdeh6 MTK həmin müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır. Hansı ki, iddiaçı müqavilə üzrə üzərinə düşən əsas öhdəliyi, yəni sifarişçi olduğu mənzil sahəsinə görə pay haqqını tam ödəyərək müqavilədə nəzərdə tutulmuş mənzil sahəsinə mülkiyyət hüququ əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun i zahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 MTK-nın vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər tərəf hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanma sı təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 1 57.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarınaəsasə n Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1- ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə b orcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qa yda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyə ti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü mad dəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellysiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv edərkən mövqeyi ondan ibarət olmuşdur ki, «… müqaviləyə əsasən, Cav abdeh6 MTK «xxxx» MMC tərəfindən inşası tamamlanmamış 1 girişli və 3 girişli binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə – yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 m2 mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. … Cavabdeh6 MTK üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfər şəxsə ümumilikdə 85000 m2sahədə mənzilləri təhvil vermişdir. … Azərbaycan Respublikası Auditorlar Palatasının 22 iyul 2019cu il tarixli icazəsinə məxsus «X4» MMC-nin auditoru X6 tərəfindən tərtib edilmiş 10 iyun 2020-ci il tarixli aktldan da görünür ki, Cavabdeh6 MTK və ona yaxın hüquqi şəxslər «xxxx» MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85000 m2 yaşayış sahəsi verilməsini üzərinə götürmüş 85272,3 m2 yaşayış sahəsi verərək öhdəliyi tam icra etmişdir. Enyi zamanda, işdə olan digər sənədlərdən («xxxx» MMC-nin rəhbərliyi tərəfindən aldadılmış mənzillə təmin ediləcək zərər çəkmiş şəxslərin siyahısı və s.) görünür ki,hazırki iş üzrə iddiaçının adıCavabdeh6 MTK tərəfindən mənzillə təmin ediləcək zərər çəkmiş şəxslərin siyahısında olmamış, Cavabdeh6 MTK-nın iddiaçıya münasibətdə öhdəliyi müəyyən olunmamışdır. Belə olan halda isə iddiaçının istinad etdiyi «xxxx» MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə üzrə Cavabdeh6 MTK-nın öhdəliyi müəyyən edilə bilməz (həmin müqavilə üzrə öhdəliyin ötürülməsi halı da müəyyən edilmir). Həmçinin, işdə olan hökmdən də görünür ki, bəzi zərər çəkmiş şəxslərlə yanaşı, iddiaçıya da ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hökmə əsasən isə maddi ziyanın iddiaçıya Cavabdeh6 MTK tərəfindən vurulması halı müəyyən olunmamışdır. Bu səbəbdən də, iddiaçının təqsirkar şəxslərə qarşı maddi ziyanla bağlı müvafiq tələb hüququ istisna olunmur. Lakin, iddiaçının Cavabdeh6 MTK-ya qarşı mənzillə təmin edilmə barədə hazırki tələbinin hüquqi və faktiki əsası yoxdur.» Bu mövqeyə gələrkən apellyasiya instansiyası məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir. Müqaviləyə əsasən, Cavabdeh6 MTK «xxxx» MMC tərəfindən inşası tamamlanmamış 1 girişli və 3 girişli binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə – yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam hə cmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 m2 mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. İşdə olan sübutlardan və qanuni qüvvədə olan çoxsaylı məhkəmə aktlarından (hökm, həmçinin digər iddiaçıların analoji iddia tələbləri üzrə) görünür ki, Cavabdeh6 MTK üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfər şəxsə ümumilikdə 85000 m2sahədə mənzilləri təhvil vermişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə iddianı rədd edilməsi nəticəsinə gələrkən iddiaçının təqdim olunmuş siyahıda zərərçəkmiş şəxs kimi göstərilməməsinə, Cavabdeh6 MTK-nın müvafiq dövlət orqanları ilə üzərinə götürmüş olduğu öhdəliyini tam icra etməsinə, iddiaçı qarşısında öhdəliyinin olmamasına və müvafiq hökmlə iddiaçıya maddi zərərlə bağl ı tələb hüququnun olmasının izah olmasına istinad etmişdir. İlkin olaraq məhkəmə kollegiyası iddiaçının şərərçəkmiş şəxs kimi siyahıya olmamasını qeyd edərkən məhz istinad etdiyi cinayət işi üzrə və qəbul olumuş hökmlə onun zərərçəkmiş şəxs olmasını, zərərçəkmiş şəxs kimi müvafiq icraatda statusuna xitam verilməməsini nəzərə almamış özünün də təsdiq etdiyi kimi məhz zərərçəkmiş şəxs olduğuna görə ona maddi zərərlə bağlı tələb irəli sürmək hüququ izah olunmuşdur. Bu halda isə təqdim olunmuş siyahılarda iddiaçının adının olmaması Cavabdeh6 MTK-nın onun qarşısında öhdəlik daşımaması anlamına gələ bilməz. Digər tərəfdən Cavabdeh6 MTK-nın «xxxx» MMC-in öhdəliklərinə görə məsuliyyətinin razılaşdırılmış həddə icra olunmasına və həmin razılaşmadan kənarda cavabdehin öhdəliyinin olmamasına münasibə tdə qeyd edilməlidir ki, bu halda apellyasiya instansiya məhkəməsi iddia tələbində irəli sürülmüş dəlillərin araşdırılmasından, yəni məhz zərərçəkmiş şəxslərə MTK tərəfindən yaşayış sahələrini yerilməsini, zərərçəmiş şəxslərə müvafiq müqavilərində nəzərdə tutulmuş həddə yaşayış sahələrinin verilməsini, həmin şəxslərə müqavilələrdə nəzədə tutulmuş sahələrdən artıq sahələrinin verilməsini müəyyən etdikdən sonra Cavabdeh6 MTK-nın iddiaçı qarşısında öhdəlik daşımaması nəticəsinə gələ bilərdi, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən belə araşdırmanın aparılması təmin edilməmiş, bu hallarla bağlı birinci instansiyası məhkəməsinin müəyyən etdiyi halları təkzib edən sübutların mövcud olmamasını nəzərə almamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hökmlə iddiaçıya zərərlə bağlı hüququnun izah olunmasına dair hazırkı iddia tələbi irəli sürülməsi ilə bağlı iddiaçının tələb etmə hüququnu məhdudlaşdırmır. Apellyasiya instansiyası məhkəməsi işdə olan analoji tələblərə istinad edərək Cavabdeh6 MTK-nın öhdəliyinin icra edilməsi ilə bağlı nəticəyə gələrkən eyni zamanda fərqli əsaslarla qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilən halları (eyni əsaslarla iddia tələbi irəli sürmüş şəxslərin iddialarının təmin olunması əsaslarını) müəyyən olunmasının nəzərə almalı olduğu halda bunları nəzərə almamışdır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsin də istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar