Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3230/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3230/21 (Açar sözlər: aktın etibarsız hesab edilməsi, borcun silinməsi) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7052/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” A SC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən ona məxsus ünvan 1 ünvanına dair yazılmış 161105 nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış 4777.78 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC-nin məsul əməkdaşları 23 oktyabr 2019-cu il tarixdə onun məlumatı və iştirakı olmadan faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə sahə adlanan ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış 371986M1104647 nömrəli sayğaca guya baxış keçirmiş, sayğacda şübhəli hal aşkar olunduğu üçün açılaraq əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. Həmin tarixdə tərtib olunan 161105 nömrəli aktda qeyd edilmişdir ki, “E.E.T.Q-na uyğun sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın AZS tipli dövlət möhüründə, alt qapaq möhüründə müdaxilə izləri var. Qidalandırıcı xəttin en kəsiyinə görə (1X6mm2 aliminium) P=7,9kvt (yeddi tam onda doqquz)". Həmin aktın tələb hissəsində Elektrik sayğacının yenisi ilə əvəz edilməsi və çıxarılan sayğacın bütün pozuntuları üzrə laboratoriya şəraitində rəy verilməli olduğu qeyd edilmişdir. Həmin akt əsasında tərtib olunan Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraş dırılması haqqında ******* nömrəli protokolla sayğac dəyişdirilmişdir. Daha sonra 28.10.2019-cu il tarixdə tərtib olunan 161499 nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” Protokoluna əsasən, guya sayğacın alt qapağı və dövlət möhürlərinin pozulduğu, sayğacın daxilinə baxış zamanı sayğacın daxili sxeminə müdaxilə olunduğu aşkar olunmuş, sayğacın istismara yararsız olduğu, xüsusi proqram əlavəsindən 10.06.2019-cu il gövdə açılma tarixi oxunduğu müəyyən edilmişdir. O, heç bir aktda imza etməmişdir. Bunun da əsas səbəbi odur ki, nə sayğac götürülən zaman, nə də ki, aktlar tərtib olunan zaman ona məlumat verilməmişdir. Hətta aktlardan da görünür ki, sayğac fərdi yaşayış evinin çöl divarında olduğundan cavabdehin əməkdaşları sayğacı xəbərdarlıqsız açıb aparmışlar. Sayğacda aşkar olunan pozuntular barədə ona məlumat yalnız 10 dekabr 2019-cu il tarixdə verilmişdir. Həmçinin bildirilmişdir ki, guya aşkar olunan pozuntulara görə barəsində 4000 manat əlavə borc hesablanmışdır. O, cavabdehin məsul əməkdaşından bu barədə rəsmi sənəd təqdim etməsini istədikdə, ona tezliklə belə bir sənədin təqdim ediləcəyi bildirilmişdir. Həmin tarixdən iki həftə keçməsinə baxmayaraq ona belə bir sənəd təqdim edilməmişdir. Aparılan hərəkətlərin qanunsuz olduğunu və barəsində tərtib olunan akt və protokollarda imzanın olmadığını nəzərə alaraq hesablanan borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə, yaranan mübahisənin elektrik enerjisinin istehlakı qaydaları ilə bağlılığını nəzərə alaraq, o, hazırki iddia tələblərini sahəvi qanunvericiliklə əsaslandırmağı daha məqsədə uyğun hesab etmişdir. Çöl divara bərkidilən sayğaca müdaxilə olunmuş olsaydı belə bu onun təqsirindən olmamışdır. Tərtib edilən aktlar qanunsuz tərtib edilmiş, hal şahidi olmadan rəsmiləşdirilmiş, ona bu aktların və protokolların nüsxəsi deyil, kserosurəti təqdim edilmişdir. Hətta borc barədə bildiriş və protokolun bu günə qədər ona təqdim edilməməsi də bunu deməyə əsas verir. Sayğaca müdaxiləyə görə o, hazırda 4777,78 manat miqdarında cərimə edilmişdir ki, iyun ayından bu günə qədər guya istifadə etdiyi elektrik enerjisinin bu qədər olması da ağlabatan deyildir. Xüsusən də həmin vaxtı evdə yaşayış üçün şəraitin olmadığı nəzərə alınsa bu məbləğ xüsusən inandırıcı görünmür. Bütün yuxarıda qeyd edilənlərdən görünür ki, onun istehlak hüquqları cav abdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də barəsində tərtib edilən akt etibarsız hesab edilməli və hesablanan borc qaydasında silinməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyun 2020-ci il tarixli 2(003)-546/2020 nömrəli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi təmin edilərək, «xxxx» ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş 23.10.2019-cu il tarixli 161105 saylı aktın etibarsız hesab edilməsi, «xxxx» ASC tərəfindən E (cavabdeh təşkilatda bina 0292, mənzil 0040 kimi qeyd edilmiş) ünvanına (abonent kodu **********20040) əsassız hesablanmış 4777.78 manat borcun silinməsi, «xxxx» ASC-dən 20 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi q ənaətini onunla əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 148395 saylı, 04.02.2010-cu il tarixli aktdan görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. «xxxx» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 3 il üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11, 8.2, 8.44, bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 124.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov- sədrlik edən və məruzəçi, Rəşad Həsənov, Şeyda Məhərrrəmova) 2(103)-7052/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şə həri Xəzər Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ASC-nin əməkdaşları iddiaçının ünvanında qurşadılmış sayğacı çıxarıb yoxlanılması üçün laboratoriyaya göndərərkən bu prosedurda hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu baxımdan laboratoriya tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən akt etibarlı hesab edilə bilməz. Həmçinin normalardan görünür ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. Buna görə də məhkəmə hesab edir ki, e lektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Yuxarıda qeyd edilən “Aktda” göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh ASC tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 161105 nömrəli 23.10.2019-cu i l tarixli akt və 28.10.2019-cu il tarixli, 161499 saylı protokol tərtib olunan zaman iddiaçının iştirakı təmin olunmuş, lakin o, həmin aktı, həm də protokolu imzalamaqdan imtina etmişdir. Apelyasiya instansiyası məhkəməsi təqdim etdikləri sübutlara (abunə haqqında məlumat, akt, protokol) lazımi hüquqi qiymət vermədiyindən, bu hal nəticə etibarilə sübutların tam, hərtərəfli, və obyektiv araşdırılmamasına və yekunda düzgün olmayan qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə mə lumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı mü əssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imti na etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyas ı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. K asasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində onlar tərəfindən məhkəməyə təqdim edilmiş sübutların nəzərə alınmadığını qeyd etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ünvanında quraşdırılmış sayğacın sazlıq vəziyyəti ilə əlaqədar akt tərtib edilib sayğac müayinəyə aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları 8.33-cü bəndində birbaşa göstəriş olaraq müəyyən edilmişdir. Belə olan halda cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt etibarlı sənəd hesab edilə bilməz. Bunun la yanaşı həmçinin qeyd edilməlidir ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. Belə olan vəziyyətdə də elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7052/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.