Məhkəmə qərarları › İş №2(102)-3230/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3230/2025

02.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3230/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qsimində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (Maraqlı şəxs müstəqil tələb irəl i sürməyən üçüncü şəxs qsimində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3275/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 2 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən, mübahisəli torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İddiaçı tərəfindən Cava bdeh2 verilmiş 15 may 2018-ci il tarixli etibarnamə ilə iddiaçı ünvan 1 ünvanında yerləşən 0,0415 ha torpaq sahəsi və fərdi yaşayış evi haqqında sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri: o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq bə ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, müqavilələri ləğv etmək, bu əqdlər üzrə notariusun depozit hesabından mədaxil və məxaric etmək, pul almağı, DƏDRX-nin müvafiq ərazi idarəsində nümayəndəsi olmaq, sənədləşmə işlərini aparmağı, müqaviləni və lazimi sənədləri təqdim etməyi, ona çatası texniki pasportu, arayış forma N1 almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkil atlarda, o cümlədən kommunal xidmətlərə bağlı bütün dövlət orqanlarında, “Asan Xidmət” mərkəzində, "xxxx" ASC-də, "xxxx" ASC, "xxxx" ASC-də nümayəndəsi olmağı, sənədləşmə işlərini aparmağı, notariat kontorunda bu işlərlə bağlı ərizə yazmaq, müqaviləni və lazimi sənədləri təqdim etməyi işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə, xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibar etmişdir.

3. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111,17 kv.m., yaşayış sahəsi 84,03 kv.m., yardımçı sahəsi 27,14 kv.m. olan 4 otaqlı fərdi yaşayış evini (bundan sonra mübahisəli fərqi yaşayış evi) və həmin ünvanda yerləşə n ümumi sahəsi 0,0415 ha olan torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

4. Bakı şəhəri 19 saylı Notariat Ofisinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən tərəflər İddiaçı məxsus olan mübahisəli fərdi yaşayış evinin (tam hissə 111,17 kv.m.) və mübahisəli torpaq sahəsinin (tam hissə 0,0415 kv.m.) 40.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. 5. xx.xx.2020-ci il tarixli, 553 nömrəli kassa məxaric çekinə əsasən Cavabdeh2 tərəfindən 40.000 manat məbləğində vəsait qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud Notariat Ofisi, ad, soyadı) qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qsimində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat Ofisində Cavabdeh2 və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ 088034 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsindən ünvanına daxil olan bildirişdən ona məlum olmuşdur ki, Maraqlı şəxs məhkəmədə onun və ailəsinin ona məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi qaldırmışdır. Məhkəmə zamanı iddia ərizəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, ona məxsus mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə AN-İ 088034 nömrəl i müqavilə ilə Maraqlı şəxs satılmışdır. Evi və həyətyanı sahəsinə bitişik atası X1 adına şəhadətnamə ilə 0,03 ha torpaq sahəsi olmuş, 2018-ci ildə həmin torpaq sahəsinə çıxarış almaq və satmaq niyyəti olmuşdur. Cavabdeh2 münasibəti olduğu üçün bu niyyəti barədə ona danışmışdır. O, isə ona tanışlarının olduğunu, qısa müddətdə həmin torpaq sahəsini mübahisəli fərdi yaşayış evinə və mübahisəli torpaq sahəsinə birləşdirərək çıxarış ala biləcəyini və daha sonra yaxşı qiymətə satacağını bildirmişdir. Əvəzində isə satışdan əldə olunacaq gəlirdən ona pay verməyi təklif etmişdir. O, isə ona güvəndiyi və prosedurlardan başı çıxmadığı üçün razılaşmışdır. Cavabdeh2 15 may 2018-ci il tarixdə adından torpaq sahəsini rəsmiləşdirməsi, alıb-satması üçün etibarnamə və 3.000 manat pul vermişdir. Üstündən 2 il keçdikdən sonra hər şeyi həll etdiyini, prosedurun yekunlaşması üçün təcili surətdə o, və həyat yoldaşının razılığının tələb olunduğunu bildirmişdir. Onlar isə ona güvənərək razılıq vermişlər. Bu müddət ərzində dəfələrlə ondan 3.000 manat pulunu geri tələb etmiş, o, isə hər dəfə bir bəhanə gətirərək, prosesin getdiyini demiş və pulu qaytarmaqdan yayınmışdır.

8. Cavabdeh2 iddia tələbinə dair yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin hamısı yalandır, dedikləri həqiqəti əks etdirmir. O, uzun illərdir iddiaçını tanıyır, tanışlıqları əsasında da ona etibarnamə vermiş və o ona məxsus fərdi yaşayış evini sataraq alğı-satqı yolu ilə əldə olunmuş pul vəsaitini ona son qəpiyinə qədər ödəmişdir. Alğı-satqı müqaviləsinin bağ landığı vaxtdan 4 ildən artıq keçdikdən sonra iddiaçı belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Özünün də qeyd etdiyi kimi evin hazırkı mülkiyyətçisi Maraqlı şəxs Edson qızı evdən çıxarılma tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etdikdən sonra işi uzatmaqdan ötrü alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 4 ildən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının məqsədi işi uzatmaqdan başqa bir şey deyildir. Hesab edir ki, iddianın əsassız olması nəzərə alınmalı və məhkəmə iş üzrə ədalətli qətnamə qəbul etməlidir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-490/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə (X3) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

10. Birinci ins tansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən İddiaçı mübahisəli fərdi yaşayış evini və həmin ünvanda yerləşən mübahisəli torpaq sahəsini 40.000 manata Maraqlı şəxs mülkiyyətinə vermişdir. Müqavilə bağlanan zaman İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 təmsil etmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bundan başqa, müqavilə imzalarkən Cavabdeh2 İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında onu təmsil etmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan əmlaka çıxarış alınması məqsədilə Cavabdeh2 3.000 manat məbləğində pul verdiyini və onun məlumatı olmadan bağlanmış alğı-satqı müqaviləsi nəticəsində əldə edilən gəlirin Cavabdeh2 tərəfindən mənimsənildiyini bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizə mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq olunur. Mübahisə tərəf dedikdə isə mülki prosessual qanunvericilikdə iddiaçı və cavabdeh nəzərdə tutulur. Bundan başqa mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddianı etiraf etmək, iddiadan imtina etmək kimi hüququ nəzərdə tutulmamışdır. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən verilmədiyi üçün məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ərizə ilə bağlı münasibət bildirməmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5 və 339.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1, 57.1, 57.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 119.1, 375.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qə tnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayət iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 məhkəməyə əldə etdiyi 40.000 manat pul vəsaitini qəpiyinə kimi İddiaçı verdiyini qeyd etmiş, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən alıcı Maraqlı şəxs isə yaşayış evini görmədən aldığını etiraf etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin hədə-qorxu yolu ilə etibarnamənin verilməsi üçün ona imza etdirdiyini, həmin etibarnaməni onu n evini satmaq məqsdəi ilə cavabdehə vermədiyini qeyd etmiş, dediklərinin təfərrüatlarını izah etməkdən yayınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya məhkəməsinə ərizə ünvanlayaraq, üzürlü səbəbdən həmin məhkəmə iclasında iştirakının mümkün olmayacağını və iştirakı olmadan iclasın keçirilməsinə də etiraz etmədiyini, bu halın üzürlü sayılıb iştirakı olmadan məhkəmə iclasını keçirməklə apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3275/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrliyi və məruzəsi ilə), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının cavabdehə verdiyi etibarnamə, qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. İddiaçının həmin etibarnaməni hədə-qorxu təsiri altında cavabdehə verdiyini iddia etsə də, iş materialları ilə müəyyən edilir ki, etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Onun etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmir, iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya şikayətinin dəlillərində etibarnaməni mübahisələndirməmiş, bununla bağlı mötbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının apellyasiya icraatı zamanı verdiyi izahatla iddia etdiyi hallar uyğunsuzluq təşkil edir və iddianın (apellyasiya şikayətinin) əsaslılığına, habelə məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən mötəbər və təkzibedilməz sübutedici dəlillər müzakirəyə təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd etmişdir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5 və 339.6-cı və Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106, 385-390-cı maddələrinə istinad edərək əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr imzaların məxsusluğu barədə xətşünaslıq ekspertizası təyin etməmişdir. Bundan əlavə, Cavabdeh2 pulu İddiaçı ödəməsi ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. Həmçinin birinci insrtansiya məhkəməsinə fotoşəkillər təqdim edilmiş, lakin fotoşəkillər əsasında cavabdehlərə suallar təqdim olunmasına şərait yaradılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

24. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və d övlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsi nin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

29. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tər əflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

32. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçiril məyən hərəkətlər məcburetmə sayılmır.

33. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

34. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu nu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, b u barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Respublikası MPM-nin 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3275/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar