Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3232/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3232/2022 Açar sözlər: borcun tutulması tələbi Bakı şəhəri, 08 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1258/2 021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Lizinq Şirkəti QSC ilə lizinqalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli X3i müqaviləsinə əsasən sonuncu **-AC-*** qeydiyyat nişanlı “Mazda CX-9” markalı minik avtomobilini əldə edərək, avtomobili X1 istifadəsinə vermişdir.
2. Müqavilə üzrə lizinqalan Cavabdeh1 öz növbəsində 47.424,78 ABŞ dolları məbləğində borcu illik 18 faiz olmaqla, 36 ay müddətinə lizinqverənə ödəməyi öz öhdəsinə götürmüşdür.
3. Müqavilə üzrə öhdəliyin təmini kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
4. Müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə təhvil-təslim aktı ilə lizinq obyekti olan **-AC-*** qeydiyyat nişanlı “Mazda CX-9” markalı minik avtomobili lizinqalan Cavabdeh1 təhvil verilmişdir.
5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə lizinq obyekti olan **-AC-*** dövlət nömrə nişanlı “Mazda CX9” markalı avtomaşının Cavabdeh1 alınaraq "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Avtomobil xx.xx.2019-cu ildə iddiaçıya təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış əsas borc üzrə 29.350,65 ABŞ dolları, lizinq mükafatı 23.524,39 ABŞ dolları, sığorta 2087 ABŞ dolları, servisə g örə 28.61 ABŞ dolları, cərimə (dəbbə) 1110 ABŞ dolları olmaqla, cəmi 56.100,65 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Ə.Şirinov) xx.xx.2020-ci il tarixli, 2(044)- 1486/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi lizinq müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-111/2016 saylı qətnaməsi ilə lizinq predmeti olan **-AC-*** dövlət nömrə nişanlı “Mazda CX9” markalı avtomaşın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılımışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur, lakin məhkəmə hesab edir ki, qeyd olunan haldan asılı olmayaraq, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddətini ötürdüyündən əsas öhd əlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 747, 748, 375, 372 və 377-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsi 36 ay müddətinə bağlanmış və müqavilənin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixə kimi olmuşdur. Belə olan halda 3 illik müddət ötürülməmişdir. Tərəflərindən isə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda lizinq obyektinin alınması barədə qətnamə üzrə icra xx.xx.2019-cu il tarixdə baş tut muşdur. Lakin məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(104)1258/2021 saylı qətnaməsi ilə (hakimlər R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və Ə.G.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1486/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.350,65 ABŞ dolları əsas, 11.373,13 ABŞ dolları faiz, 2087 ABŞ dolları sığorta, 28.61 ABŞ dolları servis, 1110 ABŞ dolları cərimə (dəbbə) olmaqla, cəmi 43.949,39 ABŞ dolları borcun ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə və iddia ərizəsinin verilm əsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan daxili lizinq müqaviləsindən görünür ki, müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmış və 36 ay müddətinə qüvvədə olmuşdur. Müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Həmin andan iddia müddətinin axımı yuxarıda qeyd olunan Mülki Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq başlamışdır. İddiaçı tərəfindən isə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq və zaminlik müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinq və zaminliklə bağlı qanunvericiliyin, habelə tərəflər arasında bağlanmış lizinq və zaminlik müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, daxili lizinq müqaviləsinin qüvvədə olma müddətinə qədər yığılmış borc məbləği lizinqalandan tutulmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən zamin lizinqalanla lizinqverən qarşısında birgə məsuliyyət daşıdığından zaminə qarşı yönəlmiş tələb də əsaslıdır. c) Kassasiya instansiyası məhkəməsin dəki birinci icraat
19. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) 2(102)-6082/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(104)- 1258/2021 saylı qətnaməsi borcun Cavabdeh2 tutulmasına aid hissədə ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilərək İddiaçı MMC-nin Cavabdeh2 qarşı iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, kredit və lizinq müqavilələri üzrə öhdəliklər fərqli- olduğundan məhkəmə tərəfindən hazırkı mübahisəyə Mülkü Məcəllənin 462.1-ci və 465.2-ci- addələrini tətbiqi düzdün deyildir. Bundan əlavə məhkəmə yanlış olaraq Mülki Məcəllənin 748-1.12-ci və 748-1.12.1-ci maddələrinin müddəalarını hazırkı işə tətbiq edərək hesab etmişdir ki, daxili lizinq müqaviləsinin qüvvədə olma müddətinə qədər yığılmış borc məbləği lizinqalan Cavabdeh1 tutulmalıdır. Sadalanan müddi hüquq nor malarında daxili lizinq müqaviləsinin qüvvədə olma müddətinə qədər yığılmış borc məbləğinin lizinqalandan tutulmasını ehtiva etmir. Bu səbəbdən lizinqverən lizinq obyektini geri aldıqda yalnız lizinq obyektinə dəymiş ziyanı tələb etmək hüququ vardır. Bundan əlavə məhkəmə prosessual normanı pozaraq cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq göndərməmiş və bu səbəbdən cavabdeh məhkəmədə iştirak etməmiş və iddia müddətinin keçməsi barədə ərizə verə bilməmişdir. Məhkəmə həmçinin MPM-nin 88-ci maddəsinin tələbini pozaraq tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsini kənara qoyaraq iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışını sübut kimi qəbul edərək düzgün qiymətləndirməmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli X3 Müqaviləsinin 8.3-cü bə ndinə əsasən tərəflərin razılığı ilə müqavilə valyutası AZN müəyyən olunmuşdur. Bu səbəbdən borcun razılaşdırılmamış valyuta ilə tələb edilməsi qanunsuzdur. Bundan əlavə məhkəmə MPM-nin 14.2-ci maddəsinin tələbini pozaraq iddiaçı tərəfindən təqdim olunan xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd olunan əsas borcun, lizinq mükafatının sığorta, servis, cərimə məbləğlərini, həmin məbləğlərin hesablanması və yaranma mənbəyini araşdırmalı olduğu halda bunu etməmişdir. Bundan əlavə, iddiaçı tələblə bağlı iddia müddətini ötürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsi barədə normanın tələbi pozulduğu üçün Cavabdeh1 məhkəmədə iştirak etməmiş və iddia müddətinin keçməsi haqqında ərizə verə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şi kayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüs urlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
28. Maddə 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir).
29. Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququ nun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
30. Maddə 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
31. Maddə 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
32. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifad əyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
33. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışı nın hədləri
37. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi Cavabdeh1 lizinq müqaviləsindən irəli gələn öhdəliyini pozduğu qənaətinə gəlmiş və yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olaraq müqavilə müddətinin sonuna olan borc məbləğini iddiaçının xeyrinə tutmuşdur.
41. İddia müddəti ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daxili lizinq müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış və 36 ay müddətinə qüvvədə olmuşdur. Müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Həmin andan iddia müddətinin axımı Mülki Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq başlamışdır. İddiaçı tərəfindən isə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır.
42. Bundan əlavə, kassator məhkəmədə iştirakı təmin olunmadığı üçün iddia müddətinin keçməsi haqqında ərizə verə bilmədiyini qeyd etsə də, iş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, apellyasiya baxışında məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmişdir (iş vər. 99, 105).
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1258/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.