Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3233/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-811/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 saylı ümumi iclasının Gədəbəy rayon XDS-nin 03 may 1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin 23 may 1995-ci il tarixli 17-9/361 saylı rəyinə əsasən Cavabdeh Əhməd qızına (bundan sonra – iddiaçı) fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır (“Torpaqdan istifadə hüququna dair Akt”ın lazımı qaydada təsdiq edilmiş surətinə əsasən).
2. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının (bundan sonra – Komissiya) 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı (bundan sonra – 20 nömrəli qərar) ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (bundan sonra – mübahisələndirilən sənəd) lazımı qaydada təsdiq edilmiş surətinə əsasən Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 999.24 kv.m həyətyanı torpaq sahəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) ayrıldığı şəxsin soyadı, adı və ata adı “X3” kimi qeyd edilmiş, həmin soyad, ad və ata adının üst hissəsindən əlyazma ilə İddiaçı qeyd edilmiş və möhürlə təsdiq edilmişdir.
3. Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 3533.73 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – Komitə) Komissiyanın 2 0 nömrəli qərarı ilə Cavabdeh (bundan sonra – cavabdeh) və ailə üzvlərinin adlarına seriya A, 087774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Mübahisəli torpaq sahəsinə dair ləğv olunmuş Komitənin Gədəbəy rayon şöbəsi tərəfindən Komissiyanın 20 nömrəli qərarı ilə X2 adına mübahisələndirilən sənəd tərtib edilmişdir (DƏDKR publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən).
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2052/2023 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi olmuş iddiaçının hüquq müəyyənedici sənəd olan Komissiyanın 20 nömrəli qərarı ilə verilmiş mübahisələndirilən sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmış, ona ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir.
5. Gədəbəy rayon Dövlət arxivinin məktubuna əsasən Komitənin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış mübahisələndirilən sənədin, eyni zamanda həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Komissiyanın 20 nömrəli qərarında cavabdehin və yaxud iddiaçının adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Həmçinin Gədəbəy Rayon X20 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kol lektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə cavabdehin adına 0.10 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. DƏDKR publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Gədəbəy rayonu Yenikənd kəndində yaşayır. Ona v ə ailə üzvlərinə Komissiyanın 20 nömrəli qərarı ilə mübahisələndirilən sənəd əsasında mübahisəli torpaq sahəsi verilmişdir. Belə ki, həmin qərarla, həm də cavabdehə eyni ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Lakin texniki səhv olaraq iddiaçının ata adı düzgün qeyd edilməmişdir. Həmin torpaq sahəsinin plan və ölçü sənədində düzəliş edilmiş və möhürlə təsdiq edilmişdir. Komissiyanın subyekt siyahısında iddiaçının adı cavabdehin adı ilə eyni olduğu üçün səhvən eyni plan ölçü sənədi verilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulması deməkdir. Cavabdeh özünə məxsus olan torpaq sahəsinin 0,5 ha hissəsini xx.xx.2019-cu il tarixində alğı-satqı müqaviləsi əsasında həmkəndlisi xxx oğluna satmışdır. Mübahisəli torpaq sahəsi isə 1995-ci il tarixindən iddiaçının istifadəsində olmaqla, oradan iddiaçı istifadə edir.
9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddələrinə istinad etmişdir
10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi ona məxsusdur və iddiaçının sənədləri saxtadır. Onun satdığı torpaq sahəsi özəl pay torpağı olmuşdur. Belə ki, iddiaçının ona məxsus olmasını iddia etdiyi sənəd əslində ona məxsusdur.
11. Birinci instansiya məhkəməsində şahid X18 bildirmişdir ki, o, iddiaçını və cavabdehi tanıyır, hər ikisi onun həmkəndlisidir. O, mübahisəli torpaq sahəsinin sahibi kimi iddiaçını bilir. 1995-ci ildən həmin torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur.
12. Birinci instansiya məhkəməsində şahid X11 da şahid R.Əsgərovla eyni məzmunlu ifadə vermişdir.
13. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1217/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək mübahisələndirilən sənədin “X3” yazılan hissədə iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. (hakim Marif Kazımov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Gədəbəy rayonu, Yenikənd kəndində cavabdeh və ailə üzvlərinin adlarına tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin nömrəsi 087774, həyətyanı torpaq sahəsinin ölçüsü isə 3533.73 kv.m olmuşdur. Komissiyanın eyni tarixli qərarı ilə iddiaçının və onun ailə üzvlərinin adlarına tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin nömrəsi 087923 (mübahisələndirilən), həyətyanı torpaq sahəsinin ölçüsü isə 999.24 kv.m (mübahisəli) olmuşdur. G öründüyü kimi, mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş, iddiaçıya məxsusluğu iddia edilən mübahisələndirilən sənədin cavabdehə heç bir aidiyyəti müəyyən edilmir. Həmçinin şahid ifadələri ilə də müəyyən edilir ki, mübahisəli torpaq sahasi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir.
15. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş mübahisələndirilən sənədin ona məxsus olması barədə bildirdikləri heç bir sübutla əsaslandırlmamış şəxsi mülahizələridir və cavabdehin bu mülahizləri iş materiallarına əlavə edilmiş XXX publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə tam təkzib olunur.
16. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tor paq sahəsinə dair tərtib edilmiş mübahisələndirilən sənəd iddiaçıya məxsusdur. Həmin sənəddə mülkiyyətçi kimi qeyd edilmiş “X3” adında “xxx” və “xxx” yazılışları texniki səhv olaraq qəbul edilməlidir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 14.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 307.1, 307.2.5 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Komissiyanın 20 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə mübahisəli torpaq sahəsi verilmiş, bununla bağlı onun adına keçmiş Komitə tərəfindən mübahisələndirilən sənəd hazırlanıb verilmişdir. Lakin həmin sənəddə onun cinsi səhv yazılmışdır, yəni “Cavabdeh” əvəzinə “X3” yazılmışdır. Həmin sənəddə onun cinsinin səhv yazılması ilə bağlı ona arayışlar verilmişdir. İddiaçı ərinin əmisi oğlu X4 arvadıdır. İddiaçı soyad və adlarının eyni olmasından istifadə edərək Komissiyanın 20 saylı qərarı ilə cavabdehin mülkiyətinə verilmiş torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Birinci instansiya məhkəməsi həmin torpağın cavabdehə aidiyyəti olmamasına münasibətdə qeyd etmişdir ki, həmin torpaq sahəsi islahat aparılmamışdan əvvəl də ona məxsus olmuşdur. Bu fakt Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 163 nömrəli arxiv arayışı ilə də təsdiq olunur (5-ci bənddə qeyd edilən). Torpaq sahəsinin planı və ö lçüsü sənədinin subyekt siyahısında onun ailə üzvləri kimi əri və övladları qeyd olunmuşdur. Əgər torpaq sahəsi iddiaçıya verilmiş olsaydı, onun ata adı səhv yazılsa da, subyekt siyahısında onun öz ailə üzvləri olardı. Şahidlərin ifadələri ilə bağlı qeyd etmişdir ki, iddiaçı hər zaman torpağı öz adına çıxardıb, torpaq mənimkidir deyib. Şahidlər də buna görə torpağın iddiaçıya məxsus olmasını qeyd edirlər. Çünki torpaq sahəsi boşdur, orada hər hansı tikinti və s. yoxdur. Torpaq sahəsindən istifadə olunmur ki, istifadə edən də iddiaçı olsun. İkincisi, torpaq sahəsindən istifadə edilməsi hələ torpaq sahəsinin ondan istifadə edən şəxsə məxsus olması, həmin şəxsin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsi demək deyil. Üçüncüsü, iddiaçı həqiqətən də 1995-ci ildən həmin torpaq sahəsindən istifadə etsəydi, islahat komissiyası torpağı istifadəçiyə, yəni ona verərdi. Çünki İslahat Komissiyası torpaqdan kim istifadə edirdisə, torpağı elə ona da verirdi, başqa şəxsə vermirdi. Həmçinin Komissiya iddiaçının adına torpaq sahəsi verməmişdir, iddiaçının əri xxx adına torpaq sahələri vermişdir. Həmin torpaq sahələrinin bir neçəsini sonuncu özgəninkiləşdirmişdir. Bundan başqa, məhkəmə torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olmasına dair gəldiyi nəticəni 1-ci bənddə qeyd edilən aktla əsaslandırmışdır. Belə ki, 5-ci bənddə qeyd edilən məktuba əsasən onun adına da 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə Gədəbəy rayon Dövlət Arxivinin 29 iyun 2022-ci il tarixli 163 nömrəli arxiv arayışını məhkəməyə təqdim etsə də, məhkəmə həmin arayışı nəzərə almamışdır. Məhkəmə qeyd edilən qətnaməni çıxararkən nəzərə almamışdır ki, mübahisələndirilən sənəd Komissiyanın qərarına əsasən verilmişdir. İddiaçı Komissiyanın 20 saylı qərarının ləğv edilməsi üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə sonuncu qərar dəyişdirilmədən saxlanılmış və həmin qərardadda göstərilmişdir ki, Komissiyanın qeyd edilən qərarının məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. Yəni Komissiyanın qərarı qüvvəsində qalmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə bağlı müvafiq orqanlara sorğular vermiş və cavablar almışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-811/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Mustafa Mustafayev, Rəhman Muradov)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında əks edilən hüquqi mövqeyə görə ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəs i mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
23. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm ək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, verilmiş sorğuya Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənə dləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış A № 087923 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, eyni zamanda həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarında Cavabdeh və yaxud Cavabdeh xxx adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Həmçinin Gədəbəy Rayon X20 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh adına 0.10 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur.
25. Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-44/2-404/2024 nömrəli mək tubuna əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış A N 087923 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Eyni zamanda, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarında Cavabdeh və yaxud Cavabdeh xxx adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Gədəbəy rayon X20 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh adına 0,10 ha torpaq sahəsi ayrılmas ı qeyd olunmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu Yenikənd kəndinin ərazisindən sahəsi 999,24 kvm olan həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı cavabdehin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanıb verilmişdir. Lakin həmin sənəddə “Cavabdeh” əvəzinə “X3” yazılmışdır. İddiaçı ilə cavabdehin ata adları fərqlidir, yəni iddiaçının ata adı “Əhməd”, cavabdehin ata adı isə “Hüseynqulu”dur.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı soyadlarının və adlarının eyni olmasından istifadə edərək Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Həmin torpaq sahəsi islahat aparılmamışdan əvvəl də cavabdehə məxsus olmuşdur. Bu, Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 163 nömrəli arxiv arayışı ilə də təsdiq olunur. Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında cavabdehin ailə üzvləri kimi əri X7 və övladları X8, X9, X12 və X13 qeyd olunmuşdur. Torpaq sahəsi boşdur, orada hər hansı tikinti və s. yoxdur.
28. X23 Komissiyası iddiaçının adına torpaq sahəsi verməmişdir, çünki, iddiaçının əri X10 ailə başçısı olmuş, onun adına torpaq sahələri verilmişdir. Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 03 may 1995-ci il tarixl i 65 nömrəli Gədəbəy rayon XDS İK-nin və Gədəbəy rayon Qumlu sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli 02 nömrəli protokolunun qərarı ilə cavabdehin adına da 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bu, Gədəbəy rayon Dövlət Arxivinin 29 iyun 2022-ci il tarixli 163 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir.
29. İddiaçı Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1470/2023 saylı qərarı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-522/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1470 /2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Göründüyü kimi, X23 Komissiyasının qeyd edilən qərarının məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. X25 Komissiyasının qərarı qüvvəsində qalmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə verilmiş torpaq sahəsi İddiaçı deyil, cavabdeh İddiaçı Hüseynqulu qızına verilmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən halları hərtərəfli, tam araşdırmamış və səhv nəticəyə gəlmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 14.2.1, 152.1-ci və Mülki Prosessual Məcəll ənin 14.2, 77.1, 306.1, 306.2, 307.1 və 307.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Gədəbəy rayon Dövlət arxivinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə yeni sorğular vermiş və həmin qurumların arxivdə mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədi, həmin sənədin verilməsinə əsas olmuş sənədlərin arxiv sənədlərinin fond siyahısında aşkar olunmadığını əsas gətirərək iddianı təmin etməmişdi r. Lakin məhkəmə kollegiyası daha öncə Gədəbəy rayon Dövlət arxivinin fərqli məzmunda olan məktubu ilə ziddiyyəti nəzərə almamışdır. İş materiallarında olan ziddiyyətli məqamlara, sübutlara və şahid ifadələrinə düzgün qiymət verilməmişdir. Ziddiyətli sübutlardan niyə məhz sonunculara üstünlük verildiyi qətnamədə əsaslandırılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi mövcud sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının mübahisəli torpaq sahəsinə mövcud olan mülkiyyət, sahiblik və istifadə hüququnu əhəmiyyətsiz etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 406-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, at asının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya ta mamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
41. İddia tələbi hüquq müəyyənedici sənədin iddiaçıya aid olması barədədir.
42. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçının özünə aid olmasını iddia etdiyi sənəd arxiv məlumatlarına əsasən cavabdehə verilmiş torpaq sahəsinə aiddir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2231-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
44. Hə min bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olan sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir.
45. İş materialarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əksinə, arxiv məlumatları ilə iddiaçının istinad etdiyi hallar təkzib edilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiy i üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddanı təmin etməmişdir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya məhkəməsinin hazırki qərarın 2231-ci bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.
48. Apellyasiya instansiyası məhkəməsinin Gədəbəy rayon Dövlət arxivinin iki fərqli məzmunda olan məktubundakı ziddiyyətləri nəzərə almaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, işdə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Gədəbəy rayon Dövlət arxivinin iki arayışı vardır (i.v.9, 104) və eyni məzmunda olmaqla onlar arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-811/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.