Məhkəmə qərarları › İş №2(102)-3233/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3233/2025

13.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3233/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5 qızına, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6nə və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və 13 saylı Şirvan Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, Quliyeva Aynurə Akif qızına və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və 13 saylı Şirvan Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsl ər qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1868/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 13 noyabr 2025-ci il tarixdə Ali Mə hkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən “B” tikilisi xx.xx.2022-ci il tarixdən X3, “A” tikilisi xx.xx.2016-cı il tarixdən İddiaçı, xx.xx.2023-cü il tarixdən isə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. 2. ünvan 3A (Yeni qaydalarla: AZ52**, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə Cavabdeh2, xx.xx.2023-cü il tarixdə isə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

3. Bakı şəhəri 40 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli Dəyişmə müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən “A” tikilisini dəyişmək barədə razılığa gəlmişlər, müqavilə Cavabdeh2 və İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmçinin, həmin müqavilədən görünür ki, tərəflər dəyişdirilən daşınmaz əmlakların dəyər fərqini 14**** manat məbləğində qiymətləndirmiş, dəyişdirilən əmlakın fərqi müqabilində İddiaçı Cavabdeh2 5**** + 2**** manat, Cavabdeh2 İddiaçı 7**** manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.

4. Salyan rayonu 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı, özünə məxsus ünvan 3A (Yeni qaydalarla: AZ52**, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh4 mülkiyyətinə verir, daşınmaz əmlakın qiyməti 185** manat məbləğində razılaşdırılmış, həmin məbləği alıcı satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, müqavilə Cavabdeh4 v ə İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh5 tərəfindən imzalanmışdır.

5. İddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixdə, Cavabdeh1 verilmiş etibarnamələrə isə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xitam verilmişdir. 6. 23.04.2023-cü il tarixli Etibarnaməyə əsasən, etibar edən İddiaçı etibar edilən Cavabdeh5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdl ər üzrə haqq-hesab aparmağı və s. səlahiyyətlərini xx.xx.2033-cü il tarixədək vermişdir. Həmin etibarnamədən görünür ki, etibarnamə üzrə səlahiyyətlə başqa şəxsə verilə bilər və etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilir. 7. 27.11.2022-ci il tarixli Etibarnaməyə əsasən, etibar edən İddiaçı etibar edilən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etm ək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. səlahiyyətlərini 27 noyabr 2032-ci il tarixədək vermişdir. Həmin etibarnamədən görünür ki, etibarnamə üzrə səlahiyyətlə başqa şəxsə verilə bilər və etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilir. 8. 22.08.2023-cü ildə etibar edən İddiaçı, etibar edilən Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq daşınmaz əmlaklarını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibar etmişdir, etibarlıq müddəti xx.xx.2026-cı il tarixinədəkdir. Etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilir.

9. İddiaçı Yasamal rayon Polis idarəsinə müraciət edərək, analığı X9 atası X19 r əhmətə getdikdən sonra, onu aldadaraq və etibarından sui-istifadə edərək, Yasamal rayon, Murtuza Muxtarov 118 ünvanda onun adına olan mənzili qabaqcadan əlbir olduğu şəxsə, yəni X1 adı ilə ondan notarial etibarnamə almışdır və əldə ediləcək pulun müqabilində başqa bir mənzil alınacaq idi. Lakin sonradan müəyyən etmişdir ki, analığı X2 Fəqan Xudam oğlu ilə əlbir olaraq onun əmlakını mənimsədiklərini bildirmiş və analığı X9 əməllərinə hüquqi qiymət verilməsi və onun həyat və sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir.

10. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərar ilə, İddiaçı və Cavabdeh1 izahatları əsasında toplanmış materiallarda cinayət əlamətləri aşkar edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan görünür ki, Cavabdeh1 izahat verərək bildirmişdir ki, iki dəfə ailə həyatı qurmuş, birinci nikahdan 2 qızı var, 2011-ci ildə mərhum yoldaşı X13 ilə ayrılmış, 2013-ci ildə isə mərhum yoldaşın X19 ilə ailə həyatı qurmuş və onun yaşadığı ata evinə, yəni Yasamal rayonu M.Muxtarov 118 ünvanına gəlin kimi köçmüşdür. Bu nikahdan bir 9 yaşında Aydın adlı ovladı var. Həmin evdə həyat yoldaşı Əli, oğlu Aydın, 1-ci nikahdan olan 2 qızı və mərhum həyat yoldaşının birinci nikahdan olan qızı İddiaçı və onun nənəsi, X15 rayonu M.Muxtarov küçəsi 118-də yaşamışlar. Yoldaşı içki düşkünü olduğu üçün, mərhum qaynanası Quliyeva İsmigul həmin evi öz nəvəsi birinci nikahdan olan İddiaçı adına keçirmişdir. Həyat yoldaşı Əli içki düşkünü olduğundan və bununla bağlı psixiatriya xəstəxanasında yatdığından 2 020-ci ilin dekabr ayında yaşadıqları ünvanda intihar etmişdir. 2022-ci ildə Nigarla həmin evi satmaq niyyətinə gəlmiş və Nigar öz könüllü razılıq vermişdir. Evin sənədi köhnə tikili olduğundan və həmin evin sənədləri iki nəfərə bölündüyü üçün (A və B) A hissəsi Nigara məxsus idi, B hissəsi onlarla eyni həyətdə yaşayan baldızı Qafarova Gülüstana məxsus idi. Həmin evi satmaq üçün Qafarova Gülüstandan razılığını almalıydıar, lakin Gülüstan razılıq vermədiyindən həmin evə ayrıca sənəd düzəlməli və sonra evi satmaq qərarına gəlmişlər. Bununla əlaqədar Feyziyev Fəqan adlı maklerlǝ tanış olmuş, Fəqanda bildirmişdir ki, həmin evi belə satmaq mümkün deyil, həmin evi xalası Nazənin adlı qadının Salyandaki evi ilə dəyişmək olar, əvəzinə Fəqan onlara iki ev alaçaqdır, avtomaşını və banka olan borclar ını qaytaracaqdır. Nigarın da bu məsələlərdən tam məlumatı var idi, evin biri Nigara biri isə ona qalacaqdı. Nigar 2022-ci ilin noyabr ayında Xətai rayonunda yerləşən notariat kontoruna gedərək ona etibarnamə vermişdir ki, özü işlədiyi üçün evin sənədləşmə işlərini aparsın. Xətaidə bağladıqları etibarnaməni isə Nigar özündə saxlamışdır. Nigar sonradan bildirmişdir ki, həmin etibarnaməni itirib. Nigar özü ondan xəbərsiz Fəqanla görüşüb danışırmış və onun xəbəri olmadan bu işləri Fəqanla görürmüş. 2022-ci ilin aprel ayında Nigar ona zəng edərək bildirmişdir ki, Yasamal rayonunda Nizami metrosunun yanında yerləşən 5 saylı Notariusda Salyandaki evə sənəd düzətmək üçün Fəqanın xalası qızı Xanımanaya etibarnamə vermişdir. Nigar mülki etibarnamə verərək Yasamaldakı mənzili Salyandaki evlə dəyişir, Xanımanada Salyandakı evi Zülfiyə adlı qadına satmışdır. Həmin satışdan onun heç bir məlumatı olmamışdır. Fəqan Yasamal Rayonu Məhkəməsi tərəfindən ailə məişət problemlərindən tutulmuşdur. Salyandakı evin satıldığını Fəqan sentyabrda tutulduqdan sonra bilmişdir. Nigarın özü bir saylı ASAN xidmətdə etibarnamə vermişdir ki, gedib Salyandakı evə görə oranın sahibini müəyyən etsin. Salyanda ASAN xidmətə müraciət etmiş, orada bildirmişlər ki, Nigar özü olmalıdır. Nigara bu barədə demiş, Nigar özü Salyana getmişdir. 2023-cü ili oktyabr ayında Nigar Səbail rayonu “Torqovı” deyilən ərazidə “Çudo pecka”da kassir İşlədiyi yerdən oğurluq etdiyi üçün onun barəsində Səbail rayonu 9-ci polis bölməsində araşdırma aparıldığından aralarında söz-söhbətlər olmuşdur. Bunla əlaqədar Nigar onunla mübahisə e dərək əşyalarını qötürərək çıxıb getmişdir. Və o gündən Nigarla heç bir əlaqəsi olmamışdır. X12 isə Bakı BPİ İTİ tərəfindən Azərbaycan Respublikası CM-nin 150.2.5, 178.3.2 və 182.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, sonradan Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 də cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 13 s aylı Şirvan Ərazi idarəsini isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında “A” tikilisi ilə ünvan 7i 76,6 kv metr, yaşayış sahəsi 33,7 kv metr olan evlə dəyişdirilməsinə dair (onun adından təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 8 ünvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 7i 76,6 kv metr, yaşayış sahəsi 33,7 kv metr olan evə və həmin evin yerləşdiyi 0,**932 ha torpaq sahəsinə dair (onun adından təmsilçi Cavabdeh5 ilə) Cavabdeh4 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Salyan şəhəri 2 saylı Notariat ofisi tərəfindən 4Ə-279 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə t reyestrindən Çıxarışın ləğv edilməsi və ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 320 manatın və ödənilmiş dövlət rüsumuna görə 1** manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ünvan 6 ünvanının “A” tikili hissəsinə dair Cavabdeh1 (nümayəndə) ilə Cavabdeh2 arasında bağlanmış dəyişdirmə müqaviləsi onun iradəsini ifadə etmir. Ona görə ki, o, Cavabdeh1 etibarnaməni mülkiyyətində olan göstərilən sahənin özgəninkiləşdirilməsi məqsədi və niyyəti ilə verməmiş və həmin müqaviləni bəyənməmişdir. Buna görə də həmin müqavilə onun iradəsini ifadə etmədiyindən etibarsız hesab edilməlidir. Belə ki, həmin ə mlak onun mülkiyyətində оlmaqla onun yeganə yaşayış yeridir. Onun Bakı şəhərindən Salyan şəhərinə köçmək niyyəti оlmamışdır. Həmçinin Salyan şəhərində yaхınları və ya qоhumları yохdur. Belə оlan halda onun mülkiyyətində оlan yeganə yaşayış sahəsini Salyan şəhərində оlan yaşayış sahəsi ilə dəyişdirmək niyyətində оlmağı onun iradəsini ifadə etməməsi aşkar şəkildə görünməklə yanaşı, heç ağlabatan mühakimə də deyildir. Müqavilənin bağlanması anınadək və bundan sоnra, habelə hazıradək o, dəyişdirmə müqaviləsi üzrə tərəf оlan və hazırkı iddia tələbi üzrə Cavabdeh2 ümumiyyətlə görməmişdir. Оnunla dəyişdirmə haqqında hər hansı danışığı və razılaşması оlmamışdır. Həmçinin təmsilçi Cavabdeh1 bu barədə ona hər hansı məlumatı verməmişdir. Qanuna əsasən dəyişdirmə müqaviləsinə alqı-satqı müqaviləsini n qaydaları tətbiq edilir. Alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tariхli dəyişdirmə müqaviləsi üzrə ünvan 1 ünvanında “A” tikilisi Cavabdeh2, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 76,6 kv metr, yaşayış sahəsi 33,7 kv metr оlan ev isə təmsilçi Cavabdeh1 təhvil verilməmişdir. Göstərilən müqavilənin bağlanmasından zaman etibarı ilə daha sоnra, yəni xx.xx.2023-cü il tariхdə Cavabdeh2 ilə eyni familiyaya malik оlan Salyan şəhəri, A.Hüseynоv küçəsi 138A saylı evdə qeydiyyatda оlan Haqverdiyeva Хanımana Şahin qızı tərəfindən ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 76,6 kv metr, yaşayış sahəsi 33,7 kv metr оlan ev və həmin evin yerl əşdiyi 0,**932 ha torpaq sahəsi Cəfərоva Zülfiyyə Əyub qızına satılması yоlu ilə özgəninkiləşdirilmişdir. Göründüyü kimi, Haqverdiyeva Хanımana Şahin qızı dəyişdirmə müqaviləsi üzrə müqavilənin predmeti оlmuş ünvan 10 ünvanında yerləşən evdə qeydiyyatdadır. Həmin evə dair müqavilə bağlamış Cavabdeh2 ilə eyni sоyada malikdir. Buna görə də оnun ailə üzvü оlması şübhəsizdir. Оdur ki, işin bu cür halında, yəni оnun ailə üzvü оlan Cavabdeh2 evə dair dəyişdirmə müqaviləsi bağlamasından sоnra yenidən həmin ev üzərində sərəncam verərək, həmin evi Cəfərоva Zülfiyyə Əyub qızına satılması yоlu ilə özgəninkiləşdirmə barədə sərəncam verilməsi həm Cavabdeh2, həm də təmsilçilər Cavabdeh1 və Cavabdeh5 pis niyyətlə sövdələşmələrini göstərir. Göstərilənlərə əsasən hər iki müqavilə etibarsız hesab edilməli, bu müqavilələrə əsasən dövlət reyestrində aparılmış qeyd və verilmiş çıxarışlar ləğv edilməli, onun mülkiyyəti özünə qaytarılmalıdır.

13. Bundan sonra X11 ərizə ilə müraciət edərək, onun hazırkı mülki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, habelə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “A” tikilisi ilə ünvan 7i 76,6 kv metr, yaşayış sah əsi 33,7 kv metr olan evlə dəyişdirilməsinə dair təmsilçi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında ünvan 8 ünvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini və ödənilmiş dövlət rüsumuna görə 1** manatın cavabdehlərdən tutularaq on a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Daha sonra Cavabdeh2 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində əqdin etibarsızlığını müəyyən edən maddə göstərilməmişdir. İddianın bir hissəsinin iddiaçının əqdlə bağlı iradə ifadəsinə zidd olduğu qeyd edilir. İradə ifadəsinin formalaşmaması insanın zehni geriləmənin olması ilə xarakterizə olunan bir şəxsdə xəstəliklərin diaqnozu ilə əlaqədardır. İddiaçı etibarnamə verərkən öz hərəkətlərinə cavab verə bilirdi. Bundan əlavə iddiaçı özü də "dəyişdirmə müqaviləsi" bağlayarkən notariusda iştirak edib və əqdi dəstəkləmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırdı ki, onu etibarnamə üzrə təmsil edən Cavabdeh1 mənzili dəyişdirmədən əvvəl digər paylı mülkiyyətçiyə təklif etməlidir. MM 228.1-ci maddəsi payı n üçüncü səxsə satarkən digər paylı mülkiyyətçiyə təklif edilməsini zəruri hesab etmişdir. Hazırki halda alqı-satqı yox, dəyişdirmə müqaviləsi bağlanmışdır.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim - Şəhriyar Əliyev) xx.xx.2024cü il tarixli, 2(011)-3598/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında “A” tikilisi ilə ünvan 11əsi 76,6 kv metr, yaşayış sahəsi 33,7 kv metr olan evlə dəyişdirilməsinə dair bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 6 ünvanında yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrə li, 23.02 2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkil qurumuna ödənilmiş 320 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qismində ödənilmiş 1** manatın Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)3598/2024 nömrəli xüsusi qərardadı ilə mülki iş üzrə “dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəz ərdə tutulan) cinayətinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır.

17. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi zamanı işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin bir-birinə zidd olan izahatları (mənzilin dəyişdirilməsində iddiaçının bilavasitə iştirak edib-etməməsi halları üzrə Cavabdeh1, İddiaçı, Cavabdeh5 və Cavabdeh2 izahatları; Cavabdeh2 öncə dəyişmə zamanı evlərin qiymətləri arasındakı fərq üçün 4**** manat ödənildiyini bildirsə də, sonradan evlərin başa-baş dəyişdirilməsini deməsi və s.), dəyişdirilən mənzillərin dəyərinin qeyri mütənasibliyi, Salyan rayon unda yerləşən evin satılması nəticəsində əldə edilmiş 185** manat pulun Cavabdeh5 tərəfindən qəbul edilməsi, İddiaçı məxsus olan əmlakın əvəzsiz əldən çıxması (dəyişdirilmiş əmlakın satılaraq pulunun saxlanılması nəticəsində); İddiaçı adından dəyişdirilmiş mənzillərin təhvil alınıb-verilməməsi, o cümlədən İddiaçı Salyan rayonunda yerləşən mənzillə tanış olmaması, Cavabdeh2 iddiaçı ilə aralarında yaranmış münasibətlərdən sui-istifadə etməklə iddiaçıya məxsus 7**** manat dəyərində olan Bakı şəhərində mənzili əldə etməsi və Salyan şəhərində olan mənzili də satmaqla əhəmiyyətli dərəcədə varlanması, iddiaçının əmlak hüquqlarından məhrum olması, üçüncü şəxs Gülüstan Qafarovanın mübahisəli əmlaka paylı mülkiyyət hüququnun mövcudluğu, dəyişdirmə müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə Cav abdeh2 maddi zərərə məruz qalmayacağı nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin olunmalıdır.

18. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, ünvan 3A (Yeni qaydalarla: AZ52**, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı əvəzinə etibarnamə ilə Cavabdeh5 tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmışdır. Cavabdehlər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 mənzillə bağlı mübahisədən məlumatlı olmamış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair b aşqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı alıcı kimi Cavabdeh4 mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bundan başqa, satılan ev etibarnamə əsasında onun keçmiş mülkiyyətçisinin özünün iştirakı ilə qızı tərəfindən satılmış və ev üçün razılaşdırılmış pul da onlar tərəfindən qəbul edilmişdir. Başqa cür desək, dəyişdirilmə müqa viləsinin etibarsız hesab edilməsi Salyan şəhərində yerləşən evin şərti olaraq öz keçmiş mülkiyyətçisinə qayıtmasını şərtləndirir ki, bu vəziyyətdə alqı-satqının Cavabdeh2 göstərişi ilə qızı Cavabdeh5 tərəfindən həyata keçirilməsi evin ilkin mülkiyyətçisi olan Cavabdeh2 iradəsi kimi təzahür olunur ki, bu da sonuncunun əmlak zərərini istisna edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd olunmalıdır.

19. Məhkəmə iddia tələbinin “çıxarışların ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən “A” tikilisinə dair Cavabdeh2 adına verilmiş çıxarış, Dəyişmə müqaviləsi əsasında verildiyi və məhkəmə həmin müqavilənin etibarsız olması qənaətinə gəldiyindən, həmin çıxarış ləğv edilməli, ünvan 3A (Yeni qaydalarla: AZ52**, ünvan 2 ünvanı nda yerləşən evə dair Cavabdeh4 adına verilmiş Çıxarış isə alqısatqı müqaviləsi əsasında verildiyindən, həmin müqavilənin etibarsızlığı halları müəyyən edilmədiyindən və Cavabdeh4 vicdanlı alıcı olması nəzərə alınmaqla iddia tələbi Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir.

20. İddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 320 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat pul məbləği, hazırkı iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirildiyindən və həmin hissədə iddia tələbinin təmin olunması mümkün hesab edildiyindən iddia bu hissədə təmin edilməlidir.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbayc an Respublikası Mülki Məcəlləsinin 16.1, 149.2, 152, 182, 324, 337, 339, 358, 362, 364, 391, 404 və 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 119.1, 124.3 və 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh5 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona evi satmaq üçün etibarnamə vermişdir. O, da anası ilə birlikdə notariusa getmiş, orada anasının deməsi ilə 18**0 manata evi satmışdır. Həmin pulu da o, keçən ilin mart ayında Bakı şəhəri, Murtuza Muxtar ov 118 saylı evə gələrək iddiaçıya vermişdir. Evi dəyişərkən iddiaçının razılığı alınmışdır. Bu işdə əsas subyekt olan Fəqan adlı şəxsin məhkəməyə gəlib ifadə verməsi barədə dəfələrlə şifahi vəsatət verməyinə baxmayaraq, vəsatəti təmin edilməmişdir. Hazırda Fəqan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir və Bakı şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Aynurə adlı şəxs Fəqan və Nigarla əlbir olub onun evini dəyişmə müqaviləsi əsasında satmışdır. Məhkəmədə bu törədilən əməllər barədə izahat verməyinə baxmayaraq, məhkəmə onlar barədə deyil, onun və anası barəsində xüsusi qərardad çıxarmaqla qərardadı prokurorluğa göndərmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayev a) 2(103)1868/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə iddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs qeyd edilən dəyişdirmə və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, onlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri yalnız ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə münasibətdə təmin edilmiş və xx.xx.2023-cü il tarixli dəyişdirmə müqaviləsi etibarsız hesab olunmuş, həmin fərdi ya şayış evi ilə bağlı dövlət reyestrində Cavabdeh2 mülkiyyət hüququ ilə bağlı aparılmış qeyd ləğv edilmişdir.

26. Apellyasiya şikayəti verən Cavabdeh5 xx.xx.2023-cü il tarixli dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı heç bir əsas olmadığına, həmin dəyişdirmə müqaviləsinin iddiaçının iradə ifadəsi ilə bağlandığına, etibarnamənin məhz onun tərəfindən verildiyinə, hətta müqavilə bağlanarkən iddiaçının da Notariat ofisində iştirak etdiyinə, etibarnamə əsasında bağlanmasında iştirak etdiyi alqı-satqı müqaviləsi üzrə pulun iddiaçıya təhvil verdiyinə istinad edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla belə, Cavabdeh5 digər Cavabdeh2 doğma qızıdır. Cavabdeh2 da dəyişdirmə müqaviləsinin predmetini təşkil edən Salyan rayonundakı evin əvvəlki mülkiyyətçisi, Bakı ş əhərində yerləşən fərdi yaşayış evinin isə hazırki mülkiyyətçisidir. Cavabdeh Salyan rayonundakı evdə pasport qeydiyyatında olmaqla mülkiyyətçinin ailə üzvü kimi (qızı) həmin evdə yaşamış və hüquqi nəticə etibarı ilə həmin evdən istifadə hüququna malik olmuşdur. Lakin sonradan o, dəyişdirmə müqaviləsinin bağlanılmasına xx.xx.2023-cü il tarixli ərizə ilə razılıq vermişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində isə satıcı qismində çıxış edən iddiaçını təmsil etmişdir. Bu baxımdan apellyasiya şikayətində göstərilən dəlillərlə çıxış etməyə Cavabdeh5 subyektiv hüququ yoxdur. Bu da öz növbəsində apellyasiya şikayətinin təmin edilməməsini şərtləndirir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh5 (vəkil – Vəkil2) kassasiya şika yəti verərək, qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qanunvericiliyin normalarını pozaraq əsassız, qanunsuz qərar qəbul etmişdir.

29. Məhkəmə prosessual normaların tələbini pozmuşdur. İş materiallarında faktiki olaraq Cavabdeh5 öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların olmasına baxmayaraq, məhkəmənin həmin sübutları tədqiq etməməsi prosessual hüquq normalarının pozulması deməkdir. Məhkəmələr Aynurə ilə Fəqan arasında olan akta hər hansı bir münasibət bildirilməmişdir. 2025-ci il tarixli ********* saylı cinayət işi üzrə tərtib edilmiş “Təqsirləndirilən şəxsin dind irilməsi haqqında” Protokol təqdim edilmişdir. Eyni hal bu sübut üçün də keçərlidir. Məhkəmə həmin protokola heç bir münasibət bildirməmişdir. Vəsatət təqdim edilməklə iş üçün əhəmiyyətli olan X6, X7 və X4 şahid qismində dindirilmələri xahiş edilmişdir. Cavabdeh1 iştirakı proses üçün vacib idi. Lakin iştirakının vacibliyi bildirilsə də onun iştirakı olmadan iclas keçirilmişdir. Qeyd edilən hallar məhkəmə protokollarında, eyni zamanda iclas zamanı aparılmış videoçəkilişdə öz əksini tapmışdır. Qeyd olunan prosessual hərəkətlərinin yerinə yetirilməməsi, vəsatətlərin rədd olunması düzgün olmayan qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, işə baxarkən apellyasiya ins tansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1868/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr Notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub ə mlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

39. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (tə msil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

42. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alqı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

43. Maddə

665. Əgər dəyişdirmə müqaviləsində ayrı qay da nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. Cavabdeh5 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətlərində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddianın təm in olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.

53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarə t olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləş dirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1868/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar