Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3235/2021 16.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-226/2021 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-226/2021 nömrəli iş xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişdirlər. Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin məzmununu müəyyən edən 407.1.4-cü maddəsinin tələbinə görə kassasiya şi kayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Hazırki iş üzrə kassasiya şikayətinin “xahiş edirəm” hissəsində kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq göstərməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinin nəticə hissəsində onların hansı qərarın qəbul edilməsini xahiş etmələri aydın deyil. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işə irəli sürülmüş kassasiya tələbi əsasında baxır. Kassasiya Məhkəməsi iş üzrə bir sıra qərarlar qəbul edə bilər. Beləki, AR Mülki Prosessual Məcəllənin 417-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Ancaq hazırkı kassasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilsə də, daha sonra hansı qərarın qəbul edilməsinin xahiş olunduğu bəlli deyil. Göründüyü kimi MPM-nin 408.1.1. və 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəlləni n 407.1. maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Göstərilənlərə əsasən, iddiaçıların kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-226/2021 nömrə li iş üzrə üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3235/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3235/2021
16.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver