Məhkəmə qərarları › İş №2(102)-3237/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3237/2021

20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3237/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cəlilabad rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2302/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 mart 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən mübahisənin predmetini təşkil edən Cəlilabad şəhəri, Qurtuluş küçəsi, Yeni yaşayış massivində yerləşən 180.5 kv.metr ümumi sahə dən ibarət fərdi yaşayış evi altındakı 0.0562 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasən tam pay hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən 20 noyabr 2019-cu il tarixdə verilən arayışa əsasən İddiaçı oğlunun tam pay hüququ üzrə xüsusi mülkiyyətində olan 09 mart 2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlak üzərində 20 noyabr 2019-cu il saat 09:43:22 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. Satıcı İddiaçı və alıcı Cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 birgə verdikləri 21 noyabr 2019-cu il tarixli ərizənin məzmunundan görünür ki, onlar satıcı İddiaçı məxsus ol maqla Cəlilabad şəhəri, Qurtuluş küçəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 14500 manat qiymətə satılması barədə razılığa gəldiklərini, alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişlər. İddiaçı müqavilənin doğuracağı hüquqi nəticələrin ona izah olunduğunu əlavə olaraq qeyd etmişdir. Cəlilabad rayonu Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən 20 iyun 2008-ci il tarixdə verilən nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında 20 iyun 2008-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin iyun ayının 20-də 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Nəsirov, arvada Əliyeva soyadları verilmişdir, X3 21 noyabr 2019-cu il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisinə ərizə verərək RX ******* saylı çıxarışa əsasən əri İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.5662 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir, 21 noyabr 2019-cu il tarixli AN-İ 07875757 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən ümumi sahəsi 180.5 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evini və altındakı 0.0562 ha torpaq sahəsini 14500 manata Cavabdeh satmışdır. «xxxx» ASC-nin Cəlilabad rayon fililalı tərəfindən verilmiş 20 noyabr 2019cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 21 noyabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən 14500 manat pul İddiaçı «xxxx» ASC-nin Cəlilabad rayon fililalında olan hesabına köçürülmüşdür. 20 noyabr 2019- cu il tarixli ödəniş tapşırığından görünür ki, alğı-satqı əməliyyatı üzrə dövlət büdcəsinə 1494.25 manat vergi ödənilmişdir İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 dekabr 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən mübahisənin predmetini təşkil edən Cəlilabad şəhəri, Qurtuluş küçəsi, Yeni yaşayış massivində yerləşən 180.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və altındakı 0.0562 ha torpaq sahəsi üzərində Cavabdeh hüquqları dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və mübahisə predmeti barə sində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cəlilabad rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında 21 noyabr 2019-cu il tarixdə bağlanmış AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə əvvəllər şərikli olaraq heyvan alğı-satqısı ilə məşğul olmuş və heyvanların satışından əldə olunan qazancı i sə yarı bölmüşlər. Onların şərikli alverləri üç ay müddətində davam etmişdir. Sonradan ziyana düşdükləri üçün alverlə məşğul olmamışlar. Lakin həmin vaxt Taleh ziyana şərik durmamışdır. Halbuki Talehlə şərikli olduqları vaxtlarda ona ümumilikdə 17500 manat pul ödəmişdir. Lakin cavabdeh bununla razılaşmayıb, ondan 33000 manat pul tələb etmişdir. O, pulu verə bilməyəcəyini deyəndə cavabdeh onu məcbur etmişdir ki, evini satsın. O, buna razılıq vermədikdə cavabdeh onu məcbur edərək notariat kontoruna aparmış və yaşayış evinin onunla (cavabdehlə) alğı-satqısına məcbur etmişdir. O, məcbur qaldığı üçün mülkiyyətində olan evi alğı-satqı müqaviləsi əsasında Cavabdeh vermişdir. Onunla cavabdeh arasında bağlanmış həmin müqavilə borcuna görə bağlanmışdır. Göründüyü kimi onların aralarında bağlanmış al ğı-satqı müqaviləsi etirabsız hesab edilməlidir. Daha sonra cavabdeh həmin alğı-satqı müqaviləsi bağlandıqdan sonra Daşınmaz Əlmakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində öz adına rəsmiləşdirərək çıxarış almışdır. Cəlilabad rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev, iş №2(073)-791/2020) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair sərbəst sərəncam verərək onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin evə dair Cavabdehlə alğı-satqı müqaviləsi bağlamışdır. Tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcı (iddiaçı), həm alıcı (cavabdeh) bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış, müqa vilə notariat orqanında qeydə alınmışdır. Müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan müqavilənin etibarsız hesab edilməsi barədə tələb əsassızdır. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəf apellyasiya şikayəti verərək Cəlilabad rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və Q.Kərimov, iş № 2(106)2302/2020) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-791/2020 saylı 12 may 2020-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanı lmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında formalaşan münasibətlərdə evin və torpaq sahəsinin alğı-satqısının etibarsızlığına dəlalət edəcək hər hansı bir hal mövcud olmamış, alğı-satqının bütün atributları münasibətlərdə öz əksini tapmışdır. Belə ki, onlar qanunla müəyyən edilən qaydada rəsmi şəkildə həmin daşınmaz əmlakın alğı-satqı müqaviləsini bağlamışlar, alıcı bunun müqabilində əmlakın razılaşdırılmış dəyərini notraiusun depozit hesabına keçirməklə ödəmiş, satıcı qanunla müəyyən edilən qaydada və məbləğdə vergini ödəyərək satdığı mənzilə görə pulu notariatın bankda olan depozit hesabından məxaric etmiş, mənzil üzərində alıcının hüquqları daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyata alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Mallik oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)2302/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xa hiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgənin kiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri d ə (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 406.2-ci maddəsinə əəsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş for maya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhk əməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hal lara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2302/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar