Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3239/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mirasdan məcburi pay tələbi, əmlakın miras kütləsinə daxil olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı məcburi payın müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3965/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 5 otaqdan ibarətdir. Həmin mənzilin 3 otağına dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas Xətai Rayon İcra Hakimiyyəti Başçısının 14-20 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamı olmuşdur. Qeyd edilən sərəncama əsasən, ünvan 1 mənzilinin yaşayış sahəsi 46,60 kv.m. olan 3 otağına kirayə müqaviləsinin vətəndaş Cavabdeh ilə bağlanması və mənzilin şəxsi maliyyə hesabında dəyişiklik edilməsi, ailə tərkibi 6 nəfər olmaqla vətəndaş Cavabdeh mənzilin kirayəşini hesab edilməsi qərara alınmışdır.
2. Qeyd edilən mənzilin 2 otağına dair mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, M-449 nömrəli sərəncamı olmuşdur. Həmin sərəncama əsasən mənzilin sahəsi 12,79 və 16,6 kvadrat metr olan 2 otağına kirayə müqaviləsi İddiaçı kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı İddiaçı (bundan sonra “iddiaçı”) məhkəməyə mürаciət edərək, ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilin (bundan sonra “mübahisəli mənzil”) paylı mülkiyyətçisi kimi atası xxx oğlundan vərəsəlik qaydasında Cavabdeh (bundan sonra “cavabdeh”) keçən hissəsində iddiaçının birinci növbənin vərəsəsi kimi məcburi payı müəyyən olunmaqla həmin hissəyə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 otaqdan ibarət mübahisəli mənzilin paylı mülkiyyətçisi kimi 2 otağı iddiaçıya, 3 otağı cavabdehə məxsus olmuşdur. Atası xxx oğlu 2011-ci ildə vəfat etmiş, paylı mülkiyyətdə olan ona məxsus 3 otaqlı mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Hazırda mübahisəli mənzilin iki otağında iddiaçı, həyat yoldaşı, iki oğlu, gəlini və nəvəsi, 3 otağında isə cavabdeh, həyat yoldaşı və 3 uşağı yaşayırlar. Cavabdeh mübahisəli mənzildəki atasına məxsus payın atasının ona sağ ikən bağışladığını iddiaçıya bildirmişdir. Mübahisəli mənzilin iddiaçının atasına aid hissəsinin cavabdehə vərəsəlik qaydasında keçdiyindən iddiaçının xəbəri olmamışdır. İki çoxuşaqlı ailənin bir yerdə yaşaması dözülməz və mümkün olmadığına görə tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Lakin he ç bir məhkəmədə payın cavabdehə vərəsəlik qaydasında keçməsi iddiaçıya bildirilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3147/2022 saylı, 12 avqust 2022 ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra orqanına göndərildikdən sonra iddiaçıya yuxarıda qeyd edilən hallar məlum olmuşdur. Bu səbəblə də, mübahisəıi mənzilin atasına aid hissəsi vərəsəlik qaydasında cavabehə keçdiyinə görə, iddiaçının da atasında aid hissədə məcburi pay hüququ müəyyən edilməlidir.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1193, 1194, 1195 və 1196-cı maddələrinə istinad etmişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, mənzilin 2 otağı və 3 otağı ayrı-ayrı əsaslarla özəlləşdirilmişdir. Hər ikisi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə vətəndaşların kiray ə müqaviləsi var idi. Həmin müqavilələr əsasında da özəlləşdirmə aparılmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1245/2024 nömrəli, 5 aprel 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Əminə Abbasova)
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi kimi atası xxx oğlunun payının cavabdehə vərəsəlik qaydada keçdiyini, həmin əmlakda iddiaçının məcburi payının olduğunu iddia etsə də, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallarına görə mənzil heç bir zaman mərhum xxx oğlunun mülkiyyətinə keçməmiş, Xətai Rayon İcra Hakimiyyəti cavabdeh ilə mənzilin 3 otağı barədə, iddiaçı ilə isə mənzilin 2 otağı barədə kirayə müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən qeyd edilən şəxslərin mülkiyyət hüq uqu Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən daşınmaz əmlak mərhum xxx oğlunun miras əmlakına daxil olmamış, həmin əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Belə olan halda, iddiaçının əmlaka dair məcburi payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə iddiası da əsassızdır və rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1151.1, 1151.2, 1159.1.1, 1193-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai RİHB-nin hələ xx.xx.2000-ci il tarixli M-449 nömrəli sərəncamı ilə yaşadığı 5 otaqlı mübahisəli mənzilin 3 otağının mənzil-kirayə müqaviləsinin atası xxx oğlu ilə bağlanması qərara alınmış, həmin müqavilə bağlanaraq müvafiq sənədləşmə işləri aparılmışdır. Nəticə etibarı ilə həmin mənzil sahəsinin faktiki sahibi və mülkiyyətçisi iddiaçının atası xxx oğlu hesab olunduğuna görə onun 2011-ci ildə vəfatından sonra sözügedən 3 otaqlı mənzildən qanun üzrə vərəsə kimi iddiaçının məcburi pay hüququ əmələ gəlir. Çünki sözügedən mənzilə mərhum atasının mənzilin sahibi kimi gözlənilən mülkiyyət hüququ olduğuna görə iddiaçı da 1-ci növbə vərəsə kimi həmin əmlakdan məcburi pay hüququna malikdir və hazırda bunu təl əb etməkdə tam haqlıdır. Burada isə hər hansı bir müddət ötürülməsindən də söhbət gedə bilməz.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3965/2024 saylı, 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
14. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən qeyd etmişdir ki, mübahisəli mənzil mərhum xxx oğlunun mülkiyyətinə keçməmiş, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı ilə mənzilin 3 otağı, cavabdehlə ilə isə mənzilin 2 otağı barədə kirayə müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən qeyd edilən şəxslərin mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzil mərhum xxx oğlunun miras əmlakına daxil olmamış, həmin əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Belə olan halda, iddiaçının əmlaka dair məcburi payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiası da əsassızdır.
15. İddiaçı apellyasiya şikayətində sözügedən mənzilə mərhum atasının mənzilin sahibi kimi gözlənilən mülkiyyət hüququ olmasını, həmçinin özünün 1-ci növbə vərəsə kimi həmin əmlakdan məcburi pay hüququna malik olmasını bildirsə də, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (mir as əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
16. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, bu zaman hər hansı gözlənilən mülkiyyət hüquqlarından deyil, məhz əmlak hüquqlarının yaranması üçün həmin hüquqların dövlət qeydiyyatına alınması zəruridir. Hazırda isə mübahisəli mənzil üzərində mərhum xxx oğlunun mülkiyyət hüquqları qeydiyyata alınmadığından həmin əmlak miras əmlaklarının siyahısına aid olmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1193-cü maddələrinə i stinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianını təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tam qərəzli mövqe tutmuş, iddiaçının verdiyi izahatları, istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənəd ləri tam qanunsuz və əsassız olaraq nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfə xüsusi himayədarlıq etmiş, yalnız cavabdeh tərəfin maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəfin hüquq və qanuni mənafelərini nəzərə almadan qətnamə çıxarmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmi yyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə qiymət verib.
26. İddia tələbi məcburi payın müəyyən edilməklə, həmin pay üzərində mülkiyyət hüququnun tanınması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzilin 3 otağının 2011-ci ildə ölmüş atasının mülkiyyətində olmasına sti nad edib.
27. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə mübahisəli mənzil 5 otaqlıdır, mənzilin iki otağına cavabdehlə, 3 otağna isə iddiaçı ilə Xətai Rayon İcra Hakimiyyəti arasında kirayə müaviləsi bağlanmış, sonradan tərəflər hər biri həmin otaqlar üzərində mülkiyyət hüquqlarını qeydə aldırıblar. Başqa sözlə, mübahisəli mənzil heç bir zaman, o cümlədən öldüyü məqamda iddiaçının atasının mülkiyyətində olmayıb. Halbuki iddiaçının mübahisəli mənzilin 3 otağına məcburi payının əmələ gəlməsi üçün həmin mənzilin öldüyü məqamda iddiaçının atasının mülkiyyətində olması faktı mövcud olmalı idi. Bu fakt mövcud deyilsə, iddia təmin edilə bilməz.
28. Mülki Məcəllənin Maddə 1151.1-ci maddəsinə görə də mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlar ının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 14-16-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər təkrarlanmaqla apellyasiya məhkəməsinin hazırki qərarın 14-16-cı bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.
31. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakıl Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-3965/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.