Məhkəmə qərarları › İş №2(102)-324/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-324/2020

22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-324/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili X8 oğlunun və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxslər X5 və X5 qarşı “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8548/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxslər X5 və X5 qarşı “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri n saylı Notariat Kontoru tərəfindən 62/2010 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X5 dair Cavabdeh1 və Cavabdeh2 hər b irinə ½ hissə müəyyən olunmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və buna dair verilmiş xx.xx.2010-cu il tarixli çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin İddiaçı münasibətdə üzürlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzili mərhum anası X1 miras qalmışdır. O, xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Anasının birinci növbə üzrə üç vərəsəsi vardır - qardaşları Cavabdeh1 və Cavabdeh2 və o, İddiaçı. Anasının vəfatından sonra qardaşları müvafiq qaydada müraciət edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almış və mənzilə dair paylı mülkiyyət hüquqları dövlət qeydi yyatına alınmışdır. Mirasın cavabdehlər tərəfindən qəbul edilərək qeyd olunan şəkildə bölüşdürülməsindən uzun müddət məlumatsız olmuşdur. Sonradan bu məsələ ilə bağlı danışıqları zamanı ona bildirmişlər ki, o, narahat olmasın, onlar mənzildəki paylarından onun qızına müəyyən hissədə bağışlamaqla bu məsələni həll edəcəklər. Kiçik qardaşı olan Cavabdeh2 bu məqsədlə ona özündə əmlakına dair sərəncam vermək hüququnu ehtiva edən xx xxxxxxxx 2012-ci il tarixli AR-İ № 208186 saylı etibarnamə də vermişdir. Lakin digər cavabdeh olan qardaşı Cavabdeh1 isə payın bağışlanması məsələsini bu günlərədək yubatmışdır. Nəhayət xx xxxxxx 2018-ci il tarixdə o, qızı X6 və Cavabdeh1 bu məqsədlə X5ndə olmuşlar. Lakin X5 bağışlanacaq payın həcmi ilə bağlı razılaşa bilmədikləri üçün məsələ bu dəfə də baş tutmamı şdır. Odur ki, mübahisənin məhkəmə qaydasında həllinə qərar vermişdir. Bundan sonra aparılan araşdırmadan ona məlum olmuşdur ki, cavabdehlər mirası qəbul edərkən və bu məqsədlə müraciətləri zamanı notariat orqanına verdikləri ərizədə analarının onlardan başqa övladlarının olmadığını bildirmişlər. Bununla da notarius tərəfindən açılmış miras haqqında ona məlumat verilməsinin qarşısını almış və mirasdan pay almasına mane olmuşlar. Vərəsəlik münasibətlərini tənzimləyən qanunvericilik normalarının ümumi mənasına görə belə qənaətə gəlmək olar ki, vərəsələr mirası qəbul edərkən bir-birini məlumatlandırmağa borcludurlar və bunun üçün konkret addımlar atmalıdırlar. Göründüyü kimi, mirasın qəbul edilməsi üçün bu günədək müraciət etməməsinə səbəb digər vərəsələrin ona münasibətdə qeyri-səmimi davran maları və qanunsuz hərəkətləri olmuşdur. Cavabdehlərin notariat orqanında vərəsələrin dairəsinin müəyyən edilməsi zamanı verdikləri yanlış məlumat və sonradan da məsələni gizli saxlayaraq mənzildən payın verilməsinin yubadılması onun mirası bu günədək rəsmi qaydada qəbul etməsinə mane olmuşdur. Həmçinin onu da bildirir ki, artıq xeyli müddətdir mənzil kirayəyə verilir və bundan əldə olunan gəlir üçünün, yəni iş üzrə tərəflərin arasında bərabər bölünür. İşin bu halı isə ona dəlalət edir ki, o, faktiki olaraq mirasda paya sahibdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 2(004)2313/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının (hakimlər Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli 2(103)-8548/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2313/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri n saylı Notariat Kontoru tərəfindən 2V-1-61 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 62/2010 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X5 dair Cavabdeh1 və Cavabdeh2 hər birinə ½ hissəsi müəyyən olunmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və buna dair verilmiş x x.xx.2010-cu il tarixli MA ******* saylı çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmə iddiaçı tərəfindən vərəsəliyin faktiki olaraq qəbul edilməsini qətnaməsində qeyd etsə də, onun bu hərəkəti nə vaxt və hansı şəraitdə etməsini araşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki bu faktın araşdırılması olduqca mühüm əhəmiyyətə malik olmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, miras qoyan X3 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka dair xx.xx.2010-cu il tarixdə MA ******* nömrəli çıxarış verilmiş və həmin çıxarışla Bakı şəhəri, Yasamal rayonu, Ağadadaş Qurbanov küçəsindəki 1 nömrəli evin ümumi sahəsi 65.1 kv.m, yaşayış sahəsi 49,1 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 2 otaqlı 23 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ½ hissə və Cavabdeh2 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, iddiaçının kiçik qardaşı olan Cavabdeh2 iddiaçıya özündə birincinin əmlakına dair sərəncam vermək hüququnu ehtiva edən xx xxxxxxxx 2012-ci il tarixli AR-İ № 208186 saylı etibarnamə vermiş və həmin etibarnamədə miras əmlak da öz əksini tapmışdır. Bu faktı iddiaçının öz ü də iddia ərizəsində etiraf etmiş və bildirmişdir ki, məhz bundan sonra o, miras əmlakın kirayəyə verilməsindən əldə olunan gəlirləri almış və öz aralarında bölüşmüşlər. İddiaçı anasının ölümündən 2 il 10 aydan sonra “vərəsəliyi qəbul etmişdir”. Halbuki Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə görə miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı iddia tələbində “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” barədə tələb irəli sürmüş olsa da, apellyasiya instansiyası məhkəmə kollegiyası həmin tələbi təmin etməmişdir. Bununla bağlı məntiqi sual çıxır ki, miras əmlakın qəbul edilməsi müddəti uzadılmamışdırsa, onda məhkəmə hansı əsasla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilm əsi və Bakı şəhəri, Yasamal rayonu, Ağadadaş Qurbanov küçəsindəki 1 nömrəli evin 23 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 hər birinə ½ hissəsi müəyyən olunmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və buna dair verilmiş xx.xx.2010-cu il tarixli MA ******* saylı çıxarışın ləğv edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının kobudcasına pozulması ilə çıxarıldığından və həmin nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə zidd olduğundan əsaslı sayıla və qüvvədə saxlanıla bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili X8 oğlu kassasiya şikayətinə etiraz e dərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işin araşdırılmış hallarından görünür ki, X3 ilə X5 xx.xx.1955-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, onların birgə nikahından xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 adlı üç övladı var. X5 xx.xx.1988-ci ildə, X3 xx.xx.2009-cu ildə ölmüşlər. Bakı şəhəri 5 saylı X5 xx.xx.2010-cu il tarixdə 2V-1-61 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 62/2010 nömrəli vərəsəlik işinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum X2 xüsusi mülkiyyətində olan mənzil miras qalmışdır. X2 qanun üzrə birinci növbə olan vərəsələri - övladları Cavabde h1 və Cavabdeh2 xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 5 saylı X7 ərizə ilə müraciət edərək, anaları X1 miras qalmış mənzilə dair onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin onlardan başqa vərəsə olmadığını göstərmişlər. Bakı şəhəri 5 saylı X9 tərəfindən 2V-1-61 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 62/2010 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq edilmişdir ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur, onlar miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X3 nömrəli evin ümumi sahəsi 61,9 kv.m, yaşayış sahəsi 48,0 kv.m olan 2 otaqlı 23 nömrəli mənzilindən ibarətdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2010-cu il tarixli MA ******* nömrəli çıxarış ilə X3 nömrəli evin ümumi sahəsi 65.1 kv.m, yaşayış sahəsi 49,1 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 2 otaqlı 23 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ½ hissə və Cavabdeh2 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 1171 nömrəli reyestr kitabının 106320 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan mənzili iddiaçının istifadəsinə və sərəncamına vermişlər. Eyni zamanda həmin mənzil kirayə verildiyindən, kirayə məbləği də, iddiaçı tərəfindən yığılmış və özü ilə birlikdə qardaşları arasında bölünmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X2 xx xxxxxx 2009-cu il tarixdə vəfatından sonra yalnız oğulları Cavabdeh1 və Cavabdeh2 onun vərəsələri hesab edilmələri və miras əmlakdan ½ hissədə irs almaları qanuna uyğun olmamış və bu səbəbdən buna dair verilmiş xx xxx 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında X10 Komitəsinin yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli MA seriyalı, ******* saylı Çıxarış ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi X3 vəfat etdikdən sonra onun övladı İddiaçı miras əmlaka sahibliyi həyata keçirməklə, faktiki olaraq qəbul etmiş və onun miras əmlaka hüquqları yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri xxx saylı X7 müraciət edərkən İddiaçı X2 vərəsəsi olmasını ərizələrində göstərməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu dedikdə miras toplusunun miras qoyandan vərəsəyə keçməsini reallaşdırmaq üçün vərəsənin vərəsəlik hüququnu əldə etməyə razılığın əks etdirən müəyyən hərəkətləri həyata keçirilməsi baş a düşülür. Mirasın qəbulu elə hərəkətlər toplusundan ibarətdir ki, onun vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək niyyətini bildirir, miras qoyanın vərəsəsi olmağa razılığını ifadə edir. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan göründüyü kimi, vərəsə mirası həm notariat orqanına ərizə verməklə, həm də faktiki qəbul edə bilər. Vərəsənin əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası faktiki qəbul etməsini təsdiq edən hallara vərəsənin müəyyən müddət ərzində miras qoyanın evində, mənzilində yaşaması, miras qoyanın borclarını ödəməsi, miras əmlakı saz vəziyyətdə saxlaması üçün onların təmirini həyata keçirməsi, habelə vərəsə mirasın qorunması barədə tədbirlər gördükdə, öz hesabına miras qoyanın vergi, sığorta, kommunal və s. borclarını ödədikdə mi rası qəbul etmiş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli mənzilin mülkiyyətçisi X3 vəfat etdikdən sonra onun övladı İddiaçı miras əmlaka sahibliyi həyata keçirməklə, faktiki olaraq mirası qəbul etməsi işdə olan sübutlara əsasən müəyyən edilmişdir. Belə olan halda, həmin şəxsin miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində faktiki qəbul etməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və heç bir sübutla təsdiq edilmir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mirasın qəbulu ilə əlaqədar notariat orqanına müraciət edərkən iddiaçının adını həmin ərizədə qeyd etməməsi, onlardan başqa vərəsə olmadıqlarını bəyan etmələri iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının notariat orqanın a verilən ərizədə vərəsə kimi adının qeyd edilməsi müəyyən hüquqi nəticələrin baş verməsi ilə nəticələnəcəkdi. Çünki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri ç ağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Kassasiya şikayətinin iddiaçının “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” barədə tələbinin təmin edilmədiyi halda, məhkəmənin hansı əsasla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi nəticəsinə gəlməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması mirasın qəbulunu gecikdirmiş vərəsəyə münasibətdə həll edilə bilər. Hazırki iş üzrə isə iddiaçının mirası qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq qəbul etdiyi müəyyən edildiyindən bu müddətin uzadılması tələbinin təmin edilməsinə ehtiyac qalmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8548/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar