Məhkəmə qərarları › İş №2(102)-3248/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3248/2023

16.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3248/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual normalara uyğun olmaması, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakiml ər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(103)4029/2023 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(005)99/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, X1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız olunması qət olunmuşdur.

2. Həmin qətn amədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(103)-4029/2023 nömrəli qərardadı ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və G.T.Axundovadan ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

4. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bi rinci instansiya məhkəməsinin qətnaməsi 05 mart 2022-ci il tarixli reyestrlə cavabdehlərin ünvanına (ünvan 1lərin hər ikisi apellyasiya şikayətlərində rəsmi yazışmaların aparılmasını xahiş etdikləri ünvanı məhz məhkəmə tərəfindən qətnamənin onlara göndərildiyi ünvan olaraq göstərmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin məlum olan ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamışdır. Belə olan halda isə, yəni cavabdeh artıq həmin ünvanda yaşamasa da, məhkəmə aktı rəsmi qaydada verilmiş hesab edilir. Bununla yanaşı, məhkəmə qətnaməni icraya yönəltmiş, 21 oktyabr 2022-ci il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış, lakin birinci instansiya məhkəməsi sonradan verilmiş apellyasiya şikayətləri üzrə prosessual müddətlərin ötürülüb-ötür ülməməsini yoxlamamış, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Çünki, tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir.

5. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Apellyasiya şikayəti isə MPM-in qeyd olunan normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formada (Əlavə 2) tərtib olunmamış, yəni 2 nömrəli Əlavədə göstərilən bir çox zəruri hissələr şikayətdə öz əksini tapmamışdır (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.).

6. Eləcə də, Cavabdeh2 xx.xx.2022-ci il tarixli apellyasiya şikayətind ə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə istinad edərək, dövlət rüsumu ödəməmiş, xx.xx.2022-ci il tarixində yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdikdə isə 5,00 manat dövlət rüsumu ödəmişdir. Həmçinin digər Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verilməsi üçün 5,00 manat dövlət rüsumu ödəmişdir. Bu isə qanunvericiliyin tələblərinə uyğun deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(103)-4029/2023 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülərək, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 57 və 60-cı, Mülki Prosessual Məcəllənin 233-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, hər iki cavabdeh ayrı-ayrılıqda ilkin məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən olunmuş dövlət rüsumunun, yəni 10 manatın 50%-i məbləğində, 5 manat dövlət rüsumu ödəmişlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa son dəyişikliyə əsasən dövlət rüsumunun artırılması haqqında qanunun tətbiqi 01 oktyabr 2021-ci il tarixindən sonra verilən iddia ərizələrinə, həmin ərizələrə münasibətdə şikayətlərə və digər ərizələrə tətbiq olunduğundan, hazırki, mübahisə üzrə iddia ərizəsi oktyabr ayının 1-dən əvvəl, 23 aprel 2021-ci il tarixindən verildiyindən, həmi n tarixdə, ödənilən dövlət rüsumunun 50%-i məbləğində, apellyasiya şikayəti üçün dövlət rüsumu ödənilməlidir. Həmçinin qanunvericilik, qətnamənin qüvvəyə minməsini rəsmi qaydada verildiyi gündən hesablanmasını təsbit etmişdir. Reyestrə sənədi qoyub göndərmək, poçta verib göndərmək, kiməsə çatdırmaq üçün vermək özü-özlüyündə hələ sənədin şəxsə rəsmi qaydada çatdırılması hesab olunmur. Daha sonra, cavabdehlər qanunvericiliyə uyğun, X6 əldə etmiş, Elektron kabinetlərində ərizələrini yazaraq, lazım olan bütün sənədləri, həmin elektron kabinetlərinə əlavə etmiş, apellyasiya şikayətinə Əlavə 2 formanı lazımi qaydada tərtib edərək, apellyasiya şikayətinin bütün forma və məzmunlarına riayət etmişlər.

9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

11. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ilə faktiki olaraq məhkəmə qətnaməsinin qüvvəyə minməsindən çox uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yolu ilə qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnamələrinə təkrar baxılmasına şərait yaradılır. Belə vəziyyət qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında formalaşan hüquq münasibətlərinin sabitliyinə, yəni cəmiyyətin ümumi maraqlarına xələl gətirir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsa sən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutul muş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən Azə rbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, hə m də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

15. Belə ki, qeyd olunduğu kimi, apellyasiyanın qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin mövqeyi ilk olaraq belə əsaslanmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin məlum olan ünvanına göndərilmiş, ape llyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmiş, müddətin bərpasına dair ərizə isə verilməmişdir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeydə alındıqları və hazırki kassasiya şikayətində də göstərdikləri ünvana göndərilməsi barədə 05 mart 2022-ci il tarixli reyestr iş materiallarına əlavə olunmuşdur.

17. Lakin, həmin reyestr üzrə göndərilmiş zərfin cavabdehlərin ünvanına təqdim olunubolunmaması, olunmadığı halda isə səbəbini təsdiq edən poçt xəbərnaməsi əlavə olunmamışdır.

18. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə sənədləri sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalıdır. Reyestrin mövcudluğu MPM-in 135.1-153.3-cü maddələrinin tələblərinə riayət edilmə sini təsdiqi kimi qəbul edilə bilməz. 19. “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 noyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Belə ki, qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən hal Mülki Prosessual Məcəllənin 135.2 və 135.3-cü maddələrində göstərilən şəxslər tərəfindən imzalanmış qəbzin və ya sənədin kötüyünün işə əlavə edilməsidir.

20. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Ca vabdeh2 və cavabdehlər Cavabdeh3 apellyasiya şikayətləri müvafiq olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadları ilə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmiş, apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardadlardan iddiaçılar apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin hər iki qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Həmin qərardad apellyasiyanın mümkünlüyünün müəyyən edilməsi üçün mütləq qüvvəyə malik olmasa da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi gəlinən nəticəni n əzərə almalıdır.

22. Belə ki, apellyasiya məhkəməsi 08 may 2023-cü il tarixli qərardadında hesab etmişdir ki, Cavabdeh3 tərəfindən apellyasiya şikayəti qətnamə qəbul edilən vaxtdan xeyli müddət keçmiş verilsə də, mülki iş materiallarında həmin qətnamənin onun tərəfindən daha əvvəlki tarixdə alınması, ümumiyyətlə Cavabdeh3 mülki işdən məlumatlı olması barədə hər hansı sübut olmaması səbəbindən həmin cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina olunması onun hüquqlarının məhkəmə müdafiəsinin əsassız olaraq məhdudlaşdırılmasına səbəb olacaqdır.

23. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi əvvəlki qərardadında cavabdehlərin məhkəmə qətnaməsini almamasını, ümumiyyətlə məhkəmə mübahisəsi barədə məlumatlı olmasının sübut olu nmamasını göstərdiyi halda, eyni məhkəmə hazırda mübahisələndirilən qərardadında qətnamənin cavabdehlərə rəsmi qaydada çatdırılmış hesab edilməli olması nəticəsinə gəlmişdir.

24. Apellyasiyanın qeyri-mümkün hesab olunmasının digər əsası kimi apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin qanunla müəyyən olunmuş formada (Əlavə 2) tərtib olunmamasını göstərmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır.

26. Belə ki, iş materiallarında olan cavabdehlərin apellyasiya şikayətlərindən müəyyən olunur ki, şikayətlər “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verilmiş, cədvəl formasında tərtib olunmasa da, Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsi olan apellyasiya şikayəti üçün nəzərdə tutulmuş bütün bəndlərə istinad olunmuşdur. Apellyasiya şikayətində pozulması iddia olunan maddi hüquq normaları kimi Mülki Məcəllənin 354 və 1246-cü, prosessual hüquq normaları kimi isə Mülki Prosessual Məcəllənin 103-cü maddələri qeyd edilmişdir. Həmçinin apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, habelə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə istinad olunmuşdur.

27. Nəhayət, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəməmələrini göstərsə də, hansı məbləğdə rüsumun ödənilməli olmasını qərardadında qeyd etməmişdir.

28. Halbuki, məhkəmənin də qeyd etdiyi kimi cavabdehlərin hər biri 5,00 manat dövlət rüsumu ödəmişlər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin yeni redaksiyası 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir.

30. Lakin iş materiallarına əsasən hazırki iddia ərizəsi 23 aprel 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Hazırki məhkəmə praktikasında 01 oktyabr 2021-ci il tarixədək verilmiş iddialar üzrə yuxarı instansiya məhkəmələrinə verilən şikayətlər üçün həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən iddia ərizəsinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun 50 faizi miqdarında rüsumun ödənilməsi tələb olunur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X5 Hüquqları Məh kəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ mə hkəmə prosesinin bütün mərhələlərinə aiddir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(103)-4029/2023 nömrəli qərardadı ləğv edilsin və iş materialları cavabdehlərin apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar