Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-325/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 1-ci iş üzrə İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı” müqaviləyə xitam verilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2-ci iş üzrə İddiaçı2 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və İddiaçı1 MMC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)- 325/22 (Açar sözlər: lizinq müqaviləsinə xitam veriməsi, lizinq obyektinin geri alınması mənzildən istifadə hüququna xitam verilməsi, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegi yası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Birinci iş üzrə İddiaçı1 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə İddiaçı2 Xanməmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 07.06.2016-cı il tarixli AN-LN ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 32 saylı mənzili İddiaçı1 MMC-yə satmışdır. Müqavi lənin 1-ci bəndinə əsasən, alıcı İddiaçı1 MMC həmin əmlakı Cavabdeh1 lizinqə vermək üçün almış, alıcı bu müqavilə üzrə mənzili lizinq alana D040 saylı 07.06.2016-cı il tarixli Daxili Maliyyə lizinqi müqaviləsi üzrə 24 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etmişdir. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı Cavabdeh2 07.07.2016-cı il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, korpus 5, giriş C, ev 82, 32 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 MMC-yə məxsusdur. Lizinq verən İddiaçı1 MMC ilə lizinq a lan Cavabdeh1 arasında 07.06.2016-cı il tarixdə D040 saylı Daxili lizinq müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Lizinq verən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür, müqavilənin 1.2-ci bəndinə görə lizinq alanın ilkin öhdəliyi 30000 ABŞ dolları təşkil edir, müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsinin müddəti 24 ay müəyyən edilir, müqavilənin 5.1-ci maddəsinə görə lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir, müqavilənin 5.2-ci bəndinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi həcmində cərimə ödəməlidir, müqavilənin 6.1.4cü bəndinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, müqavilə ləğv edilir. 25.09.2018-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. 11.03.2019-cu il tarixli 0100/19 saylı İddiaçı1 MMC-nin ödənişlər üzrə çıxarışından görünür ki, Cavabdeh1 31.10.2018-ci il tarixə qalıq borcu 24330,84 ABŞ dolları təşkil edir. 06.09.2018-ci il tarixində Cavabdeh1 D040 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsinə və lizinq alanın lizinqə verilmiş əmlakdan istifadədən məhrum edilməsinə dair xəbərdarlıq göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (1-ci iş üzrə) 20.11.2018-ci il tarixdə İddiaçı1 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2016-cı il tarixli D040 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsini, lizinq məbləği üzrə 24331 ABŞ dolları, faiz məbləği üzrə 5024 ABŞ dolları, 10632 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 39987 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək, İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.06.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, Cavabdeh1 lizinq məbləği üzrə 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856, 71 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquq larının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı1 MMC-yə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 82 saylı evin 5-ci korpusunda, giriş C-də olan 32 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh2 ilə 07 iyun 2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanaraq, mənzil 90000 manata alınmışdır. Mənzil alındıqdan sonra İddiaçı1 MMC ilə Cavabdeh1 arasında 07 iyun 2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinq məbləği 30000 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafat ı illik 20 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin lizinq alan müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Faktor Lizinq MMC tərəfindən tərtib olunmuş 1201/18 saylı, 31.10.2018-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin İddiaçı1 MMC-yə arayış tarixinədək lizinq məbləği üzrə 24331 ABŞ dolları, faiz məbləği üzrə 5024 ABŞ dolları, 10632 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 39987 ABŞ dolları ekvivalenti məbləğində öhdəliyi mövcuddur. Buna baxmayaraq hazırda həmin məbləğin deyil, Cavabdeh1 lizinq məbləği üzrə 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856, 71 ABŞ dolları məbl əğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 MM-yə ödənilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, Cavabdeh2 isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi üzərində dayanır. Belə ki, Cavabdeh2 həmin mənzildən 07.07.2016-cı il tarixinədək qeydiyyatdan çıxması barədə öhdəlik götürsə də, mənzildən çıxmasına baxmayaraq qeydiyyatda qalmışdır. Cavabdeh1 isə həmin mübahisəli mənzilə köçmüş, lakin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Ona müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərinin icrası həyata keçirilmədiyi təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı bildirilmişdir. Hesab edir ki, lizinq obyekti cavabdehlərin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı tutularaq İddiaçı1 MMC-yə ödənilməlidir. Sonda E.Baloğlanov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 01.04.2019-cu il tarixli 6779 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarının və 07.06.2016-cı il tarixli, D040 nömrəli daxili lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı1 MMC-yə 06.06.2018-ci il tarixə əsas borcu 22340,71 ABŞ dolları, mükafat borcu 3516 ABŞ dolları müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş əhriyar Əliyev) 2(011)-1507/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinın təmin edilməsi, İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış D040 saylı 07.06.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dollarının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi kimi 30 manatın, bank xidmət haqqı 0.40 qəpiyin tutularaq İddiaçı1nə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı1nə təhvil verilməsi və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüququnun itirilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ki, Cavabdeh1 müraciəti əsasında İddiaçı1 MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 82 saylı evin 5-ci korpusunda, giriş C-də olan 32 saylı mənzili Cavabdeh2 90000 manata alaraq 07 iyun 2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsi əsasında lizinq məbləği 30000 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 20 faiz olmaqla Cavabdeh1 lizinqə vermişdir, sonuncu həmin mənzilə 24 ay müddətinə müvəqqəti sahiblik və istifadə hüququ əldə etmiş, digər Cavabdeh2 07.07.2016-cı il tarixinədək qeydiyyatdan çıxması barədə öhdəlik götürsə də, satdığı mənzildən qeydiyyatdan çıxmamış, Cavabdeh1 lizinq obyektini qəbul edərək mübahisəli mənzilə köçmüş, lakin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856,71 ABŞ dolları İddiaçı1 MMC-yə borcu yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında lizinq ödənişlərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur, cavabdeh müqavilə əsasında iddiaçıdan lizinq almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir, digər cavabdeh isə mənzilin alqı-satqı müqaviləsi əsasında öhdəliyini yerinə yetirməyərək həmin mənzildə qeydiyyatd a qalmaqla iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyir və iddiaçı ondan lizinq müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını, mülkiyyətində olan lizinq obyektinin onun tərəfindən boşaldılaraq təhvil verilməsini, həmçinin digər Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 385.1, 421.2, 423.2, 442, 747.1, 748.1.5, 748-1.12.4, 748-10.1-ci, maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, 10 may 2019-cu il tarixli qətna məsinin ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat (2-ci iş üzrə) 09.09.2019-cu ildə İddiaçı2 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və İddiaçı1 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilə dair yerləşən mənzilə bağlanmış 07.06.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçının həyat yoldaşı Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M. Hadi küçəsi, ev 82, mənzil 32, korpus 5, giriş C-dair 07.06.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqısatqı müqaviləsi bağlanmışdır. Qeyd olunan mənzilə dair həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi cavabdeh Bakı şəhəri 9-saylı Notariat Ofisi tərəfindən həyata keçirilmişdir. Bildir ki, göstərilən mənzildə iddiaçı, həyat yoldaşı Cavabdeh2 və azyaşlı qızı Nəzrin Qurbanova ilə birlikdə yaşayıblar və mənzil qeydiyyatındadırlar. Göstərilən mənzili Cavabdeh2 ilə iddiaçının birgə nikah dövründə alınmışdır. Həmin mənzil 20/6-cı ildə YYYuya lizinqə vermək məqsədilə həyat yoldaşından alqı-satqı yolu ilə İddiaçı1 MMC tərəfindən alınmışdır. Lakin alqı-satqı müqvailəsi üzrə alıcı İddiaçı1 MMC tərəfindən satıcıya, Cavabdeh2 ödənilməli olan 90.000 manat məbləğində pul faktiki olaraq satıcıya ödənilmə mişdir. Nəticədə mənzilin alqı-satqısı fatiki olaraq baş tutumamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82, mənzil 32, korpus 5, giriş C-də yerləşən mənzilə dair Cavabdeh2 ilə İddiaçı1 MMC arasında 07.06.2016-cı il tarixdə 4Ə/399 reyestr ilə rəsmiləşən alqı- satqı müqaviləsi qüvvədə olan qanunvericiliyin tələbinə zidd olaraq bağlanmışdır. Belə ki, həmin mənzilin satışı üzrə 07.06.2016-cı tarixli alqı satqı-müqaviləsinin 4-cii bəndində yer alan tərəflər arasında 90.000 AZN razılıq əldə olunsa da, qeyd olunan məbləğ satıcıya ödənilməmiş və həmin məbləğ notariusun bankda olan depozit hespbına yatırılmamışdır. Yəni alqı-satqı baş tutmamışdır. Qeyd olunan alqı-satqı müqaviləsi Cavabdeh2 ilə cavabdeh İddiaçı1 MMC arasında bağla ndığından müqavilə üzrə satıcıya ödənilməli olan 90.000 manat məbləğində pulun Cavabdeh2 olduğunu indiyədək zənn edib. Bu barədə heç bir narahatçılığı isə yox idi. Lakin, 2019-cu ilin əvvəlində İddiaçı1 MMC-nin YYYuya həmçinin Qurbanova Amilə qarşı Xətai Rayon Məhkəməsində qaldırdığı iddiası zamanı məhkəmə gedişatı dövründə iddiaçıya məlum olmuşdur ki, heç demə Cavabdeh2 vaxtı ilə alqısatqı müqaviləsi üzrə cavabdeh İddiaçı1 MMC tərəfindən ödənilməli olan 90.000 manat məbləğində pul faktiki olaraq ödənilməmişdir. Belə ki, qeyd olunan məhkəmə mübahisəsindən dolayı ailədə iddiaçı ilə həyat yoldaşı Cavabdeh2 arasında daim narazıçılıq və hətta münaqişə baş verirdi. Bu narazıçılıqdan irəli gələrək tərəflər faktiki ayrılmaq qərarına gəlmişdir. Bu zaman iddiaçı, həyat yoldaşı Cavabdeh2 mənizilin s atışından əldə olunan pulun yarı hissəsinin iddiaçıya qaytarılmasını tələb etmişdir. Lakin bu zaman Cavabdeh2 iddiaçıya bildirmişdir ki, mənzilin alqısatqısı zamanı cavabdeh İddiaçı1 MMC tərəfindən ona ümumiyyətlə pul ödənilməyib. Son olaraq görünən hal odur ki, birgə nikah dövründə əldə olunan mənzilin alqı-satqı müqaviləsi mövcud olsa, həmin müqavilə üzrə alıcı tərəfindən satıcıya pul ödənişinin həyata keçirilməsi heç nə ilə təsdiq olunmur. Deməli alqı-satqı müqaviləsi baş tutamamışdır. Belə ki, mənzilin alqı-satqısı qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilsəydi və Cavabdeh2 mənzilin satışından pul əldə etsəydi həmin məbləğin yarısından iddiaçı faydalana bilərdi. Bu hal onun subyektiv hüquqlarına xəlal gətirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilo va) 2(005)-4236/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin 03.09.2019-cu il tarixli sorğusuna əsasən 10.10.2019-cu il tarixli məktubla 07.06.2016-cı il tarixli 4Ə/399 reyestr ilə Cavabdeh2 və Faktor Lizinq MMC arasında Bakı şəhəri, ünvan 4 ünvanına dair rəsmiləşən alqı-satqı müqaviləsinin təsdiqlənən surətini məhkəməyə göndərmiş və məhkəmə baxışında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı2 və Cavabdeh2 02 dekabr 2008-ci il tarixdə qeydə alınmaqla rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2344 nömrəlireyestr kitabının 218267 nömrəli vərəqində 13.06.2015-ci ildə qeydiyyata alınmışdır. Hazırda onların nikahları pozulmamış və onların arasında birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü ilə bağlı mübahisə yoxdur. 07.06.2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil satıcı X5 (Cavabdeh2 əvəzinə) alıcı Faktor Lizinq MMC-nin mülkiyyətinə vermişdir Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 13.06.2015-ci il tarixdə tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən “mənzili satma ğı və digər hərəkətlər etməyi” 03.06.2016-cı il tarixdə bir ay müddətinə verdiyi etibarnamə ilə qardaşı X3 etibar etmişdir. Sonuncunun təmsilçiliyi ilə İddiaçı1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Beləliklə, X1 Amil Etibar oğlunun mülkiyyətində olan əmlaka dair 03.06.2016-cı il tarixli, ƏN-İ № 515828 saylı etibarnamə əsasında hərəkət etdiyindən, bağlanılmış alqı-satqı müqaviləsində mülki hüquq pozuntusuna yol verilməmişdir. Məhkəmə habelə qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsi üzrə mübahisəli pul vəsaiti X3 ödənildiyindən əqdin etibarsız hesab edilməsinə əsas olan hal mövcud deyil. Belə ki, Cavabdeh2 X3 həmin etibarnamə ilə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzili satmağı, ona çatası pulu almağı, notariat kontorunda adından alqı-satqı müqaviləsini imzalamağı, bununla b ağlı bütün idarə, müəssisə və təşkilatlarda fiziki və hüquqi şəxslər qarşısında ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsində, ASAN xidmət mərkəzlərində, bankda, notariat kontorunda səlahiyyətli nümayəndəsi olmağı, yüklülük olmadığı barədə və qeydiyyatda olanlar barədə arayış almağı, sənəd verib, almağı, ərizə verməyi imza etməyi və bu tapşırın yetirilməsi ilə əlaqədar bütün hərəkətlər etməyi etibar etmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas gətirdiyi iki arqument, yəni 90000 manat pulun faktiki olaraq satıcıya ödənilməməsi, məhkəmə baxışı iclasında cavabdehin təqdim etdiyi 18.11.2019-cu il tarixli arayışla tanış olduqdan sonra isə əsas gətirdiyi “pulun Cavabdeh2 deyil, X3 ödənilməsi” ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 07.06.2016-cı il tarixli 4Ə/39 9 reyestr ilə Cavabdeh2 və İddiaçı1 MMC arasında Bakı şəhəri, ünvan 4 ünvanına dair rəsmiləşən alqı-satqı müqaviləsi üzrə aparılmış əməliyyat "xxxx" ASC-nin 6 saylı Şöbəsində 07.06.2016-cı il tarixində baş tutmuş və 90.000 manat məbləğindən vergisi çıxarılaraq 271566 saylı qəbzdə göstərilən 87418.12 manat X3 nağd verilmişdir. Cavabdeh2 X3 03.06.2016-cı il tarixli, ƏN-İ № 515828 saylı etibarnamə verərkən “ona çatası pulu almağı” da etibar etmişdir. Beləliklə, qeyd olunan alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçının mübahisələndirdiyi hal (“satıcıya pul ödənişinin həyata keçirilməsi heç nə ilə təsdiq olunmur” ) öz sübutunu tapmadı. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlmişdir ki, İddiaçı2 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və İddiaçı1 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Həmçinin, cavabdeh İddiaçı1 MMC-nin vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Bəhs edilən maddənin dəyişiklikdən sonrakı mətni “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyasında verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bi r il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Mə hkəmə qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının pozulduğunu Bakı Şəhəri Xətai Rayon Məhkəməsində İddiaçı1 MMC-nin “lizinq müqaviləsinin ləğvi, pul və sair” tələbinə dair iddiası zamanı məhkəmə gedişatı dövründə bilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, o, müqavilənin etibarsız hesab edilməsi üçün müddəti ötürməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.2, 33.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 139-1.1.3, 139-1.1.4, 146.2, 225.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 359.1, 359.3-cü 389.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4236/2019 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təm in edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat (1-ci və 2-ci işlər üzrə) Birinci mülki iş üzrə icraat Bakı Apellyasiya məhkəməsinin 2(103)-10710/2019 saylı 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı1 MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair və İddiaçı2 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və İddiaçı1 MMCyə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Sonradan məlum olmuşdur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)2494/2019 saylı 26.04.2019-cu i l tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9636/2019 saylı 09.08.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7955/2019 saylı 18.12.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 Xanməməd qızı və Cavabdeh2 qarşı iddiası üzrə olan mülki işlə İddiaçı2 cavabdehlər Bakı şəhəri 09 saylı Notariat Ofisi, İddiaçı1 MMC-yə qarşı iddiası üzrə olan mülki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1953/2020 saylı 07 oktyabr 2020-ci tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir 16.06.2021-ci il tarixdə İddiaçı1 MMC-nin nümayəndəsi və vəkili Eltən Baloğlanov tərəfindən apelyasiya məhkəməsinə təqdim olunmuş ərizədə Cavabdeh1 Xanməməd qızına qarşı iddia tələbinin “pul məbləğinin tutulması” hissəsindən imtina etdiklərini bildirilmiş, buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2021 saylı 16.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi qismən, iddianın Cavabdeh1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dollarının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçı1nə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Azər Hüseynov) 16 iyu n 2021-ci il tarixli, 2(103)-128/2021 tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi “D040 saylı 07.06.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı1nə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci mülki iş üzrə lizinq şirkətinin müvafiq iddiasına qiymət verilməmişdən əvvəl ikinci mülki iş üzrə etibarsız hesab o lunması tələb olunan alqı-satqı müqaviləsinin qanuniliyi yoxlanılmalıdır. Belə ki, birinci mülki iş üzrə lizinq şirkətinin iddiasının qanuni əsası məhz ikinci mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsindən doğur. Belə olan halda Kollegiya lizinq şirkəti ilə İddiaçı2 həyat yoldaşı arasında bağlanmış AN-İ seriyalı ******* saylı 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi üzrə apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına görə Cavabdeh2 ilə İddiaçı2 birgə nikahda olmuş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yasayış sahəsi, Məhəmməd Hadı küçəsi, ev 82, korpus 5, giriş G, 32 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətində olmuş, mülkiyyətçi öz qardaşı olan X3 notariat qaydada etibarnamə verərək sözügedən mənzili satmağı, ona çatası p ulu almağı, notariat kontorunda alqı-satqı müqaviləsini imzalamağı ona həvalə etmişdir. Həmin etibarnaməyə əsasən Cavabdeh2 adından çıxış edən YYY 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlayaraq sözügedən mənzili lizinq şirkətinin mülkiyyətinə vermişdir. Cavabdeh2 həyat yoldaşı İddiaçı2 notarial qaydada ərizə verərək sözügedən mənzilin istər adi qaydada, istərsə də ipoteka yolu ilə satılmasına etiraz etməmişdir. Hazırda mübahisəli mənzil lizinq şirkətinin mülkiyyətindədir, bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı2 həyat yoldaşı ilə (onun etibarnamə üzrə nümayəndəsi olan YYY ilə) lizinq şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdı rmaları zamanı müəyyən olunmuşdur ki, 07.06.2016-cı il tarixdə Cavabdeh2 ilə lizinq şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə aparılmış əməliyyat Muğanbank ASC-nin 6 saylı şöbəsində baş tutmuş və 90000 manat məbləğindən vergisi çıxılaraq 271566 saylı qəbzdə göstərilən 87418,12 manat YYYa nağd qaydada verilmişdir. Bu fakt "xxxx" ASC-nin 6 saylı Filialının 18 noyabr 2019-cü il tarixli arayışı və apellyasiya baxışı zamanı bank tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, YYY qardaşı Cavabdeh2 onun adına verdiyi etibarnamə üzrə hərəkət edərək lizinq şirkəti ilə mübahisələndirilən alqı-satqı müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verildiyi iş üzrə müəyyən olunmur. Sözügedən alqı-satqı müqaviləsi üzrə mübahisəli pul və saiti YYYa ödənildiyindən əqdin etibarsızlığına əsas olan hallar mövcud deyildir. Apelyasiya məhkəməsi həmçinin, İddiaçı2 “əqdin etibarsız sayılması” üçün əsas gətirdiyi dəlilə, yəni 90000 manat pulun faktiki olaraq satıcıya ödənilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 qardaşı YYYun adına verdiyi etibarnamədə nəinki onun adından sözügedən daşınmaz əmlakla bağlı müqavilə bağlamaq, həmçinin həmin əmlakla bağlı “ona çatası pulu almaq” səlahiyyəti də verilmişdi. Buna görə də iş üzrə İddiaçı2 əmlakın satışından əldə olunan pul vəsaitinin satıcıya (həyat yoldaşı Cavabdeh2) verilməməsi ilə bağlı dəlillərini sübuta yetirə bilməmişdir. Əksinə onun həmin dəlilləri yuxarıda qeyd olunan bank tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə tam təkzib olunur. Məhkəmə kollegiy ası həmçinin qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə pul vəsaitinin ödənilməməsinin həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq bu hal əqd bağlandıqdan sonraya aid olan haldır, ona görə də əqdin etibarsızlığına səbəb ola bilməz. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi lizinq şirkəti ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Həmin mülki iş üzrə lizinq şirkətinin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəsinə münasibətdə isə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, İddiaçı2 öz hüquqlarının pozulduğunu lizinq şirkətinin Cavabdeh2 qarşı iddiası üzrə mülki işə Bakı şəhər Xətai rayon Məhkəməsində ba xılarkən bildiyi üçün bu iddia ilə məhkəməyə müraciət edərkən əqdin etibarsızlığı ilə bağlı qanunla müəyyən edilən müddəti ötürməmişdir. Digər mülki iş üzrə isə apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi lizinq şirkətinin “lizinq müqaviləsinin ləğvi, əmlakın mülkiyyətçiyə qaytarılması və Cavabdeh2 istifadə hüququnun itirilməsi” barədə iddia tələblərini təmin edərkən ona istinad etmişdi ki, Cavabdeh1 lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında lizinq ödənişlərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin də daşıyıcısı olmuş, cavabdeh müqavilə əsasında iddiaçıdan lizinq almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımı nca icra etməyərək, müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir, digər cavabdeh isə mənzilin alqı-satqı müqaviləsi əsasında öhdəliyini yerinə yetirməyərək həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaratmışdır. Cavabdeh1 öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyir və iddiaçı ondan lizinq müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını, mülkiyyətində olan lizinq obyektinin onun tərəfindən boşaldılaraq təhvil verilməsini, həmçinin digər Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Həmçinin müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh tərəfdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin mülki iş üzrə lizinqə verilmiş əmlakın lizinq ödənişləri üzrə yaranmış borcun məbləği mübahisələndirildiyi üçün bu barədə müvafiq ekspertiza təyin olunub borcun məbləği müəyyən olunsa da, sonradan lizinq şirkəti apellyasiya baxışında iddia tələbinin “pul məbləğinin tutulması” hissəsindən imtina etdiyini bildirmiş və buna görə də iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı lizinq şirkətinin iddiası üzrə olan birinci mülki işdə iddiadan hissəvi imtina qəbul edilərək, qətnamə “pul məbləğinin tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə icraata xitam verilmişdir. Digər tərəfdən, apelyasiya məhkəməsi qeyd etmişd ir ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası da Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı 26.04.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, lizinq şirkətinin iddiasına münasibətdə apelyasiya məhkəməsi hesab etmişdir ki, lizinq şirkəti yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün həmin lizinq müqaviləsinin ləğvini, mülkiyyətində olan lizinqə verdiyi daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsini və Cavabdeh 2 alqı-satqı müqaviləsinin şərtinə görə qeydiyyatdan çıxma öhdəliyi olsa da, bu öhdəliyini yerinə yetirmədiyi üçün onun həmin mənzilə istifadə hüququnun itirilməsini tələb etməkdə haqlı olmuş və onun bu barədə tələbləri birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə İddiaçı2 Xanməmməd qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Birinci iş üzrə Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, D40 saylı, 07.06.2016-cı il ta rixli daxili lizinq müqaviləsinin notariat ofisində rəsmiləşdirilməsi zamanı imzalanma prosesində iştirak edən iddiaçı Faktor Lizinq MMC-nin əməkdaşı 111 tərəfindən ilkin ödəniş qismində Cavabdeh1 10.000 AZN (on min manat) pul alınmışdır. Bu barədə tərəfindən iş materiallarına 111in öz xətti ilə yazılmış və imzalanmış qəbz təqdim edilmişdir. Həmin pulun iddiaçının əməkdaşıYYYtərəfindən hansı əsasla alınması məhkəmədə araşdırma predmeti olmamışdır. Hansı ki, həmin pul lizinq müqaviləsi üzrə ilkin ödəniş qismində Cavabdeh1 qanunsuz olaraq tələb edilərək alınmışdır. Məhkəmə nədənsə buna qətnamədə heç bir hüquqi qiymət verməmişdir. Digər dəlil ondan ibarətdir ki, Faktor Lizinq MMC-nin iddiasına görə, iş üzrə digər Cavabdeh2 dəyəri 90000 AZN (doxsan min manat) olan mənzil alınmışdır. Həmin müqa vilənin 1-ci bəndinə əsasən mənzil Cavabdeh1 lizinqə veriməsi məqsədilə alınmışdır. Buradan daha bir sual meydana çıxır ki, necə ola bilər ki, lizinq şirkəti 90000 manat dəyərində aldığı mənzili, eyni gündə dəyərindən iki dəfə aşağı qiymətə(30000 ABŞ dollara yəni, həmin dövr üçün təqribən 45000 manata) Cavabdeh1 lizinqə verir. Həmçinin, nəzərə alsaq ki, Cavabdeh1 həmin mənzili lizinq yolu ilə əldə etməsinə ehtiyacı yoxdur. Çünki, həmin mənzil, hər zaman onun istifadəmdə olub. Belə ki, mənzil Cavabdeh1nm qızı - digər mülki iş üzrə İddiaçı2 ilə onun əri - hazırki iş üzrə Cavabdeh2 ilə birgə nikah dövründə alınmış məzildir.Yəni, həmin mənzil Cavabdeh1nm ailə üzvümə məxsus mənzildir. Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququ əldə etmək istəsə, onu qızından bağışlama yolu ilə də əldə edə bilərdi. Həmçinin Cavabdeh1 kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə iddiaçı "xxxx" MMC-nin irəli sürdüyü tələblərdən biri borc pul tələbi idi. İddiaçının belə bir tələbdən son məhkəmə iclasında imtina etməsi məhz aşağı məhkəmələrdə araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri arasındakı kəskin ziddiyyətin olması ilə əlaqəlidir. Ekspert rəyləri arasındakı bu kəskin təzadın olması, əslində iddiaçının pul tələbi kimi, digər tələbinin də əsassız olmasından xəbər verir. Faktor Lizinq MMC borcla bağlı ekspert rəylərindəki təzadlardan dolayı, bir çox digər saxtakarlıqların ifşa edilməsindən ehtiyyat edərək, həmin hissənin araşdırılmaması üçün, borcla bağlı iddia tələbdən imtina etməyə məcbur qalmışdır. Belə ki, Faktor Lizinq MMC-nin tələb etdiyi borc məbləği təsdiq olunmur və bununla bağlı ekspert rəyləri arasında qeyd edildiyi kimi mövcud olan ciddi təzadlar Faktor Lizinq MMC-nin maraqlarına cavab vermir və bununla bağlı iddia tələbinin qanunsuz olduğunu açıq göstərir. Belə olan halda iddiaçı Faktor Lizinq MMC, borc tələbi ilə bağlı qanunsuz iddiasının ifşa olunmaması üçün, həmin tələbdən tamamilə imtina etmək məcburiyyətində qalır ki, belə bir tələb ümumiyyətlə mübahisə mövzusu olmasın. Əks halda, digər tələblərin də qanunsuz olması ortaya çıxa bilər. Lakin, bütün bu hallar yəni, apelyasiya instansiya məhkəməsi dövründə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası, 31.03.2021-ci il tarixli Ekspert rəyi, ekspertin hansı nəticəyə gəlməsi, habelə ekspertiza rəyində göstərilən məbləğ ilə bağlı məhkəmənin tərəflərə barışıq təklifi, iddiaçının bundan imti nası halları barədə nədənsə, qətnamədə heçnə gösərilməmişdir. Məhkəmə qətnamənin nə təsfıri, nə də ki əsaslandırıcı hissəsində bu məsələlərə nədənsə toxunmur. Bu və digər hallara görə hesab edirlər ki, iddiaçı "xxxx" MMC-nin sonradan imtina etdiyi əsassız borc pul tələbi kimi, digər tələbləri də qanunsuz və əsassızdır. Lakin, aşağı məhkəmələr bununla bağlı dəlillərimizi diqqətəlayiq nəzərə almadığından və qanunamüvafıq təhlil etmədiyindən sonda yanlışh hüquqi nəticəyə gəlmişdir. Ona görə bu halların yenidən məhkəmə araşdırmasının predmeti olaraq təhlil edilməsi və sonda obyektiv və ədalətli hüquqi nəticəyə gəlinməsi məqsədilə, apelyasiya instansiya məhkəməsinin 16.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən hərtərəfli, tam və obyektiv araşdırılması üçün apelyasiya instans iya məhkəməsinə göndərilməsi labüddür. İkinci mülki iş üzrə - İddiaçı2 dəlilləri bundan ibarət olmuşdur ki, mənzilin satışı üzrə 07.06.2016-cı tarixli alqı satqı-müqaviləsinin 4-cü bəndində müqavilənin qiyməti olaraq tərəflər arasında 90.000 AZN (doxsan min manat) barədə razılıq əldə olunsa da, qeyd olunan məbləğ faktiki olaraq Satıcıya ödənilməmişdir. Yəni alqı-satqı ümumiyyətlə bas tutmamısdır.Həmin alqısatqı müqaviləsi formal əsasla bağlanmışdır. Alqı-satqı müqaviləsi əslində, İddiaçı2 anası Cavabdeh1 lizinq adı altında maliyyə vəsaitinin ayrılması məqsədilə bağlanmışdır. Belə ki, özünü bank kimi təqdim edən Faktor Lizinq MMC bizdən həmin mənzili formal əsasla alaraq 2-ci iş üzrə İddiaçı2 anası S. isgəndərovaya lizinqə vermişdir. Həmin mənzil onun əri Cavabdeh2 ilə birgə nikah dövründə əldə olunub və həmin mənzilə İddiaçı2 da hüququ vardır. Bununla bağlı İddiaçı2 bildirir ki, alqı-satqı müqaviləsi üzrə alıcı Faktor Lizinq MMC tərəfindən satıcıya, yəni onun həyat yoldaşı Cavabdeh2 müqavilə üzrə ödənilməli olan 90.000 manat məbləğində pul faktiki olaraq satıcıya ödənilməmişdir. Nəticədə mənzilin alqı-satqısı faktiki olaraq baş tutmamışdır. Bu səbəbdən alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbi pozulmaqla bağlanılmışdır. Həm birinci, həm də ki apelyasiya instansiya məhkəmələrinin qətnamələrində bununla bağlı yanlış hüquqi nəticəyə səhnəsinə əsas olmuş hallar aşağıdakılardır: İş üzrə aşağı məhkəmələr, iş materiallarında olan 18.11.2019-cu il tarixli Müğanbank ASC-nin 6-saylı Filialından məhkəməyə daxil olmuş məktuba əsaslanaraq və eyni zamanda 271566 saylı Muğanbank AS C-yə məxsus Qəbz əsasında, vergi çıxıldıqdan sonra 87.418,12 manat pulun, mənzilin satıcısı tərəfindən alınması qənaətinə gələrək alqı-satqının baş tutmasını qəbul etmişlər. Məhkəmələrin belə bir qənaətə gəlməsi aşağıdakılara görə əsassızdır: Muğanbank ASC-nin 6-saylı filialından məhkəməyə daxil olmuş 18.11.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, 87.418,12 manat pul vəsaiti güya P.Qurbanın əri nağd şəkildə Cavabdeh2 ödənilmişdir. Halbuki, işdə olan 271566 saylı Muğanbank ASC- yə aid həmin Qəbzdə ərim Cavabdeh2 adı və imzası yoxdur. Belə ki, həmin qəbz başqa bir şəxsin - yəni YYYun adı və şəxsiyyət vəsiqəsinə dair qeydləri göstərilir. Deməli, Muğanbank ASC-nin 6 saylı filialının məhkəməyə ünvanladığı 18.11.2019-cıı il tarixli Məktubunun məzmunu ilə - həmin Banka aid ******* sayl ı Qəbzdə göstərilən hallar arasında kəskin ziddyyət mövcuddur. Qeyd olunan ödəniş Qəbzi Muğanbank ASC-yə aid rəsmi sənəd olmasına rəğmən, həmin Qəbz bankın nə möhürü və məsul şəxsinin imzası ilə təsdiq edilməmişdir. Bundan əlavə, cavabdeh 9 saylı Notariat Ofisi tərəfindən həmin qəbzin yalnız surəti məhkəməyə təqdim edilmişdir. Halbuki, həmin çekin əsli bankda saxlanılmalı idi. Başqa sözlə desək, qeyd olunan qəbz lazımi qaydada təsdiq edilməmiş qeyri-mötəbər sübut sayılır və pulun alınması faktını təsdiq edə bilməz. Kserosurət olan həmin çekdə imzanın YYY adlı şəxsə aid olub-olmaması və ya pulun onun tərəfindən qəbul edilməsi ümumiyyətlə nədənsə araşdırma predmeti olmamışdır. Halbuki, bu məsələyə aydınlıq gətirilməsi üçün həmin şəxsin məhkəmə iclasına dəvət olunmasına şərait yaradılması üçü n tərəfimizdən şifahi vəsatət verilmişdir. Lakin bu vəsatət təmin edilməmişdir. Bundan əlavə, YYY tərəfindən pulun alınması faktının müəyyən edilməsi məqsədilə həmin dövrə bankın kassasında aparılmış video görüntünün təqdim edilməsinə şərait yaradılması kassatorlar tərəfindən aşağı məhkəmələrdən xahiş edilmişdir. Çünki, bank sirri olan bu məlumatların tərəfimizdən müstəqil əldə edilməsi mümkünsüz idi. Nədənsə, bu halın da müəyyən edilməsinə nə biricni nə də ki apelyasiya məhkəməsi tərəfindən şərait yaradılmamışdır. Bütün bu hallar bir daha məhkəmə tərəfindən işə qeyri- obyektiv və qərəzli yanaşıldığına dəlalət edir. Həmçinin, İddiaçı2 kassasiya şikayətində qeyd etmişdir ki, alqı-satqı müqaviləsi yalançı əqdir. Belə ki, Faktor Lizinq MMC, lizinq adı ilə pərdələnmiş, əslində isə kredit mal iyyələşdirilməsi əməliyyatı həyata keçirmişdir. Bunun məqsədlə Faktor Lizinq MMC, anam Cavabdeh1 veriləcək kreditin (30.000 ABŞ dolları) təminatı olaraq, Cavabdeh2 ilə birgə mənzilin alqı-satqınına dair dəyərindən çox aşağı (90.000 AZN) qiymətə olmaqla alqı-satqı müqaviləsi bağlamış, müqavilə dəyəri isə qeyd olunduğu kimi faktik olaraq onlara ödənilməmişdir. Ona görə ki, həmin müqavilə formal əhəmiyyət daşıyırdı və Cavabdeh1 kreditin verilməsi üçün təminatı idi. Əks halda, Faktor Lizinq MMC müqavilədə dəyəri 90.000 manat qeyd olunan mənzili aldıqdan sonra, onu yarı qiymətə ( 30.000 ABŞ dollarına) lizinq yolu ilə gələcəkdə YYYnın anası Cavabdeh1nm adına özgəninkiləşdirilməsinə razılıq verməzdi. Bütün bu hallar bir daha onu göstərir ki, "xxxx" MMC ilə ərim Cavabdeh2 arasında Bakı şəhəri, Xət ai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi kiiç., ev 82, mənzil 32, korpus 5, giriş C-dair 07.06.2016-cı il tarixdə, 4Ə/399 reyestr nömrəsi ilə rəsmiləşən alqı-satqı müqaviləsi formal xarakter daşıyır və faktiki olaraq kredit-hüquq münasibətlərinə xidmət edən lakin lizinq şərtləri ilə pərdələnmiş yalan əqdin tərkib hissəsidir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 MMC-nin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqd a və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.. 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verən dən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı ə sasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətində ikinci iş üzrə iddiaçının əsas dəlili kimi alqı-satqı müqaviləsinin yalançı əqd olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, lizinq müqaviləsinin tərəfi olan şəxslə alqısatqı müqaviləsini mübahisələndirən şəxsin maddi-hüquqi maraqları eynidir. Lizinq müqaviləsinin tərəfi olan şəxsin lizinq ödənişlərini q ismən həyata keçirməsi bir davranış aktı kimi onu təsdiq edir ki, həmin şəxs alqı-satqı müqaviləsinin uydurma və ya yalan əqd olmadığını etiraf edib. Çünki lizinq ödənişi etməklə şəxs lizinq müqaviləsini etibarlı müqavilə kimi tanıyıb, bununla da dolayı yolla alqısatqı müqaviləsini də etibarlı müqavilə kimi tanıyıb, alqı-satqı müqaviləsi olmadan lizinq müqaviləsi də ola bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası da Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı 26.04.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin iddiasında Cavabdeh1 lizinq müqaviləsinin etibarsızlığını yalnız lizinq məbləğinin ABŞ dolları ilə müəyyən edilməsinə görə mübahisələndirmiş, hazırkı kassasiya şikayətində göstərilən dəlillərdən heç birinə istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lizinq müqaviləsinin və alıq-satqı müqaviləsinin kredit müqaviləsini pərdələnməsi barədə yalan əqd olması barədə dəlilləri də kassasiya kollegiyası əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarını n şərh edilməsinə dair” 28 dekabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür. Həmçinin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş hallar aşkar edilməmiş, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilən dəlillərinə ətraflı qiymət verilmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə İddiaçı2 Xanməmməd qızının birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.