Məhkəmə qərarları › İş №2(102)-3250/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3250/2020

03.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3250/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(075)1513/2019, hakim C.F.İmanov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, iddiaçının xx xxxx 1999-cu il tarixdə vəfat etmiş m ərhum atası X1 qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-339/2020, hakimlər E.Ş.Hüseynov, M.M.Hüseynov və M.R.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə XXX qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X1 qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, təqdim edilmiş sübutlar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilməmişdir. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlıdır. Həmin ev X4 məxsus olmuş, sonu ncu xx xxxx 1999-cu il tarixdə ölmüşdür. İddiaçı hazırda mərhum atasından qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizədə İddiaçı mübahisə predmeti olan miras əmlakı qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını və mirası qəbul etmək mövzusunda gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Mülki Məcəllənin 1261-ci maddəsində göstərilmişdir ki, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vər əsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəlləninn 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qanunun həmin göstərişi imperativ xarakter daşıyır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Aşağıdakılara əsasən apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddiaçı qanun üzrə birinci növbə vərəsə olduğuna, digər vərəsələrdən heç birinin mirası qəbul etmədiyinə, yalnız onun əmlaka faktiki sahiblik etməklə mirası qəbul etdiyinə istinad edərək xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atasından qalmış miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müb ahisəyə mirasın açıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş) normalarına əsasən hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qal an müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi, vərəsənin miras əmlak üzərində hüquqlarının yaranması üçün vərəsə ilk növbədə mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməlidir. Bununla bərabər, vərəsənin miras əmlakı qəbul etməsinin “yolverilən”liyi altı aylıq müddətlə məhdudlaşdırılmışdır ki, həmin müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün qeyd edilən halları, yəni iddiaçının miras əmlakı qəbul edib-etmədiyini müəyyən etməli olduğu halda, iddiaçının notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizəsinə istinad edərək iddiaçının mirası qəbul etməkdən imtina etdiyi və bu ərizənin geri götürülməsinin mümkün olmadığı barədə nəticəyə gəlmişdir. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Sadalalan normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə müəyyən edilmiş müddət bitdikdən sonra mirasın qəbulundan imtina edil məsinə yol verilmir. Digər tərəfdən, apellyasiya məhkəməsinin istinad etdiyi xx xxxxxx 2017-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı mərhum atasından qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünü bildirərək mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin ərizədə mirasdan imtina etdiyini deyil, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünü bildirmiş və bundan iki il sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına vərəsəliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının miras əmlakı qəbul etməkdən imtina etməsi əsası ilə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi ndən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar