Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3250/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişinin təsdiqinə dair məhkəmənin qərardadının məcburi qüvvəsi, yeni inşa olunan binada mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)801/2021 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh MMC Maraqlı şəxs ASC-yə borclu olduğu ******* avro və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə Cavabdeh MMC tər əfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda bir sıra mənzilləri, qeyri-yaşayış sahələrini və qarajları, o cümlədən 21-ci mərtəbədə yerləşən 96,3 kv.m. sahəsi olan 2 mənzili Maraqlı şəxs ASC-nin istifadəsinə və sərəncamına vermişdir. 14 avqust 2012-ci il tarixli, 191 saylı müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzili 24 ay müddətində İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, bunun müqabilində sonuncu MMC-yə 48150 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instan siya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 14 mart 2012-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət 3 otaqlı 158 №-li mənzilin müqavilədə göstərilən şərtlərlə ona təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 14 mart 2012-ci il tarixdə iddiaçı və cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq, cavabd eh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 nömrəli mənzilini satın almışdır. Aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadratı üçün 500 manat olmaqla, ümumilikdə 48150 manat pul ödəmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndindən irəli gələn öhdəlikləri 24 ay müddətində yerinə yetirərək mənzili ona təhvil verməli idi. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan dörd ildən artıq vaxt keçsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə mənzilindən istifadə edə bilməməyi səbəbindən hər gün maddi zərərə uğrayır. Bakı şəhəri Yasamal Rayon Məhkə məsinin 27 sentyabr 2018-ci il tarixli, 2(004)6092/2018 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzil iddiaçı X2 təhvil verilməklə, həmin mənzillə bağlı İddiaçı münasibətdə maneələrin törədilməsi Cavabdehnə qadağan edilməsini qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı haqlı olaraq, mənzilin ona təhvil verilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsind ə birinci icraat Maraqlı şəxs ASC işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(004)-6092/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)-801/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(004)-6092/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli, 2-1(103)-345/2010 nömrəli qərardadında, nə həmin qərardad üzrə verilən icra vərəqəsində, nə də qərardadın icrası ilə bağlı tərtib olunan aktda Maraqlı şəxs ASC-yə təhvil verilməli olan mənzilin nömrəsi göstərilməmişdir. 14 avqust 2012-ci il tarixli müqavilədə iddiaçıya verilən mənzilin nömrəsi “158” olmaqla qeyd edilmişdir. İş materiallarından həmçinin məlum olur ki, Maraqlı şəxs ASC-nin istinad etdiyi məhkəmə qərarı 13 avqust 2010-cu il tarixdə qəbul edilsə də, uzun müddət icra olunmamış, yalnız 09 aprel 2018-ci ildə qərardadın icrası ilə əlaqədar akt tərtib olunaraq “A” blokunda 17 və 21-ci mərtəbələrdə iki ədəd təmirsiz vəziyyətdə olan mənzillərin Maraqlı şəxs ASC-yə təhvil verildiyi göstərilmişdir. Yuxarıda qe yd olunduğu kimi, həmin aktda Maraqlı şəxs ASC-yə təhvil verilən mənzillərin nömrəsi qeyd olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında mübahisəli mənzilə dair müqavilə 14 mart 2012-ci il tarixdə, müvafiq məhkəmə qərarından sonra bağlanmışdır. Daha sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 27 sentyabr 2018-ci il tarixdə mübahisələndirilən qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 19 mart 2019-cu il tarixdə icra məmurunun qərarı ilə göstərilən tələb icra edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Qərara əlavə edilmiş icra məmurları, borclu, tələbkar, hal şahidləri tərəfindən tərtib edilmiş 19 fevral 2019-cu il tarixli aktdan məlum olur ki, mübahisəli mənzil İddiaçı təhvil verilməklə, həmi n mənzillə bağlı tələbkara münasibətdə maneələrin törədilməsi borclu Cavabdeh MMC-yə qadağan edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 09 aprel 2018-ci il tarixli aktdan məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı qərardadda göstərilən mənzillər, o cümlədən mübahisəli mənzil Maraqlı şəxs ASC-yə təhvil verilmişdir. Həmin akt icra məmuru, Maraqlı şəxs ASC-nin təmsilçiləri tərəfindən imzalanmış, borclu Cavabdeh MMC-nin təsisçisi M.Zeynalov aktı imzalamaqdan imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi ilə bağlı müvafiq qərar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, tərəflər arasında 14 mart 2012-ci il tarixli müqavilə bağlanarkən Bakı Apellyasiya Mə hkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı mövcud olsa da, icra edilməmişdir. Apellyator həmin qərardadın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsindən əvvəl icra edildiyinə istinad etsə də, icra üzrə icraata xitam verilməsi barədə qərardad təqdim etməmiş, təqdim edilmiş akt isə borclunun nümayəndəsi tərəfindən imzalanmamışdır. Göstərilən aktdan sonrakı tarixə təsadüf edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı akt 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş, 19 mart 2019-cu il tarixdə icra sənədi üzrə icraata tələblər təmin edildiyi üçün xitam verilmişdir. Belə olan halda, 09 aprel 2018-ci il tarixli aktın mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 a vqust 2010-cu il tarixli qərardadı qanunla müəyyən olunmuş qaydada icra edilmiş olsaydı, yəni, mübahisəli mənzil Maraqlı şəxs ASC-yə təhvil verilsəydi və ya “Rabitəbank ASC-nin mübahisəli mənzilə faktiki sahibliklə bağlı şikayətində göstərdiyi hallar mövcud olsaydı, o zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin icrası mümkün olmaz və icra məmuru tərəfindən icra sənədi icrasız geri qaytarılardı. Göründüyü kimi, hazırkı qətnamə icra edilərkən heç bir ziddiyyət və maneə müəyyən edilməmiş, mənzil Maraqlı şəxs ASCnin sahibliyində olmamış, mənzilin qapısı da dəyişdirilməmişdir. Belə ki, tərtib edilmiş akt və icraata xitam verilməsi ilə bağlı qərarla müəyyən olunur ki, mənzil və onun açarları məhz Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. B u da bir daha təsdiq edir ki, mənzil İddiaçı təhvil verilərkən də Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərarı icra edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)-801/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmas ı ilə qəbul edilmiş, işin faktiki halları tam nəzərə alınmamış, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadının mövcudluğu nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü mad dəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədə n müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rə yləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətləri n yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və möt əbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, üçüncü şəxsin apellyasiya şikayətini rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını qeyd etmişdir. Halbuki Mülki Məcəllənin 178.8-ci maddəsinin (09 fevral 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasının) məzmununa görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Hazırki iş materiallarında olan iddiaçı və cavabdeh şirkət arasında bağlanmış 14 mart 2012-ci il tarixli müqavilədən isə müəyyən olunur ki, həmin tərəflər arasında münasibətlər mənzil-tikinti kooperativ üzvlüyünə daxil olması ilə əlaqəli olmamış, podrat müqaviləsindən irəli gələrək yaranmışdır. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən tərəflərin qarşılıqlı hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh şirkətlə üçüncü şəxs olan bank arasında məhkəmə qaydasında təsdiq olunmuş barışıq sazişi bağlanmış və şirkət tikilməkdə olan binada bir sıra yaşayış və qeyri-yaşayış sahələrini bankın istifadəsinə və sərəncamına ver mişdir. Barışıq sazişi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasından əvvəl imzalanmış və qüvvəyə minmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh şirkətin bankın sərəncamına verilən sahələrlə bağlı başqa şəxslərlə (o cümlədən hazırki iş üzrə iddiaçı ilə) hər hansı müqavilə bağlamağa səlahiyyətinin olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddiaçıya satılmış mənzilin (158 saylı mənzilin) məhz üçüncü şəxsin sərəncamına verilmiş sahələrlə eynilik təşkil etməsi sübuta yetirilməmişdir. Halbuki, barışıq sazişinin məzmunundan müəyyən olunur ki, binanın 21-ci mərtəbəsində 2 ədəd 96,3 kv.m. sahəsi olan mənzilin banka verilməsi razılaşdırılmışdır. Lakin məhkəm ə iddiaçının tələb etdiyi mənzilin banka verilməsinin sübuta yetirilmədiyini (barışıq sazişində mənzilin nömrəsinin qeyd olunmadığını) göstərsə də, həmin məsələ ilə bağlı hər hansı araşdırma aparmamış, o cümlədən cavabdeh tərəfindən inşa edilmiş binanın 21-ci mərtəbəsində neçə 3 otaqlı, 96,3 kv.m. sahəsi olan mənzillərin mövcudluğunu müəyyən etməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdeh şirkətlə bank arasında bağlanmış barışıq sazişinin şərtlərinin uzun müddət ərzində icra olunmamasına dair mövqeyi ilə razılaşmır. Belə ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduğu üçün qanuni qüvvəyə mindiyi vaxtdan sonra tərəflər üçün məcburi qüvvəyə malik olmuş və onun icra olunmaması sazişi imzalayan tərəfin sazişin şərtlərinə zidd hərəkət etməsinə hüquq verməmişdir. Bundan əlavə apellyasi ya instansiyası məhkəməsi apellyatorun təqdim etdiyi, barışıq sazişinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş 09 aprel 2018-ci il tarixli aktın mötəbərliyini şübhə altına qoysa da, bununla bağlı da hər hansı araşdırma aparmamış, müvafiq icra orqanına sorğu verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyət lər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan f aktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)-801/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3250/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3250/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver