Məhkəmə qərarları › İş №2(102)-3254/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3254/2022

29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3254/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış debitor borca görə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: elektrik enerjisi ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(104)715/2022 nömrəl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən əmlak kompleksinə (süd emalı sexinə) elektrik enerjisinın təchizatının abunəçidir. 2. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 iyul 2020-ci il tarixli NDQ No 007491 nömrəli Akta əsasən İddiaçı Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən istehsal obyektində elektrik enerjisi uçotu və X1ydalarına riayət olunması yoxlanılarkən aşağıdakı pozuntu faktı aşkar edilmişdir: sayğacın alt qapaq möhüründə müdaxilə izləri var; sayğacın hər üç fazasının gərginlik qatları üzərinə məsafədən idarə olunan kənar cisim quraş dırılmışdır. Belə ki, istənilən vaxt pult vasitəsi ilə məsafədən sayğac dayandırıla bilər. Akt abonentin nümayəndəsi kimi (direktor) Cəmil Kazımov adlı şəxs tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib olunmuş 22 iyul 2020-ci il tarixli NDQ No 007491 nömrəli Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 15136 manat debitor borcun silinərək, ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunl a əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə əsasında yuxarıda qeyd olunan ünvanda sayğac quraşdırılmış və uzun illərdir ki, sərf etdikləri elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə etmişlər. Keçən müddət ərzində sayğacları "xxxx" ASC-nin Qərb (Gəncə) Regional enerji təchizatı və satışı idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, keçən ilin iyul ayında barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən 22 iyul 2020-ci il tarixli akt tərtib edilmiş, həmin akt əsasında iddiaçıya 15136 manat debitor borc hesablanmış, sonra elektrik enerjisinin dayandırılacağı hədəsi ilə həmin pul iddiaçıdan alınmışdır. Obyektdə hər hansı yoxla manın aparılmasına və aktın tərtib edilməsinə abonent (iddiaçı) və hal şahidləri cəlb edilməmiş, bu barədə iddiaçının heç bir məlumatı olmamışdır. Bundan başqa, aktda abonentin nümayəndəsi qismində Kazımov Cəmil (direktor) kimi göstərilmiş şəxsin ata adı göstərilməmiş və həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilməmiş, həmin şəxsin hansı sənədə əsasən direktor kimi göstərilməsi əsaslandırılmamışdır. Əslində isə Cəmil Kazımov adlı şəxsin abonentə aidiyyəti yoxdur və eyni zamanda abonentin (iddiaçının) həmin şəxsə etibarnaməsi yoxdur. Bundan başqa, Akt "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin rəisi tərəfindən imzalanmalı olduğu halda, imzalanmamışdır.

5. Kəlbəcər Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(040)-964/2021 nömrəli qətnaməsi ilə (hakim H.S.Qəniyev) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “**********00486” nömrəli abonent - İddiaçı (“Qasımova Ruziyyə”) barəsində tərtib edilmiş 22 iyul 2020-ci il tarixli “NDQ No 007491” nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt əsasında iddiaçı tərəfindən "xxxx" ASCyə ödənilmiş 13331,74 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb iddiaçıya verilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsinin birinci və 125-ci maddəsinin 7-ci hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 1.1, 1.3, 4.1, 6.1, 6.3, 7.3, 7.6, 8.17, 8.33, 8.35-ci bəndlərinə istinad edərək göstərmişdir ki, mübahisəli akt tərt ib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. “X1ydaları” məişət abonenti olmayan istehlakçıların yol verdikləri pozuntuların aktlaşdırılması zamanı hal şahidlərinin iştirakını vacib şərt kimi birbaşa göstərməsə də, həmin Qaydalarda bu barədə əks göstəriş də yoxdur. “Qaydalar”dan görünür ki, bu cür hallarda abonentin iştirakı təmin edilməlidir. 22 iyul 2020-ci il tarixli Aktda abonentin nümayəndəsi qismində göstərilmiş Cəmil Kazımovun abonentin nümayəndəsi olmasına dair heç bir sübut yoxdur. Bundan başqa, iddiaçıya məxsus obyektdə 22 iyul 2020-ci il tarixdə aşkar edilmiş elektrik sayğacının quraşdırılmasını və abonentə təhvil verilməsini təsdiq edən akt, həmçinin həmin vaxt tərəflər arasında mövcud olmuş müvafiq alğı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İş materiall arında olan 01 noyabr 2021-ci il tarixli “Abunə haqqında” məlumatdan görünür ki, abonentə akta görə 15136 manat debitor borc hesablanmış, bundan 1804,26 manat debitor borc ödənilməmiş qalır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(040)-964/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(104)-715/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsi nin 02 noyabr 2021-ci il tarixli, 2(040)-964/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, sayğac uçot dəstinə obyektin direktoru Cəmil Kazımovun iştirakı ilə baxış keçirilən zaman sayğacın alt qapaq möhüründə müdaxilə izləri olması və sayğacın hər üç fazasının gərginlik qatları üzərinə məsafədən idarə olunan kənar cismin quraşdırılması müəyyən edilmişdir. Aşkar edilmiş qayda pozuntusuna görə əməkdaşlar tərəfindən iddiaçı barəsində “X1ydaları”nın tələbinə uyğun olaraq 22 iyul 20-ci il tarixli Akt tərtib edilmiş, Akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən iddiaçı barəsində dəyəri 15136 manat təşkil edən 1080 gün üçün 168 180 kilovat/saat miqdarında itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır.

10. Gəncə Şəhər Prokurorluğunda həmin məsələ ilə əlaqədar araşdırma aparılan zaman izahatı alınmış, obyektin icraçı direktoru vəzifəsində işləyən X5 göstərmişdir ki, həqiqətən də "xxxx" ASC-nin əməkdaşları tərəfindən 22 iyul 2020-ci il tarixdə obyektin sayğac uçot dəstinə özünün iştirakı ilə baxış keçirilən zaman yuxarıda qeyd olunan enerji pozuntuları faktiki olaraq aşkar olunmuş və bununla əlaqədar olaraq Akt tərtib edilmişdir. Akta əsasən itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 15136 manat məbləğdən 13331,74 manat ödəmiş, 1804,26 manat debitor borc isə ödənilməmiş qalmışdır. Göründüyü kimi itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 15136 manat məbləğdən 13331,74 manat iddiaçı t ərəfindən könüllü ödənilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3-cü maddələri, Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 1.2, 7.1, 7.4, 7.11, 8.1, 8.3, 8.4, 8.13, 8.26, 8.33, 9.1, 9.10-cu bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(104)-715/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 7-9-cu bəndləri, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi pozulmuşdur.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: 18. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddə sinin 3-cü hissəsinə əsasən hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar, paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerj i sərfiyyatının fərdi sayğacların sertifikatlaşdırılması və yoxlanılması qaydaları haqqında əsasnamələr qəbul edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X1ydalarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müd dətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müə ssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə ak t tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçı ona hesablanmış debitor borcunun əsassız olmasını sübut edə bilməmişdir.

23. Belə ki, iddiaçının abunəçisi olduğu obyektdə baxış zamanı elektrik sayğacına müdaxilənin aşkar olunması iş materiallarında olan və işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilən sübutlarla öz təsdiqini tapmışdır.

24. Həmçinin iddiaçı kassasiya şikayətində aktı imzalamış X4 onun abunəçisi olduğu obyektə aidiyyətinin olmasını sübut olunmadığını qeyd etsə də, iş materiallarında olan Gəncə şəhər prokurorluğunun 20 noyabr 2020-ci il tarixli qərarına əsasən sonuncu izahat verərkən göstə rilən sexdə icraçı direktor işləməsini, sayğaca baxış keçirilməsinə iştirak etməsini və aktda qeyd olunan halların aşkar olunmasını təsdiq etmişdir. O, izahatında yalnız müdaxilədən xəbərinin olmamasını göstərmiş və hesablanan ziyanın məbləği ilə razılaşmadığını bildirmişdir.

25. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və y a yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

27. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(104)-715/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar