Məhkəmə qərarları › İş №2(102)-3259/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3259/2022

21.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3259/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, X6 və İddiaçı3 cavabdehlər Cavabdeh və Şirvan şəhər 1 saylı notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X6 və İddiaçı3 cavabdehlər Cavabdeh və Şirvan şəhər 1 saylı notariat kontoruna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(106)-234/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X6 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.X3 mülkiyyətində olmuş Şirvan şəhəri,X5i 15 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır. xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri,X5 (yeni qaydalarla ünvan 1 ünvan) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, X6 və İddiaçı3 cavabdehlər Cavabdeh və Şirvan şəhər 1 saylı notariat kontoruna qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, X3 ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər.

3. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, bağışlama müqaviləsi bağlanan zaman anaları M hərəkətlərinin faktiki xarakterini dərk etmirdi. Cavabdeh anasının qoca və xəstə olmasından istifadə edib, onu aldadaraq müqaviləni rəsmiləşdirmişdir. M özünə məxsus evi cavabdehə bağışlayarkən, digər övladlarının razılığı alınmamışdır. Onların bağışlanmış mənzildə payı vardır.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, anasını aldatmamış, anası özünə məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili 15 noyabr 2018-ci il tarixdə ona bağışlamışdır. Bağışlama müqaviləsi bağlanılarkən a nası əqli və fiziki cəhətdən sağlam olmuşdur. Anası evi ona bağışladıqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin sözügedən mənzilin açarı hazırda iddiaçılarda olduğundan həmin mənzildən istifadə edə bilmir. Hal-hazırda anası iddiaçıların yanında qalır və onun səhhəti ilə bağlı heç bır şikayəti yoxdur.

5. Məhkəmə iclasında cavabdeh Şirvan şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi X4 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, X3 15 noyabr 2018-ci il tarixdə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili oğlu Cavabdeh bağışlamışdır. Müqavilə təsdiq olunmamışdan əvvəl tərəflərə müqavilənin bağlanmasının hüquqi nəticələri izah edilmiş, X1 hərəkətlərində hər hansı bir şübhə yaradan hal, həmçinin onun əqli və psixi cəhətdən qüsurlu olması müəyyən edilm əmişdir.

6. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahat verərək bildirmişdir ki, heç bir məcburiyyət və aldatma olmadan özünə məxsus mənzili oğlu Cavabdeh bağışlamışdır. Mənzili bağışladıqdan sonra Cavabdeh bağ evinə getmişdir. Hal-hazırda qızlarının yanında qalır. Psixi cəhətdən sağlamdır.

7. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1011/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov) iddia rədd edilmişdir.

8. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 Cavabdeh ilə Şirvan şəhəri, Xəqani küçəsi ev 88, mənzil 21 saylı mənzilin bağışlanmasına dair müqavilə notariat qaydası nda təsdiq olunmaqla mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 mülki qanunvericilikdə əqdlərin etibarsızlığına səbəb ola biləcək əsaslardan azad surətdə mülkiyyətində olmuş mənzili özünün sərbəst iradə ifadəsinin təzahürü kimi Cavabdeh bağışlamışdır. Həmçinin, Mnın hərəkətlərinin faktiki xarakterini dərk etmədiyi, Cavabdeh Mnın qoca və xəstə olmasından istifadə edib onu aldadaraq qeyd edilən bağışlama müqaviləsini rəsmiləşdirdiyi barədə iddia ərizəsində göstərilmiş xüsusatlar öz təsdiqini tapmamış, həmin iddiaların doğruluğunun ehtimal olunmasına əsas verə biləcək hər hansı sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyanın 13.1, 29.3-cü, Mülki Məcəllənin 152.1, 152.4, 324, 337, 339, 354.2, 390.1, 394, 666.1, 668.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 15 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsi bağlanan zaman anaları M hərəkətlərinin faktiki xarakterini dərk etmirmiş. Cavabdeh anal arının qoca və xəstə olmasından istifadə edərək onu aldadaraq qeyd edilən müqaviləni rəsmiləşdirmişdir. Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilən çıxarışdan görünür ki, anaları X2 “Cerebral ateroskleroz, mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində yaranan intellektin, yaddaşın ağır dərəcədə enməsi” diaqnozu qoyulmuş və sənəddən görünür ki, “Altsheymer” xəstəliyindən əziyyət çəkir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-234/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin olunmamış, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1011/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya kollegiyası qeyd etmişdi r ki, iş üzrə müqavilə tərəfi olan E.Cəbrayılovanın müqavilə bağlanılarkən öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələbinə görə, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. İş üzrə müqavilə tərəflərindən heç biri, o cümlədən X3 müqaviləni mübahisələndirməmiş, əqdi mübahisələndirməsi barədə qarşı tərəfə öz iradə ifadəsini bildirməmişdir. Bundan başqa, iddiaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qən aətə gəlmişdir və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri 15.İddiaçılar Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2022ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 16 Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, onlar tərəfindən anaları Mnın xəstə olması və hərəkətlərinin faktiki xarakterini dərk etməməsi barədə sübut təqdim edilsə də, apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Bununla da, məhkəmə tərəfindən maddi və prosessual normalar poz ulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

346. Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağla ndığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gə ldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə

666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə al anı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə

668. Bağışlama forması. Bağışlama vədi 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi tələb olunduğuna görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

25. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

26. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün ilk növbədə onu əmələ gətirən iradə ifadəsinin sağlam olması zəruridir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

27. İddiaçılar bağışlama müqaviləsinin etibarsızlığını analarının – iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli s ürməyən üçüncü şəxs Mnın öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə bağlaması ilə əsaslandırırlar. Lakin iddiaçılar Mnın müqavilə bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasını təsdiq edən sübutu birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

28. Bundan başqa, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçılar tərəfindən əqdin etibarsız sayılması üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət buraxılmışdır. İddiaçılar apellyasiya və kassasiya şikayətlərində bu halı mübahisələndirməmişlər.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mül ki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, X6 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-234/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar