Məhkəmə qərarları › İş №2(102)-3260/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3260/2021

03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3260/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3260/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: Cavabdeh2 və Cavabdeh3 vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-3549/2020 saylı qətnaməsindən İ ddiaçı kasasiya şikayəti üzrə işə 03 avqust 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 126 saylı evin 20 saylı mənzilinə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 15 oktyabr 2012ci il tarixli müqavilənin və onun hüquqi nəticəsi olaraq mənzilə dair Reyestr Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş 20 iyul 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sə drlik edən, hakim V.M.Hacıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 126 saylı evin 20 saylı mənzili İddiaçı keçmiş əri Cavabdeh2 deyil, Cavabdeh3 xüsusi mülkiyyətindədir. Cavabdeh3 həmin mənzili qanuni əsaslarla bağladığı 15 oktyabr 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK dəyərini tam ödəməklə əldə edib. Həmin mənzilin İddiaçı ilə Cavabdeh2 ümumi gəlirləri hesabına əldə edilməsi mülki iş materialları ilə istisna olunur. Mənzilə dair Cavabdeh3la müqavilə bağlanarkən və sonuncunun adına mənzilə dair mülkiyyət hüququna dair Çıxarış verilərkən qanunvericiliyin tələblərinə tam əməl edilib. İddiaçı mənzil üzərində hər hansı hüququ əmələ gəlmədiyindən, onun hazırki iddianı qaldır maq üçün müvafiq subyektiv hüququ olmayıb. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası mə hkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 178.1, 178.8-ci maddələrinin, Ailə Məcəlləsinin 32-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Ramiz İbrahimov etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edib. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Ramiz İbrahimov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 MTK və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsində göstər ilir ki, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarına görə, 31 avqust 2002-ci il tarixdə Cavabdeh2 nikahlarını rəsmi qaydada qeydə aldırmaqla İddiaçı ilə ailə qurub və onların birgə nikahından 21 oktyabr 2003-cü ildə Hüseyn, 05 oktyabr 2004-cü ildə Nigar və 25 dekabr 2014-cü ildə Zülfüqar adlı üç uşaqları doğulub. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2la İddiaçı arasında bağlanmış nikah pozulub və onların birgə nikahından doğulmuş hər üç uşaq anaları İddiaçı yanında saxlanılıb. Hazırda İddiaçı, mübahisəli mənzili keçmiş əri Cavabdeh2la birgə nikahları müddətində, ümumi gəlirləri hesabına əldə etdiklərini, 2010 və ya 2011-ci ildə mənzilə dair əri Cavabdeh2la "xxxx" MTK arasında müqavilə bağlandığını, faktiki ayrıldıqdan və nikahları pozulduqdan sonra onun razılığı olmadan Cavabdeh2 "xxxx" M TK vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək müqaviləni ləğv etdirdiyini, mənzilə dair qardaşı Cavabdeh3la yeni müqavilə bağlanmasına nail olduğunu, sonuncunun həmin müqaviləyə əsasən mənzilə dair mülkiyyət hüququ barədə Çıxarış aldığını və bundan sonra ona qarşı mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırdığını göstərib, mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 15 oktyabr 2012-ci il tarixli müqavilənin və onun hüquqi nəticəsi olaraq Reyestr Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş 20 iyul 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsini iddia edir. Cavabdeh3 və Cavabdeh2 isə sözügedən mənzilin Cavabdeh3 məxsus olduğunu, sonuncunun həmin mənzili Cavabdeh1 MTK ilə müqavilə bağlayaraq 53.448 manata satın aldığını, sonuncu tərəfindən mənzilin pay haqqı nın tam məbləğdə ödənilməsinə dair Cavabdeh3 adına maliyyə arayışı verildiyini, sonuncunun razılığı ilə mənzildə qardaşı Cavabdeh2 arvadı İddiaçı və uşaqları ilə birlikdə yaşadığını, mənzilin qanuni əsaslarla mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alındığını və bu barədə sonuncunun adına Çıxarış verildiyini və beləliklə də mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış qeyd olunan müqavilənin və onun hüquqi nəticəsi olaraq Çıxarışın etibarsız hesab edilməsi üçün əsasların olmadığını göstərib, iddiaya etiraz edirlər. Əvvəla, apelyasiya instansiyası məhkəməsi, Cavabdeh3la Cavabdeh1 MTK arasında bağlanmış 15 oktyabr 2012-ci il tarixli müqaviləyə, sonuncu tərəfindən Cavabdeh3 adına verilmiş eyni tarixli maliyyə arayışına və onun adına verilmiş 20 iyul 2018-ci il tarixli Çıxar ışa istinad edib, sonuncunun Bakı Şəhəri, Yasamal Rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 126 saylı evin ümumi sahəsi 127,7 kv.metr olan 20 saylı mənzili üzərində qanuni əsaslarla mülkiyyət hüququ əldə etməsi qənaətinə gələrkən, sözügedən müqavilənin etibarlılığını Mülki Məcəllənin 178.8-ci maddənin tələbləri baxımından kifayət qədər araşdırmayıb. Belə ki, İddiaçı iddia ərizəsində, izahatında ilk gündən mübahisəli mənzilə dair 2010 və ya 2011-ci ildə əvvəl əri Cavabdeh2la müqavilə bağlandığını, sonuncu ilə ər-arvad münasibətləri pozulduqdan sonra onun Cavabdeh1 MTK vəzifəli şəxsləri ilə əlaqəyə girərək müqaviləni ləğv edib, qardaşı Cavabdeh3la yeni müqavilə bağlanmasına nail olduğunu iddia edir. Apelyasiya instansiyası məhkəməsi, mənzilə dair əvvəl Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında müqavil ənin bağlanıb-bağlanmamasını lazımi qaydada araşdırmadan, bunun üçün Cavabdeh1 MTK ümumiyyətlə müqavilələrin müvafiq reyestrinin aparılıb-aparılmadığını, bu barədə hər hansı qeydiyyatın olub-olmadığını aydınlaşdırmadan, həmin qeydiyyatın aparılmasını özündə ehtiva edən sənədləri, jurnalları məhkəməyə təqdim etməyi Cavabdeh1 MTK təklif etmədən, yalnız sonuncunun təqdim etdiyi sübutlarla kifayətlənərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Digər tərəfdən, 15 oktyabr 2012-ci il tarixli müqavilədə, eyni tarixli maliyyə arayışında mübahisəli mənzilin 15 oktyabr 2012-ci ildə 53.448 manat pay haqqı ödənilməklə Cavabdeh3 satıldığı qeyd edilsə də, sonuncu Kooperativin üzvlüyünə ümumi yığıncağın 19 aprel 2018-ci il tarixli, 01 saylı protokol-qərarı ilə 6 ildən sonra qəb ul edilərək o, mənzilin payçısı kimi təsdiq edilib. Mənzilə müqavilə bağlandığı iddia edilən tarixdə Mülki Məcəllənin qüvvədə olmuş 178.8-ci maddəsində göstərilərdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Eyni zamanda, Mənzil Məcəllənin 113.1-ci maddəsində göstərilir ki, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Sadalanan normaların mənasına görə, mənzil-tikinti kooperativi binasından fiziki və ya hüquqi şəxslərə yaşayış və ya qeyri-yaşayış sahələri o, vaxt verilə və onlar həmin sahənin mülkiyyətçisi sayıla bilərlər ki, birincisi, mənzil-tikinti kooperativinə üzv qəbul edilsinlər; ikincisi, kooperativin verdiyi mənzilin pay haqqını tam məbləğdə ödəsinlər. Apelyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, sözügedən müqavilədə göstərilən 53.448 manat pay haqının nə vaxt, kimin tərəfindən Cavabdeh1 MTK ödənilməsini, ödənişin hansı formada (nağd və ya köçürmə yolu ilə) aparılmasını, həmin məbləğin vergiyə cəlb edilib-edilməməsini araşdırmadan, habelə 15 oktyabr 2012-ci il tarixə aid mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməyi Cavabdeh1 MTK təklif etmədən, müqavilə bağlandıqdan 6 il sonra Cavabdeh3 nəyə görə Cavabdeh1 MTK təkrar üzv qəbul edilməsi və mənzilin payçısı kimi təsdiq edilməsinin səbəblərin i aydınlaşdırmadan, həmçinin sözügedən müqavilənin etibarlılığını açıq-aşkar şübhə altına alan işə əlavə edilmiş çoxsaylı sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı apelyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, Cavabdeh1 MTK müxtəlif qurumlara göndərdiyi payçıların siyahısında, çoxsaylı müraciətlərində mənzilin payçısı kimi Cavabdeh3 deyil, Cavabdeh2 qeyd edib. İşin bu halları 2012-ci ildən başlayaraq mənzilə verilən su, işıq, qaz və sair xidmətlərə görə Cavabdeh1 MTK tərtib edib göndərdiyi siyahılara əsasən Cavabdeh2la bağlanmış müqavilələrin, habelə mənzil kommunal xidmətlərinin ödənilməsinə dair çoxsaylı qəbzlərin surətləri ilə də təsdiq olunur. Göründüyü kimi müqaviləyə əsasən 15 oktyabr 2012-ci il tarixdən sözügedən mənzilin payçısı Cavabdeh3 olduğu halda, sonrakı tarixlərdə Cavabdeh1 MTK tərtib etdiyi və ayrı-ayrı qurumlara göndərdiyi siyahılarda və müxtəlif xidmət növlərinə dair bağlanmış müqavilələrdə həmin mənzilin payçısı kimi məhz Cavabdeh2 göstərilməsi başa düşülən deyil. Bu baxımdan kasasiya instansiyası məhkəməsi İddiaçı kasasiya şikayətinin dəlillərini əsaslı sayır və işin yuxarıda göstərilən hallarını nəzərə alıb hesab edir ki, İddiaçı iddia tələbləri açıq-aşkar əsassız deyil və işə əlavə edilmiş sübutlar onun hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması qənaətinə gəlməyi əsas vermir. Bundan başqa, digər icraatda işə baxılarkən İddiaçı mübahisəli mənzilə deyil, Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, 1 saylı evin 18- saylı mə nzilinə köçürülməsi barədə tələb irəli sürməsi və iddia ərizəsində həmin mənzilin qaynı Cavabdeh3 mülkiyyətində olmasını göstərməsi, cavabdehləri İddiaçı hazırki tələblərini əsaslandırdığı faktları sübut etmə vəzifəsindən azad etmir. Çünki hazırki işdə cavabdehlərin etirazlarının əsaslandırdıqları faktları İddiaçı nəinki etiraf, əksinə qəti şəkildə rədd edir. Digər tərəfdən, İddiaçı izahatında göstərib ki, iddia ərizəsi onun tərəfindən deyil, vəkil tərəfindən tərtib edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkə mənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiy a şikayəti təmin edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-3549/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar