Məhkəmə qərarları › İş №2(102)-3264/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3264/2023

30.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3264/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 5otariat ofisi və ünvan 13 üçüncü şəxs qismində cəlb edilməklə) alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqavilələrinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər X13, Cavabdeh1 qarşı (Bakı şəhəri, 11 saylı Dövlət notariat ofisi və Bakı şəhəri 32 saylı Dövlət notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) alğısatqı müqavilələrinin həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1760/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər X13, Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AR-İİ 603668 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə əsasında İddiaçı vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmağı Cavabdeh1 etibar etmişdir. Etibarnamə 6 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. 2. "Elektron notariat" X1 çıxarışdan və AR-İİ 555249 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 3 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.

3. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx. xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə sənədlərlə imzanının həqiqiliyinin təsdiq edilməsi növündə notariat hərəkəti aparılmışdır. Notariat hərəkətinin məzmunu İddiaçı ünvan 1 ünvanında yaşayan və xx.xx.2018-ci ildə ölmüş anası X2 miras qalmış Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və yarım tikiliyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə müraciətlə bağlı olmuşdur.

4. AR-İİ 656870 nömrəli etibarnamə əsasında İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam ve rmək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 5 ay 20 gün müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. 5. 03.06.2020-ci il tarixli 2-257A qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus olmuş Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin verdiyi xx.xx.2022-ci il tarixli, 2V287 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixində İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq çıxarış verilmişdir..

6. AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 13nin xüsusi notar iusu X21 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 4000 manata satmışdır. Müqaviləni İddiaçı əvəzinə 5 saylı Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 1571 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır. 7. 28 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 024443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X6 04 dekabr 2010cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Fərzəliyev”, arvada isə “Fərzəliyeva” soyadı verilmişdir.

8. Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2022-ci il tar ixdə Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir.

9. AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 5otariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzili 70200 manata Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı əvəzinə 3 saylı Bakı “ASAN xidmət" mərkəzində Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 3361 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 70200 manat 11 saylı Notaria t ofisinin depozit hesabına köçürülmüşdür.

11. Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil Cavabdeh2 adına ünvan 5otariat Ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-421 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 5otariat ofisi və ünvan 13 üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı xüsusi notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı xüsusi notariat ofisində bağl anmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun, yəni X7 adından iddiaçının başqa işlərini görmək adı altında aldadaraq adından etibarnamə alıb. Cavabdeh, etibardan sui-istifadə edərək onu aldatmaq, habelə zəif düşüncəsindən istifadə edərək şəxsi mülkiy yətində olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 57,3 kv.m olan yaşayış sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzilini dələduzluq niyyətini həyata keçirmək üçün yaxın qohumu, yəni arvadı cavabdeh, Cavabdeh2 adına ünvan 11un 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə/421 reyestrdə qeydə alınmaqla alqısatqı müqaviləsinə əsasən 70200 manat məbləğinə Cavabdeh2 adına keçirilib. Cavabdeh1 onunla bu barədə heç bir məsləhət etmədən və ona bildirmədən əmlakını bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayətkarcasına ələ keçirmişlər. ünvan 6 ünvanda yerləşən mənzillə 15 saylı mənzil bitişdirilib, yəni mənzillərin bir girişi var. Həmin mənzillərin araları açıq olmaqla orada yaşayırlar. xx.xx.2018-ci ildə iddiaçı ünvan 6 ünvanda yaşayan və həmin ünvanda ölmüş anası X2 miras qa lmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ona irs qalmış, mirası qəbul etmişdir. Ondan başqa digər vərəsə olmayıb. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq lazım idi. Onun elə işlərdən anlayışı olmadığı üçün Cavabdeh1 ona köməklik edə biləcəyini bildirmişdir. İddiaçı da cavabdehə inanaraq, onun adına etibarnamə vermişdir ki, miras qalmış əmlaka dair iddiaçıya çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış alsın. Onlar razılaşmışlar ki, onun adına lazımi sənədləri tərtib edib düzəltdikdən sonra zəhmət haqqını verib xəcalətindən çıxacaq. Cavab deh1 onu müxtəlif bəhanələrlə aldadaraq adından bir neçə dəfə etibarnamə aldırmışdır. O da bir insan kimi inanmışdır və etibar etmişdir. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair mənə çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra həmin əmlaka dair ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə onun, yəni X7 adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış alıb. xx.xx.2022-ci il tarixində (indiki ünvan) Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,3 kv.m. olan, tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzilini də Cavabdeh2 adına 4000 manat məbləğinə Bakı şəhəri 32 sa ylı xüsusi notariat ofisində 16 aprel 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə-609 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən satıb. O, heç bir əmlakını və mülkünü satmaq fikrində olmamışdır. Buna dair Cavabdeh1lə razılaşma olmayıb. Cavabdeh onun mülkünü ondan xəbərsiz sataraq mənimsəmişdir. O, cavabdehdən düzəltdiyi sənədləri tələb edəndən sonra qaçıb yoxa çıxmışdır. Bütün sənədləri də cavabdehdə qalıb. Onda anlamışdır ki, cavabdeh onu aldadıb. Belə olandan sonra o, ƏMDK yanında DƏDRX-in Xaçmaz və Bakı Ərazi İdarəsindən öyrənmişdir ki, əmlaklarını dələduzluq edərək ələ keçiriblər. Ona heç bir pul məbləği də verilməyib, çünki o, əmlaklarını satmaq niyyətində olmadığı üçün satış pulları ilə də maraqlanmamışdır. Bundan somra xalası Tahirə xanıma bu barədə bildirmiş və xalası notariat orqanlarından səndlərin surətlərini aldıqdan sonra vəkilə müraciət etmişdir. Hesab edir ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Əgər həqiqətən də o, eviNi, əmlakını satmaq fikrində olsa idi, alıcı mütləq aldıği mənzilə, evə gəlib baxmalı idi. Ancaq gəlib evlərə baxan belə olmayıb. Bunu bilərəkdən və qəsdən belə ediblər ki, birdən o, evlərinin satılması, əlindən alınması barədə məlumat tutaraq bina imkan verməz. Göründüyü kimi bağlanmış müqavilələr formal xarakter daşıyır. “Elektron notariat” X1 əldə edilmiş xx.xx.2022-ci il tarixl çıxarışda qeyd edilir: O, yəni iddiaçı xx.xx.2018-ci ildə Bakı şəhəri, ünvan 10 ünvanda ölmüş anası X2 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ondan irs qalmış və mirası qəbul edir. Ondan başqa digər vərəsələr yoxdur. Mirasın tərkibinə daxil olan, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikilidə ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Təqdim edilən sənədlər: 1) ölüm haqqında şəhadətnamənin surəti 3 ədəd; 2) doğum haqqında şəhadətnamənin surəti- 1 ədəd; 3) şəxsiyyət vəsiqəsinin surəti-2 ədəd; 4) qeydiyyat vəsiqəsinin surəti-2 ədəd; 5) arayış 1 ədəd; 6) etibarnamənin surət-1 ədəd. Buradan da təsdiq edilir ki, o, yalnız cavabdeh, Cavabdeh1lə razılaşmışdır ki, ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında köməklik etsin. O, cavabdehə deməmişdir ki, əmlaklarını satsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dö vlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavabla müəyyən edilir ki, ünvan 6 ünvanı Cavabdeh2 adına ünvan 11un 2022-ci il tarixində 4Ə/421 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı ilə uzun müddətdir tanışlıq dostluq əlaqəsi saxlayır, ailəvi gediş-gəlişləri vardır. Daimi iddiaçıya hər cür köməklik göstərmiş, onun ehtiyacı olan gündəlik tələbat və ərzaq məhsulları almışdır. Həmçinin, iddiaçı uzun müddət xəstə olduğu dövrlərdə cavabdeh ona hər cür maddi və mənəvi dəstək olmuş, qul luğunda durmuş, müalicə xərclərini ödəmişdir. Eləcə də, iddiaçının anası vəfat etdikdə bütün dəfn xərləri də cavabdehlər tərəfindən qarşılanmışdır. Bundan əlavə, iddiaçı dəfələrlə Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən cavabdehlərə məxsus evdə uzun müddətdə qonaq qalmışdır. Bu faktları qonşular, iddiaçının yaxın dostları da təsdiq edirlər. Bu yaxın münasibətləri müqabilində iddiaçı özü cavabdehlərə ona məxsus əmlakları satın almalarını təklif etmişdir. Alqı-satqı üçün tələb olunan müvafiq sənədləri toplamaq üçün ilkin olaraq 13 fevral 2022-ci il tarixdə Cavabdeh1 6 aylıq müddətə birinci etibarnamə, daha sonra isə 01 mart 2022-ci il tarixdə 03 ay müddətinə, 10 aprel 2022-ci il tarixdə isə 05 ay 20 gün müddətinə bütün əmlaklara dair etibarnamələr vermişdir. Haqlı olaraq sual yaranır ki, iddiaçı ərizədə qeyd etdiyi kimi vərəsəlik haqqında şəhadətnamə və çıxarışın alınması üçün etibarnamə vermişdirsə, sonrakı etibarnamələri nə məqsədlə vermişdir? Verilmiş etibarnamə və qarşılıqlı razılaşma əsasında Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41, 2 saylı mənzilə dair alqısatqı müqaviləsi imzalanmışdır. Müqavilədə mənzilin 4000 manata satıldığı göstərilsə də, əslində isə həmin mənzil iddiaçı ilə qarşılıqlı razılıq əsasında 20000 manata satılmış və həmin məbləğ şahidlərin iştirakı ilə iddiaçıya verilmişdir. Qeyd olunan mənzilin həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna dair müvafiq sənədi olmadığı üçün alqı-satqı müqaviləsində mənzil üçün 4000 manat pul ödənildiyi qeyd olunmuşdur. Alqı-satıq müqaviləsinin imzalanmasından əvvəl iddiaçı cavabdehlərlə birlikdə torpaq sahəsinə müvafiq sənədlərin alınması üçün ərazi üzrə bələdiyyəyə müraciət etmiş, lakin sənədləşmə işlərinin uzun müddət davam edəcəyi üçün bu barədə öz aralarında razılaşmışlar. Daha sonra isə iddiaçı ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən 8 saylı mənzilə dair alqı satqı müqaviləsi imzalanmış və həmin mənzil üçün 70000 min manat pul şahidlərin iştirakı ilə iddiaçıya verilmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Faiqi və Minanı tanıyır. Muxtadır qəsəbəsinə restoranda işləyərkən Fərhadı da tanımışdır. Faiq ona bağ evi aldığını bildirmiş və pulunu vermək üçün onlarla birlikdə getməsini xahiş etmişdir. Onlar birlikdə Fərhadın yaşadığı evə getmişlər. Evdə Fərhad və dostu Na miq var idi. Faiq Fərhada 20000 manat pul vermişdir. Fərhad pulu sayaraq götürmüşdür. İkinci dəfə yenə də Faiq, Mina və o Fərhadın yaşadığı evə Faiqgilin aldıqları evin pulunu vermək üçün getmişlər. Həmin vaxt pulun miqdarını tam olaraq bilməmişdir. Lakin bu dəfə pul birinci dəfəkindən çox idi.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, Fərhadla ortaq dostları vasitəsilə tanış olmuşdur. Onun qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşamış, əvəzində ona kömək etmişdir. Cavabdehlər onların yaşadığı mənzilə gəlmiş və Xaçmazda yerləşən əmlaka görə Fərhada 20000 manat pul vermişlər. Fərhad pulu sayaraq götürmüşdür.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünva nı onun müdiri olduğu Mənzilistismar sahəsinə aiddir. Onlar həmin binanın həyətdə həftənin altıncı günü iməclik keçirdirlər. Həmin günlərdə cavabdehlərin maşından düşdüyünü görmüş, binanın giriş qapısı kodla olduğu üçün hansı mənzilə gəldiklərini soruşmuşdur. Onlar xəstələrinin olduğunu və onun yanına gəliklərini bildirmişlər. Bundan sonrakı həftə yenə həmin ərazidə işləyəndə cavabdehlər yenə həmin binaya gəlmişlər. O, cavabdehlərdən hansı mənzilə gəldiklərini soruşmuş, Fərhadın mənzilinə gəldiklərini bildikdə onun borcu olduğunu demişdir. Faiq etibarnamə əsasında mənzilin borcunu ödəmişdir. Onlar hər həftənin altıncı günü həmin ərazidə işləyəndə cavabdehlərin əllərində bağlama ilə gəldiklərini görmüşdür. Fərhadı görməmişdir. Lakin həmin mənzildə bir nəfərin qeydiyyatda olduğunu bilmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonu İstisu bələdiyyəsinin sədridir. Fərhad, Faiq və arvadı onun yanına gəlmişdir. Fərhad evi Faiq və arvadına satmaq istədiyini, Faiq isə həmin evi almaq istədiyini bildirmiş və onlar birlikdə evə baxmağa getmişlər. O, torpağın sənədinin olmadığını, evin isə atasının adına olduğunu bildirmiş, ona görə də torpağa dair sənəd verə bilməyəcəyini, yalnız evin sənədi düzəldəndən sonra torpağa dair sənəd verə biləcəyini bildirmişdir. Bunu eşidəndə Fəhad Faiqə bildirmişdir ki, onun adına etibarnamə versin və bu işləri Faiq etibarnamə əsasında onun adından həyata keçirsin. Bir neçə ay sonra Faiq evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış gətirmişdir. Alqı-satqı müqaviləsinin necə bağlanmasınd an isə onun xəbəri yoxdur.

20. Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5802/2022 nömrəli iş üzrə xx.xx.2022 -ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilməmişdir.

21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdehə etibarnamə verdiyini, əmlakı satmaq niyyətinin olmadığını qeyd etsə də, onun tərəfindən cavabdehə vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək səlahiyyəti verən etibarnamə olduğu və həmin etibarnamə qüvvədə olduğu halda, ona yenidən əmlaka dair sərəncam vermək səlahiyyəti daxil olmaqla bir çox səlahiyyətləri nəzərdə tutan etibarnamənin verilməsi onun əmlakı satmaq niyyətinin olduğunu v ə həmin etibarnamələrin bu məqsədlə verildiyini göstərir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının narkotik vasitə istifadəçisi, cavabdehin isə ona həmin vasitələri təmin etməklə bu vəziyyətdən yararlandığını, həmçinin iddiaçının ağıl zəifliyi olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, şahid ifadələri ilə iddiaçının qeyd edilən mənzilləri satmaq niyyətinin olması, hətta iddiaçının baxmaq üçün mübahisə predimeti olan Xaçmaz rayonunda yerləşən mübahisəli mənzilə getmələri, yenə də mübahisə predimeti olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən və iddiaçının yaşadığı mənzilə mütəmadi olaraq gəlib-getmələri, alqı-satqı müqaviləsi bağlandıqdan sonra əmlakların dəyərinin cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi təsdiq edilir. Bundan başqa, alqı-satqı müqavilələri 3 ay vaxt aralığı ilə bağlanmış, iddiaçı hətta birinci müqavilənin bağlanmasından sonra da etibarnamələri ləğv etdirməmişdir. Bütün qeyd edilənlər həmin əmlakların Cavabdeh2 satılmasının iddiaçının maraqlarına xidmət etdiyi nəticəsinə gəlməyə əsas verir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz.

22. Məhkəmə həmçinin iddia tələbinin alqı satqı müqavilələri əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxard a qeyd edilən qənaəti ilə iddia alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 144.3, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 359.1, 360.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88,217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilmə si barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir

25. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1760/2023 nömrəli iş üzrə 10 may 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin təmin olunmayan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 5otariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı təhvil verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının öz izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı Xaçmaz rayonunda yerləşən əmlakını cavabdehlərə satmaq niyyəti olmuş, bu məqsədlə iddiaçı cavabdelərlə birlikdə həmin ərazidə yerləşən mübahisəli əmlaka da baxmışlar. Lakin, qeyd edilən əmlak iddiaçının mərhum valideyninin adına olduğundan alğı-satqıı həyata keçirilə bilinməmiş, iddiaçı səhhətində yaranmış problemə əlaqədar olaraq vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmaq üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədə əmlaka dair sər əncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh1 etibarnamə əsasında hərəkət edərək, iddiaçı və onun yaxın qohumları olan mərhum atası, anası və bacısı ilə bağlı sənədləri əldə etmiş, İddiaçı adına miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək səlahiyyətini də nəzərdə tutan yeni etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqıı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır.

28. Kollegiya iddia tələbinin Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilinə dair hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinini gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə araşdırması zamanıda müəyyən edildiyi kimi, həmin daşınmaz əmlakın məhz cavabdeh tərəfə satılması öz iradəsinə uğun olmuşdur. Lakin həmin əmlakın satışından əldə edilmiş pulun ona verilməməsi barədə dəlilinə münasibtədə qeyd edilməlidir ki, həmin dəlil müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilər. Pulun verilməsi barədə hərəkət edilməmişdirsə bu barədə iddiaçının ayrıca iddia ilə məhkməyə müraciət etmək hüququ istisna edilmir.

29. Kollegiya Bakı şəhəri, Yasamal rayonu, İn şaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilini iddiaçının satmaq niyyəti barədə iradə ifadəsinin olması tərəflərin izahaları və işin halları ilə müəyyən edilmədiyindən bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

30. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

31. Bakı şəhəri, Yasamal ray onu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzillə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzilin satılması ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, iddiaçı tərəfindən verilən etibarnamə əsasında mübahisələndirilən alğı-satqıı müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilədə etibarnamə üzrə nümayəndə tərəfindən edilən hərəkət iddiaçının iradəsinin həyata keçirilməsinə xidmət etməməklə onun iradəsinə uyğun olmamamışdır. Əvvəla, cavabdeh tərəf etibarnamələrin verilməsinə istinad etsə də, həmin etibarnamələrdən görünür ki, iddiaçı əvvəldən birinci etibarnaməni məhz Xaçmaz rayonunda yerləşən əmlakla bağlı vərəsəlikl işi üzrə sənədləşmə işinin aparılması üçün olmuşdur. Bu tərəflər arasında işin mübahisələndirilməyən halıdır.

32. Bundan başq a, ikinci dəfə İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə verərkən yuxarıda qeyd edildiyi kimi, həm sənədləşmə işinin tamamlanması (izahatında belə qeyd edir iddiaçı) və ardınca təbii olaraq Xacmaz rayonunda yerləşən əmlakın cavabdeh tərəfə satılmasının həyata keçirilməsi üçün (məhkəmə iclasında bildirdiyi kimi) verilmişdir. Cavabdeh etirazında 3-cü dəfə məhz xx.xx.2022-ci il tarixdə bir daha etibarnamə verməsini, iddiaçının Bakı şəhərində yerləşən mənzilinin satılması üçün verdiyin bildirməsinə münasibtədə kollegiya qeyd edir ki, göründüyü kimi həmin etibarnamə məhz xx.xx.2022-ci il də verilməklə, 2-ci verilən etibarnamənin bitmə müddətinə (xx.xx.2022-də bitirdi müddət) 1 ay 20 gün qalmış verilmişdir. Eyni zamanda Xaçmaz rayonundan yerləşən əmlakın satılmasından 6 gün öncə veri lmişdir. Bununla da kollegiya 3-cü etibarnamənin verilməsi məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilin satılmasının həyata keçirilməsi üçün verilməsi barədə cavabdeh tərəfin dəlilini qəbul etmir və hesab edir ki, ikinci dəfə verilən etibarnamənin müddətinin bitməsinə 1 ay 20 gün qalmasına baxmayaraq digər mənzilin məhz hansı tarixdə rəsmiləşdiriləcəyi, hansı tarixdə satılmalı olması barədə güman edilən qənaət əsas göstərilməklə (hətta Xaçmazda olan əmlakın satımasından öncə) yeni etibarnamənin məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospektində yerləşən mənzilin satılması məqsədlə verilməsi ağlabatan görünməməklə iddiaçının bu barədə iradə ifadəsini özündə ehtiva etməmişdir. Həmçinin bu da qeyd edilməlidir ki, belə bir iradə ifa dəsi olmadığı halda Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlərdən öz xeyrinə istifadə etməklə mənzili arvadına satmış və bundan öz xeyrinə istifadə etmişdir. Belə ki, əldə edilən daşınmaz əmlak arvadına satılmaqa birgə nikah dövründə əldə edilən əmlak kimi, həmin əmlak üzərində özünün də mülkiyyət hüququnun yaranmasına nail olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamaqla lazımi qiymət verilməmişdir. Belə olan halda qeyd edilənlərə əsasan Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə bağlı qeydə alınmış alqı satqı müqaviləsi etibarlı müqavilə hesab edilə bilməz. Bu baxımdan həmin müqavilə etibarsız hesab edilməklə mülkiyət hüququnun qeydə alınması barədə çıxarış da ləğv edilməlidir.

33. Bundan əlavə, cavabdehlər Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzildə Fərhadın yanına gəlib-getdikləri vaxtlarda ona baxdıqlarını bildirməklə həmin anları özündə əks etdirən video görüntüləri mobil telefon vasitəsi qeydə almaqla məhkəməyə təqdim etmişlər. Kollegiya bununla bağlı qeyd edir ki, həmin görüntülərdə Fərhadla bağlı hər hansı bir iş görərkən, yəni ona çay verilməsi, süfrənin düzəldilməsi, hamada yuyunması zamanı yardımçı olmaları əks edilmişdir. Lakin həmin görüntülərin çəkilməsinin izahı kimi cavabdeh tərəf Fərhada bir şey olacağı təqdirdə onların əlində özlərinin sığortalanması kimi qalmasını istədiklərini qeyd etmişlər. Məhkəmə kollegiyası bu hala dair qeyd edir ki, həmin görüntülərin heç birində daha mühüm bir hal olan Fərh adın onlara mənzili satması bardə aralarında hər hansı söhbətin olmasına dair iradə ifadəsini əks etdirən hər hansı bir danışın olmadığı müəyyən edilir.

34. Eyni zamanda, Faiqin Fərhadın onun uşaqlıq dotu olduğunu və ona dost kimi qulluq göstərməsini bildirməsinə münasibətdə qeyd edilməlidir ki, dost kimi kömək etdiyi şəxslə bağlı edilən ən sadə yardımları belə video görüntü vasitəsi ilə qeydə aldığı halda, işin mühüm halı kimi mənzillərin satışı ilə bağlı pulların verilməsini və məhz şahidlərin yanında həmin mənzildə Fərhada verilməsini (əgər belə bir hal omuşdursa) qeyd etsə də, bu anları video görüntü ilə qeydə almaması (hansıki digər çəkilişləri özlərini sığortalamaq üçün etdiklərini bildirmişlər) işin bu halınının həqiqəti əks etdirmədiyini özündə ehtiva edir. Hansıki, cavabdehlərin ö zlərinin qeyd etdiyi kimi, Fərhadın sağlamlığında broblemlər var idi və hər an bu hissənin (olduğu halda) sübuta yetrilməsinə mütləq zərurət olması qaçılmaz olacaqdı.

35. Bundan başqa, birinci instansiya məhkəməsi tərəflər arasında alğı-satqıının aparılmasını və bununla bağlı pul məbləğinin iddiaçıya cavabdehlər tərəfindən verilməsi qənaətinə gələrkən pulun verilməsi halına sübut kimi istinad etdiyi şahid ifadələrinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr ümumi sözlərdən ibarət olmaqla konkret qeyd edilən halların sübut edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz.

36. Belə ki, cavabdeh tərəf həmin halı təsdiq edən sübut qismində məhkəməyə iki şahid təqdim etmiş, birinci instansiya məhkəməsi də həmin şahidlərin ifadəsini cavabdehin etirazının dəlillər ini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün, aid, mötəbər olmaqla yanaşı həm də yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir.

37. Mülki prosessual qanunvericilikdə əsas sübut növlərindən biri də şahid ifadələridir. MPM-in 81-ci maddəsində göstərilən hal istisna olmaqla məhkəmə, tərəflərin təqdim etdiyi şahid ifadələri əsasında işin hallarını müəyyən edilmiş və ya müəyyən edilməmi ş hesab edə bilər. Dolayı sübutlar istisna olmaqla prosessual qanunvericilik işin müəyyən halının bir şahid ifadəsi əsasında müəyyən edilməsini qadağan edən birbaşa norma müəyyən etməmişdir. Lakin baxılan mülki işin hallarından irəli gələn hüquqi (formal) həqiqətə nail olmaq üçün işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması, məhkəmə aktlarının əsaslandırılmış olmasına dair MPM-in 9, 14, 88, 217 və 220-ci maddələri baxımından tələbin və ya etirazın əsasında duran sübut kimi yeganə şahid ifadəsi məhkəmə tərəfindən daha ciddi tədqiq edilməlidir. Bunun üçün məhkəmə, tərəflərin izahatları və işdə olan digər sübutlarla şahid ifadəsi arasında olan ziddiyyətləri aradan qaldırmaq, şahidin yalan ifadə verməsi halını istisna etmək üçün ona suallar verməli, ə şahid ifasəsinin işdəki məluma tlarlarla uyğunluğunu və mötəbərliliyini qiymətləndirməlidir.

38. Hazırki işin hallar baxımından məhkəmə kollegiyası cavabdehlər tərəfindən iddiaçıya pulun verilməsi ilə bağlı dindirilmiş şahid ifadələrinin həmin halın sübuta yetirilməsi baxımından yuxarıda qeyd edilən əsasları nəzərə almaqla mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, hazırki iş üzrə şahidlərdən biri X24 bağ evinə görə pul vermək üçün Fərhadın yanına getdiyini və onunda Faiqlə birlikdə getdiyini bildirmişdir. Əvvəla şahidin ifadəsində bunun məhz nə vaxt edildiyini (tarix) müəyyən etmək mümkün deyil, çünki özüdə ifadəsində bu barədə heçnə bildirməmişdir. Eyni zamanda yanlarında Fərhadın arvadı Minanın olub-olmamasını da qeyd etməmişdir. Hansıki, cavabdehlər pulun verilməsi üçün birlikdə getmələrini bildirmişlər. O cümlədə n, evdə Fərhadın dostu Namiq adlı şəxsin olduğunu bildirmişdirsə də, əlaqəli şəkildə Namiqin kim olmasını haradan tanımasını və Fərhadın dostu kimi çıxış etməsini aydınlaşdırmamışdır. Faiqin Fərhada 20000 manat verməsini və sonuncunun pulu sayaraq götürdüyünü bildirsə də, bu halı detallı şəkildə bildirməmiş, yəni pulların əsasən hansı əskinaslardan ibarət olmasını, pulun verilməsi zamanı evin hansı hissəsində əyləşmələrini, əlavə olaraq nə danışıldığını qeyd etməmişdir. Eyni zamanda ifadəsindən ikinci dəfə Faiq və Mina ilə birlikdə onların aldığı evin pulunu vermək üçün getdiyini bildirsə də, bu dəfə də hansı tarixdə getmələrini ümumiyyətlə qeyd etməmişdir. Hətta günün hansı saatlarında axşam və ya səhər saatlarında olması belə bildirilməmişdir. Həmin vaxt pulun miqdarının nə qədər olmasın ı bilmədiyini qeyd etməklə, yalnız birinci dəfəkindən çox olmasını qeyd etmişdir. Bu hala dair kollegiya qeyd edir ki, burada ümumiyyətlə pulun miqdarı barədə ifadə tam olaraq təsəvvürlərdən ibarət olmaqla, ümumi ifadələrlə izah edilmişdir.

39. Eyni zamanda, hazırki iş üzrə şahidlərdən biri Namiq Əliyev qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşadığını (hansı tarixdən qalması yoxdur), əvəzində ona kömək etməsini (nələrdən ibarət olması) bildirmmişdir. O cümlədən, cavabdehlərin həmin mənzilə gəlməsini (lakin hansı tarixdə günun hansı saatlarında gəlməsini bildirmir), hətta onun məhz həmin vaxtlarda hansı səbəbdən evdə olmasıda ifadədən müəyyən edilmir. Həmçinin ifadəsində Xaçmazda yerləşən mənzilə görə Fərhada 20000 manat verilməsini və sonuncunun sayaraq götürməsini qeyd etsə də, pul ların əsasən hansı əskinaslardan ibarət olmasını, pulun verilməsi zamanı evin hansı hissəsində əyləşmələrini, əlavə olaraq nə danışıldığını qeyd etməmişdir. Eləcə də ən əsası digər şahidin pulların verilməsində iştirakını bildirdiyi halda Namiq Əliyev ifadəsində yanlarında başqa şəxsin olmasını bildirməmişdir.

40. Kollegiya hesab edir ki, mülkiyyət hüququnun itrilməsinə səbəb olacaq bir halın təsdiqi üçün verilən bu şahid ifadəsi ümumi ifadələrdən ibarət olmamaqla daha dolğun və detallı olmalıdır. Hazırki halda isə kollegiya bu ifadələri mötəbər sübut kimi qəbul etməməklə ifadədə qeyd edilən halların təsdiqi üçün əsas hesab etmir.

41. Beləliklə məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəl i mənzilinə dair hissədə iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Buna görə də, məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməklə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilinə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli, mənzil cavabdehlərdən alınaraq, İddiaçı təhvil verilməlidir.

42. Eyni zamanda kollegiya qeyd edir ki, etibarsız hesab edilən müqavilə nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan mənzilin iddiaçıya qaytarılması qənaətinə gəlir. La kin cavabdeh tərəfin etibarsız əqd nəticəsində iddiaçıya hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir.

43. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (50 manat) yarısı 25 manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun digər yarısı 25 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

44. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəlləni n 146.2, 178.1, 214, 215.2, 215.5, 215.6., 218, 219.1, 219.2, 220.5, 220.6, 221, 222, 223, 225 maddələrinə, Ailə Məcəlləsinin 32, 33, 35, 36.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 112.1, 118.1, 118.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 Aprel 2014-cü il qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 13 ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 38.5 kv.m olar mənzilə dair sərəncam verən tərəfin sərə ncam hüququnu yoxlamamış, Cavabdeh1 İddiaçı əldə etdiyi etibarnamə ilə öz arvadı F ərzəliyeva Mina Oktay qızının adına rəsmiləşdirilməsinə əhəmiyyət verməmişdir. Təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsini araşdırmamışdır.

47. Bakı Apellyasiya Məhkəməsi ünvan 13 ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 38.5 kv.m olar mənzilə dair B akı şəhəri 32 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsini bağlayan zaman Cavabdeh1 həmin mənzili öz arvadı Cavabdeh2 adına rəsmiləşdiriləcəyinə İddiaçı F aiq oğluna heçnə bildirməmiş, İddiaçı məlumatı olmamış, buna görədə həmin alı satqı müqaviləsində İddiaçı iradə ifadəsini bildirilməsi yolu ilə həyata keçirməsi pozulmuşdur.

48. Bakı Apellyasiya Məhkəməsi ünvan 13 ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 38.5 kv.m olar mənzilə dair B akı şəhəri 32 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsini etibarsız hesab etməli, həmin mənzili cavabdehdən alınaraq iddiaçıya qaytarmalı idi, belə ki, F ərzəliyev F aiq Vladimiroviç həmin mənzili öz arvadı Cavabdeh2 adına rəsmiləşdirə bilməzdi, çünki təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlamış, faktiki nikahda olan arvadı Cavabdeh2 adına mənzili sənədləşdirmiş və həmin mənzilə arvadı ilə birgə əmlak, mənzilə dair sahiblik, istifadə və sərəncam huquqları əldə etmişdir.

49. Bakı Apellyasiya Məhkəməsi ünvan 13 ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 38.5 kv.m olar mənzilə dair B akı şəhəri 32 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsini eti barsız hesab etməli, həmin mənzili cavabdehdən alınaraq iddiaçıya qaytarmalı idi, belə ki, Cavabdeh1 həmin mənzili öz arvadı Cavabdeh2 adına rəsmiləşdirə bilməzdi, çünki İddiaçı həmin əqdi sonradan da bəyənməmişdir.

50. Bakı Apelyasiya Məhkəməsi ünvan 13 ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 38.5 kv.m olar mənzilə dair ünvan 13ndə bağlanmış xx.xx.2022-ci il tarixli 40-609 nömrəli reyestr nömrəsi ilə qeydə alınmış alqı satqı müqaviləsini etibarsız hesab etməli, həmin mənzili cavabdehdən alınaraq iddiaçıya qaytarmalı idi, həmdə Cavabdeh1 həmin mənzili İddiaçı tərəfindən vermiş olduğu etibarnamə ilə öz arvadı Cavabdeh2 adına rəsmiləşdirməsini araşdırmalı idi.

51. Bakı Apelyasiya Məhkəməsi qətnamə çıxararkən İddiaçı təqdim etdiyi dəlilləri araşdırmalı idi və sonra qətnamə çıxarmalı idi. Bak ı Apelyasiya Məhkəməsi qətnamə çıxararkən Cavabdeh1 məsuliyyətdən kənarda qoymuş hammın qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq qətnamə çıxarmışdır.

52. Bakı Apellyasiya Məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin baxışını yekunlaşdırıb qətnaməni elan etmişdir.

53. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikasının mülki Məcəlləsinin 144,324,337, 359, 360, MPM-in 8, 9,14.1, 76,88, 217-ci maddələrinə, “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərar ına istinadla əsaslandırmışdır.

54. Cavabdehlər (Vəkil Nümayəndə) ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

55. Cavabdehlər kasassiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı 13 fevral 2022-ci il tarixdə Cavabdeh1 6 aylıq müddətə birinci Etibarnamə, daha sonra isə 01 mart 2022-ci il tarixdə 03 ay müddətinə, 10 aprel 2022-ci il tarixdə isə 05 ay 20 gün müddətinə bütün əmlaklara dair Etibarnamələr vermişdir.Mülki işin materiallarından görünür ki iddiaçı qısa müddət ərzində 3 fərqi etibarnamə vermiş və müqavilələr bağlanarkən onlar lə ğv edilməmişdir.

56. İstər Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı xüsusi notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqı müqaviləsi, istərsə də, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alğı-satqı müqaviləsi bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarda göstərilmiş hər hansı bir müddəa pozulmamış, müqavilələr tam qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmışdır.

57. İş materialları iləmüəyyən olunur ki, 13 fevral 2022-ci il tarixdə Cavabdeh1 6 aylıq müddətə birinci Etibarnamə, daha sonra isə 01 mart 2022-ci il tarixdə 03 aymüddətinə, 10 aprel 2022-ci il tarixdə verilmiş etibarnamələrin iddiaçı tərəfindən bu günə qədər etibarsızlıqla bağlı dəlillər əsasında mübahisələndirilməmişdir. İddiaçı notariat ofisində həmin etibarnaməni verərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən notarius ona etibarnamənin mətnini, o cümlədən ötürülmüş səlahiyyətləri və etibarnamənin müddətini izah etmişdir. Bunu təkzib edəcək hər hansı sübut məhkəmələrətəqdim edilməmiş, həmçinin məhkəmələr bunu təkzib edəcək hər hansı məsələni öz qətnamələrində qeyd etməmişdir.

58. İş materialları ilə müəyyən olunur ki iddiaçı iki fərqli etibarnamə vermiş v ə ikinci etibarnamə verilərəkən hələ birincinin müddəti birməmişdir. Bu isə hər etibarnamənin məhz bir müqaviləni imzalamaq üçün verilməsini təsdiq edir.

59. İş materiallarında olan sübutlar, şahid ifadələri idddiaçının hər iki əmlakı satması və bunun əvəzində pul almasını təsdiq etsə də məhkəmə buna qiymət verməmişdir.

60. Qeyd etmək istərdik ki, apelyator öz şikayətində guya cavabdehlərin iddiaçını aldadaraq etibarnamə aldıqlarını və onun əmlaklarını ələ keçirdklərini, əslində isə iddiaçının əmlakı satmaq əmlaklarını ələ keçirdklərini, əslində isə iddiaçının əmlakı satmaq niyyətində olmadığını bildirir. Bildirik ki, ümumilikdə iddiaçı cavabdehə 3 (üç) dəfə etibarnamə vermişdir. Həmin etibarnamələrdən birincisi sənədləşdirmə işlərinə dair olsa da, sonra verilmiş etibarnamələrdə iddiaçıya məxsus əmlaklara dair bütün səlahiyyətlər verilmişdir. Həmçinin, iddiaçı həmin əmlakları cavabdehə satmaq məqsədilə Xaçmaz rayonuna getmiş və orada şahidlərin iştirakı ilə əmlakı cavabdehə satmaq istədiyini söyləmişdir. Onun əmlakını satmaq barədə niyyətini şahidlər məhkəmədə ifadə verərək təsdiq etmişlər. Bundan əlavə,apelyator öz şikayətində qeyd etmişdir ki, “Əgər həqiqətən də mən evimi, əmlakımı satmaq fikrində olsaydım, alıcı mütləq aldığı mənzilə evə gəlib baxmalı idi, ancaq evlərə gəlib baxan belə olmayıb. Qeyd edək ki, cavabdeh ilə iddiaçı uzun müddətdir ki, tanışdırlar və həmin mənzildə dəfələrlə olublar. Bunu şahid ifadələri,eləcə də mülki işə əlavə edilmiş video çəkilişlər də bir daha təsdiq edir. Əlavə olaraq apelyator öz şikayətində bildirir ki, “Pulun iddiaçıya verilməsi məqa mının “DVD” diskdə əks olunub-olunmamasına dair mənim - vəkilin sualına cavab olaraq cavabdehlər bildirdilər ki, bəli, alğı-satqı pullarının iddiaçıya verilməsi anları da diskə alavə edilib və görüntülər mövcuddur. Buna baxmayaraq məhkəmədə diskin həmin hissəsi nümayiş etdirilmədi. Məhkəmədən sonra (iddiaçının) vəsatəti əsasında məhkəməyə təqdim edilmiş diskə baxış keçirilən zaman məlum oldu ki, cavabdehlər və şahidlər məhkəməni aldadaraq sübutları saxtalaşdırıblar. Alğı-satqı pulunun iddiaçıya verilməsinə dair heç bir görüntü aşkar edilmədi”. Bildirir ki, nə cavabdehlər, nə də ki şahidlər pulun verilməsinin diskdə əks olunmasına dair heç bir ifadə işlətməyiblər. Məhkəmə tərəfindən həmin prosesin audio video çəkilişi aparılıb və o görüntüləri izləmək kifayət edər ki,apelyatorun öz şikayəti ndə yalan məlumat verməsi təsdiq olunsun. Çox təəssüf edərək bildirir ki, vəkil həmkarı öz apellyasiya şikayətində bu cür yalan məlumatlar veribdir. Bundan əlavə, bildirmək istəyir ki, etibarnamə verilərkən notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmış və verilmiş etibarnamə də onun iradə ifadəsini bildirir. Həmçinin, pulun iddiaçıya verilməsini məhkəmə ifadə verən şahidlər də təsdiq etmişlər, hansı ki həmin şahidlərdən biri iddiaçının dostu, uzun müddət onunla bir mənzildə yaşamış şəxsdir. Lakin məhkəmə bu qeyd olunan hallara qiymət verməmiş və sübutları düzgün qimətləndirməmişdir.

61. Məhkəmə bu qeyd olunan nəticəyə gələrkən öz gəldiyi nəticəni hər hansı maddi hüquq norması ilə əsaslandırmamış yalnız ümumi sözlərdən istifadə etmişdir.

62. Qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 82.3-cümaddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı) Qeyd etmək istərdik ki, iddiaçı müqavilə nin etibarsız sayılmasını istərkən mübahisələndirilə bilən əqdlərlə bağlı normalara istinad edib lakin məhkəmə iddia tələbindən kənara çıxaraq iradə ifadəsinin olmaması ilə bağlı dəlillər irəli sürüb, normalara istinad edib.

63. Cavabdehlər kassasiya şikayətlərini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 337.1, 359.1, 362.2, 359.3, 366.2, 404, 405.1, 405.2-ci maddələrinə, MPM-in 13.1, 13.4, 13.5, 88, 218.3, 418.1, 418.3 maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına istinadla əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mü lki Məcəlləsi

65. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

66. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əml akın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

67. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X5 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.

68. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

69. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

70. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

71. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

72. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

73. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

74. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, e yni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

75. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı

76. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icr aatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Mülki Prosessual Məcəllə

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

86. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın rədd edilmiş, cavabdehlər tərəfindən isə iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası iddianın rədd edilən hissəsi üzrə apellyasiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mübahisələndirilən hər iki alqı-satqı müqaviləsi satıcının adından nümayəndəsi tərəfindən alıcı kimi nümayəndənin arvadı ilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi üzrə mövqeyini belə ifadə etmişdir ki, Xaçmaz rayonundan yerləşən əmlakın satılmasından 6 gün öncə verilmişdir. Bununla da kollegiya 3-cü etibarnamənin verilməsi məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilin satılmasının həyata keçirilməsi üçün verilməsi barədə cavabdeh tərəfin dəlilini qəbul etmir və hesab edir ki, ikinci dəfə verilən etibarnamənin müddətinin bitməsinə 1 ay 20 gün qalmasına baxmayaraq digər mənzilin məhz hansı tarixdə rəsmiləşdiriləcəyi, hansı tarixdə satılmalı olması barədə güman edilən qənaət əsas göstərilməklə (hətta Xaçmazda olan əmlakın satımasından öncə) yeni etibarnamənin məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospektində yerləşən mənzilin satılması məqsədlə verilməsi ağlabatan görünməməklə iddiaçının bu barədə iradə ifadəsini özündə ehtiva etməmişdir. Həmçinin bu da qeyd edilməlidir ki, belə bir iradə ifadəsi olmadığı halda Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlərdən öz xeyrinə istifadə etməklə mənzili arvadına satmış və bundan öz xeyrinə istifadə etmişdir. Belə ki, əldə edilən daşınmaz əmlak arvadına satılmaqa birgə nikah dövründə əldə edilən əmlak kimi, həmin əmlak üzərində özünün də mülkiyyət hüququnun yaranmasına nail olmuş dur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamaqla lazımi qiymət verilməmişdir. Belə olan halda qeyd edilənlərə əsasan Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə bağlı qeydə alınmış alqı satqı müqaviləsi etibarlı müqavilə hesab edilə bilməz. Bu baxımdan həmin müqavilə etibarsız hesab edilməklə mülkiyət hüququnun qeydə alınması barədə çıxarışda ləğv edilməlidir.

89. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır.Mövqedən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü ma ddəsinin imperativ tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeni iddianın rədd edilən hissəsi üzrə nümayiş etdirməmişdir.

90. İddianın rədd edilən hissəsi üzrə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırılması zamanı iddiaçının öz izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı Xaçmaz rayonunda yerləşən əmlakını cavabdehlərə satmaq niyyəti olmuş, bu məqsədlə iddiaçı cavabdelərlə birlikdə həmin ərazidə yerləşən mübahisəli əmlaka da baxmışlar. Lakin, qeyd edilən əmlak iddiaçının mərhum valideyninin adına olduğundan alğı-satqı həyata keçirilə bilinməmiş, iddiaçı səhhətində yaranmış problemə əlaqədar olaraq vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar z əruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmaq üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədə əmlaka dair sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh1 etibarnamə əsasında hərəkət edərək, iddiaçı və onun yaxın qohumları olan mərhum atası, anası və bacısı ilə bağlı sənədləri əldə etmiş, İddiaçı adına miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək səlahiyyətini də nəzərdə tutan yeni etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır.

91. Kassasiya kollegiyası qeyd edir ki, İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır.Belə olan təqdirdə göstərilən daşınmaz əmlakı Cavabdeh2 əldə etdikdən sonra hımin əmlaka X3 birgə mülkiyyət hüququ yaranır. Göstərilən müqavilə iddiaçı tərəfindən mübahisələndirilir.

92. Azərbaycan Respublikasının 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 İddiaç ı etibarnamə üzrə nümayəndəsi kimi Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satarkən Mülki Məcəllənin göstərilən normasının tələblərinin pozulub-pozulmamasına ətraflı araşdırıb hüquqi qiymət verməmişdir.

93. Göstərilənlərə əsasən də iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iddiaçının kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-1760/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

94. Apellyasiya instansiyası məhkəməsi göstərilən hissədə işə yenidən baxarkən qeyd edilən nöqsanları aradan qaldırmaqla maddi və prosessual hüquq normalarının tələbin ə cavab verən məhkəmə aktı qəbul etməlidir.

95. İş üzrə cavabdehlər tərəfindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir.Məhkəmə kollegiyası həmin hissə üzrə apelyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır.Həmin hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Həmin hissədə məhkəmə qətnaməsinin ləğvinə səbəb olacaq prosessual hüquq normalarının səhv tətbiq edilməsi halı müəyyən olunmur.

96. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)-1760/2023 nömrəli qətnaməsi cavabdehlərin kassasiya şikayətləri ilə müb ahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İddiaçının kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-1760/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)-1760/2023 nömrəli qətnaməsi cavabdehlərin mübahisələndiril ən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. kassasiya şikayətləri ilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar