Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3267/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakının başqasının qanunsuz sahibliyindən tələb edilməsi 06.11.2025 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 2(106)-1070/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 6 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqaviləyə əsasən, İddiaçı MMC-yə məxsus olan BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. 2. 6 mart 2024-cü il tarixli təhvil-təslim aktına əsasən, 6 mart 2024-cü il tarixli K832-A-PCC-24 saylı müqaviləyə əsasən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
3. «İdeal Motors” MMC-nin tərəfindən tərtib edilmiş K-832-A-PCC-24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən, Cavabdeh sözügedən avtomaşının satışı ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək 48 ay hər ay 726 manat, sonuncu ayda isə 749 manat ödənişi etmək öhdəliyini öz üzərinə götürmüşdür.
4. BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-yə məxsusdur.
5. Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsi ilə, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıqlara görə müqaviləyə xitam verilməsi, ödədiyi 10000 manat pulun geri qaytarılması və avtomobilin təhvil alınması xahiş edilmişdir.
6. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya ünvanladığı xx.xx.2024-cü il tarixli, 352/24 №-li cavab məktubundan görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzi tərəfindən ödənişsiz olaraq aradan qaldırılır.
7. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, avtomobildə ilk gündən qüsurlar aşkar edilmişdir. Salonda döşəmə yağış zamanı suyun içərisində olur, faraya su dolur, işıqlanma tamamilə itir, əl əyləci ilişir. Ödədiyi 10000 manat pulun geri qaytarılması və avtomobilin təhvil alınması təkrarən xahiş edilir. Avtomobil tərəfindən istifadə edilməyəcək və ödəniş ödənilməyəcəkdir.
8. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya ünvanladığı xx.xx.2024-cü il tarixli, 395/24 №-li cavab məktubu ilə, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində zəmanət müddətində istehsalla bağlı aşkar olunan hər hansı nasazlıq və ya qüsur istehsalçı zavodun zəmanət öhdəliyinə əsasən müştəri tərəfindən heç bir ödəniş olmadan aradan qaldırılır. Buna görə də avtomobilin servis mərkəzində texniki müayinədən keçirilməsi və nəticədə aşkar olunan qüsur üzrə zəmanət şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir.
9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq”a əsasən, Cavabdeh xəbərdarlığı aldığı gündən 7 gün ərzində borclu olduğu məbləği ödəmədiyi təqdirdə müqavilənin 3.2.4-cü bəndinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. 10. xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. X2 əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olaraq 7797 manat, xx.xx.2024-cü il tarixdə 726 manat, xx.xx.2024-cü il tarixdə 726 manat və xx.xx.2024-cü il tarixdə 726 manat ödəniş etmişdir.
11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 06 mart 2024-cü il tarixli K832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilənin 2.2-ci bəndinə əsasən, “alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavəyə uyğun olaraq “satıcı”ya ödəməlidir. Həmin müqavilənin 3.2.4-cü bəndinə əsasən “satıcı”nın “alıcı” müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasında birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 mart 2024-cü il tarixli, K832A-PCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinin ləğv edilməsi, “BAİC X55” minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 mart 2024-cü il tarixli K-832-A-PCC24 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMCdən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 42668 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin m əbləğdən 7797 manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 34871 manat məbləğində pulun hissə-hissə hər ay 726 manat olmaqla 48 ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra İddiaçı MMC üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də sonradan gecikmələrlə yol vermiş və 2024-cü ilin iyun ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etməmiş, nə də nəqliyyat vasitəsini cəmiyyətə geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra e tməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla mülkiyyətçisi olduqları nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və cəmiyyətə geri qaytarmaqdan imtina edir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozur və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər arasında bağlanmış 6 mart 2024cü il tarixli K-832APCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4 alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər.
14. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə ünvanladığı yazılı etirazında göstə rmişdir ki, iddiaçi iddia ərizəsində **-YK-*** dövlət qeydiyyat nişanlı “BAİC X55” nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını, ilkin 7797 (yeddi min yeddi yüz doxsan yeddi) manat ödəniş tərəfindən icra etməklə alqı-satqı müqaviləsi əsasında avtomobili ona verilməsini, həmçinin müqavilə üzrə öhdəlikləri, yəni aylıq ödənişləri vaxtlı-vaxtında əvvəllər icra etsə də, sonradan gecikmələrə yol verməklə 2024-cü ilin iyun ayından ödənişlərin icrasını tamamilə dayandırmağını qeyd etmişdir. Həmçinin iddiaçı, iddia ərizəsində iddiaçıya ödədiyi ilkin və aylıq ödənişləri geri qaytarmadan maşının ona verilməsini tələb edir. Lakin, iddiaçı iddia ərizəsində tərəfindən aylıq ödənişlərin hansı səbəblərdən icra edilməməsini yazmır, göstərmir. Bu barədə onun tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixl i və xx.xx.2024-cü il tarixli etdiyi rəsmi müraciətlər etsə də iddia ərizəsində heç bir qeydiyyat aparmamışdır. Bununla belə, iddiaçı **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı “BAİC X55” nəqliyyat vasitəsini, o Cavabdeh alınaraq ona verilməsini və ödədiyi 100 manat dövlət rüsumunun da, ondan tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Maşını İddiaçı MMC-dən götürdüyü ilk günlərdən başlayaraq qüsurlar aşkar olunub, növbəti aylarda isə bu çatışmazlıqlar qabarıq şəkildə özünü biruzə verməyə başladı. Məcbur olub maşını üçüncü aydan sonra, dayanacağa yerləşdirib çadır örtüklə bağlayıb MMC-nin direktoruna xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər edib. Maşında olan qüsur çatışmazlıqlar aşağıdakılardan ibarətdir:Salon ümumiyyətlə bütün d öşəmə yağış zamanı suyun içərisində olur. Yağışlı havalarda faralara su dolur, işıqlanma tamamilə itir. Əl əyləci dalbadal sonra da tamamilə ilişib qəza vəziyyəti yaradır. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, “0” km-dən aldığı maşındakı bu nasazlıqlar həmin hissələrin işlək olmasını, yəni zavod şəraitində buraxılmış maşından həmin hissələrin çıxarılıb yerinə digər işlək təmir olunmuş hissələrlə əvəz olunub maşına quraşdırılıb qoyulması deməkdir. Birinci dəfə xx.xx.2024-cü il tarixdə İddiaçı MMCnin direktoru Zaur Abbasova, maşında baş verən nasazlıqlar barədə məlumat verib tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilərək ödədiyi 10.000 manat məbləğində pulun ona geri qaytarılması və avtomobilin təhvil alınması haqqında müraciət edb. İddiaçı MMC, xx.xx. 2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubu ilə müraciətini cavablandırmışdır. Cavab məktubunda “İstehsalçı zavodun təqdim etdiyi zəmanət müddəti ərzində istifadəsində olan BAİC X55 minik markalı avtomobildə istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzimiz tərəfindən ödənişsiz olaraq aradan qaldırılır” qeyd etmişdir. Yəni cavab məktubunda avtomobilin istismarı (istifadəsi) zamanı yaranan əmələ gələn nasazlığı ödənişsiz icra olunmasını qeyd etmişdir. Lakin cavab məktubunda maşında baş verən bu qədər nasaz hissələrin olmasının, istismar zamanı deyil, “0” km-dən alınan maşındakı, bu sayda nasaz hissələrin maşında, onun alınan gündən, hansı səbəbdən olmasının izahatını verməmiş, aydınlıq gətirməmişdir. İkinci dəfə x x.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, təkrarən xx.xx.2024-cü il tarixli müraciətində qeyd etdiyi kimi, maşında baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması və maşının onlara verilməsi barədə müraciət edib. İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, N2 395/24 nömrəli cavab məktubu ilə, xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubunda qeyd etdiyi cavabı təkrarən ona göndərmişdir. Lakin, İddiaçı MMC, verdiyi xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubundan bir gün qabaqkı xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” məktubu ilə tərəflər arşında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.2.4-cü bəndini əsas götürərək, müqavilənin icrasından birtər əfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququnun olmasını da qeyd etmişdir. Əvvəla, “Satıcı” İddiaçı MMC müqaviləni birtərəfli qaydada imtina edə bilmir. Çünki, müqaviləyə xitam verilməsi barədə, “Satıcı” İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər daxil olmuşdur. Yəni müqavilə iki tərəfli xitam olunur. İddiaçı müqavilənin ona sərf edən bəndinə istinad edərək, ödədiyi pulları geri qaytarmadan, zavod şəraitində buraxılmış maşını, guya o alıcı istismar-istifadə müddətində yararsız vəziyyətə salmağı kimi əsaslandıraraq maşını tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, “Nəqliyyat vasitəsinin istismar şəraitindən asılı olan və istehsalat qüsurlu mövcud olduqda zəmanət şamil edilir” qeyd edilmişdir. Müqavilənin 5.2.2-ci bəndinə görə, “Nasazlıq nəqliyyat vasitəsinin düzgün istismar olunmaması, qəza nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliklərin edilməsi və ya nəqliyyat vasitəsinə əlavə avadanlıqların quraşdırılması, o cümlədən qeyri-orijinal təkərlərin və sairə” zəmanət öhdəliyi öz qüvvəsini itirilməsi qeyd edilmişdir. Bu o deməkdir ki, İddiaçı MMC-dən aldığı maşının onun istismar müddətində göstərilən hallar baş verməmişdir. Yəni müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, alıcı, onunla bağladığı müqaviləyə xitam verməklə, ondan aldığı pulları geri qaytarmaq şərti ilə verdiyi maşını geri almalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddia tələbini araşdırıb ona hüquqi qiymət verərək belə bir nəticəyə gəlmək olar ki, hazır kı mübahisə yəni iş üzrə iddiaçının, iddia ərizəsində zavod şəraitində istehsalat müddətində texniki nasaz maşını alıcıya, hal hazırkı iş üzrə cavabdehə verilməsi faktı mübahisə olunmayan sübut kimi qəbul edilməlidir. Yəni, iddiaçının daşmar əmlak tələbinə dair iddiası, əsaslandırılmayan, mötəbər sübuta yetirilməyən, təsdiqini tapmayan tələb kimi rədd edilməlidir.
15. İddiaçı MMC-nin məhkəmənin müvafiq sorğusuna əsasən verdiyi xx.xx.2025-ci il tarixli 62/25 №-li cavabdan görünür ki, iş üzrə Cavabdeh BAİC X55 minik markalı **-YK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qüsurların olması ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə İddiaçı MMC-yə iki dəfə yazılı şəkildə məktub ünvanlanmışdır. Cavabdehə həm şifahi, həm də yazılı olaraq müraciət edilərək mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsi üçün BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmiyyətin satış və servis mərkəzinə gətirməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsini təmin etməmiş və BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini servisə gətirməmişdir. İddiaçı MMC-nin satış və servis mərkəzində BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4 dəfə xidmət göstərilmişdir. Bu xidmətlər avtomobilin mühərrik yağı və süzgəcin dəyişdirilməsi, hava süzgəcinin dəyişdirilməsi kimi cari xidmətlərdən ibarət olmuşdur.
16. Lənkəran Rayon Məhkəməsinin (hakim - N.Ağabəyov) 2 aprel 2025-ci il tarixli, 2(049)-130/2025 nömrəli q ətnaməsi ilə iddia qismən təmin edilmiş, “BAİC X55” minik markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manatın Cavabdeh alınaraq İddiaçınə qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət etmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, 6 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqaviləyə əsasən Cavabdeh İddiaçındən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış, tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 42668 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 7797 manat ödəmiş, 34871 manat məbləğində pulun hissə-hissə olmaqla 48 ay müddətinə sonuncu ay 749 manat olmaqla ayda 726 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini cəmi üç ay, yəni xx.xx.2024-cü il tarixdə 726 manat, xx.xx.2024-cü il tarixdə 726 manat və xx.xx.2024-cü il tarixdə 726 manat ödəniş etməklə icra etmişdir. Cavabdeh avtomobildə nasazlıqlar və qüsurlar olmasını əsas gətirərək aylıq ödənişlərini ödəməkdən imtina etmiş və bu barədə iddiaçıya öz yazılı müraciətində bildirmişdir. İddiaçı cavabdehin qeyd etdiyi qüsurlara baxış keçirilməsi üçün BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmiyyətin satış və servis mərkəzinə gətirməsi barədə ona müraciət ünvanlanmış, lakin Cavabdeh mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsini təmin etməm iş və BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini servisə gətirməmişdir. Bundan sonra, İddiaçı MMC Cavabdeh xəbərdarlıq göndərərək Cavabdeh xəbərdarlığı aldığı gündən 7 gün ərzində borclu olduğu məbləği ödəmədiyi təqdirdə müqavilənin 3.2.4-cü bəndinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir.
18. Göründüyü kimi hazırda iddia tələbi üzrə müqavilənin ləğvinə dair hissə iddiaçının bu istəyini qarşı tərəf olaraq cavabdehə bildirməsi anından ləğv etmə həyata keçirilmişdir. Bu halda müqavilənin məhkəmə qaydasında ləğvinə zərurət qalmır. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçı nın avtomobilin geri qaytarılmasını tələbini əsaslı hesab edib iddia tələbinin həmin hissədə təmin edilməsi nəticəsinə gəlmişdir. Tərəflər arasında müqavilə ləğv edildiyindən onun predmeti olan avtomobil Cəmiyyətin mülkiyyətində olduğundan həmin daşınar əmlak da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 157.2, 385.1, 389.1, 405.1, 421.1, 421.2, 423.1, 442, 448.1, 567-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “0” km-dən alınan maşındakı bu nasazlıqlar həmin hissələrin işlək olmasını, yəni zavod şəraitində buraxılmış maşından həmin hissələrin çıxarılıb yerinə digər işlək təmir olunmuş hissələrlə əvəz olunub maşına quraşdırılıb-qoyulması deməkdir. Bu səbəblərdən AR Mülki Prosessual məcəlləsinin 97.1-ci maddəsinə istinad edərək, bu sahədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən məhkəmə ekspertizasının təyin edilib keçirilməsinə etiraz edilmir. Yəni ekspert maşına baxış keçirib nasaz hissələrin za vod şəraitində maşında olmasının, yaxud sonradan zavod şəraitində buraxılmış maşında olan hissələrin “təmir olunmuş hissələrlə” əvəz olunub maşına yerləşdirilib-qoyulmasına və yaxud qoyulmamasına aydınlıq gətirəcəkdir. Birinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, maşında baş verən nasazlıqlar barədə məlumat verib tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilərək ödədiyi 10.000 manat məbləğində pulun ona geri qaytarılması və avtomobilin təhvil alınması haqqında müraciət etmişdir. İddiaçı MMC,xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubu ilə müraciətini cavablandırmışdır. Cavab məktubunda “İstehsalçı zavodun təqdim etdiyi zəmanət müddəti ərzində istifadənizdə olan BAİC X55 minik markalı avtomobildə istismar zamanı is tehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzimiz tərəfindən ödənişsiz olaraq aradan qaldırılır” qeyd etmişdir. Yəni cavab məktubunda avtomobilin istismarı (istifadəsi) zamanı yaranan-əmələ gələn nasazlığı ödənişsiz icra olunmasını qeyd etmişdir. Lakin cavab məktubunda maşında baş verən bu qədər nasaz hissələrin olmasının, istismar zamanı deyil, “0” km-dən alınan maşındakı, bu sayda nasaz hissələrin maşında, onun alınan gündən, hansı səbəbdən olmasının izahatını verməmiş, aydınlıq gətirməmişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, təkrarən xx.xx.2024-cü il tarixli müraciətində qeyd etdiyi kimi, maşında baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması və maşının onlara verilməsi barədə müraciət etmişdir. İddiaçı MMC,xx.xx.2024-cü il tarixli, № 395/24 nömrəli cavab məktubu ilə, xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubunda qeyd etdiyi cavabı təkrarən ona göndərmişdir. Lakin, İddiaçı MMC, verdiyi xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubundan bir gün qabaqkı xx.xx.2024cü il tarixli “Xəbərdarlıq” məktubu ilə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.2.4-cü bəndini əsas gütürərək, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququnun olmasını da qeyd etmişdir. Əvvəla, “Satıcı” İddiaçı MMC müqavilədən birtərəfli qaydada imtina edə bilmir. Çünki, müqaviləyə xitam ver ilməsi barədə, “Satıcı” İddiaçı MMC-nə, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər daxil olmuşdur. Yəni müqavilə iki tərəfli xitam olunur. Məhkəmə ödədiyi pulları geri qaytarmadan, zavod şəraitində buraxılmış maşını, guya o alıcı istismar-istifadə müddətində yararsız vəziyyətə salmağı kimi əsaslandıraraq maşını tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, “Nəqliyyat vasitəsinin istismar şəraitindən asılı olan və istehsalat qüsurlu mövcud olduqda zəmanət şamil edilir” qeyd edilmişdir. Müqavilənin 5.2.2-ci bəndinə görə, “Nasazlıq nəqliyyat vasitəsinin düzgün istismar olunmaması, qəza, nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliklərin edilməsi və ya nəqliyyat vasitəsinə əlavə avadanlıqların quraşdırılması, o cümlədən qeyri-orijinal təkərlərin və sairə” zəmanət öhdəliyi öz qüvvəsini itirilməsi qeyd edilmişdir. Bu o deməkdir ki, "xxxx" MMC-dən aldığı maşının onun istismar müddətində göstərilən hallar baş verməmişdir. Yəni müqavilənin 5-ci, “Zəmanət”bəndinə görə, maşın satan, onunla bağladığı müqaviləyə xitam verməklə, ondan aldığı pulları geri qaytarmaq şərti ilə verdiyi maşını geri almalıdır.
22. Şirvan Apellyasiya Məhkəməsinin ( hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və X5) 23 iyul 2025-ci il tarixli 2(106)-1070/2025 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2 aprel 2025-ci il tarixli, 2(049)-130/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. 2
3. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, avtomobildə baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması barədə müraciət etmişdir. Lakin iddiaçı tərəf müqaviləni birtərəfli qaydada ləğv etdiyini qeyd etmiş və 10000 manat pulu cavabdehə qaytarmamışdır.
24. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi aşağıdakıları qeyd etmişdir: 25. 6 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilənin 2.2-ci bəndindən görünür ki, “alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavəyə uyğun olaraq “satıcı”ya ödəməli dir.
26. Həmin müqavilənin 3.2.4-cü bəndinə əsasən “satıcı”nın “alıcı” müqavilənin 2.2ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasında birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququ vardır.
27. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən texniki nasaz nəqliyyat vasitəsinin istifadəsi nəticəsində nəqliyyat vasitəsinin nasazlıqları və sınmaları ilə əlaqədar bütün riskləri “Alıcı” daşıyır.
28. İşin hallarından göründüyü kimi, cavabdeh öhdəlikləri yerinə yetirməmiş, nəqliyyat vasitəsini istifadə etməyə davam etmiş, lakin aylıq ödənişləri etməmişdir. Müqavilədən aydın olur ki, satıcı müqavilənin icrasında birtərəfli imtina edə, avtomobili geri götürə və ödənilmiş məbləği geri qaytarma ya bilər. Müqavilənin 3.2.4-cü bəndi satıcının hüquqi üstünlüyünü təsdiqləyir və cavabdehin pulun qaytarılması tələbinin əsassız olduğunu göstərir. Belə ki, satıcı öz müqavilə öhdəliklərini tam icra etmiş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən avtomobili təhvil vermiş, müqavilə və texniki sənədləri təqdim etmiş, texniki nasazlıqla bağlı alıcının müraciətinə rəsmi cavab vermiş və avtomobilin təqdim olunacağı halda təmir və dəstək göstərməyə hazır olduğunu bildirmişdir. Bu hal satıcının müqavilə öhdəliklərini pozmadığını, əksinə alıcının avtomobildən birtərəfli şəkildə istifadə etməyə davam etməsinə baxmayaraq ödəniş etmədiyini təsdiqləyir.
29. Belə ki, apellyasiya şikayətində göstərilən iş üzrə hər hansı növ ekspertizanın keçirilməməsi, sözügedən müqavilənin ikitərəfli xitam olunmuş he sab edilməsi, habelə iddiaçı tərəfindən göndərilmiş cavab məktubunda avtomobildə nasaz hissələrin olmasının hansı səbəbdən olmasına aydınlıq gətirilməməsinə dair dəlillər formal xarakterli olmaqla heç bir araşdırma zərurətini ortaya çıxarmır və işin baxılmasının uzadılmasına xidmət edir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 389.1, 405.1, 442, 448.1, 567-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkil - Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025 tarixli, 2(106)-107 0/2025 saylı qətnaməsini tamamilə ləğv edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli olduğu halda bunu etməmişdir.
33. Lənkəran Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi AİHK-nın işin ədalətli araşdırmasını aşağıda göstərilən əsaslara görə təmin etməmişlər. Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək, vəzifəsi isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Məhkəməl ər məqsəd və vəzifələrini aşağıda göstərilən əsaslara görə yerinə yetirməmişlər. Belə ki: - Lənkəran Rayon Məhkəməsi qətnaməsində Cavabdeh avtomobilin satıldığı vaxtdan əvvəl zavod hissələrinin dəyişdirilməsi vəziyyəti barədə iddiaçıya təqdim etdiyi xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktublarındakı məlumatları nəzərə almamışdır.
34. İddiaçı birinci məhkəmə instansiyasında təqdim etdiyi etirazında mübahisəli nəqliyyat vasitəsinin “avtomobilin əmtəə ekspertizası”nın keçirilməsi barədə vəsatət vermiş, məhkəmə vəsatətə baxmamış, öz təşəbbüsü ilə də bunu etməmişdir. Avtomobil əmtəə ekspertizası digər vəzifələrlə yanaşı “nəqliyyat vasitəsinin komponentlərinin, birləşmələrinin, hissələrinin müvafiq standartlara uyğunluğunu müəyyən etmək, nəqliyyat vasitəsinin tamlığını, texniki vəziyyət ini müəyyən etmək vəzifəsini də həll edən ekspertiza sahəsidir. Apellyasiya məhkəməsi işdə iştirak edən hər iki tərəfin məhkəmə iclasında iştiak edə bilməməsi, ilkn məhkəmə iclasının təxirə salınması haqqnda göndərdyi ərizələri (məktub, teleqram) nəzərə almamış, məhkəmədə tərəflərin iştirakını, bununla da çəkişmə prinsipini təmin etməmiş, nəticədə obyektiv həqiqəti müəyyən edə bilməmiş və qeyriobyektiv qərar qəbul etmişdir.
35. İddianın rədd edilməsi üçün cavabdehin verdiyi etirazda aşağıda göstərilən sübutlar olduğu halda, məhkəmə qəbul etdiyi qətnamədə həmin hallara aydınlıq gətirməmişdir. Cavabdeh maşını İddiaçı MMC- dən götürdüyü ilk günlərədən başlayaraq qüsurlar aşkar olunub, növbəti aylarda isə bu çatışmamazlıqlar qabarıq şəkildə özünü biruzə verməyə başlamışdır. Avtomobil üçüncü ay dan sonra, dayanacağa yerləşdirilib çadır örtüklə bağlanıb. MMC-nin direktoruna (iddiaçı tərəfə) xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər etmişdir. Maşında olan qüsur-çatışmamazlıqlar aşağıdakılardan ibarətdir: A) Yağışlı havada salonun bütün döşəməsi suyun içərisində olur. B) Yağışlı havalarda faralara su dolur, işıqlanma tamamilə itir. C) Əl əyləci dalbadal sonra da tamamilə ilişib qəza vəziyyəti yaradır. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, “0” km.-lə alınmış maşında belə nasazlıqlar həmin hissələrin işlənmiş olmasını, yəni zavod şəraitində buraxılmış maşından həmin hissələrin çıxarılıb yerinə digər işlənmiş, təmir olunmuş hissələrlə əvəz olunub maşına quraşdırılıb-qoyulması deməkdir. Bu səbəblərdən AR Mülki Prosessual məcəlləsinin 97.1-ci maddəsinə istinad ed ərək, bu sahədə xüsusi biliyə malik olan, məhkəmə tərəfindən məhkəmə-ekspertizasının təyin edilib keçirilməsin nəticəsində müəyyən etmək olardı. Yəni ekspert maşına baxış keçirib nasaz hissələrin zavod şəraitində maşında olmasının, yaxud sonradan zavod şəraitində buraxılmış maşında olan hissələrin “təmir olunmuş hissələrlə” əvəz olunub maşına yerləşdirilib qoyulmasına və yaxud qoyulmamasına aydınlıq gətirəcəkdir. Məhkəmə ekspertiza təyin etmək barədə vəsatətə münüsibət bildirməmişdir.
36. Cavabdeh tərəfindən birinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, maşında baş verən nasazlıqlar barədə məlumat verib tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilərək ödənilmiş 10.000 manat məbləğində pulun ona, geri qaytarılması və avtomobil in təhvil alınması haqqında müraciət edilmişdir. İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubu ilə müraciətini cavablandırmışdır. Cavab məktubunda “İstehsalçı zavodun təqdim etdiyi zəmanət müddəti ərzində istifadənizdə olan BAİC X55 minik markalı avtomobildə istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzimiz tərəfindən ödənişsiz olaraq aradan qaldırılır” qeyd etmişdir. - Yəni cavab məktubunda avtomobilin istismarı (istifadəsi) zamanı yarananəmələ gələn nasazlığı ödənişsiz icra olunmasını qeyd etmişdir. Lakin cavab məktubunda maşında baş verən bu qədər nasaz hissələrin olmasının, istismar zamanı deyil, “0” kmdən alınan maşındakı, bu sayda nasaz hissələrin maşında, onun alınan gündən, hansı səbəbdə n olmasının izahatını verməmiş, aydınlıq gətirməmişdir. Cavabdehin ikinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, təkrarən xx.xx.2024-cü il tarixli müraciətində qeyd etdiyi kimi, maşında baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması və maşının onlara verilməsi barədə müraciət etmişdir. İddiaçı MMC,xx.xx.2024-cü il tarixli, № 395/24 nömrəli cavab məktubu ilə, xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubunda qeyd etdiyi cavabı təkrarən cavabdehə göndərmişdir. - Lakin, İddiaçı MMC, verdiyi xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubundan bir gün qabaqkı xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” məktubu ilə, tərəflər arsında bağlanmış xx.xx.2024 -cü il tarixli müqavilənin 3.2.4-cü bəndini əsas götürərək, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququnun olmasını da qeyd etmişdir. Əvvəla, “Satıcı” İddiaçı MMC müqavilədən birtərəfli qaydada imtina edə bilmir. Çünki, müqaviləyə xitam verilməsi barədə, “Satıcı” İddiaçı MMC-nə, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər daxil olmuşdur. Yəni müqavilə iki tərəfli xitam olunur. Məhkəmə, müqavilənin iddiaçıya sərf edən bəndinə istinad edərək, odənilmiş pulları geri qaytarmadan, zavod şəraitində buraxılmış maşını, guya alıcı istismar- istifadə müddətində yararsız vəziyyətə salmağı kimi əsaslandıraraq maşını tələb edir.
37. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5-c i, “Zəmanət” bəndinə görə, “Nəqliyyat vasitəsinin istismar şəraitindən asılı olan və istehsalat qüsurlu mövcud olduqda zəmanət şamil edilir” qeyd edilmişdir. Müqavilənin 5.2.2-ci bəndinə görə, “Nasazlıq nəqliyyat vasitəsinin düzgün istismar olunmamsı, qəza, nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliklərin edilməsi və ya nəqliyyat vasitəsinə əlavə avadanlıqların quraşdırılması, o cümlədən qeyri-orijinal təkərlərin və sairə” zəmanət öhdəliyi öz qüvvəsini itirilməsi qeyd edilmişdir. Bu o deməkdirki, İddiaçı MMC-dən aldığı maşının onun istismar müddətində göstərilən hallar baş verməmişdir. Yəni müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, maşınsatan, cavabdehlə bağladığı müqaviləyə xitam verməklə, ondan aldığı pulları geri qaytarmaq şərti ilə veridyi maşını geri almalıdır. Hazırkı qətnaməni n 3-cü səhifəsində yəni məhkəməyə verilmiş etirazda; tərəflər arasında bağlanmış müqavilənin 5-ci “Zəmanət” bəndində qeyd edilən hüquqi hallara məhkəmə hüquqi qiymət verməmişdir. Lakin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin iddiaçıya sərf edən hissəsinə hüquqi aydınlıq gətirərək nəqliyyat vasitəsinin istismarı zamanı baş verən nasazlıqlara görə müəssisənin hesabına təmir olunmasını əsas götürməklə bərabər, həmçinin müqaviləyə birtərəfli satıcı tərəfindən xitam verilməsini qanunamüvafiq hesab etmişdir. Tərəflər arasında bağlanmış 6 mart 2024-cü il tarixli müqavilədə nəqliyyat vasitəsinin istehlak müddətində yəni zavod şəraitində buraxılan maşında baş verən nasazlıq haqqında heç bir qeydiyyat yoxdur, aparılmamışdır.
38. Lənkəran Rayon Məhkəməsi iş üzrə ekspertiza təyin etmək barədə cavabdehin vəsatətinə baxmamış, zəruri olduğu halda öz təşəbbüsü ilə “avtomobil əmtəə ekspertiası təyin etməmiş, nəticədə həqiqət üzə çıxmamış, əsassız qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəflərin işin təxirə salınması barədə ərizələrin nəzərə almadığından, iş üzrə həqiqətin müəyən edilməsi mümkün olmadığından, Apellyasiya Məhkəməsi də hərtərəfli araşdırma aparmamış, səhv nəicəyə gələrək əsassız Qətnamə qəbul etmişdir.
39. Mübahisələndirilən məhkəmə qətnaməsi qəbul edilərkən MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur kimi müddəalarının tələbləri də ko bud şəkildə pozulmuşdur.
40. Kassasiya şikayəti əsaslandırılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1, 1.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 217-ci maddələrinə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mü lki Məcəlləsi
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
45. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəru ri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
48. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsinin
49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırki kassasiya şikayətinə əsa sən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin işdə iştirak edən hər iki tərəfin məhkəmə iclasında iştiak edə bilməməsi, ilkn məhkəmə iclasının təxirə salınması haqqında göndərdyi ərizələri (məktub, teleqram) nəzərə almad ığı barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə, o cümlədən 23 iyul 2025-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, apellyasiya məhkəməsi məhkəmə iclasının təxirə salınması barədə tərəflərin müraciətlərini müzakirə etmiş və iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Eyni zamanda iş materialları ilə cavabdehin üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmədiyini təsdiq edən sübutlar təqdim etməsi də təsdiqlənmir.
62. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılm asını təxirə sala bilər.
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
64. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1070/2025 nömrəli, 23 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini