Məhkəmə qərarları › İş №2(102)-3270/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3270/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3270/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh1 MMC-nin vəkili X5 və Cavabdeh2 QSC BOKTnın vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14871/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 QSC BOKT və Cavabdeh1 MMC ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il t arixli, 2(005)2693/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Əbilova) İddiaçı Cavabdeh1 MMC-yə və digərlərinə qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 17-ci mənzilinin açıq hərracdan satılmasına dair xx xxxxxxxx 2018-ci il tarixli “hərracın nəticələri haqqında” protokolun, hərracın yekunları üzrə xx xxxxxxxx 2018-ci il tarixli mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 QSC adına verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv olunması qət edilib. Cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC BOKT ayrı-ayrılıqda qətnamə dən apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14871/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC BOKT ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, hərracın mülki qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirilməsini əsas tutub mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 17-ci mənzilinin açıq hərracdan satılmasına da ir xx xxxxxxxx 2018-ci il tarixli “hərracın nəticələri haqqında” protokolun, hərracın yekunları üzrə xx xxxxxxxx 2018-ci il tarixli mənzilin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 QSC adına verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC BOKT eyni məzmunlu kasasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Hər iki kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizələri daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC vəkili xxx və Cavabdeh2 QSC BOKT vəkili Beytulla İmanverdiyev kasasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və üçüncü şəxs “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instan siyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, id dianın əsaslı olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337, 415, 416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş h əqiqi hallarından görünür ki, xx xxxx 2011-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 2 otaqlı, ümumi sahəsi 64,62 kv.metr olan 17-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən xxx ya 12 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 45.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 17-ci mənzili bankın xeyrinə ipoteka qoyulub və ipoteka müqavi ləsində mənzilin ilkin satış qiyməti 68.000 manat müəyyən edilib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC borclu xxx ya və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, borclu xxx dan xx xxx 2014cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 40.649 manat, dəbbə puluna görə 100 manat, cəmi 40.749 manat, xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 73.222 manat, dəbbə puluna görə 100 manat, cəmi 73.322 manat kredit borcunun tutulub “xxxx” ASC ödənilməsi, xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulacaq 40.749 manat kredit borcunun ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sa bunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 17-ci mənzilinə, xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulacaq 73.322 manat kredit borcunun ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə borclu xxx nın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla boşaldılması və sair qət edilib. Bundan sonra, “Hərracın yekunları haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokola və “Hərracın yekunları üzrə mənzilin alqı-satqısına dair xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 17-ci mənzili 68.000 manata hərraca çıxarılıb, mənzil ilkin hərracda satılmadığı üçün qiyməti əvvəl 15 faiz aşağı endi rilməklə 57.800 manata, təkrar hərracda isə 25 faiz aşağı endirilməklə 43.350 manata tələbkar “xxxx” QSC BOKT təqdim edilib. xx xxxxx 2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 07 saylı evin 17-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tələbkar Cavabdeh2 QSC BOKT adına qeydə alınıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb müəyyən etmişdir ki, hərracın təşkilatçısı tərəfindən mübahisəli mənzilə dair hərracın keçirilməsinə dair “Kaspi” qəzetində müvafiq elan verilsə də, həmin mənzili ipoteka qoyan İddiaçı verilməsini təsdiq etmə üsulu ilə müvafiq bidiriş göndərməyib və ümumiyyətlə mülki iş m ateriallarında xx xxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixli bildirişlərin ipoteka qoyan İddiaçı göndərilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsindən məlumatsız olub və mənzilinin hərraca çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərraclarda iştirakı təmin edilməyib. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı yazılı sübutları nə birinci, nə apelyasiya instansiyası məhkəmələrinə təqdim etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan sata n ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildi yi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, biri nci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki m übahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ipoteka qoyan İddiaçı sözügedən mənzilinə dair hərrac mülki qanunvericilikdə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir və işin bu halları sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsində mənzilini mülkiyyətçisi kimi İddiaçı deyil, borclu xxx nın, həmçinin “Hərracın yekunları haqqında” protokolda, “Hərracın yekunları üzrə mənzilin alqı-satqısına dair” müqavilədə ipoteka qoyan kimi İddiaçı deyil, xxx nın göstərilməsi də İddiaçı hərracın keçirilməsi barədə məlumatlı olmasını istisna edir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipot eka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Həmin Qanun 44-cü maddəsində göstərilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracların ondan xəbərsiz keçirilməsi barədə onun arqumentləri öz təsdiqini tapdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və g əldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 QSC BOKT və Cavabdeh1 MMC ayrı-ayrılıqda ve rdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14871/2019 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar